Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə58/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   148

Hər  bir  həyatın  sonu  var  və  burada  dərin  məna  əks 

olunur,  çünki 

0

,  birincisi,  yeni  həyatın  başlanğıcıdır,  ikincisi 



zaman  keçdikcə  ona  yol  açır.  Ayrıca  orqanizmin  həyatının 

sonsuz  olaraq  davam  etməsi  yeni  formaların  yaranması  və 

seçilməsi  imkanlarını,  yəni  onun  təkmül  yolu  ilə  inkişafını 

bağlayardı.  Hər  bir  orqanizm  fərdi  və  nadir  olsa  da,  onun 

üzərində  təcrübə  keçinnək  olar:  onlar  şəraitə  uyğunlaşır, 

yaşayış  mühitinə  uyğunlaşaraq  həyatını  davam  etdirə  bilirlər. 

Orqanizmi  həyatın  özünün  keçirdiyi  orqanizmə  bənzətmək 

olar:  o  saysız-hesabsız  variasiyalar  yaradır,  bununla  belə 

yaşayış  mühitinin  dəyişən  şəriatinə  daha  yaxşı  uyğunlaşmanı 

saxlayır və bölüşdürür. Bu variasiyaların əsas mənbəyi genlərin 

birləşməsidir ki, mayalanma vaxtı hər bir valideyndən yaranır 

(cinsi  çoxalma  vaxtı)  və  başlıcası,  ən  müxtəlif  səbəblərin 

təsirindən  irəli  gələn  mutasiya  -  genlərin  dəyişməsidir 

(məlumdur  ki,  mutasiya  radioaktivliyin  səviyyəsinin 

yüksəlməsi  və  ya  bir  sıra  kimyəvi  birləşmələrin  təsirindən 

yaranır). Ən əsas odur ki, mutasiya istiqamətlənməmiş xarakter 

daşıyır,  yəni  «adekvat  uyğun  dəyişiklik»  adlanan  dəyişikliyə 

aparmır,  belə  olsaydı  onda  mutasiya  ətraf  mühitə 

uyğunlaşmanın  daşıyıcısına  çevrilərdi.  Bu  mənada  onları 

təsadüfi  adlandırırlar.  Mutasiyaların  əksəriyyəti  ziyanlıdır,  ya 

ümumiyyətlə  həyat  qabiliyyətli  orqanizmin  inkişafını 

mühasirəyə  alır,  ya  da  mühitə  az  uyğunlaşan,  eybəcər  forma 

yaradır. Bununla belə mutasiyanm veridiyi materialdan bioloji 

təkamül seçmə yolu ilə yeni, mühitə daha çox uyğunlaşan və 

daha çox həyat qabiliyyəti olan orqanizm yaradır. Orqanizmin 

həyat  qabiliyyəti  nə  qədər  çox  olarsa  onun  həyat  qabiliyyətli 

nəsil qoymaq ehtimalı da bir 

0

 qədər yüksək olur, bu da genetik 



yolla  möhkəmlənir.  Belə  ki,  bir-birindən  asılı  olmayaraq 

təsadüfi 



176 


şəkildə  fəali}^ət  göstərən  ən  müxtəlif  amillərin  birləşməsi 

(uyğunlaşması) zəruri nəticə kimi yeni canlı forma yaradır. 

Canlı  materiyanın  daha  çox  xarakterik  fərqləndirici 

xüsusiyyətinə,  adətən,  bizim  təsəvvürlərimizin  bütün 

imkanlarını  keçən,  həqiqətən  onların  mövcud  olduğu 

saysı-hesabsız  çox  müxtəlif  formalarını  da  aid  edirlər.  Sanki 

eanh aləmdə təbiət rənglərin bütün palitrasından (boya taxtası), 

çalarlardan,  həndəsi  fıqurlan  və  ölçülərin,  səslər  və  iylərin 

ağlabatan  və  ağlabatmayan  uyğunluğundan,  orqanizmin 

müxtəlif  növünün  yaşaması  üçün  yararlı  olan  xarici  aləmin 

sonsuz  diapazonundan  istifadə  edir.  Bu  rəngarənglik  yalnız 

insanın hissinə deyil, həm də onun ağlına mənəvi zövq verir, 

daim  dəyişiklikdə  olan  müxtəlifliyin  vəhdətini  axtarmağa 

vadar edir. Canlının, müxtəlifliyinin nizama salınması və təsnif 

edilməsinə  cəhd  bioloji  idrakın  vadaredici  (sövqedici) 

təkanlarından biridir. Müasir biologiya özü də bu müxtəlifliyə 

həyatın mövcudluğu və davam etməsi üçün zərurət kimi baxır. 

Həyatın  sonlu  olub-olmaması  məsələsinə  də  diqqət 

yetirmək məqsədəuyğundur. Biosferanm, xüsusi ilə də onların 

təşkil  olunduğu  parçalanmış  sistemlərin  daxil  olduğu 

mürəkkəb  təşkilli  sistemlər  onları  parçalayan  xarici  təsirə 

cavab olaraq öz-özünü müdafiə etmək, öz-özünü bərpa etmək 

xassəsinə  malikdir.  Lakin  bu  cür  xassələr  yalnız  müəyyən, 

kifayət  qədər  məhdud  həddə  özünü  göstərə  bilər.  Bu  həddə 

çıxmaq  dərin  keyfiyyətli  dəyişikliyə  və  ya  hətta  onun 

dağılmasına  aparan  selə  bənzər  dəyişiklik  axınına  gətirib 

çıxarır.  Canlıya  və  ya  bütövlükdə  biosferaya  bu  cür  xarici 

təsirin  mənbəyi  ən  müxtəlif  ola  bilər  -  bu  həm  radiasiyanın 

səviyyəsinin  onun  təbii  fonuna  nisbətən  kəskin  artması,  həm 

canlı orqanizmin təkamülünün uy 

177 



ğunlaşa bilmədiyi  atmosfera,  su anbarlarına və torpağa  atılan 

maddələrin kimyəvi tərkibinin fəallığı - ola bilər. Buna görə də 

yalnız  həyatın  mütəşəkkilliyi  onun  özünü  necə  təşkil  etməsi 

deyil,  həm  də  biosferanm  və  ümumiyyətlə  Yer  üzərindəki 

həyatın  kövrəklik  (zəriflik)  adlanan-  ları  nəzərə  almaq 

zəruridir. İnsanların müasir nəsli ilk dəfə biosferaya elə bir təsir 

vasitəsi  əldə  etmişlər  ki,  bu  biosfe-  rada  köklü,  dönməz 

dəyişikliklə, 

hətta 

onun 


mövcudluğunu 

hədələyən 

dəyişikliklərə  səbəb  ola  bilər.  Bu  vəziyyətin  dərk  edilməsi 

insanların dünyagörüşündə mühüm irəliləyişə, onların dəyərli 

təsir  edilməsinə,  öz  fəaliyyətlərində  hansı  istiqamətlərə 

əsaslanmalarına təsir göstəmıəyə bilməz. Əvvəllər demişdik ki. 

Yerdəki  həyatın  zamanca  başlanğıcı  var,  ayrı-ayrı 

orqanizmlərinin  yaşaması  məhduddur,  sonludur.  Bəs  görəsən 

bizim  planetdə  həyat  sonlu,  yoxsa  sonsuzdur?  Bu  suallar  da 

əvvəllərdə,  başlıca  olaraq,  həm  dini,  həm  də  dünyagörüşü  - 

metodoloji  əhəmiyyət  kəsb  edən  «dünyanın  sonu»  haqqında 

daha  ümumi  sualın  tərkib  hissəsi  kimi  yaranmışdır.  Keçmiş 

əsrdə  həyatın  sonu  problemin  aktuallığı  «Kainatın  istilik 

ölümü» haqqında hipotezlə həvəsləndirilmişdir. Ancaq bu cür 

perspektiv milyon illər uzadılmış imkan kimi müzakirə olunur

bununla  belə  insanın  iradə  və  fəaliyyəti  ilə  heç  bir  əlaqə 

görülmürdü.  Yerin  hər  hansı  kosmik  cismlə  toqquşması 

nəticəsində  dağılması  imkanı  da,  ümumiyyətlə  desək,  sıfıra 

bərabərdir. 

Bu  gün  Yerdə  həyatın  sonu  haqqında  məsələ  daha 

konkret  məzmun  və  məna  ilə  doldurulmuşdur,  insanlar  istər 

düşünülmüş,  istərsə  də  heç  bir  niyyətsiz  həyatı  məhv  edən 

vasitələr hazırlamışlar, belə ki, həyatın saxlanılması son anda 

onların iradə və fəaliyyətlərindən asılıdır. Müasir bəşəriyyət elə 

bir vəziyyətdədir ki, həyatın sonlu və son 

178 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə