Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə66/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   148

insanlar  cəmiyyətin  mənafeyi  naminə  müxtəlif  şeylər 

hazırlayırlar.  Əmək  alətinin  artmaqda  olan  mürəkkəbliyi 

istehsalın  nail  olunan  səviyyəsinin  göstəricisi  və  cəmiyyətin 

inkişaf  səviyyəsinin  nəticəsidir,  istehsal  üçün  lazım  olan 

müvafiq yerlər, anbarlar, nəqliyyat əmək aləti ilə birlikdə əmək 

vasitələrini  təşkil  edir.  Əmək  vasitələrinin  və  predmetlərinin 

məcmusu  istehsal  vasitələrini  təşkil  edir.  İstehsal  vasitələri 

sistemi,  ilk  növbədə,  əmək  aləti  cəmiyyətin,  necə  deyərlər, 

maddi-texniki  bazasım  təşkil  edir  ki,  bu  da  məhsuldar 

qüvvələrin  predmet-enerji  hissəsidir.  Bu  hissə  keçmiş  və  ya 

maddiləşmiş  əməkdir.  Əmək  vasitəsinin  istehsal  prosesinə 

daxil olması üçün yenidən işçi qüvvəsi, yəni canlı insan əməyi 

vacibdir. 

Beləliklə, istehsal strukturunda əməyin iki növü - canlı 



və  maddiləşmiş  növü  ayrılır.  Məhsuldar  qüvvələrin 

strukturunda 

mühüm 

ünsürlərdən 



biri 

də 


istehsal 

texnologiyasıdır.  Tələbələrin  nəzərinə  çatdırmaq  lazımdır  ki, 

texnoloji  məsələlərin  həlli  əməyin  xarakteri  və  əmək  aləti, 

əsaslı  və  tətbiqi  elmlərin  inkişafı  və  onun  istehsala  tətbiqi 

səviyyəsi, əməyin elmi təşkilinin səviyyəsi və s. kimi amillərlə 

müəyyən  olunur.  Müasir  istehsalın  mürəkkəbliyi  ondadır  ki, 

artıq o, onun elmi təşkili olmadan qəbul edilə bilmir, istehsal 

vasitələrinin  səmərəli  istifadəsini,  idarə  olunmasını  və 

planlaşdırılmasını  tələb  edir.  Elm  daha  çox  məhsuldar 

qüvvələrin  strukturuna  daxil  olur,  bilavasitə  məhsuldar 

qüvvələrə çevrilir, istehsalda isə elmin texnoloji tətbiqi həyata 

keçirilir.  Texnikanın  müasir  inkişaf  səviyyəsində  işçilərin 

ixtisasının  yüksəlməsi  yalnız  onların  lazımi  elmi  biliklər 

alması  hesabına  mümkündür.  Əlbəttə  söhbət  burada  yalnız 

təbii-elmi  və  texniki  biliklərdən  yox,  daha  geniş  elmi 

biliklərdən  gedir.  Axı  humanitar  elmlərin  ümumi 

mənəvi-əxlaqi, intellektual- 

201 



yaradıcı  potensiala  təsiri  ictimai  inkişaf  üçün  əhəmiyyətlidir. 

Əgər əməyin subyekti kimi insanın formalaşmasına daha geniş 

nəzər  salsaq  onda  elmin  bütün  növləri  ilə  yanaşı  ona  öz 

dövıünün mənəvi mədəniyyətinin təsirini də görərik. Ancaq nə 

müasir texnika və texnologiyanın mürəkkəbliyi,  nə istehsalın 

müxtəlif  təşkili  və  idarəsi  bizim  insanla  qabağımızı 

kəsməməlidir. İnsan maşınla yanaşı sadə güc deyil, o ictimai 

istehsal  prosesinə  can  verir,  bəşəriyyətin  ən  ümumi  tarixinin 

təcrübəsini özündə cəmləşdirir. İstehsal cəmiyyətin inkişafının 

məqsədi olmayıb nəticədə onun ən dəyərli olanının  - insanın 

inkişafının vasitəsidir. Məhz əmək prosesində istehsal həyata 

keçirilir, insanın təkmilləşməsi və özünü təsdiqi baş verir. 

Beləliklə,  məhsuldar  qüvvələr  -  özündə  bütün  əvvəlki 

nəslin mədəni təcrübəsini cəmləşdirən, istehsal vərdişinə malik 

olan və maddi nemətlərin istehsalını həyata keçirən adamlardır 

(insan  amili);  cəmiyyət  tərəfindən  yaradılan  istehsal  vasitəsi, 

eyni zamanda əməyin təşkili, istehsal texnologiyası, texnika və 

elmin  nailiyyətləridir.  Cəmiyyətin  məhsuldar  qüvvələrinin 

inkişaf  səviyyəsinin  göstəricisi  əməyin  məhsuldarlığıdır  -  bu 

yalnız müəyyən vaxt çərçivəsində yaradılan məhsulun miqdarı 

ilə deyil, həm də onun keyfiyyəti, daha çox isə insan amilinin 

inkişafı  və  təkmilləşməsi  ilə,  yəni  cəmiyyətin  daimi  inkişaf 

edən  tələbatları  və  maraqlarının  yerinə  yetirilməsinə  xidmət 

edən hər şeylə ölçülür. 

Adamların  istehsal  münasibətlərinin  də  öz  strukturu 

var.  Onun  mülkiyyət  münasibətləri  fəaliyyət  mübadiləsi  və 

istehsalda  yaradılan  müxtəlif  predmetlər  və  xidmətlərin 

bölgüsü kimi ünsürlərini ayırmaq olar. Bu ünsürlərin qarşılıqlı 

fəaliyyətində aparıcı rolu istehsal 

202 



vasitələrinə  mülkiyyət  münasibəti  oynayır.  Fəaliyyət 

mübadiləsinin  münasibəti,  ilk  növbədə,  istehsal  prosesində 

kim  və  hansı  funksiyanı  yerinə  yetirməsi,  eyni  zamanda 

möveud  münasibətlər  çərçivəsində  istehsal  məhsulunun 

bölgüsündən  adamların  öz  payını  almaq  qədəri  və  üsulu 

onlardan asılıdır. Məsələnin aktuallığını nəzərə alaraq onun bir 

az da sadə tərzdə şərhinə yer verməyi məqsədə uyğun hesab 

edirəm. 


İstehsal münasibətləri sistemini xarakterizə edərək onun 

əsas  ünsürlərini  ayıraq.  Onlardan  ən  əsası  -  istehsal 

münasibətlərinin  mühüm  tərəfi  -  iqtisadi  münasibətlərdir  ki, 

onun  da  əsasını  istehsal  vasitələrinə  münasibət  təşkil  edir: 

istehsal  vasitələri  həmişə  kimlərinsə  mülkiyyəti  olur  və 

insanların  bir-birinə  münasibəti  məhz  bunun  ətrafında 

bağlanır. Əgər istehsal vasitələri zəhmətkeşlərə məx- susdursa, 

ictimai  mülkiyyət  yaradır,  onda  istehsal  münasibətləri 

əməkdaşlıq və adamların bir-birinə qarşılıqlı köməyi xarakteri 

kəsb edir. Əgər cəmiyyətdə istehsal vasitələri üzərində xüsusi 

mülkiyyət hökm sürürsə onda burada hökmranlıq və tabeçilik 

münasibəti  yaranır  və  cəmiyyət  antaqonist  siniflərə  bölünür. 

İqtisadi  münasibətlər  (istehsal,  mübadilə,  bölgü,  istehlak) 

istehsal münasibətlərinin nüvəsini təşkil etməklə digər ictimai 

münasibətlərin məzmununu formalaşdırır və bu funksiyası ilə 

cəmiyyətin  sistem  yaradan  amili  kimi  çıxış  edir.  İstehsal 

münasibətləri  obyektiv  yaranır,  yəni  adamların  şüur  və 

iradəsindən asılı olmayaraq yaranır və öz bütövlüyü ilə bütün 

ictimai  münasibətlərə  və  cəmiyyətin  özünə  tarixən  müəyyən 

ictimai  keyfiyyət  verir.  Beləliklə,  istehsal  münasibətləri 

cəmiyyətin müxtəlif konkret tarixi tipini müəyyən etmək üçün 

obyektiv  meyar  kimi  çıxış  edir,  belə  ki,  məhz  istehsal 

münasibəti kateqoriyasının köməyi ilə 

203 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə