Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə54/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   148

canlılarla  qohumluq  münasibətini  başa  düşür.  Bü  özünü 

totemizmdə daha  yaxşı  təzahür edir. Totemizm  ibtidai xaqlar 

üçün xarakterikdir, onlar özlərini hər hansı heyvanla (totemlə) 

eyniləşdirir,  bu  heyvanı  öz  əcdadı  hesab  edirdi.  Bir  çox 

incəsənət əsərlərində də canlı heyvanlarla qohumluq duyğusu 

geniş  şərh  olunur;  məsələn  şairlər  öz  şeirlərində  heyvanları 

«bizim  kiçik  qardaşımız»  deyə  vəsf  edirlər.  İbtidai  xalqlarda 

heyvanların  müqəd-  dəsləşdirilməsi  əsrlərin  sınağından 

keçərək  bu  günümüzə  qədər  gəlib  çatmışdır:  bu  gün  də 

dünyanın 

müxtəlif 

yerlərində 

ayrı-ayrı 

heyvanların 

müqəddəsləşdirilməsi  ənənəsi  yaşamaqdadır;  türk  xalqlarının 

boz  qurda,  hindlilərin  inəyə  və  s.  pərəstişi  bu  gün  də 

yaşamaqdadır.  Bu  ikillik,  praktiki  fəaliyyət  üçün,  insanın 

özünün  mövcudluğu  üçün  canlının  əhəmiyyətindəki 

ambivalentlik son nəticədə insanda canlıya qarşı xüsusi hiss və 

münasibət  yaradır  ki,  bu  da  mifoloji,  dini  baxışlarda,  əxlaq 

normalarında  və  estetik  tərbiyədə  öz  əksini  tapır.  Məsələn, 

insan  mədəniyətinin  və  əxlaqının  mənbəyində  dayanan  ilk 

qadağalardan (tabu) biri bu və ya digər heyvanın öldürülməsi 

və onun ətininin yeyilməsinin qadağan edilməsi olmuşdur. Bu 

qadağaların qalıqları indi də qalmaqdadır: hindlilər bu gün də 

inək əti yemirlər. 

Heyvanlar  həm  də  ibtidai  insanların  qayaüstü 

rəsmlərinin ilk obyektləri olmuşlar. Bizim günlərdə də müxtəlif 

bitkilər  və  heyvanlar  çox  vaxt  estetik  şüurda  gözəllik  və  ya 

eybəcərlik  etalonu  kimi  çıxış  edirlər.  Deyirlər  ən  gözəl  göz 

eşşəyin  gözüdür,  hər  hansı  adamın  gözəlliyi  ayrı-ayrı  gözəl 

heyvanlara  bənzədilməklə  təsvir  olunur  maral,  ceyran, 

tovuzquşu  və  s.  Sözü  başa  düşməyənlərə  gönü  qalın  camış 

kimi, kobudluq edənin davranışını  «ayı kimi necə gəldi edir» 

deyə qiymət verilir. 

164 



Canlıya  olan  rəngarəng  münasibətləri  bəzən  praktiki 

məqsədəuyğunluğun tələblərindən çıxış edərək izah etmək və 

ya başa düşmək çox çətin olur. Canlı ilə qarşılıqlı fəaliyyətin və 

canlıya  münasibətin  bütün  müxtəlif  fonnalarma  nəzərə  alsaq, 

yalnız insan fəaliyyəti və şüuru üçün əsas qarşıdurmalardan biri 

kimi canlı və cansızın biri-birinə qarşı qoyulmasının son dərəcə 

vacibliyini deyil, həm də bu qarşı-qarşıya qoyulmanın praktiki 

və  idrakın  inkişafında  nail  olunan  səviyyəsindən  asılı  olaraq 

müxtəlif formada aparılmasını tam başa düşmək olar; bu həm 

də  ilk  baxışdan  göründüyü  kimi  insanlara  birdəfəlik  verilən 

xüsusiyyət  kimi  qəbul  edilməməlidir.  Bu  isə  o  deməkdir  ki, 

canlı və cansızın ayrılması və ya həyatın nə olmasının müəyyən 

edilməsi elə bir problemdir ki, onu birdəfəlik həll etmək olmaz, 

bu məsələyə insanlar hələ dəfələrlə qayıdacaqlar. Bu problemin 

olması faktı canlıya olan münasibətin bütün deyilən formaları 

ilə yanaşı, həm də dərk etmə, başa düşmə münasibətlərinin də 

zəruriliyi  göstərir,  yəni  bu  poblemin  olması  həyatın  bütün 

müxəlif  təzahürləri  ilə  öyrənilməsinin  zəruriliyini  göstərir. 

İnsanın  canlı  haqqında  ilkin  bilikləri  -  tutaq  ki,  heyvanların 

davranışı  ilə  bağlı,  rüşeymiərin  yetişməsi  vaxtı  ilə  bağlı 

biiikiəri  onların  praktiki  fəaiiyyətiəri  ilə  sıx  bağiı  olmuşdur. 

İnsan  uzun  müddət  apardığı  müşahidədən  sonra  məhz  bu 

məsələ  ilə  bağlı  müəyyən  qənaətə  gəmişdir.  Lakin  sonradan, 

məsələn,  hilozoizm  indiki  ölçülərlə  fantastik  görünən  cəhd 

kimi çıxış edir, dərk olunmuş şəkildə canlı və cansızı bir-birinə 

qarşı  qoyur.  Bu  problemin  dərk  olunması  ilə  yanaşı,  həm  də 

bütün canlılara xas olan ən ümumi xassələri və xüsusiyyətləri 

aydınlaşdırmaq məsələsi də qarşıda dayanır. 



165 


Canlıların  dərk  olunmasında  biolojinin  və  fəlsəfənin 

yerinə də aydınlıq gətimrək maraqlı olardı. İlkin olaraq praktiki 

fəaliyətlə  bilavasitə  bağlı  olan  canlı  haqqında  müxtəlif, 

hissə-hissə  olan  baxışlar  və  məlumatlar  bioloji  idrakı 

formalaşdırır.  Bizim  günlərdə  bunlar,  ilk  növbədə,  elmi 

vasitələrlə həyata keçir. Müasir biologiya elmin olduqca geniş 

və inkişaf etmiş sahəsidir. Bununla belə bioloji elmlər insanın 

canlı  ilə  praktiki  qarşılıqlı  fəaliyyətinin  müvafiq  növlərinə 

bilavasitə istiqamətlənən kənd təsərrüfatı, biotexnoloji və tibbi 

elmlərlə  tamamlanır.  Bioloji  idrakın  özünün  inkişafı  bu  cür 

qarşılıqlı  fəaliyyətin  yeni  növlərini  yaradır.  Bu  əvvəlcədən 

genetik cihazlarla verilən, təbiətində əvvəlcədən olmayan yeni 

bioloji orqanizmlərin lahiyələşdirlməsi ilə məşğul olan müasir 

biotexnologiyada  aydın  aşkar  olunur.  Biotexnologiyanın 

köməyi ilə insanın ən müxtəlif təlabatlarmı ödəmək üçün zəruri 

olan  maddələr  və  ərzaqları  süni  yolla  almaq  mümkün  olur. 

Beləliklə,  bizim  günlərdə  canlı  haqqında  biliklərin  əsas 

hissəsini, o cümlədən ən əsaslı bilikləri adamlar biologiyadan 

alırlar. 

Bununla  bağlı  olaraq  belə  bir  sual  yaranır:  bəs  həyatı 

dərk etməkdə fəlsəfənin rolu necədir? Biologiya ümumiyyətlə 

fəlsəfəsiz keçinə bilərmi? Bizdə bu məsələ daha kəskin şəkildə 

dayanır.  Məsələ  ondadır  ki,  XX  əsrin  30-40-cı  illərində 

biologiyanın  fəlsəfi  problemlərinə  dair  yanlış  anlamalar 

fomıalaşmışdır.  Bu  dövrdə  həm  bioloqlar,  həm  də  filosoflar 

arasında  belə  bir  yanlış  nöqteyi-nəzər  formalaşmış  və  geniş 

yayılmışdır 

ki, 


guya 

iki 


biologiya 

qabaqcıl 



dialektik-materialist  biologiya  və  xalq  əleyhinə  olan  irticaçı 

idealist  biologiya  mövcuddur.  Olduqca  primitiv  mühakiməyə 

malik  olan  ayrı-ayrı  fəlsəfi  müddəalar  öz  müddəaları  üçün 

başlıca əsas kimi onu 



166 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə