Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə50/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   148

edən  oksid),  20  milyon  tona  qədər  oksidləşmiş  azot,  milyon 

tonlarla ftor (rəngsiz qaz) xlor və kükürd atılır. Bütün bunlar 

məcmu  şəkildə  planetdə  temperaturun  yüksəlməsinə, 

atmosferin  və  təbii  suların  çirklənməsinə,  ozon  qatının 

dağılmasına, iqlim yağışlarına və təbiət və insan üçün öldürücü 

olan digər məhvedici nəticələrə gətirib çıxarır. 

Əkinçilik də təbiətə hiss olunacaq dərəcədə ziyan vurur. 

Kənd təsərrüfatı işlərinin gedişində adamlar hər il torpağın üst 

qatını  çevirməklə  iş  görür  və  üç  il  ərzində  görülən  bu  işlər 

torpağın  məhsuldar  hissəsinin  bir  santimert  təbəqəsini  məhv 

edirlər  -  təbiət  bu  qatı  yaratmaq  üçün  üç  yüz  il  zəhmət 

çəkmişdir.  «Roma  klubu»  alimlərinin  hesablamalarına  görə 

bəşəriyyət artıq indi təbii mühitdən on dəfələrlə məhsuldar olan 

süni mühit yaratmşdır. Süni mühit tədricən və geri çəkilmədən 

təbii mühitə tərəf irəliləyir və çox güman ki, yaxın gələcəkdə 

onu tamamilə udacaqdır. İnsan bioloji növ olduğu üçün, bütün 

digər bioloji növlər kimi, o yalnız həyat üçün əlverişli şəraitdə 

yaşaya  bilər.  Eyni  zamanda  bu  şərait  heç  də  uzaq  keçmişdə 

yox,  lap  yaxın  gələcəkdə,  artıq  XXI  əsrin  ortalarında 

dəyişəcəkdir.  1992-ci  ildə  Braziliyada  BMT-nin  bayrağı 

altında  keçirilən  beynəlxalq  konfransda  iştirakçılar  aşağıdakı 

nəticəyə  gəlmişdilər:  əgər  bu  gün  iqtisadi  və  texnoloji 

münasibətlər  cəhətdən  geridə  qalan  ölkələr  Avropa  və 

Amerikanın  inkişaf  etmiş  ölkələrinin  yolu  ilə  getsələr,  onda, 

yaxın  gələcəklə  ekoloji  fəlakətdən  qaçmaq  mümkün 

olmayacaqdır. Görəsən bu pessimist nəticə nəyə əsaslanır? 

İnkifaş  edən  bəşəriyyətin  yaxın  gələcək  üçün  əldə 

edəcək  faydaya  meyl  edərək  təbii  ehtiyatlardan  necə  gəldi 

istifadə etməsi onun üçün olduqca ağır nəticələrə gətirib 

152 



çıxarmışdır,  müxtəlif  ölkələrdə  «yaşıllıq»  hərəkatı  yaranmış, 

ətraf mühiti qorumaq üçün dövlət orqanları fəaliyyət göstərir. 

Bu gün bütün dünyada ekoloji problemə böyük diqqət yetirilir. 

Bu  problem  BMT  səviyyəsində  müzakirə  olunur,  ayrı-ayrı 

ölkələr  öz  aralarında  ekoloji  problemlərlə  bağlı  birgə 

əməkdaşlıq  haqqında  müqavilə  imzalayır,  azon  qatının 

deşilməsi  probleminin  həllinə  istiqamətlənən  addımlar  atılır, 

iqlimin  dəyişməsi,  dünya  okeanının  ehtiyatlarının  tükənməsi 

ilə  bağlı  narahatlıq  hamının  diqqətini  ekoloji  problemə 

yönəltmişdir.  Ekoloji  çətinliklərdən  çıxmaq  üçün  fəlsəfədə 

yaranan mövqeləri qeyd etmək məqsədəuyğundur. 

Bu fəlsəfi mövqelər arasında russoist və ya neorussoist 



konsepsiyaları ayınnaq yerinə düşər. «Geriyə, təbiətə doğru!» 

şüarından  həvəslənən  bu  konsepsiyanın  tərəfdarları  öz 

konsepsiyalarında  öz  məğzinə  görə  ədalətli  olan  insan  və 

təbiətin vəhdəti haqqında tezisdən uzaqlaşırlar. Lakin bu tezisi 

mütləqləşdirərək, insanın təbiətə passiv uyğunlaşması ilə deyil, 

fəal  şəkildə  onu  dəyişdirmək  yolu  ilə  insan  olaraq  qalması 

şəraitini  inkar  edərək  səvh  nəticəyə  gəlib  çıxırlar:  vəhşi, 

düzəldilməyən  təbiətin  qarşısında  ibadətin  ağıllı  həddindən 

çıxaraq  onlar  mədəniyyətə  münasibətlərini  dəyişmiş,  insana, 

onun yaradıcı qüvvəsinə, onun ağlına inamsızlıq həddinə gəlib 

çatmışdırlar.  Ona  görə  də  russoist  konsepsiyasından  çıxan 

nəticə və ekoloji  problemin əsaslandırılması  ilə bağlı onların 

nəticələri irticaçı utopik, birtərəfli qadağası olan xarakterdədir. 

Son nəticədə bu cür konsepsiya antihumanist xarakter daşıyır, 

belə  ki,  təbiəti  və  onun  təbii  dəyərlərini  saxlamaq  üçün 

bəşəriyyətin 

mədəni 

təbəqəsini 



məhdudlaşdırmağın 

zəruriliyini  qeyd  edirlər.  Bununla  yanaşı  bu  konsepsiyanın 

məzmununda 

153 



olan  müsbət  tərəf  kimi  onu  da  qeyd  edək  ki,  onlar  insanı 

demiurq  (yaradıcı)  kimi,  təbiət  üzərində  dayanan,  onu  fəth 

edən, təbiəti özünə tabe etməyə çalışan kimi qəbul etmirlər. Bu 

baxışlarda  insanın  azadlığı  anlayışı  təhrif  olunur,  russoist 

konsepsiyasının  elmə  və  texnikaya  qaışı  düşmən  münasibəti 

açıq  görünür.  Ekoloji  problemin  antitexniki  şərhi  üçün 

xarakterik  olan  cəhət  ondan  ibarətdir  ki,  insan  və  təbiətin 

qarşılıqlı 

fəaliyyəti 

prosesində 

elm 

və 


texnikanın 

nailiyyətlərinin  istifadə  olunması  sivilizasiya  üçün  olduqca 

qorxuludur.  Lakin  bu  baxışlarla  barışmaq  cəmiyyəti 

durğunluğa məhkum  etmək olardı,  elm və texnika sahəsində, 

hütöv  mədəniyyətdə  inkişaf  dayanardı.  Diqqətlə  araşdırdıqda 

bu  baxışların  kifayət  qədər  əsassız  olduğu  açıq  görünür. 

Doğrudur, 

insanın 


təbiətlə 

qarşılıqlı 

münasibətin 

harmoniyasının  məhz  bu  qarşılıqlı  fəaliyyətin  elmi-texniki 

fonnası  ilə  bağlıdır;  lakin  bu  zəruri  haldır,  cəmiyyət  öz 

inkişafının  müəyyən  mərhələsində  elmi-texniki  tərəqqinin 

nailiyyətlərindən öz inkişafı naminə mütləq istifadə etməlidir. 

Elmi-texniki 

tərəqqi  və  ekologiya  məsələsinə 

diqqətimizi  yönəltmək  məqsədəuyğundur.  Ətraf  mühitin 

pisləşməsində  yalnız  elmi-texniki  tərəqqini  günahlandıran 

russoist konsepsiyadan fərqli olaraq bu gün biz əmin oluruq ki, 

yüksək  texnologiyanın  tətbiqi  ekoloji  cəhətdən  olduqca 

əlverişlidir və müasir cəmiyyətdə müasir texnikanın tətbiqinə 

daha çox üstünlük verilir. İndi alimlər hazırladıqları layihələrdə 

gələcək işlərinin ekoloji xarakterinə diqqət yetirirlər, cəmiyyət 

son  vaxtlar  özünün  təbiətlə  olan  münasibətinin  daha  çox 

qayğısına  qalır,  təklif  olunan  layihələrin  ekoloji  cəhətdən 

əlverişli  olub-olmaması  ön  plana  keçirilmişdir.  Son  vaxtlar 

ekoloji  problemin  həllində  elmi-texniki  tərəqqinin  rolu 

əhəmiyyətli dərəcədə 

154 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə