Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə21/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   216

həbsə alınmışdı. 1910-cu ildə həbsxanadan qaçmış Cahangir böyük qaçaq 

dəstəsi  təşkil  etmiş,  hökumətin,  bəy  və  qolçomaqlann  birləşmiş  silahlı 

dəstələri  ilə  20  dəfə  döyüşə  girmiş  və  qələbə  çalmışdı.  1913-cü  ildə 

dəstənin  bir  neçə  üzvünü,  o  cümlədən  Cahangiri  təqib  edən  polis 

dəstələrindən  xilas  olmaq  üçün  Tiflisə  gedən  qaçaqlar  orada  pusquya 

düşərək  həbs  olundular  və  oktyabr  ayında  Tiflisdə  öldürüldülər.  1911- 

1912-ci  illərdə  Lənkəran  qəzasının  Ərus  və  Butasər  kəndlərində 

mülkədarlara qarşı çıxışlar baş verdi. Kəndlilər mülkədar Mir Əhməd xan 

Talışinskinin torpağını zəbt etdilər. Kəndlilərdən 15 nəfəri həbs edildi. 

Qaçaq hərəkatı bir sıra qəzalarda hökumət dairələrini, mülkədar- lan 

və  bəyləri  lərzəyə  salmışdı.  Qandal  Nağının  və  1910-cu  ildə  Saxalin 

sürgünündən  qaçıb  gəlmiş  Məşədi  Yolçunun  dəstəsi  Gəncəbasarda 

misilsiz şöhrət qazanmışdı. Müharibənin başlanması kəndli hərəkatının 

da qarşısım bir qədər aldı. 



§ 3. Azərbaycanda çarizmin milli qırğın siyasəti 

Bakı fəhlələri «Qanlı bazan> günü ilə əlaqədar ümumi tətil və silahlı 

nümayişlər  keçirməyi  qərara  almışdılar.  Silah  almaq  üçün  əmək- 

haqlanndan  pul  toplamış  və  öz  sıralanndan  silahU  dəstələr  təşkil 

etmişdilər. 

Hökumət  Azərbaycanda  milli  qırğın  törətmək  üçün  paytaxtda 

tədbirlər  planı  hazırlamışdı.  Onu  həyata  keçirmək  Bakı  qubernatoru 

Naka- şidzeyə və onun köməkçilərinə tapşınimışdı. 

Azərbaycandakı  qırğına  qədər  çarizm  bu  üsuldan  Polşada,  Baltik 

sahili  ölkələrində  və  digər  milli  ucqarlarda  istifadə  etmişdi.  Təsadüfi 

deyil ki, Rusiya imperiyası «xalqlar həbsxanası» adlanırdı. Bura qeyri- 

rus  xalqlardan  ötrü  ikiqat  həbsxana  idi.  İmperiyanın  əsarətində  olan 

xalqlar  bir-birinə  qarşı  qoyulur,  milli  ləyaqətləri  təhqir  edilir,  qan  yad- 

daşlan  unutdurulur  və  soyköklərindən  uzaqlaşdınlırdılar.  Milli 

dövlətçiliyin  bərpası  haqqında  fikirləşmək  yasaq  edilmişdi. 

Müstəmləkəçilik  siyasətindən  irəli  gələn  inzibati  bölgü  nəticəsində 

xalqların  tarixən  sabitləşmiş  sərhədləri  pozulmuşdu.  Ona  görə  qonşu 

millətlər  arasında  münaqişə  salmaq  üçün  bəhanələrdən  istənilən  vaxt 

istifadə etmək mümkün idi. 

1905-1906-cı  illərdə  Azərbaycanda  törədilən  milli  qırğında 

daşnaklar,  sadəcə  olaraq,  bir  alət  idi.  Əslində,  bu  milli  qırğın  dövlət 

səviyyəsində hazırlanıb həyata keçirilən tədbir idi. İblis libasına girmiş 

çar 

52 



və  onun  Cənubi  Qafqazdakı  yüksək  rütbəli  məmurlan  qırğına  rəvac 

verirdilər.  Ermənilərin  hamisi  və  türkləri  görmək  istəməyən  Qafqaz 

canişininin göstərişi ilə hər yerdə rus qoşunlanna və kazaklara «tatarlara» 

(Azərbaycan  türklərinə  -  red.)  atəş  açmaq  əmri  verilmişdi.  Rəsmi 

çıxışlannda  və  məlumatlannda  mənfur  erməniləri  işgüzar  və  siyasi 

cəhətdən yetkin hesab edən canişin onlan qanunun və sabitliyin tərəf- dan 

kimi  təqdim  edirdi.  O,  Türkiyə  ilə  müharibəyə  açıqdan-açığa  tərəfdar 

olan  ali  rütbəli  məmurlardan  idi.  Türkiyə  ilə  müharibədə  ermənilərə 

ruslann  sədaqətli  dayağı  kimi  baxırdı.  Canişin  Vorontsov-Daşkov  çara 

yazdığı  məktubunda  xatırladırdı  ki,  hələ  I  Pyotrun  vaxtında  Qafqazda 

türklərə qarşı mübarizədə ermənilər sədaqətlərini sübut etmişlər. 

Birinci  rus  inqilabı  dövründə  Azərbaycanda  və  Cənubi  Qafqazın 

müsəlmanlar yaşayan bölgələrində törədilən milli qırğın çar ordusunun 

və  rəsmi  dövlət  adamlannın,  məsələn,  Bakıda  Nakaşidzenin,  Demin- 

skinin,  Lileyevin,  İrəvan  vitse-qubematoru  Baranovskinin,  Naxçıvan 

qəza  rəisi  Angilin,  Şuşada  Kalaşakovun  və  başqalarının  gözləri 

qarşısında  baş  verirdi.  Onlar  günahsız  insanlann  faciəsinə  qəsdən  göz 

yumurdular.  Ordu  və  polis  bu  milli qırğını  soyuqqanlılıqla  seyr  edirdi. 

Milli  qırğında  çarizmin  riyakarlığını  kəskin  surətdə  ifşa  edən  «Molla 

Nəsrəddin» jurnalı yazırdı: «Bu nə sirdir ki, erməni-müsəlman vuruşması 

düşən  kimi  hökumət  əsgərləri  elə  şiddətli  azara  mübtəla  oldular  ki, 

təbiblər onlann çölə çıxmalanni rəva görmürlər». 

Hökumətin  qırğın  siyasətinin  həyala  keçirilməsində  mənfur  «Daş- 

naksütyun»  partiyası  \ə  erməni  quldurlan  həlledici  rol  oynayırdılar. 

Natamam  məlumata  görə,  milli  qırğınlar  nəticəsində  Azərbaycanda 

minlərlə  adam  qətlə  yetirilmiş.  158  müsəlman  kəndi  dağıdılmış,  evlər 

yandınimış  və  on  minlərlə  adam  evsiz-eşiksiz  qalmışdı.  Yalnız  1905- 

1906-cı illərdə erməni quldurlan və terrorçuları tərəfindən müsəlmanlara 

qarşı  törədilmiş  500-ə  qədər  cinayət  hadisəsi  qeydə  alınmışdı.  Milli 

münaqişələrin ilk təşəbbüskan və günahkarlan ermənilər olmuşdu. Onu 

da  demək  lazımdır  ki,  əvvəlcədən  silahlanmalarına,  silahdan  nisbətən 

yaxşı istifadə etmələrinə və hərbi işdə təcrübəli olmalanna baxmayaraq, 

döyüşlərdə  daha  çox  itki  verən,  meydandan  qaçan  vo  məğlub  olan  da 

ermənilər idi. 

Daşnaklar  zahirən  muxtariyyət  tələbi  ilə  çıxış  etsələr  də  bunun 

arxasında sərsəm Ermənistan dövləti yaratmaq xülyası dayanırdı. Erməni 

millətçi liderləri Avropanın iri dövlətlərinin paytaxtlanna ayaq döyərək 

ümidverici vədlər aldıqdan sonra öz xalqını fəlakətə sürüklədilər. Hələ 



53 


keçən  yüzilliyin  60-80-ci  illərində  ingilislərin  Türkiyə  ərazisində 

ermənilərə  muxtariyyət  verilməsinə  kömək  edəcəklərini  vəd  etdikdən 

sonra  Sasun,  Zeytun  və  Vanda  (Türkiyə  vilayətləridir  -  red^  kütləvi 

erməni-türk  qırğınlan  baş  verdi.  90-cı  illərdə  ermənilərin  törətdikləri 

qırğınlarda  on  minlərlə  azərbaycanlı  məhv  edildi.  Ermənilərdən  də  az 

qınimadı.  Bundan  ibrət  dərsi  almayan  ermənilər  Cənubi  Qafqazda 

muxtariyyət fikrinə düşdülər. Bu ideyanın müəllifi ifrat millətçi, sərsəm 

yazıçı  Arsurini  idi.  Onun  ölümündən  sonra  müxtəlif  dövrlərdə  şərəfsiz 

varisləri  həmin  ideyanı  davam  etdirmək  istəyirdilər.  Daşnaklar  murdar 

niyyətlərinə çatmaq üçün Rusiyaya daha çox bel bağlayırdılar. 

Fitnənin  baş  tutmasının,  adamların  qətlə  yetirilməsi  və  kəndlərin 

dağıdılmasının  səbəblərindən  biri  də  Azərbaycan  türklərinin  məkrli 

qonşulanna  inanmalan,  rəhmdil  və  humanist  olmalan  idi.  Qan  düşmən 

onlan  asanlıqla  aldadırdı.  Hiyləgər  və  satqın  ermənilər  bir  qəzada  sülh 

bağlayır,  digərində  isə  qırğın  törədirdilər.  «Daşnaksütyun»  İrandan  və 

Türkiyədən könüllü erməni dəstələri gətirir, onlan silahlandırır və özünün 

hərbi  hissələrinə  qəbul  edirdi.  Natamam  məlumata  görə,  1905-ci  ildə 

daşnak  hərbi  hissələrində  100  min  nəfərə  qədər  əsgər  vardı  və  onlann 

saxlanılmasına  daşnak  partiyası  hər  il  10  mln.  manata  qədər  pul 

xərcləyirdi.  Bütün  bunlara  baxmayaraq,  ermənilərin  itkisi  və  dağıntısı 

daha çox idi. Bunun əsas səbəblərindən biri bizim könüllü gənclərimizin 

cəsarəti  və  igidliyi  idi.  Azərbaycanın  bir  sıra  qəzalannda  kəndlilər 

partizan müharibəsi bayrağı qaldırmışdılar. Döyüşlərdə əfsanəvi qaçaqlar 

böyük ad qazanmışdılar. Onlardan bir neçəsi Gəncə quberniyasının qərb 

hissəsini nəzarətdə saxlayırdı. Onlar təkcə ermənilərə qarşı deyil, həm də 

onlan bilavasitə himayə edən imperiya qoşunlan və raəmurlan əleyhinə 

vuruşurdular. 

Çarizmin Azərbaycanda milli qırğın siyasətinin doğurduğu faciənin 

miqyasının  genişlənməsində  XX  əsrin  əvvəllərində  «Hınçaq»  və 

«Daşnaksütyun»  partiyalanmn  Gəncədə,  Şuşada,  Bakıda  və  ayn-ayn 

kəndlərdə yaradılmış şöbələrinin üzvlərinin çox fəal iştirak etmələri idi. 

«Daşnaksütyummn  hələ  1894-cü  ildə  Balaxanı  kəndində  təşkil  edilmiş 

şöbəsi  Bakıda  törədilən  qırğına  bir  növ  başçılıq edirdi.  Yeri  gəlmişkən 

onu  da  demək  lazımdır  ki,  1905-ci  ilin  noyabrında  «Hınçaq»  terrorçu 

partiyası  Rusiya  Sosial-Demokrat  fəhlə  partiyasının  (RSDFP)  bolşevik 

fraksiyası ilə rəsmi olaraq birləşmişdi. Deməli, azərbaycanlılar, həm də 

hınçaq-bolşevik birliyinə qarşı dururdu. 

54 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə