Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə85/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   94

 
 
342 
 
Müəssisə səviyyəsində KS-ni keyfiyyət sahəsin-dəki 
siyasət,  müəssisə  standartlarının,  texniki  şərtlərin,  rəhbər-
lik  sənədlərinin,  normativ-texniki  və  normativ-metodiki 
sənədlərin və keyfiyyət üzrə digər sənədlərin tələbləri əsa-
sında  qurmaq  lazımdır.  Bu  sənədlər  komplek-si  KS-nin 
bütün  elementlərinin  və  yarımsistemlərinin  qarşılıqlı  əla-
qələrini məhsulun həyat tsiklinin bütün mərhələlərində və 
idarəetmə  səviyyələrində  reqlament-ləşdirməlidir.  Sahə, 
sahələrarası,  respublika,  dövlətlərarası  (MDB  çərçivəsin-
də)  və  beynəlxalq  səviyyələrdə  sənədlər  kompleksi  sahə, 
dövlət  (AZS),  dövlətlərarası  (MDB  dövlətləri  üçün 
QOST) və beynəlxalq standartlara, həmçinin digər NTS-ə 
və NMS-ə (təlimatlar, metodikalar. rəhbərlik sənədləri və 
s.) əsaslana bilər. 
KS-i çərçivəsində  
realizə 
edilən menecmentin ən va-
cib tərkib hissələrindən biri keyfiyyət sahəsindəki siyasət-
dir.  Ona  görə  də  sistemin  NTS-ləri  içərisində  bu  sahədə 
hazırlanan sənəd birinci yerdə durmalıdır. 
Müəssisə səviyyəsində KS-nin bütün sənədlər komp-
leksini  əsasverici,  ümumi  və  xüsusi  sənədlərə  bölürlər. 
Əsasverici  sənədlər  müəssisədə  istifadə  olunan  NTS  və 
NMS-ə,  keyfiyyət  sahəsində  işlənib  hazırlanmış  siyasətə 
uyğun olaraq bütövlükdə KS-nin və onun ayrı-ayrı yarım-
sistemlərinin qurulma prinsiplərini, məzmununu və tətbiqi 
qaydalarını  təyin  etməlidir.  Ümumi  sənədlər  ümumsis-
temli məsələləri reqlamentləşdirir, məsələn, keyfiyyət üzrə 
müşavirələrin keçirilməsi, keyfiyyət qruplarının işinin təş-
kili  və  s.  Xüsusi  sənədlər  sistemlərin  (yarımsistemlərin) 


 
 
343 
 
ayrı-ayrı  funksiyalarının  yerinə  yetirilmə  qaydalarını  mü-
əyyənləşdirir. 
 Mahiyyətcə  əsasverici  və  ümumsistemli  sənədlər  
səviyyəli  sənədlər  kompleksini  (İSO  10  013  beynəlxalq 
standarta  görə),  xüsusi  sənədlər  isə  təyinatlarından  asılı 
olaraq B və C səviyyəli sənədlər kompleksini təşkil etmə-
lidir.  B  səviyyəli  sənədlər  ayrı-ayrı  bölmələrin  (yarımsis-
temlərin)  fəaliyyətinə  tələbləri  təyin  edir.  C  səviyyəli  sə-
nədlər keyfiyyətin təmin edilməsi proseslərinin qaydaları-
nı təyin edən işçi sənədlərdir (prosedurlar, təlimatlar, tex-
noloji kartlar, formalar və s.). Bütün bu sənədlər komplek-
si müəssisənin və müəyyən növ məhsulun xüsusiyyətlərini 
və  spesifıkasiyasını  qarşılıqlı  əlaqələndirməli,  həmçinin 
KS-nin qoyduğu məqsədə çatmaq üçün lazımlı məsələləri 
əhatə etməlidir. 
 
15.2.Keyfiyyət  sistemində  müəssisə  standartları 
 
Öz  təyinatına  görə  əsasverici  müəssisə  standartı
 
(MS)aşağıdakı  təxmini  bölmələri  özündə  birləşdirə  bilər: 
ümumi  müddəalar;  keyfiyyətin  yüksəldilməsi  və  təmin 
edilməsi sahəsində siyasət, məqsəd və məsələlər; sistemin 
strukturu, personalı, sənədləri və işçi prosedurları; keyfiy-
yətin yüksəldilməsi və təmin edilməsinin, həmçinin siste-
min  fəaliyyətinin  texniki-iqtisadi  səmərəliliyi;  sistemin 
fəaliyyətinin  yoxlanması  və  səmərəliliyinin  qiymətləndi-
rilməsi; rəhbərliyin məsuliyyəti və hüquqları; əlavə (siste-
min standartlarının, NTS və NMS-lərinin siyahısı; müəssi-


 
 
344 
 
sənin  struklur  bölmələri  arasında  keyfıyyətə  ümumi  rəh-
bərlik üzrə funksiyaların bölünməsi). 
Əsasverici  MS  əvəzinə  keyfiyyət  üzrə  ümumi  rəh-
bərlik sənədi işlənib hazırlana və tətbiq edilə bilər. Lakin 
iri  müəssisələrin  ayrı-ayrı  struktur  bölmələrində  onların 
özlərinin  keyfiyyət  üzrə  rəhbərlik  sənədlərini  yaratmaq 
məqsədəuyğundur. Bunula yanaşı, qeyd etmək lazımdır ki, 
keyfiyyət üzrə ümumi rəhbərlik sənədində olan informasi-
yanın  tərkibini  ciddi  reqlamentləşdirmək  mümkün  deyil-
dir.  Burada  bütün  məsələlər  qoyulmuş  ənənələr  nəzərə 
alınmaqla bilavasitə müəssisədə həll edilir. 
Keyfiyyət üzrə ümumi rəhbərlik aşağıdakıları özün-
də  birləşdirə  bilər:  adı,  yayılma  sahəsi  və  təsir  dairəsi; 
mündəricat;  müəssisə  (təşkilat)  haqqında  giriş  hissə  və 
keyfıyyət  üzrə  rəhbərlik  haqqında  məlumatlar;  terminlər 
və təyinlər; keyfiyyət sahəsində siyasət (ayrıca sənəd kimi 
tərtib edilə  bilər);  müəssisənin (təşkilatın) şərhi, məsuliy-
yətli  və  hüquqları;  KS-i  elementlərinin  şərhi  (sənədləşdi-
rilmiş prosedurlara, təlimatlara və s. istinad etməklə); rəh-
bərlik sənədinin strukturunun və  onun hər  bir bölməsinin 
qısa şərhi; əlavə. 
Xarici  təşkilatların  keyfıyyət  üzrə  rəhbərlik  sənədi 
adətən üç əsas bölmədən ibarət olur:  
I) keyfıyyət siyasəti haqqında bəyanat;
 
2) KS-nin şərhi (sistemdə keyfiyyətin təmin edilməsi 
və təşkili sxemi,onların yerinə yetirilməsi üçün əsas funk-
siyalar və məsuliyyət);  
3)  keyfiyyətin  təmin  edilməsi  üzrə  prosedurların  si-
yahısı. 


 
 
345 
 
 Zəruri hallarda rəhbərliyə əlavə kimi keyfiyyət üzrə 
plan  hazırlana  bilər.  Bu  planda  keyfiyyət  sisteminin  elə 
elementləri və prosedurlar nəzərdə tutulur ki, onlarsız ke-
çinmək mümkün deyildir. 
Prosedurlar  hər  bir  keyfiyyət  sisteminin  ayrılmaz 
hissəsidir. Lakin xarici sənədləşdirmədə prosedur dedikdə, 
adətən, istənilən NTS və NMS, o cümlədən prosedurların 
özləri,  standartlar,  təlimatlar,  müddəalar,  alqoritmlər.
 
Funksional  matrisalar  və  s.  başa  düşülür.  Bizim  ölkənin 
KS-ləriındə  MS-larının  geniş  istifadə  olunması  məqsədə-
uyğundur. Bu kateqoriyalı standartların yaradılması və tət-
biqi üzrə kifayət qədər təcrübə vardır. Bu cür standartların 
bizim  ölkədə  işlənib  hazırlanmasının  özünü  doğrultmuş 
qaydaları  mövcuddur.  Bu  prosedur  qaydalar  standartların 
işlənib  hazırlanmasının  aşağıdakı  mərhələlərini  nəzərdə 
tutur:  
1) standartın işlənməsinin təşkili və texniki tapşırığın 
tərtib edilməsi:  
2) standartın layihəsinin hazırlanması (birinci redak-
siyasının) və onun rəyə göndərilməsi;  
3) rəylərin təhlili. Standartın layihəsinin son redaksi-
yasının işlənib hazırlanması və təsdiqlənməyə təqdim edil-
məsi;  
4)  standartın  layihəsinin  baxılması,  təsdiqi  və  qey-
diyyatı;  
5) standartın nəşr edilməsi, onun geniş yayılması. 
Prosedurlar,  bir  qayda  olaraq,  müvəqqəti  yaradılmış 
işçi qrupu tərəfındən işlənib hazırlanır. Bu qrupa o şəxslər 
daxil  edilir  ki,  prosedurlar  onlar  üçün  yaradılır,  buraya, 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə