36
Çünki etnik amillərin artan əhəmiyyəti sosial – siyasi proseslərin intensivliyini artırmaqla sivilizasiyanın özünə
də bir dinamiklik və çeviklik aşılayır.
Azərbayjan mədəniyyəti (söhbət professional mədəniyyətdən gedir)
qədim mədəniyyətdir, zəngin folklor
bazasında təşəkkül tapmış və öz epos istinadgahını heç zaman itirməmişdir, bununla belə tarixi təjrübə göstərir
ki, Azərbayjan mədəniyyəti müxtəlif regional təsirləri (eləjə də ümumdünya mədəni- tarixi, profesinin universal
təsirini) etnik inkişaf kontekstində qəbul edirsə, keyfiyyətli məhsul verə bilir. Əgər həmin təsirlər etnik
kontekstdə düşmürsə, milli təfəkkürdə həzm olunmursa, əksinə, dağıdıjı qüvvəyə çevrilir,
milli mədəniyyət
üzərində üstünlük edir və hətta milli xarakteri aşındırmaq təhlükəsi doğurur. Azərbayjan mədəniyyətinin faktiki
həm yaradarkən (istər ədəbiyyat, istər musiqi, istərsə də memarlıqla və s.) həm də elmi- nəzəri (estetik) təhlilə
jəlb edərkən meyar anjaq və anjaq Azərbayjan mədəniyyətinin öz tarixi olmalıdır- hər hansı, digər «meyarlar»
(ideallıq, aktuallıq, müasirlik və s.) nətijə etibarilə anti- meyara çevrilir və həmin meyarlarla təqdir olunmuş
yüzlərlə əsər göstərmək mümkündür ki, bu gün azərbayjanlı üçün heç bir estetik əhəmiyyət kəsb etmir. Çünki
bu jür əsərlər yarananda yazıçının, bəstəkarın, heykəltaraşın… milli- tarixi yaddaşı hərəkətə gəlməmiş, o anjaq
bu günün eklektikasından çıxış etmiş, millətin oğlu kimi (zaman və idrak məhdudluğunda) düşünmüşdür.
Milli mədəniyyətin faktını- şerini, mahnasını, hekayəsini, tablosunu,
hər dəfə yenidən yaratmaq, milli
mədəniyyətin taleyini «eksperimentlərə» tapşırmaq sözün həqiqi mənasında təhlükəlidir, biz nə qədər eksperi-
ment keçirmişik və nə qədər az nətijə əldə etmişik. Yenilik hissi yaxşı şeydir, anjaq bu, milli təfəkkürdən doğan
və milli mədəniyyətin, tarixi keyfiyyətini əks etdirən yenilik olmalıdır- mədəniyyətdə yenilik yaratmaq çətindir.
1
Milli müəyyənliyin kompleks atributları vardır və onların ümumi proseslərin axınında itib- batması son
nətijədə millətin başqa millətlər içərisində əriməsinə, assimilyasiyaya uğramasına aparıb çıxarır. Buna görə də
milli qürur hissini xüsusilə ayırmaq lazımdır. Çünki milli qürur hissi vasitəsilə etnik birliyə aid olan səjiyyəvi
jəhətlər, yəni milli müəyyənliyin
bütün ünsürləri, eləjə də millətin sivilizasiya ilə bağlayan jəhətlər xeyli qabarıq
şəkildə təzahür edir, millətin sivilizasiyalı münasibətlərdə iştirakı barədə təsəvvürləri aydınlaşır.
Odur ki, ijtimai- siyasi həyatın etnik əlamətləri üzrə təşkili sivilizasiyanın bütün mərhələlərində mühüm
əhəmiyyət kəsb etmiş, milli münasibətlərdə milli müəyyənliyin parametrlərinin dəqiqləşməsinə şərait
yaratmışdır. Buna görə də etno- siyasi amil dəfələrlə sivilizasiya və tarixi prosesin qüdrətli hərəkətverijisi kimi
çıxış etmişdir. Ayrı- ayrı hallarda meydana çıxan millətçilik və şovinizm, kosmpolitizm və rasizm ijtimai
inkişafın belə bir meylini ləngidə bilmişdir. Elə milli qürurun inkişaf trayektoriyasında bu halı çox asan şəkildə
müşahidə etmək olar.
Milli qürura malik olan insan təkjə öz millətinin deyil, bütün sivilizasiyanın taleyi ilə bağlı irimiqyaslı
vəzifələrin həllinə jəlb olunur. Bu həm hər bir adamın
ümumi inkişaf səviyyəsindən, həm də bu hissi fəaliyyətə
gətirən, onu təmizləyən amillərdən xeyli dərəjədə asılıdır. Burada həm xalqın sosial yaddaşı, həm şəxsiyyətin
siyasi yetkinlik dərəjəsi, həm də konkret sosial vəziyyət müəyyənediji rol oynayır. Məsələn, son zamanlar milli
zəmində baş verən hadisələr milli hisslərin, o jümlədən də milli qürur hissinin təsirliliyini, onun fəaliyyət dai-
rəsini xeyli artırmışdır.
Ekstremist, millətçi qışqırıqları ilə yanaşı, milli mədəniyyət və dillərin, bütövlükdə isə
milli inkişafın problemləri ilə bağlı təbii narahatlıqlara rast gəlmək mümkündür. Bu prosesdə millətçilik
zəhərindən uzaq olan milli qürur hissinin təsiri altında mənəviyyat və əxlaq daha da ülviləşir, insanın sosial
duyumu qüvvətlənir, o, jəmiyyət və xalq qarşısındakı məsuliyyətini daha aydın təsəvvür edir, sivilizasiyanın bu
günü və gələjəyi ilə bağlı məsələlərin həllində daha fəal iştirak edir.
2
Maraqlı jəhətlərdən biri də budur ki, milli qürur hissi milli varlığı, milli müəyyənliyi səjiyyələndirən,
millətə və
xalqa aid keyfiyyətləri küll halında özündə jəmləşdirən ən mühüm əlamətlərdəndir. Millətə aid bir çox jəhətlər- milli
mənəvi sima, özünəməxsus milli jəhətlərin toplusu kimi milli xasiyyət, emosional- psixi amillərin məjmuu kimi milli
psixologiya, həyat tərzi, adət və ənənələr milli qürur hissi vasitəsilə daha qabarıq şəkildə təzahür edir.
3
Doğrudan da milli qürur hissi uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Bu mənada ijtimai- siyasi
inkişafın bütün səjiyyəvi jəhətləri- sosial sarsıntılar, inqilabi dəyişikliklər, milli mübarizə motivləri bütün kalori-
ti ilə onun məzmununda əks olunur. Odur ki, insanın emosional fəaliyyətinin bu sahəsi çox fəal surətdə ijtimai
münasibətlərlə, tarixi prosesin ayrı- ayrı mərhələləri ilə əlaqəyə girib ondan bəhrələnə bilər. Tarixi inkişafın
zəngin çalarlarını dəqiqliklə özündə əks etdirib,
nəsillərin estafetinin varisi, millət və xalqın mənəvi simasının
doğru- dürüst ifadəçisi kimi çıxış edən milli qürur hissi etnik proseslərin sivilizasiya ilə əlaqəsində çevik rol
oynayır.
Məhz milli qürur hissinin fəal təsiri altında millətə aid səjiyyəvi, tipik keyfiyyətlər millətin bütün
dəstələrinin, onun hər bir üzvünün dünyagörüşündə, hərəkət və davranışlarında jəm olunur. Bu hissin belə bir
jəhəti ona milli həyatın bütün sahələrində çevik və dinamik rol oynamaq, hissi və duyğulara, qəlblərə təsir gös-
tərmək, nümunə güjünə malik olmaq imkanı verir. Kütləvi vətənpərvərlik aktları, vətən təəsübkeşliyi və s.
jəhətlər məhz bu psixoloci zəmində baş verir. İnsanın jəmiyyətlə,
doğma diyar və torpaqla, mənsub olduğu
1
Ъяфяров Низами. Азярбайъан мядяниййяти мясяляляри. Б., 2000, с.35.
2
Новикова Л.И., Козлова Н.Н., Федотова В.Г. Цивилизация и исторический процесс. М., 1983, с.83.
3
Габил Щцсейнов Милли гцрур щисси. Б., 1991,с.18.