39
atır, sərsəm milli xülyalar meydana çıxır, qarşısı alınmadıqda isə ekstremist iddialara çevrilir.
Daha təhlükəlisi
odur ki, başqa xalqların milli heysiyyatına, milli duyğularına məhəl qoyulmur, düşmənçilik, qarşıdurma ehtiras-
ları süni surətdə qızışdırılır. Bu jür kütləvi psixoz halı insanın fikir və qərarını əlindən alır, onda qeyri- bəşəri
duyğuların, antihumanist niyyətlərin yaranmasına imkan verir.
Deməli, bəşərilik milli jəhətlərin forma rəngarəngliyini qavrayaraq milli proseslərin məzmunja
dolğunlaşmasına kömək edir. Nətijə etibarilə ijtimai hadisə və proseslərin məzmununda bu qarşılıqlı dialektik
vəhdəti əks etdirən yeni- yeni jəhətlər yaranıb ortaya çıxır. Həmin prosesdə mədəniyyətdə milli
münasibətlərin real
praktikasını, onun çoxjəhətli xüsusiyyətlərini daha hərtərəfli və rəngarəng surətdə əks etdirmək imkanına malik
olur. Bu baxımdan millilik özündə bəşərililiyin həqiqi rəngarəngliyini sintezləşdirərək xalq həyatının ayrılmaz
hissəsinə çevrilir, həm milli proseslərə, həm də sivilizasiyanın inkişafına mütərəqqi təsir göstərir.
Sivilizasiyalı jəhətlərin milli münasibətlərdə yüksək təsir güjü özünü bir də onda göstərir ki, ümummilli
psixologiyanın, millətin bütün dəstələri üçün olan psixi keyfiyyətlərin formalaşması mahiyyətjə qeyri-
mütərəqqi olan bəzi milli- əlahiddəlik və zehniyyət nümunələrinin aradan qalxması ilə birgə müşayiət olunur.
Bu prosesdə əyalətçilik, yerliçilik təzahürləri tədrijən aradan qalxır, millətin vahid mənəvi simasının ayrı- ayrı
çalarları yaranıb formalaşır. Bu isə millətin ümumbəşəri proseslərə daxil olması və orada özünə layiq yer
tutması işini xeyli yüngülləşdirir.
Məlum olduğu kimi Azərbayjanın zəngin təbiəti, bol fauna və florası, məhsuldar torpağı,
habelə belə tor-
paqlarda məskunlaşan insanların yaradıjılıq təxəyyülü ən qədim dövrlərdən başlayaraq burada müxtəlif peşə
sahələrinin yaranmasına səbəb olmuşdur. Bu peşə əhalinin bir çoxunu bilavasitə istehsalçıların məişət tələbatını
ödəməyə xidmət edirdisə, bir hissəsi də sənətkarlıq obyektlərinə çevrilməklə əmtəə xarakteri kəsb edir və daxili
habelə xariji bazarlara çıxarılırdı. Belə sənətkarlıq məhsulları Azərbayjandan çox- çox uzaqlara yayılaraq dünya
şöhrəti qazanırdı.
1
Çağdaş etnik qruplararası, millətlərarası qarşılıqlı təsirləri öyrənərkən millətlərə, etnik qruplara xas olan
ən xırda
proseslərə konkret şəkildə, sosioloci bilik sisteminin bütün səviyyələrində- həm empirik
ümumiləşdirmə, həm də sosioloci tədqiqatlar səviyyəsində yanaşmaq vajibdir. Belə bir vəziyyətdə ayrı- ayrı
sosial mühit və şəraitlərdə milli proseslərin, millət və xalqların mənəvi həyat fəaliyyətinin xüsusi və ümumi
qanunauyğunluqları, bunların mədəniyyət və ümumi qanunauyğunluqları, sivilizasiya ilə bağlılığı daha qabarıq
şəkildə özünü göstərir.
Beləliklə, milli müəyyənlik şəxsiyyətin sosial qiymətliliyinin, onun jəmiyyətlə sosial- emosional
əlaqəsinin mühüm şərti kimi sivilizasiyalı proseslərin inkişafında böyük rol oynayır. Milli hisslərin fəaliyyəti
orbitinə jəlb
olunan insan millətin, xalqın, son nətijədə isə bəşəriyyətin adı ilə bağdı böyük mətləblərin, ali
duyğuların dünyasına çıxa bilir.
Bütün bu deyilənlər bir daha təsdiq edir ki, milli müəyyənlik hissi heç də genetik xassə deyildir, millətin
və xalqın həyat tərzinin, yaşayış şəraitinin, bir sözlə milləti əhatə edən sosial- mədəni mühitin təsiri altında
formalaşan, daima təkmilləşən və zənginləşən mürəkkəb təbiətli sosial hissdir. Əgər, o bəzən sosial istiqamətini
dəyişirsə, ümumbəşəri sərvətlərin qavranılmasına yönəlirsə, bu sadəjə olaraq
onun zənginləşmək, inkişaf etmək
tələbatından doğur. Ümumbəşəri sərvətlərə yönəlmə xalqda, millətdə tələbatın yeni formasını formalaşdırır, xalq
öz mənəvi sərvətlərinin məhdud sərhədlərinə qapanıb qalmır, dünya sivilizasiyasının injilərinə qovuşmağa
çalışır. İnsan o zaman mənəvi ujalıq hiss edir ki, təkjə öz eli- obası ilə deyil, bütün bəşəriyyətin adı ilə bağlı
böyük bir ünvanla əlaqəsini tam məsuliyyətlə duyub başa düşür. Şəxsiyyət – vətəndaş, şəxsiyyət vətənpərvər,
nəhayət sözün tam mənasında bəşər övladı bu jür yaranıb irəliləyir.
Millət və xalqların mədəniyyətində həmişə nə isə ömrünü başa
vurur və köhnəlir, nə isə yeni, daha
mütərəqqi jəhət meydana gəlir. Mədəniyyətin milli formaları təkmilləşir və köhnəlmiş olan, yeni həyat şəraitinə
zidd gələn hər şeydən xilas olaraq, öz aralarında bir- biri ilə yaxınlaşırlar. Məlum olduğu kimi millət insanların
sabit birliyi olub,
ümumi dillə, ümumi ərazi ilə, iqtisadi həyat birliyi ilə və müəyyən xalqın mədəniyyətinə xas
olub onun mədəniyyətini başqa xalqların mədəniyyətindən fərqləndirən spesifik jəhətlərdə təsbit olunmuş ijti-
mai psixologiyanın bəzi xüsusiyyətlərinin birliyi ilə bağlıdır.
Milli müəyyənliyin bütün atributlarını qidalandıran, onlara qol- qanad verən amillər içərisində
mədəniyyətin xüsusi mövqeyi vardır. Çünki mədəniyyət hər bir tarixi mərhələnin,
hər bir dövrün
əyaniləşdirilmiş ifadəsi kimi özündə zamanın sosial və mənəvi proseslərini, mürəkkəb tarixi dəyişiklikləri, həyat
tərzi ünsürlərini, insanların düşünjə və idrak nümunələrini jəmləşdirir. Sosial- mənəvi proseslərin və insanların
konkret maddi- hissi fəaliyyətlərinin məjmuusu olduğundan mədəniyyət haqqında ijtimai münasibətlərin
mühüm tərəfi kimi də mülahizə yürütmək mümkündür. Məhz bunun sayəsində mədəniyyət nümunələrində,
habelə xalqların mənəvi ünsiyyətlərində hər
bir dövrün tarixi meylini, hadisə və proseslərin ijtimai mahiyyətini
və bütövlükdə sivilizasiyanın inkişaf mexanizmini daha dəqiq surətdə başa düşmək asanlaşır.
Əslində mədəniyyətin yüksək tənzimləyiji rolu, xüsusilə də milli həyatın bütün sahələrinə fəal təsiri özünü
aydın göstərə bilir. Məsələn, mədəniyyət həm insan yaşayışının tarixi birlik formaları ilə sıx əlaqədə olduğun-
1
Апдин Ялизадя. Милли мядяниййятдя тарихилик. Б., 2000, с.39.