343
povest sosialist realizminə xas «tərbiyəvi» ədəbiyyatın ən
parlaq nümunələrindəndir, onun da əsasını
N.Ostrovski «Polad necə bərkidi» romanında qoymuşdu. Böyük Vətən müharibəsi və sonrakı sülh dövrü
vaxtında E.Q.Kazakeviç («Səhrada iki nəfər» 1948, «Ozerdə bahar» 1949) yazırdı. V.A.Koçetov «Jurbinlər»
romanında (1952) fəhlə sülaləsinin üç nəslini təsvir etmişdi.
Təsviri sənət və heykəltəraşlığın inkişafını əvvəlki kimi sosialist realizmi müəyyən edirdi. Böyük Vətən
müharibəsi mövzusu Y.M.Neprinsevin «Döyüşdən sonra istirahət» («Vasili Tyorkin» 1951), A.İ.Laktionovun
«cəbhədən məktub» (1947) əsərlərində öz əksini tapmışdı. Adı çəkilən əsərlərin əsas xüsusiyyəti ondadır ki, hər
birində müharibə döyüş səhnələri ilə deyil, məişət səhnələri təsvir edilir. Rəssamlar hərbi dövranın ruhunu təsvir
etməyə nail olmuşdu. Sosialist realizminin klassik əsəri Ukrayna rəssamı T.N.Yablonskayanın yaratdığı
«Çörək» (1949) əsəridir. Səyyar rəssamlar ənənələri ruhunda hekayət etməyə meylli əsərlər geniş yayılmışdı.
Sovet dövründə F.P.Reşetnikovun «Yenə də «iki» (1952) əsəri böyük şöhrət qazanmışdı.
Memarların başlıca vəzifəsi müharibənin dağıtdıqlarını bərpa etmək idi. Stalinqradı, Kiyevi, Minski,
Novqorodu yenidən tikib qurmaq lazım gəldi. Üslub cəhətdən «Stalin ampiri» üstünlük təşkil etməkdə davam
edir.
2.5.9. «Mülayimlik dövrü»ndə rus elmi və mədəniyyəti
Stalin totalitarizmi Brejnev «durğunluğu» cildində geri qayıtdı. Qısa azadlıq zəmanısi
kimi Xruşov dövrü
«mülayimlik dövranı» adını aldı.
Dövlətin totalitar nəzarətinin, müvəqqəti də olsa, əhəmiyyətli dərəcədə zəifləməsi, mədəniyyətə idarə
etmə üsullarının ümumiyyətlə demokratikləşməsi yaradıcılıq prosesini olduqca canlandırdı. Vəziyyətin
dəyişməyinə hər şeydən əvvəl həssaslıqla ədəbiyyat münasibət bildirdi. Stalin dövründə repressiyaya məruz
qalmış mədəniyyət xadimlərinin əksəriyyətinin bəraət qazanması da böyük əhəmiyyət kəsb etdi.
Sovet oxucusu
30-40-cı illərdə adlarına qadağa qoyulmuş bir çox müəllifi özü üçün yenidən kəşf etdi – ədəbiyyata S.Yesenin,
M.Tsvetayevanın, A.Axmatovanın yaradıcılığı yendən daxil oldu. Poeziyaya kütləvi maraq dövranın səciyyəvi
cəhəti oldu. Elə həmin vaxtlarda yaradıcılığı rus mədəniyyətində bütöv bir dövr təşkil edən «60-cı illərin»
şairləri adlanan gənc şairlərin böyük bir dəstəsi meydana çıxır: Y.A.Yevtuşenko, A.A.Voznesenski,
B.A.Axmadulina, R.İ.Rojdestvenski ədəbiyyata daxil olur. 60-70-ci illərdə B.Ş.Akucava, A.Qaliç, V.S.Vısotski
gənclərin şüuruna hakim olur.
60-cı illər yazıçıları D.A.Qraninin (German) («Fırtınaya doğru gedirəm» 1962), Y.N.Nagibinin («Yaxın
və uzaq» 1965), Y.P.Germanın («Mənim əziz insanım» 1961), V.P.Akeyonovun («Ulduzlara bilet» 1961)
ədəbiyyatı xüsusi yaradıcı axtarışlarla səciyyələnir. Fantastik ədəbiyyat janrından da bir çox maraqlı əsər
yaradıldı. Alim və yazıçı İ.A.Yefremovun («Andromeda dumanlığı» 1957, «Ülgücün tiyəsi» 1963), A.N və
B.N.Struqatski qardaşlarının («Bazar ertəsi şənbədən başlayır» 1965, «Tanrı olmaq çətindir» 1966, «Yol
kənarında nahar» 1972) əsərləri fəlsəfi dərinlik, qeyri-adi geniş mədəni dairəsi ilə fərqlənirdi. Y.V.Bondarev
(«Batalyonlar topdan atəş tələb edir» 1957), K.M.Simonov («Dirilər və ölülər» roman-trilogiyası 1959-1971) öz
əsərlərində müharibə haqqında yeni həqiqətlər üzə çıxardılar. 60-cı illərin ədəbi həyatında qalın ədəbi jurnallar
əhəmiyyətli rol oynayır. 1955-ci ildə «Yunost» jurnalının birinci sayı işıq üzü görür. Jurnallar arasında «Novı
mir» jurnalı xüsusi ilə fərqlənir, A.T.Tvardovski baş redaktor vəzifəsinə təyin edildikdən sonra oxucular
arasında geniş şöhrət tapır. 1962-ci ildə məhz «Novı mir» jurnalında N.S.Xruşşovun şəxsi icazəsi ilə
A.İ.Soljenitsinin «İvan Denisoviçin bir günü» povesti
dərc edilir, burada ədəbiyyatda ilk dəfə olaraq Stalin
düşərgələri mövzusuna toxunulur.
Tənqiddə əvvəlki kimi bir çox məşhur yazıçıların – A.A.Voznesenskinin, D.A.Qraninin, V.D.Dulintsevin
ünvanına «formalizm», «yadlıq» ittihamları yağdırılır. Boris Leonidoviç Pasternak qəddarcasına təqib edilir.
1955-ci ildə o, şah əsəri olan «Doktor Jivaqo» romanını tamamlayır. B.L.Pasternak (1890-1960) «Doktor Jiva-
qo» romanı üzərində 10 il işləmişdi. 1958-ci ildə Pasternak ədəbiyyat sahəsi üzrə Nobel mükafatına layiq
görüldü. Sovet hakimiyyəti dərhal tələb etdi ki, Pasternak mükafatdan dərhal imtina etsin. Pasternaka xalq
düşməni damğası vuruldu, onu «sadə adama» həqarətlə baxmaqda ittiham etdilər. Bu azmış kimi, yazıçılar
ittifaqından xaric etdilər. Yaranmış şəraitdə Pasternakın mükafatdan imtina etməkdən başqa çarəsi qalmadı.
Münaqişə yazıçının səhhətinə məhvedici təsir göstərdi – 1960-cı il mayın 30-da yazıçı vəfat etdi.
Yeniləşmə prosesləri təsviri sənətdən də yan keçmədi. Realizm rəssamlar tərəfindən yeni baxışdan şərh
edilir. 60-cı illər sovet təsviri sənətində «sərt üslub» adlanan üslubun təşəkkül vaxtıdır. D.D.Jilinskinin («Gənc
heykəltəraşlar» 1964), V.Y.Popkovun («Bratsk HES-in inşaatçıları» 1961), Q.M.Korjnevin («Kommunistlər
triptixi» 1960) əsərlərində gerçəklik 40-50-ci illər üçün səciyyəvi olan zahiri bəzəkdən, qəsdən qabardılan bay-
ram əhval-ruhiyyəsindən və təmtəraqlıqdan azaddır.
Heykəltəraşlar Böyük Vətən müharibəsinə həsr edilmiş xatirə abidələri yaradıcılığı ilə məşğul olur. 60-cı
illərdə Mamay yüksəkliyində Stalinqrad qəhrəmanlarına həsr edilmiş abidə ansamblı (1963-1967, heykəltəraş
344
Y.V.Vuçetiç), Peterburqda Piskaryov qəbiristanında xatirə abidəsi (1960, heykəltəraşlar V.İsayeva, R.Taurit)
ucaldılır.
Teatr inkişaf edir. Yeni teatr kollektivləri yaranır. «Mülayimlik dövründə» meydana çıxmış yeni teatrlar
arasında 1957-ci ildə təsis edilmiş «Sovremennik» teatrını (baş rej.O.N.Yefremov) və Taqankada dram və ko-
mediya teatrını (1964, baş rej.Y.P.Lyubimov, 1964-cü ildən son günlərinə qədər Taqanka teatrının aktyoru
V.S.Vısotski olmuşdur) qeyd etmək zəruridir.
Kinoda əvvəlki kimi müharibə mövzusu əhəmiyyətli yer tutur. O, bir çox rejissorun yaradıcılığında öz
əksini tapmışdır. M.K.Kalatozov (V.S.Rozovun «Durnalar uçur» 1957), Q.N.Çuxray («Əsgər haqqında dastan»
1959) buna misaldır. Gənclərin problemlərinə həsr olunmuş filmlər (M.M.Xutsiyev «İliç zastavası» 1965) və
yüngül romantik filmlər («Mən Moskvanı gəzirəm» rej.Q.N.Daneliya, 1964) çəkilir.
50-ci illərin sonlarında, 60-cı illərin əvvəlində sovet alimləri böyük uğurlar qazandı.
Elmin ön cəbhəsində
fizika dururdu – o, insanların şüurunda əsrin elmi-texniki rəmzi və dərrakəsi qələbəsi kimi yer tuturdu.
N.N.Semyonov (1956, kimyəvi zəncirvari reaksiyaların tədqiqi), L.D.Landay (1962, maye helium nəzəriyyəsi),
N.Q.Basov və A.M.Proxorov (1964, ilk kvant generatoru – mazerin yaradılması) Nobel mükafatı laureatı oldu.
SSRİ-də ilk atom elektrik stansiyası (1964) istifadəyə verildi, dünyada ən güclü proton sürətləndirici xofazotron
quraşdırıldı (1957). Alim və konstruktor S.P.Korolyovun rəhbərliyi altında raket texnikası işlənib hazırlanırdı.
1957-ci ildə Yer kürəsinin orbitinə ilk süni peyk çıxarıldı. 1961-ci il aprelin 12-də Y.A.Qaqarin kosmosa ilk
dəfə insanın uçuşunu nümayiş etdirdi.
2.5.10. Durğunluq dövründə rus mədəniyyəti
Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi K.M.Simonov qalır, o "Dirilər
və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur"
(1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar"
1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur.
Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğ-
unluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq
illərində sovet mətbuatı artıq Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet
rəhbərliyini olduqca əsəbiləşdirirdi. 1969-cu ildə onu Yazıçılar İttifaqından xaric edirlər.
Xaricdə dərc edilmiş
"QULAQ arxipelaqı" romanına görə 1970-ci ildə yazıçı Nobel mükafatına layiq görüldüyündən, onu ölkədən
qovurlar.
Təsviri sənətə də rəhbərlik mənasız qadağalar və müvəqqəti mülayimlik arasında mövcud olan nisbi
tarazlıq üzərində qurulmuşdu. Belə ki, 1974-cü ildə Moskvada 24 avanqardçı rəssamın əsərləri nümayiş
etdirilən sərgi sentyabrın 15-də darmadağın edilir ("buldozer ağzı ilə üzləşən sərgi"), lakin artıq sentyabrın so-
nunda bu hadisənin ictimai rəydə yaratdığı güclü mənfi təsirin şahidi olan hakimiyyət rəsmiləri elə həmin
avandarqçıların iştirakı ilə başqa bir sərginin keçirilməyinə icazə verirlər. Uzun illər
boyu təsviri sənətdə sosial-
ist realizminin hökmranlıq etməyi nəticəsində sovet tamaşaçı kütlələrinin bədii mədəni zövqü tənəzzülə uğrayır,
onlar gerçəkliyin əsl mənada, hərfi inikasından azacıq mürəkkəb olan şeyləri qavramaq iqtidarını itirir. 70-ci
illərin sonunda portretçi-rəssam olan, "fotoqrafik realizm" üslubunda çalışan Aleksandr Şilov böyük şöhrət
qazanır.
Böyük surətlə kino inkişaf edir. Ədəbi klassika ekranlaşdırılır. Ölkə kinematoqrafçılarının inkişafında
Sergey Fyodoroviç Bondarçukun əzəmətli "Hərb və sülh" bədii filmi (1965-1967) olduqca mühüm hadisə olur.
Məzhəkə filmləri də çəkilir. 1965-ci ildə ekranlara ifrat dərəcədə şöhrət qazanmış "I əməliyyatı" filmi (rej.
L.İ.Qayday) çıxır, Qaydayın Şurik, Qorxaq, Əbləh, Çoxgörmüş kimi kino qəhrəmanları ümumxalq sevimlilərinə
çevrilir. Rejissorun sonralar çəkdiyi filmlər ("Qafqaz əsiri" 1967, "Brilyant əl" 1969, "İvan Vasilyeviç peşəsini
dəyişir" 1973) hər dəfə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. E.A.Ryazanov yüngül, məzəli məzhəkələr
çəkir, onlardan bir çoxu (məsələn, "Taleyin kinayəsi, yaxud həmişə təmizlikdə" 1976) hələ bu
gün də öz
əhəmiyyətini itirməyib. Melodram mövzusunda çəkilən filmlər də böyük nüfuza malik idi, bu filmlərin
qəhrəmanları fərdi, ailə həyatının mürəkkəb burulğanında çapalayan müasirlərimiz, adi insanlar idi
(G.N.Daneliyanın "Payız marafonu", E.A.Ryazanovun "İki nəfərlik vağzal", V.V.Menşovun "Oskar"
mükafatına layiq görülmüş "Moskva göz yaşalrına inanmır" filmi), "Baharın on yeddi anı" (rej.T.M.Lioznova),
"Görüş yerini dəyişmək olmaz" (S.S.Qovoruxin), "Səhranın bəyaz günəşi" (rej.V.Y.Motıl), "Şerlok Holmsun
sərgüzəştləri" (rej.İ.F.Maslyonnikov) kimi kəskin süjetli əsərlər yaradılır. Lakin
heç də bütün filmlər kütləvi
prokata gedib çatmır. Uzun müddət A.A.Tarkovskinin kino əsərləri, məsələn, məşhur "Stalker" filmi geniş
tamaşaçı kütləsi üçün naməlum qalır.
60-70-ci illərin mədəniyyəti üçün Vasili Makaroviç Şukşinin (1929-1974) yaradıcılığı xüsusi əhəmiyyət
kəsb edir. Şukşin tanınmış yazıçı, aktyor və kinorejissor idi. Ustadın hekayə, povest və filmlərində qəribə,
"əcaib" insan əks olunmuşdur, qəhrəmanın dünyanı həssaslıq, hətta ağrı ilə duyması oxucu, tamaşaçı üçün ətraf