347
2.5.12. XIX əsr Azərbaycan mədəniyyəti
XIX əsrdə Azərbaycan iqtisadi və siyasi cəhətdən ziddiyyətli bir dövr yaşamışdır. XIX əsrin ilk on
illiklərində Azətbaycan dövlətinin parçalanaraq xırda xanlıqlara bölünməsi nəticəsində kənd təsərrüfatı, ticarət,
sənətkarlıq, xırda sənaye tənəzzül etməyə başladı. Bu da təbii ki, xalqın iqtisadi, maddi vəziyyətinin getdikcə
pisləşməsinə səbəb oldu. Xanlıqlar arasında zilddiyyət və mübarizə gedirdi. Bu mübarizə yadelli inqilabçıların
nəzərindən yayınmadı, onlar ölkənin zəif iqtisadi vəziyyətindən istifadə edərək onu tutmağa çalışdılar. Qonşu
dövlətlər arasında Rusiya içtimai vəziyyətinin qarşıqlığı, demokratiya və inqilabi ruhu ilə digər dövlətlərdən
fəriqlənirdi. Rusiya inkişafda olan Qərbi Avropa ilə daha sıx bağlı olduğundan onun mədəniyyətində, sosial
həyatda baş verən dəyişiiklik və inkişafı özünü daha çox göstərirdi.
Rusiyanın Azərbaycanı istila etməsi nəticəsində onun həm iqtisadi, həm də mədəni həyatında dönüş
yaranmağa başladı.
1801-ci ildə Şərqi Gürcüstanın Rusiya tərkibinə daxil olması bütün Qafqazın rusların əsarəti altına
keçməsinin əsasını qoydu. Qafqaz, xüsusən də Gürcüstan əhalisinin o zaman əsas hissəsini Azərbaycanlılar
təşkil edirdi.
Qarabağın Gülüstan kəndində 1813-cü il, oktyabrın 12-də Rusiya ilə İran dövlətləri arasında
bağlanan
sülh müqaviləsinə görə İran hökuməti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlıqlarından, Şərqi
Gürcüstana və Dağıstana olan iddialarından əl çəkdi. 1826-cı ildə qərb dövlətləinin təhriki ilə sonradan İran bu
müqaviləni pozaraq Rusiya ilə iki illik müharibəyə başladı. Lakin İran bu müharibəni də uduzaraq 1828-ci il
fevralın 10-da Rusiya ilə «Türkmənçay» müqaviləsini bağladı. Həmin müqavilə ilə də İran Şimali Azərbaycan
üzərində rusiyanın nəinki hakimiyyətini təsdiq etdi, üstəlik Naxçıvan və İrəvan xanlıqlarını da ona verdi. Bu
müqavilə əsasında vahid Azərbaycan iki yerə parçalandı – şimal hissə Rusiyanın, Araz çayının cənub hissəsi isə
İranın tərkibinə daxil edildi. Bütün bu müharibələr, parçalanmalar Azərbaycanın iqtisadiyyatı kimi mədəniyyəti
və mənəviyyatına da təsir etdi. Azərbaycanın həm maddi həm də mənəvi mədəniyyəti talan edildi, parçalandı.
Bu dövrdə Azərbaycan iqtisadiyyatı durğun vəziyyətdə idi və elə bir irəliləyiş yox idi. Bu durğunluq
özünü mədəniyyət, maarif, elm, incəsənət və başqa sahələrdə də göstərirdi. Ölkənin
bəzi əyalətlərində rus
məktəbləri açılmışdı ki, burada da əsasən rus uşaqları təhsil alırdılar. Azərbaycanlılar üçün mollaxanalar, böyük
şəhərlərdə isə mədrəsələr açılmışdı. Dərsləri fars və ərəb dilində aparılan mədrəsələrdə isə əsasən «Quran», fiqh
və s. tədris edilirdi. Tədrisin əsas məqsədi din xadimləri yetişdirmək və feodal üsul- idarəsini müdafə etmək idi.
Mollalar mərsiyəxanalar, axund və digər dini tərbiyəçilər isə insanlarda mütilik, dözümlülük kimi keyfiyyətləri
yaratmağa çalışırdılar.
Elm, incəsənət və ədəbiyyat bu dövrdə dinin təsiri altında idi. Elmdə, ədəbiyyatda, incəsənətdə sxolastika
hökm sürürdü. Ruhanilər, sxolastik alimlər dövlətlərin və sülalələrin tarixi, əxlaq, məntiq və s. ilə məşğul
olurdular. Ədəbiyyat, elm və incəsənət xadimləri dini ruhda əsərlər yaradırdı.
Bu dövrdə qəzəl, qəsidə, nəzirə,
mərsiyə ədəbiyyatı geniş yayılmışdı. İmam Hüseyn əhvalatına dair dastan da bu dövrə aiddir. Bu dastan XIX əsr
boyünca mərsiyəxanaların mötəbər mənbəyinə çevrilmişdi. XIX əsrdə yüzlərcə mərsiyə kitabları yaranmış və bu
mərsiyələr insanların mədəniyyətinə, məişətinə böyük təsir etmişdir. Mərsiyə ədəbiyyatının Racı, Şüai, Süpheri,
Ahi, Mirzə Həsib Qüdsi kimi məşhur nümayəndələri meydana gəlmişdir. Həmin illərdə təriqət ədəbiyyatı da
inkişaf etməyə başladı.
XIX əsrdə Azərbaycanda kəndli hərəkatı güclənir. Kəndlilərin qiyamı o dövrün ədəbiyyat və
incəsənətində, xüsusilə o dövrdə geniş yayımış aşıq ədəbiyyatında əks olunur. Aşıq ədəbiyyatında köhnə feodal
qayda-qanunları tənqid olunur, cəhalət, ruhanilərin xalqı aldatması, onları geriyə sürükləməsi pislənirdi. Aşıq
ədəbiyyatı bu dövrdə xalqı mübarizəyə, elmə, tərəqqiyə səsləyən əsas mədəniyyət vasitəsi kimi çıxış edirdi.
XIX əsrin 30- 40-cı illəri Azərbaycan mədəniyyətinin ikinci inkişaf mərhələsini təşkil edir. Bu dövrdə
kapitalizm inkişaf etməyə başlayır. Bu öz təsirini mədəniyyətdə də göstərir. İnkişaf və yenilik mədəniyyətdə
realizmin yaranması və inkişafına təkan verir. Ədəbiyyatda yeni-yeni üslublar meydana gəlməyə başlayır.
1830-cu illərdən başlayaraq Azərbaycanda Rusiyanın təsiri ilə ticarət, sənaye, kənd təsərrüfatı mədəniyyət
həmçinin kəndli azadlıq hərəkatının və rus mədəniyyətinin təsiri ilə realist ədəbiyyat və mədəniyyət inkişaf
etməyə başladı.
XIX əsr Azərbaycan realistləri əsasən rus ədiblərinin yaradıcılıq məktəblərində inkişaf edib yetişmişlər.
Azərbaycanda, həmçinin bütün Qafqazda maarifçi – demokratların formalaşmasında Qafqaza sürgün edilmiş
inqilabçı – demokratların (dekabristlərin) xüsusi rolu olmuşdur. Bu dövrdə Azərbaycanın mədəni həyatında
mütərəqqi dəyişikliklər baş verirdi. Rusiya yerli bəylərdən özlərinə məmur hazırlamaq
üçün Azərbaycan
ərazisində məktəblər açırdı. Bu məktəblər rəsmi dövlət məktəbləri olub, təhsil əsasən rus dilində aparılırdı. 1830
– 37-ci illərdə Şuşa, Naxçıvan, Nuxa, Bakı, Gəncə, Şamaxı şəhərlərində qəza məktəbləri açıldı. Əhalini daha
yaxşı idarə etmək üçün bu məktəblərdə ruslara Azərbaycan dilini də öyrədirdilər. Bu isə ruslarla azərbaycanlılar
arasında əlaqəni daha da möhkəmləndirir, mədəni münasibətlərin daha sürətlə yayılmasına səbəb olurdu. Yerli
əhali ilə sıx əlaqə saxlamaq məqsədilə bu dillərdə dövlət mətbuatı da yaradıldı. Məsələn «Tiflisskiye
348
vedomosti» qəzetinə əlavə olaraq həftədə bir dəfə «Tatarskiye vedomosti» adlı vərəq də çap olunmağa başladı.
Bu əvvəllər fars, sonralar isə Azərbaycan dilində çap olunurdu. Vərəqədə yerli əhaliyə hökümət müraciətləri,
əmrləri, vergi qanunları, rəsmi xəbərlər, bəzi mədəniyyət xəbərləri, elanlar və s. verilirdi. Lakin elə həmin il
(1832) bir neçə nömrə çıxdıqdan sonra vərəqin nəşri dayandırıldı. Yalnız 1841-ci ildə yenə eyni məqsədlə
«Zakavkazski vestnik»ə əlavə şəklində yeni bir vərəqə nəşr edilməyə başladı. Bu
vərəqə də təxminən dörd il
yarım yaşaya bildi.
30-40-cı illərdə Zaqafqaziyanın mərkəzi şəhərlərində rus və Qərbi Avropa yazıçılarının əsərləri tamaşaya
qoyulmağa başladı. İrəvan və Tiflis şəhərlərində teatrlar xüsusi ilə inkişaf etməyə başladı. Azərbaycanın elm və
mədəniyyətində də dirçəliş başladı. Alimlər, ədiblər, incəsənət xadimləri milli ruhda əsərlər yaratmağa
başladılar. Yeni alimlər, ədiblər yazılar meydana çıxdı. Bu dövrdə Mirzə cəfər Topçubaşovun Rusiyada fars
dilinin qramatikası və dilçiliyə aid bir sıra əsərləri çap edildi. O, Peterburqda dilçi, şərqşünas alim, şair kimi
məşhurlaşdı. 1812-ci il rusların Napaleonla müharibəsinə həsr edilmiş «Qalibiyyət təranəsi» adlı əsəri ilə daha
da şöhrət qazandı. Həmin dövrdə Rusiyada və Avropada yaxşı tanınan Azərbaycan ədiblərindən biri də Mirzə
Məhəmmədəli Qasım oğlu Mirzə Kazım bəy idi.
Onu o dövrdə dilə, ədəbiyyata, tarixə, şərqşünaslığa aid 100-
dən çox əsəri çapdan çıxmışdı. Mirzə Kazım bəyin çoxlu tərcümələri də olmuşdur. Məsələn, Sədi Şirazinin
«Gülüstan» əsərini ruscaya, «Dərbəndnamə»sini ingiliscəyə, özünün «Azərbaycan dilinin sərf - nəhvi» əsərlərini
alman dilinə tərcümə etmişdi. Firdovsinin «Şahnamə» əsərinə, ərəb, osmanlı, uyğur, cığatay dillərində şərhlər
vermişdir. 1835-ci ildə Peterburq Akademiyasının həqiqi üzvü, Londonda Kral Akademiyasının fəxri üzvü
seçilmişdir. İlk dəfə olaraq o, 1839-cu ildə Azərbaycan dilinin qrammatikasını yazmışdır, buna görə Demidov
mükafatına layiq görülmüşdür «Dərbəndnamə»yə görə dünya şöhrəti qazanmışdır. Mirzə Kazım bəy Rusiyanın
ali məktəblərində 40 ildən artıq fəaliyyət göstərmiş, şərqşünaslıq məktəbi yaratmışdır. Rus və Avropa alimləri
üçün onun yaratdığı şərqşünaslıq məktəbi mənbə rolunu oynamışdır.
Artıq bu dövrdə (30 – 40-cı illərdə) Azərbaycan folkloru və klassik ədəbiyyatına maraq artmağa başladı.
«Tiflisskiye vedomosti» qəzetində Azərbaycan dastanları (xüsusən «Koroğlu» dastanı) haqqında xülasələr və
məlumatlar getdi.
İncəsənət sahəsində də bu dövrdə yeniliklər və inkişaf nəzərə çarpmağa başladı.
Yeni realist incəsənət
yarandı. Qarabağ, Şuşa, Şirvan, Quba xalçalarında milli koloritli naxışlar üstünlük təşkil etməyə başladı. Usta
Əvəzli Azərbaycan incəsənətinin məşhur rəssamı kimi şöhrət qazandı. O, «Kəlilə və Dimnə» təmsilinə 100-dən
çox rəsm çəkmişdir. Bu rəsm əsərləri realist xarakter daşıyırdı.
Mirzə Qədim İrəvani də həmin dövrün məşhur realist rəssamı kimi şöhrət qazanmışdı.
Şamaxıda Hacı Nəcəf bəy kimi musiqi və muğam ustası yetişmişdi.
Realizm mədəniyyət, incəsənət və ədəbiyyatın müxtəlif sahələrində özünü göstərməyə başladı.
Azərbaycan ərazisində yaşayıb-yaradan şair, yazıçı, aşıq yaradıcılığında içtimai motivlər, satirik ruhlar
yaranmağa başladı. Bu satirik şerlərdə dövrün içtimai haqsızlıqları tənqid edilir, yumorlarla diqqətə çatdırılır,
zülm və əsarət pislənirdi. Yeni realist ədəbiyyat inkişaf etməyə başladı. Realizm meyilləri həmin dövrün
maarifçi şair və yazıçılarının əsərlərində daha da inkişaf edirdi. Bu dövrdə maarifçilik hərakatı yaranıb
genişləndi. Azərbaycan ədəbiyyatında maarifçilik ideyaları A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh yara-
dıcılığında xüsusi yer tutur.
Azərbaycan maarifçiləri vətənpərvərlik, xəlqilik, azadlıq ideyalarını təbliğ edir, bütün insanların
maariflənməsinin zəruriliyi ideyasını irəli sürürdülər.
Azərbaycan ziyalıları hiss edirdilər ki, mədəniyyət, maarif, tərəqqi əsasları üzərində yenidən qurulmalıdır.
Bu dövrdə Azərbaycan maarifçilərinin əsərlərində fanatizmə qarşı mübarizə, elmə, maarifə yiyələnmə, Avropa
mədəniyyətini mənimsəmə ideyaları tərənnüm edilirdi. Onlar kütlələr arasında maarifçiliyi yaymağı özlərinə
borc bilir, bu məqsədlə məktəblər açırdılar.
Mədəniyyət, elm və maarif həmin dövr maarifçilərinin əsas devizi
idi. Onlar xalqın oyanmasında, cəhalətə qarşı mübarizədə maarifin böyük əhəmiyyətini qeyd edir və xalqın
qurtuluşunu bunda görürdülər. Onların fikirincə xalq feodal zülmündən ancaq maariflənmə yolu ilə azad ola
bilər. Onlar gənclərə elmə yiyələnməyi tövsiyə edirdilər. Azərbaycan maarifçiləri də qərbi Avropa maarifçiləri
kimi ağıla, zəkaya böyük əhəmiyyət verirdilər. Onların fikrincə ağıl ən böyük yaradıcı qüvvədir. Elm, maarif,
mədəniyyət, ümümiyyətlə inkişaf ağıl vasitəsilə, ona istinad edərək baş verir. Ağıla istinad edərək ideal
cəmiyyət qurmaq olar. cəmiyyətdəki pislikləri aradan qaldırmaqda əxlaqın da əhəmiyyətli rolunu qeyd edirdilər.
İnsanlara onlarınadi aid olduğu təbəqə ilə deyl, əməlləri, işi, əxlaqı ilə qiymət verməyi iddia edirdilər.
Azərbaycanın ilk realist maarifçilərinin görkəmli nümayəndələrindən biri A.Bakıxanov idi. Onu
Azərbaycanın içtimai, mədəni fikirlərinin inkişafında xüsusi rolu olmuşdur. A. Bakıxanov «Qanuni - Qüdsi»,
«Əsrarül –mələkut», «Təhzibül - əxlaq», «Eynül – mizan», «Gülüstani - İrəm» kimi əsərlərində dil, cöğrafiya,
tarix, astronomiya, məntiq,
psixologiya, pedaqogika və s. elmlərə aid qiymətli fikirlər söyləmişdir. A.
Bakıxanov Kopernik, c. Bruno, Qalliley, Kepler, Nyuton, Lomonosovun elmi – riyazi, coğrafi, astoronomik
tədqiqatlarını dərindən öyrənmiş, onların kəşflərini «Əsrarül- Məlakut» əsərində müqayisəli təhlil edərək
münasibətini bildirmişdir. Bu əsəri ilə o, dünyanın elmi korifeyləri ilə birləşdi və onların dünyagörüşlərini şərh
edərək insanların münasibətlərində dönüş yaratmağa çalışdı.