Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)


XIX əsr Azərbaycan mədəniyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə233/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   230   231   232   233   234   235   236   237   238

 
347
2.5.12. XIX əsr Azərbaycan mədəniyyəti 
 
 
XIX  əsrdə Azərbaycan iqtisadi və siyasi cəhətdən ziddiyyətli bir dövr yaşamışdır. XIX əsrin ilk on 
illiklərində Azətbaycan dövlətinin parçalanaraq xırda xanlıqlara bölünməsi nəticəsində kənd təsərrüfatı, ticarət, 
sənətkarlıq, xırda sənaye tənəzzül etməyə başladı. Bu da təbii ki, xalqın iqtisadi, maddi vəziyyətinin getdikcə 
pisləşməsinə səbəb oldu. Xanlıqlar arasında zilddiyyət və mübarizə gedirdi. Bu mübarizə yadelli inqilabçıların 
nəzərindən yayınmadı, onlar ölkənin zəif iqtisadi vəziyyətindən istifadə edərək onu tutmağa çalışdılar. Qonşu 
dövlətlər arasında Rusiya içtimai vəziyyətinin qarşıqlığı, demokratiya və inqilabi ruhu ilə digər dövlətlərdən 
fəriqlənirdi. Rusiya inkişafda olan Qərbi Avropa ilə daha sıx bağlı olduğundan onun mədəniyyətində, sosial 
həyatda baş verən dəyişiiklik və inkişafı özünü daha çox göstərirdi.  
Rusiyanın Azərbaycanı istila etməsi nəticəsində onun həm iqtisadi, həm də  mədəni həyatında dönüş 
yaranmağa başladı. 
1801-ci ildə  Şərqi Gürcüstanın Rusiya tərkibinə daxil olması bütün Qafqazın rusların  əsarəti altına 
keçməsinin  əsasını qoydu. Qafqaz, xüsusən də Gürcüstan əhalisinin o zaman əsas hissəsini Azərbaycanlılar 
təşkil edirdi. 
Qarabağın Gülüstan kəndində 1813-cü il, oktyabrın 12-də Rusiya ilə  İran dövlətləri arasında bağlanan 
sülh müqaviləsinə görə  İran hökuməti Gəncə, Qarabağ,  Şəki,  Şirvan, Quba, Bakı, Talış xanlıqlarından,  Şərqi 
Gürcüstana və Dağıstana olan iddialarından əl çəkdi. 1826-cı ildə qərb dövlətləinin təhriki ilə sonradan İran bu 
müqaviləni pozaraq Rusiya ilə iki illik müharibəyə başladı. Lakin İran bu müharibəni də uduzaraq 1828-ci il 
fevralın 10-da Rusiya ilə «Türkmənçay» müqaviləsini bağladı. Həmin müqavilə ilə də İran Şimali Azərbaycan 
üzərində rusiyanın nəinki hakimiyyətini təsdiq etdi, üstəlik Naxçıvan və  İrəvan xanlıqlarını da ona verdi. Bu 
müqavilə əsasında vahid Azərbaycan iki yerə parçalandı – şimal hissə Rusiyanın, Araz çayının cənub hissəsi isə 
İranın tərkibinə daxil edildi. Bütün bu müharibələr, parçalanmalar Azərbaycanın iqtisadiyyatı kimi mədəniyyəti 
və mənəviyyatına da təsir etdi. Azərbaycanın həm maddi həm də mənəvi mədəniyyəti talan edildi, parçalandı. 
Bu dövrdə Azərbaycan iqtisadiyyatı durğun vəziyyətdə idi və elə bir irəliləyiş yox idi. Bu durğunluq 
özünü mədəniyyət, maarif, elm, incəsənət və başqa sahələrdə  də göstərirdi. Ölkənin bəzi  əyalətlərində rus 
məktəbləri açılmışdı ki, burada da əsasən rus uşaqları təhsil alırdılar. Azərbaycanlılar üçün mollaxanalar, böyük 
şəhərlərdə isə mədrəsələr açılmışdı. Dərsləri fars və ərəb dilində aparılan mədrəsələrdə isə əsasən «Quran», fiqh 
və s. tədris edilirdi. Tədrisin əsas məqsədi din xadimləri yetişdirmək və feodal üsul- idarəsini müdafə etmək idi. 
Mollalar mərsiyəxanalar, axund və digər dini tərbiyəçilər isə insanlarda mütilik, dözümlülük kimi keyfiyyətləri 
yaratmağa çalışırdılar. 
Elm, incəsənət və ədəbiyyat bu dövrdə dinin təsiri altında idi. Elmdə, ədəbiyyatda, incəsənətdə sxolastika 
hökm sürürdü. Ruhanilər, sxolastik alimlər dövlətlərin və sülalələrin tarixi, əxlaq, məntiq və s. ilə  məşğul 
olurdular. Ədəbiyyat, elm və incəsənət xadimləri dini ruhda əsərlər yaradırdı. Bu dövrdə qəzəl, qəsidə, nəzirə, 
mərsiyə ədəbiyyatı geniş yayılmışdı. İmam Hüseyn əhvalatına dair dastan da bu dövrə aiddir. Bu dastan XIX əsr 
boyünca mərsiyəxanaların mötəbər mənbəyinə çevrilmişdi. XIX əsrdə yüzlərcə mərsiyə kitabları yaranmış və bu 
mərsiyələr insanların mədəniyyətinə, məişətinə böyük təsir etmişdir. Mərsiyə ədəbiyyatının Racı, Şüai, Süpheri, 
Ahi, Mirzə  Həsib Qüdsi kimi məşhur nümayəndələri meydana gəlmişdir. Həmin illərdə  təriqət  ədəbiyyatı da 
inkişaf etməyə başladı.  
XIX  əsrdə Azərbaycanda kəndli hərəkatı güclənir. Kəndlilərin qiyamı o dövrün ədəbiyyat və 
incəsənətində, xüsusilə o dövrdə geniş yayımış aşıq ədəbiyyatında əks olunur. Aşıq ədəbiyyatında köhnə feodal 
qayda-qanunları  tənqid olunur, cəhalət, ruhanilərin xalqı aldatması, onları geriyə sürükləməsi pislənirdi. Aşıq 
ədəbiyyatı bu dövrdə xalqı mübarizəyə, elmə, tərəqqiyə səsləyən əsas mədəniyyət vasitəsi kimi çıxış edirdi.  
XIX  əsrin 30- 40-cı illəri Azərbaycan mədəniyyətinin ikinci inkişaf mərhələsini təşkil edir. Bu dövrdə 
kapitalizm inkişaf etməyə başlayır.  Bu  öz  təsirini mədəniyyətdə  də göstərir.  İnkişaf və yenilik mədəniyyətdə 
realizmin yaranması və inkişafına təkan verir. Ədəbiyyatda yeni-yeni üslublar meydana gəlməyə başlayır.  
1830-cu illərdən başlayaraq Azərbaycanda Rusiyanın təsiri ilə ticarət, sənaye, kənd təsərrüfatı mədəniyyət 
həmçinin kəndli azadlıq hərəkatının və rus mədəniyyətinin təsiri ilə realist ədəbiyyat və  mədəniyyət inkişaf 
etməyə başladı. 
XIX əsr Azərbaycan realistləri əsasən rus ədiblərinin yaradıcılıq məktəblərində inkişaf edib yetişmişlər. 
Azərbaycanda, həmçinin bütün Qafqazda maarifçi – demokratların formalaşmasında Qafqaza sürgün edilmiş 
inqilabçı – demokratların (dekabristlərin) xüsusi rolu olmuşdur. Bu dövrdə Azərbaycanın mədəni həyatında 
mütərəqqi dəyişikliklər baş verirdi. Rusiya yerli bəylərdən özlərinə  məmur hazırlamaq üçün Azərbaycan 
ərazisində məktəblər açırdı. Bu məktəblər rəsmi dövlət məktəbləri olub, təhsil əsasən rus dilində aparılırdı. 1830 
– 37-ci illərdə Şuşa, Naxçıvan, Nuxa, Bakı, Gəncə, Şamaxı  şəhərlərində  qəza məktəbləri açıldı. Əhalini daha 
yaxşı idarə etmək üçün bu məktəblərdə ruslara Azərbaycan dilini də öyrədirdilər. Bu isə ruslarla azərbaycanlılar 
arasında əlaqəni daha da möhkəmləndirir, mədəni münasibətlərin daha sürətlə yayılmasına səbəb olurdu. Yerli 
əhali ilə  sıx  əlaqə saxlamaq məqsədilə bu dillərdə dövlət mətbuatı da yaradıldı. Məsələn «Tiflisskiye 


 
348
vedomosti» qəzetinə əlavə olaraq həftədə bir dəfə «Tatarskiye vedomosti» adlı vərəq də çap olunmağa başladı. 
Bu əvvəllər fars, sonralar isə Azərbaycan dilində çap olunurdu. Vərəqədə yerli əhaliyə hökümət müraciətləri, 
əmrləri, vergi qanunları, rəsmi xəbərlər, bəzi mədəniyyət xəbərləri, elanlar və s. verilirdi. Lakin elə  həmin il 
(1832) bir neçə nömrə  çıxdıqdan sonra vərəqin nəşri dayandırıldı. Yalnız 1841-ci ildə yenə eyni məqsədlə 
«Zakavkazski vestnik»ə  əlavə  şəklində yeni bir vərəqə  nəşr edilməyə başladı. Bu vərəqə  də  təxminən dörd il 
yarım yaşaya bildi.  
30-40-cı illərdə Zaqafqaziyanın mərkəzi şəhərlərində rus və Qərbi Avropa yazıçılarının əsərləri tamaşaya 
qoyulmağa başladı. İrəvan və Tiflis şəhərlərində teatrlar xüsusi ilə inkişaf etməyə başladı. Azərbaycanın elm və 
mədəniyyətində  də dirçəliş başladı. Alimlər,  ədiblər, incəsənət xadimləri milli ruhda əsərlər yaratmağa 
başladılar. Yeni alimlər,  ədiblər yazılar meydana çıxdı. Bu dövrdə Mirzə  cəfər Topçubaşovun Rusiyada fars 
dilinin qramatikası  və dilçiliyə aid bir sıra  əsərləri çap edildi. O, Peterburqda dilçi, şərqşünas alim, şair kimi 
məşhurlaşdı. 1812-ci il rusların Napaleonla müharibəsinə həsr edilmiş «Qalibiyyət təranəsi» adlı əsəri ilə daha 
da şöhrət qazandı. Həmin dövrdə Rusiyada və Avropada yaxşı tanınan Azərbaycan ədiblərindən biri də Mirzə 
Məhəmmədəli Qasım oğlu Mirzə Kazım bəy idi. Onu o dövrdə dilə, ədəbiyyata, tarixə, şərqşünaslığa aid 100-
dən çox əsəri çapdan çıxmışdı. Mirzə Kazım bəyin çoxlu tərcümələri də olmuşdur. Məsələn, Sədi  Şirazinin 
«Gülüstan» əsərini ruscaya, «Dərbəndnamə»sini ingiliscəyə, özünün «Azərbaycan dilinin sərf - nəhvi» əsərlərini 
alman dilinə tərcümə etmişdi. Firdovsinin «Şahnamə» əsərinə, ərəb, osmanlı, uyğur, cığatay dillərində şərhlər 
vermişdir. 1835-ci ildə Peterburq Akademiyasının həqiqi üzvü, Londonda Kral Akademiyasının fəxri üzvü 
seçilmişdir. İlk dəfə olaraq o, 1839-cu ildə Azərbaycan dilinin qrammatikasını yazmışdır, buna görə Demidov 
mükafatına layiq görülmüşdür «Dərbəndnamə»yə görə dünya şöhrəti qazanmışdır. Mirzə Kazım bəy Rusiyanın 
ali məktəblərində 40 ildən artıq fəaliyyət göstərmiş, şərqşünaslıq məktəbi yaratmışdır. Rus və Avropa alimləri 
üçün onun yaratdığı şərqşünaslıq məktəbi mənbə rolunu oynamışdır. 
Artıq bu dövrdə (30 – 40-cı illərdə) Azərbaycan folkloru və klassik ədəbiyyatına maraq artmağa başladı. 
«Tiflisskiye vedomosti» qəzetində Azərbaycan dastanları (xüsusən «Koroğlu» dastanı) haqqında xülasələr və 
məlumatlar getdi.  
İncəsənət sahəsində  də bu dövrdə yeniliklər və inkişaf nəzərə çarpmağa başladı. Yeni realist incəsənət 
yarandı. Qarabağ, Şuşa, Şirvan, Quba xalçalarında milli koloritli naxışlar üstünlük təşkil etməyə başladı. Usta 
Əvəzli Azərbaycan incəsənətinin məşhur rəssamı kimi şöhrət qazandı. O, «Kəlilə və Dimnə» təmsilinə 100-dən 
çox rəsm çəkmişdir. Bu rəsm əsərləri realist xarakter daşıyırdı. 
Mirzə Qədim İrəvani də həmin dövrün məşhur realist rəssamı kimi şöhrət qazanmışdı.  
Şamaxıda Hacı Nəcəf bəy kimi musiqi və muğam ustası yetişmişdi. 
Realizm mədəniyyət, incəsənət və  ədəbiyyatın müxtəlif sahələrində özünü göstərməyə başladı. 
Azərbaycan  ərazisində yaşayıb-yaradan  şair, yazıçı, aşıq yaradıcılığında içtimai motivlər, satirik ruhlar 
yaranmağa başladı. Bu satirik şerlərdə dövrün içtimai haqsızlıqları  tənqid edilir, yumorlarla diqqətə çatdırılır, 
zülm və  əsarət pislənirdi. Yeni realist ədəbiyyat inkişaf etməyə başladı. Realizm meyilləri həmin dövrün 
maarifçi  şair və yazıçılarının  əsərlərində daha da inkişaf edirdi. Bu dövrdə maarifçilik  hərakatı yaranıb 
genişləndi. Azərbaycan  ədəbiyyatında maarifçilik ideyaları A.Bakıxanov,  İ.Qutqaşınlı, M.Ş.Vazeh yara-
dıcılığında xüsusi yer tutur. 
Azərbaycan maarifçiləri vətənpərvərlik, xəlqilik, azadlıq ideyalarını  təbliğ edir, bütün insanların 
maariflənməsinin zəruriliyi ideyasını irəli sürürdülər.  
Azərbaycan ziyalıları hiss edirdilər ki, mədəniyyət, maarif, tərəqqi əsasları üzərində yenidən qurulmalıdır. 
Bu dövrdə Azərbaycan maarifçilərinin əsərlərində fanatizmə qarşı mübarizə, elmə, maarifə yiyələnmə, Avropa 
mədəniyyətini mənimsəmə ideyaları  tərənnüm edilirdi. Onlar kütlələr arasında maarifçiliyi yaymağı özlərinə 
borc bilir, bu məqsədlə məktəblər açırdılar. Mədəniyyət, elm və maarif həmin dövr maarifçilərinin əsas devizi 
idi. Onlar xalqın oyanmasında, cəhalətə qarşı mübarizədə maarifin böyük əhəmiyyətini qeyd edir və xalqın 
qurtuluşunu bunda görürdülər. Onların fikirincə xalq feodal zülmündən ancaq maariflənmə yolu ilə azad ola 
bilər. Onlar gənclərə elmə yiyələnməyi tövsiyə edirdilər. Azərbaycan maarifçiləri də qərbi Avropa maarifçiləri 
kimi ağıla, zəkaya böyük əhəmiyyət verirdilər. Onların fikrincə ağıl ən böyük yaradıcı qüvvədir. Elm, maarif, 
mədəniyyət, ümümiyyətlə inkişaf ağıl vasitəsilə, ona istinad edərək baş verir. Ağıla istinad edərək ideal 
cəmiyyət qurmaq olar. cəmiyyətdəki pislikləri aradan qaldırmaqda əxlaqın da əhəmiyyətli rolunu qeyd edirdilər. 
İnsanlara onlarınadi aid olduğu təbəqə ilə deyl, əməlləri, işi, əxlaqı ilə qiymət verməyi iddia edirdilər. 
Azərbaycanın ilk realist maarifçilərinin görkəmli nümayəndələrindən biri A.Bakıxanov idi. Onu 
Azərbaycanın içtimai, mədəni fikirlərinin inkişafında xüsusi rolu olmuşdur. A. Bakıxanov «Qanuni - Qüdsi», 
«Əsrarül –mələkut», «Təhzibül - əxlaq», «Eynül – mizan», «Gülüstani - İrəm» kimi əsərlərində dil, cöğrafiya, 
tarix, astronomiya, məntiq, psixologiya, pedaqogika və s. elmlərə aid qiymətli fikirlər söyləmişdir. A. 
Bakıxanov Kopernik, c. Bruno, Qalliley, Kepler, Nyuton, Lomonosovun elmi – riyazi, coğrafi, astoronomik 
tədqiqatlarını  dərindən öyrənmiş, onların kəşflərini «Əsrarül- Məlakut»  əsərində müqayisəli təhlil edərək 
münasibətini bildirmişdir. Bu əsəri ilə o, dünyanın elmi korifeyləri ilə birləşdi və onların dünyagörüşlərini şərh 
edərək insanların münasibətlərində dönüş yaratmağa çalışdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə