Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə230/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   238

 
342
P.L.Kapitsa fiziki problemlər institutunu təsis edir, 1937-ci ildə Geofizika institutu yaranır. Fizioloq İ.P.Pavlov, 
seleksiyaçı İ.V.Miçurin tədqiqatlarını davam etdirir. Sovet alimlərinin fəaliyyəti nəticəsində  həm fundamental 
elmlər, həm də tətbiqi elmlər sahəsində çoxsaylı kəşflər meydana gəlir. Tarix elmi bərpa dövrünü yaşayır. Qeyd 
edildiyi kimi, ali və orta məktəbdə tarix fənni yenidən tədris olunur. SSRİ EA nəzdində elmi-tədqiqat tarix insti-
tutu yaranır. 30-cu illərdə akademik B.D.Qrekov – orta əsrlər Rusiyası tarixindən  əsərlərin müəllifi («Kiyev 
Rusiyası», «Rusiya kəndliləri qədim dövrlərdən XVIII əsrə qədər» və b.), Avropa ölkələrinin, ilk növbədə Na-
poleon Fransasının yeni tarixinə yaxşı bələd olan akademik Y.V.Tarle («İnqilab dövründə Fransada fəhlə sinfi», 
«Napoleon» və b.) kimi görkəmli sovet alimləri fəaliyyət göstərir. 
Eyni zamanda Stalin totalitar rejimi elmi biliklərin normal inkişafına qarşı ciddi maneələr yaradır. Bioloq, 
sovet genetikasının banisi, akademik, ÜİKTEA-nın prezidenti N.İ.Vavilov, alim, raket texnikası konstruktoru, 
gələcəkdə iki dəfə Sosialist Əməyi Qəhrəmanı S.P.Korolyov və bir çox alimlər repressiyaya uğrayır. 
Repressiyalar ölkənin zehni ehtiyatlarına ağır zərbə endirdi. Sovet dövlətinə vicdanla xidmət edən köhnə, 
inqilabdan əvvəlki ziyalılar xüsusilə böyük ziyan çəkdilər. Ölkədə Stalin şəxsiyyətinə pərəstiş bərqərar oldu. 
 
 
2.5.8.Böyük Vətən müharibəsi illəri və müharibədən sonrakı 
dövrdə rus mədəniyyəti 
 
Böyük Vətən müharibəsi Rusiya tarixində ən parlaq və faciəli səhifələrdəndir. Qələbənin qazanılmasında 
elm və mədəniyyət xadimləri böyük rol oynadı. Müharibənin ilk günlərindən düşmənlə mübarizədə ədəbiyyat 
mühüm ideoloji və mənəvi silaha çevrildi. Yazıçıların əksəriyyəti – K.M.Simonov, A.A.Fadeyev hərbi müxbir 
kimi cəbhəyə yola düşdü. Çoxları – A.P.Qaydar, Y.P.Petrov həlak oldu. Sovet tatar şairi M.cəlil yaralandı və 
əsirlikdə  həlak oldu. Müharibənin canlandırdığı güclü vətənpərvərlik duyğusu yaradıcılıq üçün qüvvətli təkan 
oldu. Lirika yüksəliş dövrünü yaşayır. cəbhəçilər arasında Konstantin Mixayloviç Simonovun (1915-1979) 
şerləri («Gözlə məni») böyük rəğbətlə qarşılanır. Aleksandr Trifonoviç Tvardovskinin (1910-1971) poemasının 
qəhrəmanı Vasili Tyorkin böyük şöhrət qazanır. Bir çox şerə musiqi bəstələndi və onlar mahnı kimi səsləndi 
(məsələn, A.A.Surkovun «Qazma» şeri). Müharibəyə  həsr olunmuş  nəsr  əsərləri yaradılırdı (K.M.Simonovun 
«Gündüzlər və gecələr», A.A.Fadeyevin «Gənc qvardiya» əsərləri). cəbhə ön xəttində teatr-konsert briqadaları 
çıxış edirdi. Kinematoqrafçılar hərbi-vətənpərvər mövzuda sənədli və bədii filmlər (rej.İ.A.Pıryevin «Raykom 
katibi», rej.A.M.Rommun «Basqın», rej.L.D.Lukovun «İki döyüşçü» və digərlər) çəkirdi. 1945-ci ildə tarixi ki-
no nümunəsi kimi «İvan Qroznı» filminin (rej.S.M.Eyzenşteyn) birinci seriyası ekrana çıxdı. Rəssamlar plakat 
yaradırdı. Müharibənin lap əvvəlində M.Toidzenin qeyri-adi həyəcan qüvvəsinə malik «Ana vətən çağırır!» 
plakatı meydana gəldi. Plakat janrında Kukrınikslər (M.V.Kupriyanov, L.N.Krılov, N.A.Sokolov) külli miqdar-
da əsər yaratdılar. «ROST pəncərələri» ənənəsi həyata qayıdır, indi onlar «SİTA pəncərələri» adlanır. Müharibə 
mövzusu A.A.Deynekanın «Sevastopolun müdafiəsi» (1942), A.A.Plastovun «Faşist uçub keçdi» (1942), 
S.V.Gerasimovun «Partizan anası» (1943) dəzgah  əsərlərində öz əksini tapır. Simfonik musiqidə D.D.Şos-
takoviçin blokadada olan Leninqradda «Yeddinci simfoniyasının» premyerası əsl hadisəyə çevrilir. 
Müharibədən sonra sovet hökumətinin mədəniyyət sahəsində başlıca vəzifəsi təhsil sisteminin bərpası idi. 
İtkilər olduqca böyük idi: ali və orta məktəb binaları dağılmış, müəllimlər həlak olmuş, kitabxana və muzeylər 
məhv edilmişdi. Büdcədən təhsil üçün böyük vəsait ayrıldı (müharibədən əvvəlki dövrlə müqayisədə daha çox – 
1940-cı ildə 2,3 mlrd manat, 1946-cı ildə – 3,8 mlrd manat). Bütün ölkə məktəblərin bərpa işinə qoşuldu. Xalq 
tikintisi üsulu ilə külli sayda yeni məktəb tikildi. Qısa bir dövrdə məktəblilərin sayını müharibədən əvvəlki miq-
dara çatdırmaq və  hətta bu rəqəmi artırmaq mümkün oldu. Ölkə yeddiillik ümumtəhsil sisteminə keçdi, lakin 
bunlar keyfiyyətin aşağı düşməsi nəticəsində həyata keçirildi, yəni ölkədə müəllim qıtlığını qısamüddətli kurslar 
yaratmaq sayəsində və müəllimlik institutlarında qısaldılmış proqramlar üzrə müəllimlər hazırlamaq sayəsində 
aradan qaldırdılar. Buna baxmayaraq təhsil sistemi ardıcıllıqla inkişaf edirdi. 
Elm sahəsi üçün də əlavə vəsaitlər ayrılırdı. Qısa bir müddətdə elm müəssisələrinin maddi təməli bərpa 
edildi. Yeni elmi tədqiqat institutları açıldı. Lakin əvvəlki kimi elmdə qeyri-peşəkar məmurlar hökm sürürdü. 
1946-48-ci illərdə  ÜİK(b)P «Zvezda» və «Leninqrad» jurnalları haqqında», «Dramatik teatraların 
repertuarı  və onun təkmilləşdirilməsi üçün tədbirlər», «Böyük həyat» kinofilmi haqqında», «V.Muradelinin 
«Böyük həyat» operası haqqında» qərarları  qəbul edildi. Bir çox məşhur sovet bəstəkarı – D.D.Şostakoviç, 
S.S.Prokofyev, N.Y.Myaskovski, V.Y.Şebalin, yazıçı  və  şairlər – A.A.Axmatova, M.İ.Zoşşenko, kinorejissor 
Q.M.Kozintsev təqiblərə məruz qaldı. 
Ədəbiyyatda sosialist realizmi təkbaşına hökmranlıq edirdi. Ədiblər üçün keçmiş müharibə aparıcı mövzu 
idi, lakin o rəsmi  ədəbiyyatda olduqca yeknəsəq açıqlanırdı.  Əlbəttə, bu, o demək deyil ki, yaxşı  əsərlər 
yaradılmırdı. Boris Nikolayeviç Polevoy (Kampov, 1908-1981) istedadlı yazıçı idi. 1946-cı ildə o, «Əsil insan 
haqqında povest» əsərini yaratdı, onun əsasını  həqiqətdə baş vermiş hadisələr – yaralanmış, ayaqlarından 
məhrum olmuş, lakin uçuşları davam etdirən Sovet İttifaqı qəhrəmanı, təyyarəçi A.P.Meresyevin qəhrəmanlığı 
təşkil edir. Əsərin baş qəhrəmanı Meresyevin simasında müsbət sovet qəhrəman surəti öz əksini tapmışdır. Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə