338
LEF – incəsənətin sol cinahını təşkil edirdi. Bu təşkilatın üzvlərinin (V.Mayakovski, N.Aseyev,
S.Eyzenşteyn və b.) mövqeləri olduqca ziddiyyətlidir. Onlar futurizmi proletar mədəniyyəti
ruhunda
yenilikçiliklə uyğunlaşdıraraq, cəmiyyətdə maddi istehsalat üçün əlverişli mühitin yaranması vəzifəsinə əməli
xidmət edən fantastik «istehsalat» ideyası ilə çıxış edirdilər. İncəsənət fərdi mənbə, xəyal, psixologizmdən
məhrum olan texniki quruculuğun ünsüri kimi nəzərdən keçirilirdi. LEF nümayəndələrinin yaradıcılığı onların
irəli sürdüyü ideya mövqelərindən qat-qat geniş və hərtərəfli idi. Vladimir Vladimiroviç Mayakovski dahiyanə
şair idi (1893-1930). İnqilabçı o, bir sənətkar kimi dərk edirdi: burada onu qlobal partlayış poeziyası, köhnə
dünyanın dağılması, fəlakət alovunda yeni cəmiyyətin yaranması,
bu cəmiyyətin ədalət, şüur, saflıq üzərində
qurulması cəzb edirdi. Bir futurist kimi ona yeni dünyanın qurulması ideyası yaxın idi. Onun yaradıcılığı olduq-
ca maraqlı və şübhəsiz, istedadlı idi. Sovet dövründə kütlələrin şüurunda Mayakovski surəti təhrif edilmişdi.
Şairin irsi məhdud, birtərəfli nəzərdən keçirilirdi – onun simasında yalnız «təşviqatçı, gursəsli adam»
görürdülər, çox vaxt unudurdular ki, inqilabi mübarizəni tərənnüm edən əsrlərdən («sol marş», «Vladimir İliç
Lenin», «Yaxşı») başqa onun bir neçə gözəl lirik şer və poeması (məsələn, «Şalvarlı bulud») var.
O dövrün daha bir dahi şairinin Sergey Aleksandroviç Yeseninin yaradıcılığını ədəbi cərəyanların sərt
çərçivəsinə yerləşdirmək mümkün deyil. Hər hansı gerçək istedadın labüd xüsusiyyəti –
onun hərtərəfliliyi və
vüsətidir. Dəfələrlə onun imajistlərə (fransızca image - surətdir) yaxınlığı qeyd edilirdi. Onlar üçün «surətin
məzmun üzərində qələbəsinə» meyl səciyyəvi idi. İmajinist şer aydın məna kəsb etməyə də bilərdi, lakin ədəbi
surətlərlə zəngin olması idi. İmajinizm S.Yeseninin yaradıcılığının yalnız bir məsələsini təşkil edirdi. Yesenin
poeziyasının incə, lirik
surətləri heç bir zaman dəqiq, dərin mənadan məhrum olmamışdır.
O öz əsərlərini kəndli Rusiyasına həsr edir, onun mənzərə lirikası («Radunitsa», «Kənd dua kitabı»
məcmuələri) olduqca təmtəraqlıdır. Şairin diqqətini onun üçün müasir olan ictimai gerçəklik də («İyirmi altılar
haqqında ballada», «Anna Snegina» poemaları) cəlb edirdi.
Anna Andreyevna Axmatova (əsl soyadı Qorenko, 1889-1966) yaradıcılığı mədəniyyətdə görkəmli, sözün
əsl mənasında dünya əhəmiyyətli hadisə oldu. Axmatova lirikasında qadın taleyini məhəbbət, naməlum
həyəcanların ucbatından əzab, cəfalı şair kimi hər cəhətdən tərənnüm edən qadın surəti öz əksini tapmışdır
(«Axşam» 1912-ci il, «Təsbeh» 1914-cü il). Axmatovanın əsərləri üçün
dərin psixologizm səciyyəvidir, onun
nəzm dili klassik üsluba meyllidir. Axmatovanın A.S.Puşkin yaradıcılığına məftunluğu da təsadüfi deyil. Axmato-
va poeziyasında Rusiyanın taleyi mövzusu güclüdür, ölkənin faciəsi şairə tərəfindən şəxsi ürək ağrısı, öz taleyinin
faciəsi kimi qəbul edilir («Rekviyem» 1940).
XX əsr rus ədəbiyyatının inkişafı üçün «kənd» şairləri V.Y.Brüsovun, E.Q.Baqritskinin, O.E.Mandelştamın,
B.L.Pasternakın, D.Bednının poeziya yaradıcılığı böyük əhəmiyyət kəsb etmişdir. Onların
parlaq nümayəndəsi
Yeseninin dostu N.A.Klüyev idi. İnqilabı qəbul etməmiş və ölkəni tərk etmiş şair və yazıçıların yaradıcılığı ölkə
ədəbiyyatı tarixində xüsusi səhifədə həkk edilmişdir. Onların arasında M.İ.Tsvetayeva, Z.N.Qippius, İ.A.Bunin,
A.N.Tolstoy, V.V.Nabokov kimilərinin adları var. Onlardan bəziləri (Tsvetayeva, Toletoy) qürbətdə yaşamağı
özləri üçün dözülməz hesab edərək sonradan geri qayıtdılar.
20-ci illərdə yazıçı-nasirlər külli sayda maraqlı əsərlər yaratdılar. O dövrün bədii nəsr əsərləri həm üslub-
ca, həm də mövzu zənginliyinə görə müxtəlifdir. Hələ inqilabdan qabaq məşhurlaşmış ustadların əsərləri
(V.Q.Korolenko - «Müasirimin tarixçəsi», 1921-ci il; A.N.Toletoy - «Əzablı yollarla», 1921-ci il; M.Qorki -
«Artamonovların işi», 1925-ci il, «Klim Samginin həyatı» 1925-36-cı illər), həm də artıq sovet dövründə
ədəbiyyata gerçəkdən daxil olmuş yazıçıların əsərləri (D.A.Furmanov «Çarayev» 1923-cü il, A.A.Fadeyev
«Tarmar» 1927-ci il, M.A.Bulqakov «Ağ qvardiya» 1925-ci il) realist roman nümunələridir. 20-ci illərdə
M.A.Şoloxovun ədəbi fəaliyyəti başlanır («Don hekayələri», 1926-cı il).
Ədəbiyyatda modernist meyllər «Biz» fantastik antiutopiya romanının (1924-cü il)
müəllifi
Y.İ.Zamyatinin yaradıcılığında təzahür edir. Müəllif insan həyatının simasızlaşdırılması və hərtərəfli nəzarət
üzərində qurulmuş «Vahid dövlət» adlanan ölkənin totalitar cəmiyyətinin həyatını təsvir edir. B.Piliyakın
(B.A.Voqay) «Çılpaq il» (1923) romanı da modernizm üslubunda yazılmışdır.
20-ci illərdə rus təsviri sənəti çiçəklənmə dövrünü yaşayır. Elə qənaətə gəlmək olardı ki, inqilabi
sarsıntılar, vətəndaş müharibəsi, aclıq və hərcmərcliklə mübarizə bədii yaradıcılığın fəallığını azaltmalı idi,
həqiqətdə isə onun üçün yeni təkan rolunu oynadı. Rus avanqardının inkişafı parlaq
uğurlarla qeyd olundu, onun
tanınmış sənətkarları (P.N.Filonov, K.S.Maleviç) sovet dövründə də yüksək məhsuldarlıqla öz fəaliyyətini da-
vam etdirir.
Yeni yaradıcı birliklər meydana gəlir. 1922-ci ildə 20-ci illər sovet incəsənətinin ən kütləvi təşkilatı –
«Səyyar rəssamlar birliyi», «Rusiya rəssamlar ittifaqı» və başqalarının birləşməsi nəticəsində yaranan «İnqilabi
Rusiya rəssamlar birliyi» təşəkkül tapır (İRRB). İRRB rəssamları «Sənət sənət üçün» şüarının əleyhinə çıxış
edir, incəsənətdə solçu cərəyanlarla mübarizə edir, inqilabi Rusiyanın həyatını təsvir etməyi öz başlıca vəzifəsi
hesab edirdilər. İRRB üzvləri sırasında çoxlu istedadlı rəssam var idi. A.A.Rılovu sovet mənzərə janrının banisi
sayırlar, onun realist yaradıcılığı romantik çalarlarla zəngindir. Onun parlaq yay səhərini, soyuq mavi işıq saçan
dənizi, üfüqdə yelkənli gəmini və ön planda süzən qu quşlarını təsvir edən «Mavi genişlikdə» (1918) mənzərə
əsəri geniş şöhrət qazanıb. Peyzaj ustası, rəssam, qrafik, teatr rəssamı K.F.Yuonun yaradıcılıq üslubunda im-