Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə226/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   222   223   224   225   226   227   228   229   ...   238

 
337
Ölkə elminin inkişafında aparıcı rolu əvvəlki kimi Peterburq elmlər akademiyası oynayırdı – sonradan 
onun adını dəyişib əvvəlcə Rusiya EA, 1925-ci ildən SSRİ EA adlandırdılar. Onun tərkibində yeni elmi-tədqiqat 
institutları açılır. Bütün ölkədə filiallar, 30-cu illərin  əvvəllərindən başlayaraq ittifaq respublikalarının elmlər 
akademiyaları təşkil olunur. 
Humanitar və ictimai elmlər sahəsində işləyən alimlərin bolşevik hakimiyyəti ilə münasibəti çətinliklə ye-
rini alırdı. Bu elmlərin ideologiya və siyasətlə qırılmaz əlaqələri səbəbindən dövlətin bu sahədə qeyri-marksist 
alimlərlə əməkdaşlığı çətinliklərlə üzləşirdi. Onların əksəriyyəti xaricə getməli oldu (tarixçi, kadet partiyasının 
banisi P.N.Milyukov, iqtisadçı P.B.Struve, sosioloq və filosof, sağ eserlərin lideri P.A.Sorokin, filosof 
N.A.Berdyayev və bir çox başqaları). Ölkənin humanitar elmində  hələ inqilabdan qabaq marksist baxışlara 
tərəfdar olan alimlər görkəmli rol oynamağa başladılar. Onların arasında ən görkəmli yeri tarixçi və siyasi xa-
dim M.N.Pokrovski tutur. Pokrovski Oktyabr inqibalının iştirakçısı idi. 1918-ci ildən xalq maarif komissarının 
müavini, Kommunist akademiyasının rəhbəri, qırmızı professorlar İnstitutunun rəhbəri və s. vəzifələrdə 
çalışırdı. Eyni zamanda o, K.Marks nəzəriyyəsini tarixi tədqiqatda ilk dəfə  tətbiq edənlər sırasında olan 
görkəmli tarixçi, bütöv bir tarix elmi məktəbinin banisi idi. Pokrovskinin yanaşmaları  bəzən bayağı 
sosiologizmdən azad deyildi, hər halda sovet tarix elminin təşəkkülündə onun əməyi olduqca əhəmiyyətlidir. 
İlk dövrlərdə bolşevik çevrilişinə  mənfi münasibət bəsləyən ziyalı kütləsi vaxt ötdükcə yaranmış 
vəziyyətlə barışdılar və yeni hakimiyyətlə ünsiyyət bağlamaq məcburiyyətində qaldılar.  İlk  əvvəl  əməkdaşlıq 
ölüm və ya qovulmaq təhlükəsi ilə şərtləndirilirdi. Sonradan ziyalı təbəqəsinin nümayəndələri dərk etdilər ki, nə 
qədər də acı olsa, bolşeviklər hakimiyyətin sükanına möhkəm sahib olub, odur ki, sovet dövlətinə kömək etmək 
onların vətənpərvər borcudur. Sovetlər ölkəsi cildinə girmiş Vətənə və xalqa xidmət onların vəzifəsidir. Hətta 
inqilabi faciələr nəticəsində mühacirətə gedənlər arasında da bunu anlayanlar mövcud idi. XX əsrin 20-ci 
illərinin  əvvəlində Rusiyada yeni iqtisadi siyasətin genişləndiyi dövrdə mühacirət dairələrində dönüş nöqtəsi 
hərəkatı vüsət alır ki, o adını 1921-1922-ci illərdə Parisdə  dərc edilən «Dönüş nöqtəsi»  ədəbi-siyasi 
məcmuəsindən götürür. Dönüş nöqtəsi cərəyanının ideoloqları (N.V.Ustryalov və b.) bolşeviklərlə 
qarşıdurmadan vaz keçib əməkdaşlığa başlamaq çağırışı ilə çıxış etdilər. 
 
 
2.5.6. 20-ci illərdə rus ədəbiyyatı və incəsənəti 
 
Oktyabr inqilabı incəsənətin inkişafına da böyük təsir etdi. Sovet hakimiyyətinin ilk illərinin ədəbi prosesi 
öz mürəkkəbliyi və  rəngarəngliyi ilə  fərqlənir. 20-ci illərin  ədəbiyyatında  ən inkişaf etmiş sahə,  şübhəsiz 
poeziyadır. Ədəbi həyat formasına görə əksər hallarda əvvəlki kimi qalır. Əsrin əvvəlində poeziyada aparıcı rol 
oynayan  ədəbi dərnəklər qanlı  hərcmərclik illərindən salamat çıxıb 20-ci illərdə  də  fəaliyyətlərini davam 
etdirdilər. Onların sırasında simvolistləri, futuristləri, akmeistləri və b. göstərmək olar. Yeni dərnək və birliklər 
yaranır. Lakin onların arasındakı  rəqabət bədii çərçivədən çıxaraq siyasi rəng alır.  Ədəbiyyatın inkişafı üçün 
RAPP, «Aşırım», «Seralion qardaşları» və LEF birlikləri olduqca böyük əhəmiyyət kəsb edir. 
RAPP (RPUB – Rusiya Proletar Yazıçıları Birliyi) 1925-ci ildə proletar yazıçılarının I Ümumittifaq 
konfransında təşəkkül tapmışdır. RAPP-ın sələfi – 1917-ci ildə yaranmış ən kütləvi təşkilatlardan biri olan «Pro-
letkult» idi. Proletkult və RAPP-ın ideoloqlarının fikrincə hər bir incəsənət əsəri sinfi xüsusiyyətə malikdir. Ye-
ni proletar cəmiyyətinə keçmiş  əsrlərin  ədəbiyyatı  gərək deyil, çünki proletariat tərəfindən yaradılmamışdır, 
odur ki, ona zidd olan sinfi mənafeni  əks etdirir. Proletkultçular Puşkini, Tolstoyu, Çaykovskini «tarixin 
zibilliyinə» tullamağı təklif edirdilər. Onların fikrincə yeni, sırf proletar mədəniyyəti yaratmaq zəruri idi. RAPP 
nümayəndələri yeni mədəniyyət yaratmaq cəhdlərinə ifrat ekstremizmə əl atırdılar. Onların təşkilatına daxil ol-
mayan bütün yazıçıları «sinfi düşmən» kimi gözüm çıxdıya salırdılar. RAPP-çılar tərəfindən təkcə A.Axmatova, 
Z.Qippius və İ.Bunin deyil, hətta M.Qorki və V.Mayakovski kimi məşhur «inqilab tərənnümçüləri» də hücuma 
məruz qalmışdı. 
«Pereval» («Aşırım» - Ümumittifaq fəhlə-kəndli yazıçıları birliyi) RAPP-a qarşı ideya cəhətdən 
müxalifətdə idi. Onun ideya lideri, ilk «qalın» sovet ədəbiyyat jurnalı olan «Krasnaya nova» - «Qırmızı xam 
torpaq» jurnalının təsisçisi  ədəbi tənqidçi A.K.Voronski idi. «Perevalçılar» (onların arasında M.Prişvin, 
V.Katayev) incəsənətin qeyri-sinfi, ümumbəşəri əhəmiyyətli olması ideyasını müdafiə edir, dünyanı dərketmə 
vasitəsi kimi qəbul edirdilər. Onlar iddia edirdi ki, mədəni irsi qavramadan yeni sovet mədəniyyəti təşəkkül ta-
ma bilməz. Bu iki ideya cərəyanının qarşıdurması «Perevalın» darmadağın olunması ilə nəticələndi. Voronski 
ədəbi tənqidi buraxmalı və təşkil etdiyi jurnalın redaksiyasını da tərk etməli oldu. Kommunizm akademiyasında 
mübahisə gedişində «Pereval» qrupunu «burjua liberalizmində» günahlandırdılar. 
20-ci illərin  ən maraq doğuran  ədəbi birliklərindən biri də Petroqrad incəsənət evində 1921-ci ildə 
yaradılmış «Serapion qardaşları» qrupu idi. Onun tərkibinə Vs.İvanov, M.Zoşşenko, K.Fedin kimi məşhur 
yazıçılar daxil idi. Öz ideya mövqelərinə görə «serapionlar» «Perevala» yaxın idi. Onlar ədəbiyyatda primiti-
vizmi və ifrat sinfi yanaşmanı qəbul etmir, incəsənətin humanist dəyərlərini təsdiq edirdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə