349
Bakıxanovun pedaqogikaya aid də maraqlı nəzəriyyələri olmuşdur. O, tərbiyə məsələlərinə yüksək
qiymət
verirdi, tərbiyənin məqsədinin həqiqi insan yetişdirməkdən ibarət olduğunu irəli sürürdü. Ədib insan, onun
yaradıcı gücünə inanır, onun mənəvi aləmini günəşə bənzədir, tərbiyəyə hələ körpəlikdən başlamağı zəruri
hesab edir və belə tərbiyəni daş üzərində aparılan nəqşə bənzədirdi. Bakıxanov insanların formalaşmasında əqli
və əxlaqi tərbiyəyə daha üstünlük verirdi. O, insanlarda nəzakət, təvazökarlıq, səmimiyyət, doğruçuluq, düzlük,
çalışqanlıq, həssaslıq, düşüncəli hərəkət etmək, səmimilik, ehtiyatlılıq, əməksevərlik
kimi əxlaqi keyfiyyətlərin
formalaşdırılmasını zəruri hesab edirdi. Onun pedaqoji görüşlərində rəğbətləndirmə və cəzalandırma da xüsusi
yer tuturdu.
Bakıxanov insanların əqli bacarıqlarına yüksək qiymət verirdi, xalq kütləsinin əqli inkişafı ana dilində
aparılan təlimin vasitəsilə həyata keçirilə bilər. Elmə böyük içtimai bir qüvvə kimi baxırdı. Elmi nəticələr
çıxararkən səbirli olmağı, səhv nəticədən ruhdan düşməməyi, alınan nəticələr uyğun
elm sahələri ilə müqayisə
etməyi məsləhət bilirdi. Həmçinin o, elmin gücünə inam, məqsədə çatmaqda inadkarlıq, ilə yaradıcı yanaşmaq
haqqında maraqlı fikirlər söyləmişdir. Şəxsiyyət formalaşdırmaqda, cəmiyyətin mədəni həyatda yüksək rolu
olan müəllimlik peşəsinə yüksək qiymət vermiş, onun bir sıra spesfik cəhətlərini təhlil etmişdir. Onun
əsərlərinin XIX əsr tarixçiləri və içtimai xadimlərinin dünyagörüşlərinə mütərəqqi təsiri olmuşdur. «Gülüstani-
İrəm» əsəri həm öz dövründə həm də müasir dövrdə Azərbaycan tarixinə aid qiymətli əsər hesab olunur.
XIX əsrin görkəmli maarifçisi, mütəfəkkir Azərbaycan Azərbaycan şairlərindən biri də M.Ş Vazehdir.
Vazeh şerlərində həmçinin dinə qarşı çıxır,
dünyəvilyi təbliğ edirdi, Dünyəvi mövzuda yazdığı şerlərində o,
oxuculara həyatı öyrənməyi, ondan faydalanmağı bacarmağı, yüksək əhval-ruhiyyəni təbliğ edirdi. Həyatı
birbaşa təbiətin özündən, təmiz bulaqlardan, meşələrdən, quşların səsindən öyrənməyi kitablardan öyrənməkdən
üstün sayırdı. Din əleyhinə yazdığı şerlər onu satirik şair kimi tanıtmışdı. Satirik şerlərində o, xurafata, cəhalətə
qarşı çıxırdı. Həyata realis münasibətini şerlərində tərənnüm edirdi. O dinin insanların həyatı, əxlaqı,
mədəniyyəti
üzərində hakimiyyətinə, zəmanəsinin eybəcərliklərinə qarşı çıxış edirdi. O, insanların müdrükliyinə
yüksək qiymət verir, «dünyanı əxlaqın müdürükliyi idarə edir» fikirini təbliğ edirdi. O, uzun müddət rus
məktəblərində Azərbaycan dilinin təlimi ilə məşğul olmuşdur. Onun əsərləri hələ öz sağlığında avropa dillərinə
tərcümə edilərək Avropaya aparılmışdır.
İsmayıl Qutqaşınlı XIX əsrdə yazıb-yaradan maarifçi ədiblərdən biridir. Onun müasir dövrədək çatmış yeganə
hekayəsi «Rəşid bəy və Səadət xanım» hekayəsi Azərbaycan ədəbiyyatı tarixində realizmin ilk rüşeymlərini yaradan
əsər kimi qiymətləndirilir.
XIX əsrin 50 – 60-cı illərindən sonra Azərbaycanda Rusiyanın təsiri ilə, kapitalizmin inkişafı dövrü hesab
edilir. Bu Azərbaycanın XIX əsrdə üçüncü inkişaf dövrü də adlanır. Azərbaycanda kapitalizmin inkişafına
Rusiya ilə bərabər xarnci qərb kapitalistləri də maraq göstərirdilər. Çünki
Azərbaycan zəngin təbii iqlimə, təbii
sərvətlərə malik idi. Bu maraq və kapitalist münasibətlərinin inkişafı meyli həm kənd təsərrüfatına, həm də
sənayeyə aid idi.
Bu illərdə elm və mədəniyyət sahəsində tərəqqi başlayır. Müxtəlif elm sahələrinə aid alimlər yetişir. Elm
ümumilikdən tərkib hissələrinə, müxtəlif ixtisas sahələrinə ayrılmağa başlayıb. Tarix, fəlsəfə, hüquq, dilçilik
sahəsində kamil alimlər yetişir.
M. F. Axundov da bu dövrdə yazıb yaratmışdır. O, Tiflisdə çıxan qəzetlərdə çıxış edirdi. Əlifbanın
dəyişdirilməsi, dil, ədəbiyyat, incəsənət, tarix, mətbuat və s. məsələlərə dair aktual nəzəri fikirlər irəli sürürdü.
Ərəb və fars dilində təhsil almış ziyalılar öz dünyagörüşlərinə yenilik elementləri daxil etməyə, müasir elmi
münasibətləri qavramağa çalışırdılar. Bu dövrdə vətənpərvərlik ideyaları yayılmağa başlayır. Bu ideyaların
təsiri
ilə Azərbaycan dilində elmi işlər dərc edilməyə başlayır. Azərbaycan dilində məktəblər üçün dərsliklər, tədris
vəsaitləri nəşr edilir. Yazıçıların əsərləri, seçilmiş şerləri, ədib və filosoflar haqqında məqalələr çap edilir.
Bu dövrdə elmlə yanaşı incəsənət də inkişaf edərək realist istiqamətdə yüksəlməyə başlayır. Getdikcə
demokratik mahiyyət kəsb edən Azərbaycan incəsənətində yeni-yeni istedadlı rəssamlar, bəzək ustaları,
memarlar və musiqişünaslar yetişir. Şuşalı usta Qənbər, Şamaxılı Əliqulu, Qurbanəli o dövrün tanınmış bəzək
və naxış ustaları idi. Nuxa xan sarayını yenidən usta Qənbər bərpa etmişdir. Mirzə qədim İrəvani (1825 - 1879)
İrəvanda, Mir Möhsüm Nəvvab Qarabaği (1833 – 1918) Qarabağda, Xurşudbanu Natəvan (1830 - 1897) həmin
dövrün görkəmli rəssamları idilər. Bu realist rəssamların yaradıcılığının əsas
xüsusiyyətlərini müşahidəçilik,
ifadəçilik, konkretlik təşkil edirdi. Bu rəssamlar təbiəti, insanı, real əşyaları təsvir edirdilər. Mirzə Qədim
İrəvani öz dövrünün məşhur rəssamı, nəqqaşı, bəzək ustası kimi 100-dən artıq əsər yaratmışdır. Onun şüşə və
dəri üzərində rəngli boya ilə çəkdiyi şəkillər indi də öz parlaqlığını itirməmişdir. Lakin onun əsərlərinin az bir
hisəsi gəlib bizə çatmışdır.
Mir Möhsün Nəvvab Qarabağlının sulu boya ilə çəkdiyi «Teymurləngin portreti», «Çiçəklər», «Quşlar»
kimi rəsm əsərləri onu realist rəssam kimi tanıtmışdır.
Xurşudbanu Natəvanın bizə gəlib çatmış albomunda onun əli ilə çəkilmiş rəsmlər real həyata həsr
olunmuşdur.
XIX əsrin 50-60-cı illərində memarlıq sənəti də realist istiqamətdə inkişaf etməyə başladı. İçəri şəhər
qalası ətrafında
böyük bazarlar, karvansaralar, mehmanxanalar, ağ daşlardan əzəmətli binalar tikildi. Dəniz