Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə225/238
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2480
növüDərs
1   ...   221   222   223   224   225   226   227   228   ...   238

 
335
publika bəxş edibsə, müasir Amerika Birləşmiş  Ştatları dünyaya elmi-texniki tərəqqi və kütləvi mədəniyyət 
gətirmişdi!» Kütləvi mədəniyyəti tədqiq edən mütəxəssislər onun tarixi ilə bağlı fikirlərində bu hadisənin ötən 
əsrlərin məhsulu olduğunu təsdiqləyirlər. Kütləvi mədəniyyət sonradan, yəni XX əsrin II yarısından kütləvi kom-
munikasiya, istehsalın yeni üsullarının, mədəniyyətin yayılma və istehlakının nəticəsi, məhsulu kimi tərəqqi 
etməyə başlayır. Kütləvi mədəniyyətin səviyyə  və keyfiyyəti, bir qayda olaraq aşağı, bəzən isə, orta səviyyədə 
olur. Bu mənada kütləvi mədəniyyət xalq mədəniyyətindən fərqlənir. Xalq mədəniyyətində  də yüksək sənət 
nümayiş etdirməyən nümunələrə rast gəlmək olar. Lakin bu saxta xüsusiyyətlərlə örtülmür, xalq mədəniyyəti ilk 
növbədə öz səmimiliyi, həyati mənası ilə seçilir. O, sırf xalqın özü tərəfindən yaranır və kökü çox-çox qədimlərə 
gedir çıxır. Bu mədəniyyət xalqın istək və arzusunu, xarakterini ifadə edir. Hətta professionallar öz yaradıcılığında 
məhz xalq sənətinə müraciət edir, bunu özləri üçün müqəddəs mənbə hesab edirlər. Milli professional musiqimizin 
banisi Ü.Hacıbəyov, ilk milli dramaturqumuz M.F.Axundov, dahi C.Məmmədquluzadə  və b. yaradıcılıqlarında 
xalq mədəniyyətindən səmərəli şəkildə bəhrələnmiş və bunu özlərindən sonrakı varislərinə də tövsiyə etmişlər. 
Lakin kütləvi mədəniyyət xalq tərəfindən deyil, xalq üçün yaradılır. Onların yaradıcılığın  ən parlaq və 
yüksək səviyyəsi «Kitç» adlanır. Kütləvi mədəniyyət unikal sənətin təqlidçisi kimi də tanınır. O, populyarlığa, 
reklama çox yaxındır. Kütləvi mədəniyyətin  əsas forma və növləri komiks, illüstrativ, reklam və  məlumat-
informasiya jurnalları, videoyazı, videoklip, videooyundur. Kütləvi mədəniyyət və incəsənətin əsas janrları qor-
xulu və s. dəhşətli ölumlə bağlı olan dedektiv, vestern, melodram, fantastika, seks, erotika, parnoqrafiya, myu-
zikl, mistika və s.-dir. 
 
 


 
336
2.5.5. XX ƏSR RUS MƏDƏNİYYƏTİ 
 
Rus sovet mədəniyyəti 
 
İnqilab Rusiya cəmiyyətinin həyatını kökündən dəyişərək ölkə tarixində yeni mərhələ, əhəmiyyətli dönüş 
nöqtəsi olan sovet dövrünün başlancığını qoydu. Gətirdiyi dəyişikliklərin miqyasına və dərinliyinə görə 1917-ci 
ilin oktyabr inqiqabını Rusiyanın xristianlığı qəbul etməsi, Rusiya dövlətinin yaranması və Pyotrun islahatları 
ilə bir sıraya qoymaq olar. Mədəniyyətin dünya miqyaslı  tərəqqisi siyasi və ictimai həyatdakı  dəyişikliklərin 
ayrılmaz hissəsinə çevrildi. 
İnqilabdan dərhal sonra bolşevik partiyası və sovet hökuməti təhsil sistemini nəzarət altına alır. 1917-ci 
ilin axırı – 1918-ci ilin əvvəlində kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında dekretlər qəbul 
edilir. Xalq maarifinə rəhbərlik A.V.Lunaçarski başda olmaqla Maarif üzrə dövlət komissiyasına həvalə olunur. 
1923-cü ildə «Rədd olsun savadsızlıq!» könüllü cəmiyyəti təşkil olunur. 
Orta və ali ixtisas təhsilinin demokratikləşməsində  əhəmiyyətli uğurlar  əldə edilir. Fabrik-zavod 
məktəbləri (FZM), kəndli gənclər məktəbləri (KGM) və texnikumlar ixtisaslı  fəhlə  və orta texniki işçi 
hazırlığının kütləvi formalarına çevrilir. Fəhlə və kəndlilərin ali məktəblərə qəbulunu asanlaşdırmaq məqsədilə 
1919-cu ildən başlayaraq institut və universitetlər nəzdində fəhlə fakültələri yaranır ki, onların köməyi sayəsində 
həmin gənclərin bilik səviyyəsi zəruri pilləyə qaldırılır. Ali məktəblərin sayı sürətlə artır. Qəbul vaxtı «qeyri-
istismarçı» siniflərin nümayəndələri – fəhlələr və əməkçi kəndlilər üstünlüyə malik olur. 
Bununla belə, təhsil sisteminin inkişafı ciddi çətinliklərlə üzləşir, müəllim qıtlığı faciəli vüsət alır – 
onların əksəriyyəti inqilab illərində məhv edilmiş və ya «burjua ünsürü» kimi ölkədən qovulmuşdu. Problemi 
həll etmək məqsədi ilə 1921-ci ildə  Qırmızı professorlar institutu təşkil olunur. Buna baxmayaraq tədrisin 
keyfiyyəti aşağı düşür. 
Bolşevik dövlətinin əlində məktəb güclü ideoloji silaha çevrilir. Tədris proqramları kökündən dəyişdirilir, 
onların siyahısından nəinki bərqərar olmuş siyasi rejimin xarakterinə birbaşa zidd olan fənlər (məsələn, ilahiyyat 
qanunları) və hətta inqilabi ifratçılıq dalğasında «keçmişin qalıqlarına» aid edilən fəlsəfə, tarix kimi fənlər də 
xaric edilir. Onların  əvəzinə  təhsil alan geniş  gənc kütlələrdə marksist (daha doğrusu, bolşevik) dünyagörüşü 
formalaşmasına xidmət edən tarixi materializm, proletar diktaturasının iqtisadi siyasəti və bu kimi fənlər daxil 
edilir. 
Keçmişin mədəni irsinin qorun\ub saxlanması üzrə Sovet hökumətinin yeni sovet mədəniyyətinin 
təşəkkülünə yönəldilmiş təcili tədbirləri əhəmiyyətli rol oynadı, halbuki «İnqilabi kütlələrin» şüurunda keçmiş 
dövr mədəniyyəti hakim sinfin məişəti ilə əlaqəsi ucbatından bəzən mənasız surətdə vəhşicəsinə məhv edilirdi 
(məsələn, A.A.Blokun Şaxmatovo malikanəsi gözəl kitabxanası ilə birgə  kəndlilər tərəfindən yandırılmışdı). 
Kitabxana, muzey, rəsm qalereyaları, saray və malikanələrin qorunub saxlanması haqqında dekretlər qəbul edil-
di. Vətəndaş müharibəsi və ümumi viranəlik şəraitində nəhəng səylərin bahasına külli miqdarda tarixi və mədəni 
abidələr qorunub saxlanıldı, halbuki böyük qismi məhv edilib puç oldu. 
Sovet partiya rəhbərliyi ölkənin elmi potensialının qorunub saxlanılmasının və inkişafının zərurətini yaxşı 
başa düşürdü. Yeni hakimiyyətə müsbət münasibət bəsləyən, xüsusilə təbiiyyat elmlərinin nümayəndələri olan 
görkəmli alimlərin fəaliyyəti üçün şərait yaradılırdı.  İlk dövrlərdə,  əlbəttə müəyyən hüdudlar çərçivəsində, 
onların  şüurundakı  bəzi siyasi azadfikirlilik belə  əfv edilirdi. Onlar hələ inqilabdan qabaq başladıqları 
tədqiqatları davam etdirir, vətəndaş müharibəsi və işğalın nəticələrini dəf etməklə dövlətlə əməkdaşlıq edirdilər. 
Rus bitki fizioloqları elmi məktəbinin banilərindən biri, REA-nın müxbir üzvü, fotosintez, aqronomiya, elm ta-
rixi sahəsində sanballı əsərlərin müəllifi, darvinçi- təbiətşünas K.A.Timiryazev Mossovetin deputatı idi. Lenin 
adına Ümumittifaq kənd təsərrüfatı elmləri Akademiyasının həqiqi üzvü, seleksiyaçı, 300-dən çox meyvə-
giləmeyvə bitki növünün müəllifi İ.V.Miçurinin fəaliyyəti kənd təsərrüfatının inkişafında böyük rol oynadı. Rus 
təyyarə konstruktorları da öz işini davam etdirirdi. 1918-ci ildə Mərkəzi aerohidrodinamika institutunun əsası 
qoyuldu. Onun baniləri N.Y.Jukovski və S.A.Çanlıgin idi. 
Fizikada əhəmiyyətli nailiyyətlər əldə edildi. Müasir yarımkeçiricilər fizikasının banisi akademik A.F.İoffe ol-
du, onun təşəbbüsü nəticəsində Fizika-texniki institut, SSRİ EA Yarımkeçiricilər institutu və s. açıldı. 20-ci illərdə öz 
tədqiqat fəaliyyətinə P.L.Kapitsa başladı, gələcəkdə o, akademik, SSRİ EA fizika problemləri institutunun banisi, 
Nobel mükafatı laureatı oldu (1978-ci il). 
Fizioloq  İ.P.Pavlov, raket texnikası  nəzəriyyəçisi K.E.Tsiolkovski, sintetik kauçuku kəşf edən kimyaçı 
S.V.Lebedev, reaktiv mühərrikin kəşfinin müəllifi konstruktor F.A.Tsander, biogeokimyaçı, neosfer haqqında 
nəzəriyyənin müəllifi V.İ.Vernadski öz tədqiqatlarını davam etdirirlər. 
Rus elminin inkişafına Vavilov qardaşlarının gətirdiyi töhfə  əvəzedilməzdir. Bioloq N.İ.Vavilov 
seleksiyasının bioloji əsasları haqqında müasir elmin banisi, akademik, Lenin adına Ümumittifaq kənd 
təsərrüfatı elmləri Akademiyasının ilk prezidenti idi. Fizik S.İ.Vavilov fiziki optika elmi məktəbinin banisi, 
SSRİ EA-nın prezidenti idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə