351
xüsusi fikir verilməsinə aid maraqlı fikirlər söyləmişdir.
Beləliklə də o, məişət mədəniyyəti haqqında faydalı
fikirlər söyləmiş, bu fikirlər insanların gündəlik həyatı ilə bağlamışdır. Məsələn, o, ailədə ciddi rejim olmasının
tərəfdarı olmuş, yeməklərin dəyişdirilməsi, saxlanılması, süfrə qaydaları (süfrə arxasında oturma, əl yumaq, çirkli
paltarla evə daxil olmamaq), evin havasının tez-tez dəyişdirilməsi, evin işıqlı olması, qapı və pəncərələrin qibləyə
baxması ( yerin hərəkəti ilə bağlı olaraq günəşin şüalarının evə düşməsi nöqteyi nəzərindən), sağlamlığın
qorunmasında yaşıllığın rolu və s . məsələlərə dair təcrübəni nəzəriyyə ilə əsaslandırmışdır. O, spirtli içkilərin və
siqaretin insana zərəri olduğunu qeyd edir və pisləyirdi.Zərdabi sağlamlığın qorunmasında geyim mədəniyyətinə
də xüsusi əhəmiyyət vermişdir.
İsmayıl bəy Qasprinski (1851-1914) də X1X əsr Qafqaz ədiblərinin görkəmli nümayəndələrindən biridir.
Onun Rusiya müsəlmanlarının mədəniyyətinin inkişafında əhəmiyyətli rolu olmuşdur. Qasprinski 1884-cü ildə
(aprelin 10-da) öz hesabına «Tərcüman» qəzeti nəşr etdirir. Rusiya müsəlmanları arasında
maarifçilik və milli
mədəniyyət nümunəsi kimi çıxış edən qəzetin devizi belə idi: «Dildə, fikirdə, işdə birlik!» Bu, ilk türkdilli qəzet
olub, 30 il nəşr edildi. Qəzetdə Azərbaycan maarifçiləri məktəb, elm, mədəniyyətə aid məqalələrlə çıxış
edirdilər. Qəzet Krım, Volqaboyu, Orta Asiyada və Azərbaycanda geniş yayılır, bu ölkələrdə yeni təlim
sisteminin yaranmasında, yeni tip məktəblərin açılması, əhalinin ictimai-siyasi, mədəni həyatında,
maariflənməsində əhəmiyyətli rol oynamışdır.
Onun fəaliyyəti, əsasən milli dirçəlişə doğru yönəlmişdir.
Qasprinski qeyd edirdi ki, müasir mədəniyyəti olmayan xalqın sənayesi də olmaz, sənayesiz isə nə milli dövlət,
nə də sinfi şüur olmaz. O, günün başlıca vəzifəsini millətin mədəni yüksəlişini təmin etməkdən ibarət hesab
edirdi. İnsanı gəldi- gedər, millətin maarif və mədəniyyətini daimi hesab edirdi. Qasprinski türkdilli xalqların
maarifi və mədəniyyətinin «mənəvi atası» sayılırdı.
M. T. Sidqi Ordubadda «Əncumani - şüəra»nın təşkilatçısı və fəal üzvü olmuş, yeni üsullu «Əxtər»
(Ulduz) məktəbində fəaliyyətə başlamışdır. 1894- cü ildə Naxçıvanda «Tərbiyə» məktəbini yaratmışdır. 1896-cı
ildə «Qız məktəbi» açmışdır. Ömrünün sonuna kimi maarif və mədəniyyət carçısı olmuş bir
neçə dərslik,
«Məktəb nizamnaməsi», «Şagirdlər üçün qaydalar», «Heykəli – insana bir nəzər», «Hakimanə sözlər» və s.
əsərlərini yaratmışdır. M.T. Sidqi insanın formalaşmasında irsiyyət, mühit və tərbiyənin rloluna eyni dərəcədə
əhəmiyyət verirdi. O, insan zəkasının qüdrətinə yüksək qiymət verir, insanların tərbiyəsinin əsasını biliklərə
yiyələnmədə, zəkanı inkişaf etdirməkdə görürdü. Onun fikirincə elm elə bir ağacdır ki, onun nəticəsi əməl və
ədəbdir. Ədəbsiz və əməlsiz insanı o, meyvəsiz ağaca bənzədirdi. Elmsiz insanı ruhsuz cismə bənzədərək qeyd
edirdi ki, insan təbiət hadisələrini
dərk etməklə biliyini, ağlını atrırır, ağıl vastəsilə isə istək və arzularını, zövq
və ehtiraslarını idarə edir.
O, əməyi insan həyatının mənbəyi hesab edirdi, hər bir maddi və mənəvi nemətlərdən istifadə etmək
istəyən şəxs bu nemətlərin yaradılmasında iştirak etməlidir. O, tənbəlliyi xəstəlik, əməyi isə səadət hesab edirdi.
Sidqi insanlarda təvazökarlıq, sədaqət, dostluq, insanpərvərlik, cəsarətlilik, xeyirxahlıq və s. kimi əxlaqi
keyfiyyətlərin formalaşdırılmasını zəruri hesab edirdi.
Biliklərə yiyələnmə, sistemli məktəb tərbiyəsi və bədii
ədəbiyyatı qiymətli tərbiyə vasitələri hesab edirdi. Ailə tərbiyəsi də Sidqi yaradıcılığında xüsusi yer tuturdu. Bu
məqsədlə o «Qızlara hədiyyə» dərsliyini yazmışdır.
Mir Möhsün Hajı Mir Əhməd oğlu Nəvvab (1833 - 1919) dünya hadisələri, xalqların iqtisadi və mədəni
inkişafını izləməyə, bu tərəqqini Azərbaycanda təbliğ etməyə çalışmışdır. O, bütöv Qarabağda mədəniyyət, elm
və maarifin böyük və bacarıqlı təbliğatçısı idi. Nəvvab Şuşada xalqın mənəvi həyatında əhəmiyyətli rolu olan
kitabxana və qiraətxanalar açmışdı. O, bir çox qəzetlərdə Qarabağ üzrə müxbir kimi çıxış edir, «Əkinçi»,
«Ziyayi - Qafqaziyyə», «Kəşkül», «Əxtər» və s. qəzetləri müxtəlif vastələrlə Şuşay gətizdirir, onların xalq
arasında oxunmasını təşkil edirdi.
O, Şuşada şəxsi litoqrafiya (daş basma) yaratmışdır. Bununla da Şuşanın mədəni həyatında böyük
yeniliklər yaranmasına səbəb olmuşdur. Ana dilində «Gövhəriyyə» adlı yeni üsüllu məktəb açmışdır. O, 20-dən
çox əsər yazmışdır. «Kifayət ül – ətfal», «Nurul - əntər», «Təzkireyi - Nəvvab», «Nəsihətnamə», «Dər elmi –
musiqi və vüzuhül - ərqam» (musiqi elmində rəqəmlərin aydınlaşdırılması) və s. əsərlərini
nümunə göstərmək
olar. Nəvvab «Pəndnamə və yaxud 500 faydalı nəsihət» adlı əsərində əxlaqi keyfiyyətləri sistemləşdirməyə
çalışmışdır. Bu əxlaqi keyfiyətlər dövrün mənəvi – mədəni tələbləri əsasında tərtib edilmiş, insanın həyat və
fəaliyyətinin bütün sahələrinə toxunmuşdur.
M. Nəvvab musiqiyə, estetik tərbiyəyə də yüksək qiymət vermişdir. «Vüzuh – əl - əqrəm» (rəqəmlərin
izahı) adlı əsərində o, Platon, Aristotel, Fərabi, İbn Sina, Urməvi, Pifaqor, M. Əbdülqadir
kimi alimlərin musiqi
haqqındakı fikirlərini təhlil etmiş, muğamlar, ümumiyyətlə Azərbaycan musiqisi haqqında məlumat vermişdir.
Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1937) Azərbaycanda ana dilində məktəblər
açılmasında, dərsliklər çap edilməsində, milli mətbuat və milli teatrın yaranmasında böyük işlər görmüşdür. O,
dörd hissədən ibarət «Samouçitel russkovo yazıka», «Kilidi - ədəbiyyat», «Lüğəti – türki və rusi» və s. əsərlərin
müəllifidir. S. Qənizadə elmə yiyələnməyi vacib hesab edir, tərbiyəni də elmi biliklər üzərində qurmağı
əhəmiyyətli sayırdı. İnsanların formalaşmasında tərbiyənin
rolunu yüksək qiymətləndirir, insanların təbii
imkanlarının tərbiyə vasitəsilə istedada çevrilməsini qeyd edirdi. İstər böyüyən nəslin tərbiyələnməsində, istərsə
də Azərbaycanın içtimai - mədəni inkişafanda müəllimlərin roluna yüksək qiymət verirdi. O əxlaq tərbiyəsi,