aspektlərini və s. öyrənən planetar və bəşəri əhəmiyyətli, çox perispektivli
elmdir. Baytarlıq təbabəti genetikasının qarşısında duran prioritet məsələlər
aşağıdakılardan ibarətdir:
- irsi anomaliyaların öyrənilməsi;
- irsi anomaliyaların heteroziqot daşıyıcılarının aşkar edilməsi üsullarının
hazırlanması;
- populyasiyalarda və onların eliminasiyasında zərərli (anomal) genlərin
yayılmasına nəzarətin edilməsi;
-qan qrupları və biokimyəvi polimorfızmin genetik aspektləri;
- yoluxucu (infeksion və invazion) xəstəliklər zamanı immunitetin
genetikasının öyrənilməsi;
- irsiyyət yönümlü xəstəliklərin öyrənilməsi;
- orqanizmin yoluxucu və yoluxmayan daxili xəstəliklərə həssaslığı və
davamlılığının erkən aşkar edilməsi (ekspres) üsullarının hazırlanması;
- heyvanlar,quşlar,balıqlar və anların xəstəliklərinin proflaktika və
müalicəsində işlədilən bioloji və dərman preparatlannm genetik aspektlərinin və
neqativ fəsadlarının aşkar olunması.
- bütün xəstəlikləri yalnız gen patalogiyası səviyyəsində öyrənmək;
- xəstəliyə davamlı və sənaye texnologiyasına uyğunlaşan sürü, xətt və
cinslərin yaradılması.
Hazırda gen mühəndisliyiin geniş diapozonla inkişaf etməsi və istifadə
olunması elmə indiyədək qaranlıq qalan bəzi elmi sirlərin açılmasına çox böyük
təkan verir.
Alimlərin Afrikada məskunlaşan
fiUər üzərində apardığı
tədqiqatların nəticəsi göstərmişdir ki, onların
orqanizmində indiyədək elmə
məlum olmayan ən qısa (ultra) səs dalğaları hasil
olunur və fü lər bu dalğalar
vasitəsilə 100 km-ə qədər aralıdakı filləri axtarıb tapır.
Fil ailəsinin hər hansı
bir üzvü itdikdə, yaxud sürüdən ayrı düşdükdə (ən çox bala
fillər) onlar həmin
ultra səs dalğaları ilə dərhal bir-birini axtarıb tapırlar. Fillərin heç
bir canlıya
xas olmayan başqa genetik xüsusiyyəti də aşkarlanmışdır. Onlar hər
hansı bir
ərazidə ölmüş f i l cəsədlərinin qalıqlarını (kəllə, ətraf, onurğa sümükləri)
taparkən hamısı dərhal həmin yerə toplanaraq cəsəd qalıqlarının yalnız
filə
mənsub olduğunu aşkarlayır, göz yaşı tökür, sonda isə ön ətrafları ilə həmin
cəsəd qalıqlarını torpağa basdırır, sanki yenidən dəfn edirlər.
Heç şübhəsiz ki,
fillərə məxsus olan bu instinktlər yalnız genlərin, genetik kodların vasitəsi ilə
icra olunur, irsi xarakter daşıyır və nəsildən nəsilə ötürülür. Q. Mendel,
T.Morqan, N.Vavilov, Q.de-Friz, K.Korrens, E.Çermak və başqa dünya şöhrətli
alimlər bəşəri və planetar əhəmiyyətli genetika elminin əsas qanunlarını kəşf
etməklə biologiya elminin elmə məlum olmayan yeni sirlərini, nailiyyətlərini
aşkar etdilər. Azərbaycan alimləri də bu sahədə novatorluq etmiş, genetika və
seleksiyanın öyrənilməsi ilə çox ciddi məşğul olmuş, elmi-praktiki cəhətdən
xüsusi əhəmiyyət kəsb edən fundamental-tətbiqi xarakterli
tədqiqatlar
aparmışlar. Onlar yeni taxıl sortları, qoyun, qaramal, camış cinsləri yaratmış,
genetikanın, seleksiyanın nəzəri və tətbiqi xarakterli məsələlərinin öyrənilməsi
ilə məşğul olmuşlar. Alimlərimizin milli genetika elmimizin inkişafındakı böyük
22
və təqdirəlayiq xidmətlərini nəzərə alaraq onların elmi-tədqiqatlarının prioritet
istiqamətləri və yaradıcılığı haqqındakı məlumatlar müvafiq fəsillərdə şərh
olunmuşdur. Güman edirik ki, xalqımızın gələcəyi olan gənclərimiz,
tələbələrimiz, şagirdlərimiz və bütün oxucular milli genetika elmimizin
sələflərinin, korifey alimlərimizin yaradıcılığı, elmi axtarışları və nailiyyətləri ilə
tanış olduqdan sonra müvafiq nəticə çıxaracaq, onların keçdiyi çox şərəfli elmi
irsi örnək kimi qəbul edəcək, yollarını davam etdirəcək və bu elmə böyük maraq
göstərəcəklər. Çünki bütün bioloji, tibbi, baytarlıq təbabəti və aqrar təmayüllü
elmlərin əsas məsələləri, məhz hüceyrə, xromosom və gen səviyyəində öyrənilir.
İstər tibbi, istərsə də baytarlıq təbabəti həkimləri hazırda bütün patologiyaları
yalnız genetik səviyyədə öyrənirlər. Baytarlıq təbabəti genetikasının əsas
müddəalarını bilmədən heç bir patologiya ilə mübarizə aparmaq, onun
qarşısını almaq qeyri-mümkündür. Yüksək ixtisaslı, səriştəli həkim olmaq
üçün baytarlıq təbabəti genetikası elmini, onun başlıca qanunauyğunluqlarını
və prinsiplərini dərindən, mükəmməl və ətraflı öyrənmək lazımdır. Əks
təqdirdə məşhur Hippokrat andına sadiq qalmaq qeyri-mümkündür.
Həkim
bilməlidir ki, bütün xəstəliklər, patologiyalar məhz hüceyrə səviyyəsində baş
verir, hər bir dəyişikliyin əsasını genetik amillərin (xromosomlar, genlər) arxi-
tektonikasımn normal strukturunun pozulması, mutagenezə uğraması və modi-
fikasiyası təşkil edir. Atalar sözümüzdə çox qiymətli və müdrik bir kəlam vardır:
«Nə var dövlət, nə də şan şöhrət insanı xoşbəxt edə bilməz Yalnız sağlamlıq
insanın ən böyük sərvəti və xoşbəxtliyidir». Sağlamlığın rəhni isə təmiz torpaq,
su, hava və ekoloji cəhətdən
sa f və keyfiyyətli yeyinti məhsullarıdır. «Qafqaz
dünyanın zəngin təbiət muzeyidir.
Onun bir parçası olan Azərbaycan misilsiz
gözəlliklər diyarıdır. Burada Yerin altı
tükənməz xəzinə, üstü isə canlı
muzeydir» (akademik Həsən Əliyev).
«İşdə Qafqaz... səfalı bir məna.
Allah-Allah nədir bu abi-hava?
Nə qədər şairanə bir xilqət
Yerə enmişdir adətən cənnət»
(Hüseyn Cavid)
Əlbəttə, bu canlı muzeyin ən qiymətli bioloji varlığı insandır, xalqımızdır.
Tibb və baytarlıq təbabəti həkimləri isə bu canlı muzeyin ən başlıca qoruyucusu və
keşikçisi olmalı, dahi Hippokratın tarixi və bəşəri andına sadiq qalmalıdır. Dahi
filosof şairimiz N.Gəncəvi məşhur «Xəmsə»-sində təbabəti yalnız insan
sağlamlığı kimi deyil, bütün bəşəriyyətin sağlamlığı kimi təsvir etmişdir. Dahi
M.Füzuli də təbabətə analoji mövqedən yanaşmışdır.
«Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib,
Eyləmə rüsvay özün, həm qəlbimi qan, ey təbib!
Olmaq istərsən əgər asudə qoy rahət məni,
Dərdimin yox çarəsinə çünki imkan, ey təbib!
23