• fidelity to the oath I swear to carry by through all life.
22
I FƏSİL
GİRİŞ, BAYTARLIQ TƏBABƏTİ GENETİKASININ
MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, İNKİŞAF TARİXİ
"Həkim aslan ürəyinə, qartal baxışma,
ilan müdrikliyinə və qız əllərinə malik olma
lıdır ".
(loğman Əli İbn Sina)
«Əgər sən hakimlikdən başqa, həm də
filosofsansa, A llaha bərabər həkimsən
».
(təbabətin atası H ippokrat)
1.1. Ümumi anlayış, genetikanın məqsədi və vəzifələri
Genetika (yunanca «genezis»-«əcdad», «mənşə»)
- biologiya elminin ən
əsas, fundamental sahəsi olmaqla orqanizmlərin irsiyyət və dəyişkənliyini
öyrənən elmdir. Hazırda elmi-texniki tərəqqidə əsaslanan və çox sürətlə inkişaf
edən molekulyar biologiyanın bütün müddəaları və pnontet istiqamətləri
(genetika
mühəndisliyi,
ımmunofennent
analizi.
immunogenetika.
immunologiya, enzimologıya, biotexnologiya və s.) məhz genetika elminə
əsaslanır. Genetika elminin müasir nailiyyətləri əsasında molekulyar biolo
giyanın y eni və olduqca mütərəqqi sahələri
genetika mühəndisliyi və biotex
nologiya elmləri artıq müstəqil elıııı sahə kimi formalaşmağa başlamışdır. Məhz
bu mütərəqqi elm sahələrinə əsaslanaraq kənd təsərrüfatının, bioloji sənayenin,
istehsalatın bütün sahələrində, xüsusilə təbabətdə, baytarlıq təbabətində geniş
tətbiq olunan bioloji preparatlar (vaksinlər, immun serumlar, dıaqnostıkumlar,
hormonlar,
fermentlər.
antibiotiklər,
sulfanilamid və
nitrofuran
qrupu
preparatları, yem və qida əlavələri, müxtəlif dərmanlar, xlorella. spirullin kimi
qiymətli, zülallarla çox zəngin olan yemlər və s.) istehsal olunur. Bu gün
orqanizmlərdə gedən metobolik proseslərin hamısı (metabolizm. anabolizm,
katabolizm) məhz molekulyar genetika, molekulyar və submolekulyar sitologiya
səviyyəsində öyrənilir. Genetika mühəndisliyi və biotexnologiyanın yüksələn
düz
xətlə
dinamik
inkişafı
müasir
23
biologiya, xüsusilə molekulyar biologiya elminin ən böyük nailiyyəti kimi
dəyərləndirilməlidir. Məhz həmin elm sahələri biologiyanın müasir İnformasiya,
Kommunikasiya Texnologiyaları (JKT) və nanotexnologiya səviyyəsində
öyrənilməsinə, inkişafına olduqca güclü zəmin yaradır.
Genetikanın əsasım irsiyyət və dəyişkənlik
təşkil edir. Bu iki amil canlı
materiyanın təkamülünü təmin edən apancı qüvvə sayılır.
İrsiyyət — orqa
nizmlərin nəsillərarası maddi və funksional xüsusiyyətlərini daşıyan, əks
etdirən, nəsildən nəsilə ötürən xassəsi olmaqla, müəyyən xarici mühit şəraitin
də onların fərdi, spesifik, xarakterik inkişafım təcəssüm etdirir. İrsiyyət orqa
nizmlərinin çoxalma prosesi zamanı öz irsi əlamət və xassələrin in in nəsildən
nəsilə ötürülməsindən ibarət olub, ayrı-ayrı növlərə mənsub olan xüsusiyyət
lərin populyasiyalarda dayanıqlı olaraq davam etməsini təmin edir.
İrsiyyətin
nəsildən nəsilə ötürülməsi mexanizminin və dinamikasının öyrənilməsi, bir
qayda olaraq, həmişə genetika elminin ən aktual problemi olmuşdur. İrsi əlamət
və xassələr qeyri-cinsi, cinsi və vegetativ çoxalma yolu ilə nəsildən nəsilə,
valideynlərdən onların törəmələrinə ötürülür.
Cinsiyyət hüceyrələri somatik
(bədən) hüceyrələrinə nisbətən çox azlıq təşkil etməklə genlər vasitəsilə irsi
informasiyaları ontogenezin dəqiq planı əsasındı (hər bir fərdin xarakterik
xassələrim) formalaşdırır.
Cinsi çoxalma zamanı qametlərin qarşılıqlı
assimilyasiyası nəticəsində yeni fərdlər həm ata, həm də ananın əlamətlərinə
malik olur. Dəyişkənlik - isə orqanizmlər arasında bəzi əlamət və xassələrinə
görə fərqlərin baş verməsidir. İrsiyyət, dəyişkənlik və seçmə təkamülün əsası
və təkan verici qüvvəsidir.
Yer kürəsində bioloji müxtəlifliyin mövcud olması
məhz onların təşəkkül tapması nəticəsində olmuşdur. İrsiyyət və dəyişkənliyin
qanuna uyğunluqları yeni heyvan, bitki və mikroorqanizm ştammlarının yaradıl
ması üçün çox böyük zəmin yaradır.
Məşhur genetik S.M.Qerşenzon genetikanın öyrəndiyi nəzəri problemləri 4
əsas qrupa bölmüşdür:
- genetik informasiyanın saxlanması (genetik informasiyanın harada və
necə kodlaşdınlması);
- genetik informasiyanın hüceyrədən hüceyrəyə və nəsildən nəslə verilməsi;
- ontogenez prosesi zamanı genetik informasiyanın reallaşması;
- mutasiya prosesi zamanı genetik informasiyanın dəyişilməsi.
Dəyişkənliyin əsas mahiyyəti genlərin dəyişməsindən və onlann qarşılıqlı
dialektik vəhdətindən ibarətdir. Müasir dövrdə genetika elmi biologiyanın əsas
mərkəzi prioriteti sayılmaqla seleksiya, bioloji kimya, fiziologiya, təbabət,
baytarlıq təbabəti, ekologiya, ətraf mühitin mühafizəsi, İKT, nanotexnologiya,
biofızika, kibernetika və s. elmlərlə dialektik və qarşılıqlı vəhdət təşkil edir.
Genetika və baytarlıq təbabətinin inteqrasiyasının məntiqi nəticəsi kimi son
zamanlar baytarlıq təbabəti genetikası yaranmışdır. Baytarlıq təbabəti genetikası
-
heyvanların, quşlann, balıqların və arıların genetikasının tərkib hissəsi
olmaqla, onlann irsi anomoliyalanm, xəstəliklərini, diaqnostika, profilaktika,
seleksiya üsullarını, xəstəliklərə davamlılığını, həssaslığını, xarici mühit amilləri
ilə vəhdətini, qan qruplan, biokimyəvi polimorfizm və immunitetin genetik
21