Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə10/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   6   7   8   9   10   11   12   13   ...   205

• fidelity to the oath I swear to carry by through all life.

22



I FƏSİL

GİRİŞ,  BAYTARLIQ  TƏBABƏTİ  GENETİKASININ 

MƏQSƏD VƏ  VƏZİFƏLƏRİ,  İNKİŞAF  TARİXİ

"Həkim  aslan  ürəyinə,  qartal  baxışma, 

ilan  müdrikliyinə  və  qız  əllərinə  malik  olma­

lıdır ".

(loğman  Əli İbn  Sina)



«Əgər  sən  hakimlikdən  başqa,  həm  də 

filosofsansa,  A llaha  bərabər həkimsən

 ».


(təbabətin  atası H ippokrat)

1.1. Ümumi  anlayış, genetikanın  məqsədi və vəzifələri



Genetika  (yunanca  «genezis»-«əcdad»,  «mənşə»)

  -   biologiya  elminin  ən 

əsas,  fundamental  sahəsi  olmaqla  orqanizmlərin  irsiyyət  və  dəyişkənliyini 

öyrənən  elmdir.  Hazırda  elmi-texniki  tərəqqidə  əsaslanan və  çox  sürətlə  inkişaf 

edən  molekulyar  biologiyanın  bütün  müddəaları  və  pnontet  istiqamətləri 

(genetika 

mühəndisliyi, 

ımmunofennent 

analizi. 

immunogenetika. 

immunologiya,  enzimologıya,  biotexnologiya  və  s.)  məhz  genetika  elminə 

əsaslanır.  Genetika  elminin  müasir  nailiyyətləri  əsasında  molekulyar  biolo­

giyanın  y eni  və  olduqca  mütərəqqi  sahələri 

genetika  mühəndisliyi  və  biotex­

nologiya elmləri  artıq  müstəqil  elıııı  sahə  kimi  formalaşmağa başlamışdır.  Məhz 

bu  mütərəqqi  elm  sahələrinə  əsaslanaraq  kənd  təsərrüfatının,  bioloji  sənayenin, 

istehsalatın  bütün  sahələrində,  xüsusilə  təbabətdə,  baytarlıq  təbabətində  geniş 

tətbiq  olunan  bioloji  preparatlar  (vaksinlər,  immun  serumlar,  dıaqnostıkumlar, 

hormonlar, 

fermentlər. 

antibiotiklər, 

sulfanilamid  və 

nitrofuran 

qrupu 


preparatları,  yem  və  qida  əlavələri,  müxtəlif dərmanlar,  xlorella.  spirullin  kimi 

qiymətli,  zülallarla  çox  zəngin  olan  yemlər  və  s.)  istehsal  olunur.  Bu  gün 

orqanizmlərdə  gedən  metobolik  proseslərin  hamısı  (metabolizm.  anabolizm, 

katabolizm)  məhz molekulyar genetika,  molekulyar və  submolekulyar sitologiya 

səviyyəsində  öyrənilir.  Genetika  mühəndisliyi  və  biotexnologiyanın  yüksələn 

düz 


xətlə 

dinamik 


inkişafı 

müasir


23


biologiya,  xüsusilə  molekulyar  biologiya  elminin  ən  böyük  nailiyyəti  kimi 

dəyərləndirilməlidir. Məhz həmin elm  sahələri  biologiyanın müasir İnformasiya, 

Kommunikasiya  Texnologiyaları  (JKT)  və  nanotexnologiya  səviyyəsində 

öyrənilməsinə, inkişafına olduqca güclü zəmin yaradır.

Genetikanın  əsasım  irsiyyət  və  dəyişkənlik

 

təşkil  edir.  Bu  iki  amil  canlı 



materiyanın  təkamülünü  təmin  edən  apancı  qüvvə  sayılır.  İrsiyyət  —  orqa­

nizmlərin  nəsillərarası  maddi  və  funksional  xüsusiyyətlərini  daşıyan,  əks 

etdirən, nəsildən nəsilə ötürən xassəsi olmaqla, müəyyən xarici mühit şəraitin­

də  onların fərdi,  spesifik, xarakterik  inkişafım təcəssüm  etdirir.  İrsiyyət orqa­

nizmlərinin  çoxalma prosesi zamanı  öz  irsi əlamət və xassələrin in in  nəsildən 

nəsilə  ötürülməsindən  ibarət olub,  ayrı-ayrı  növlərə mənsub  olan xüsusiyyət­

lərin populyasiyalarda  dayanıqlı  olaraq  davam  etməsini təmin  edir.

 

İrsiyyətin 



nəsildən  nəsilə  ötürülməsi  mexanizminin  və  dinamikasının  öyrənilməsi,  bir 

qayda olaraq, həmişə genetika elminin ən aktual problemi olmuşdur. İrsi əlamət 



və  xassələr  qeyri-cinsi,  cinsi  və  vegetativ  çoxalma  yolu  ilə  nəsildən  nəsilə, 

valideynlərdən  onların  törəmələrinə  ötürülür.

 

Cinsiyyət  hüceyrələri  somatik 



(bədən)  hüceyrələrinə  nisbətən  çox  azlıq  təşkil  etməklə  genlər  vasitəsilə  irsi 

informasiyaları  ontogenezin  dəqiq  planı  əsasındı  (hər  bir  fərdin  xarakterik 

xassələrim)  formalaşdırır. 

Cinsi  çoxalma  zamanı  qametlərin  qarşılıqlı 

assimilyasiyası  nəticəsində  yeni  fərdlər  həm  ata,  həm  də  ananın  əlamətlərinə 

malik  olur.  Dəyişkənlik  -  isə  orqanizmlər arasında  bəzi əlamət və xassələrinə 



görə fərqlərin  baş  verməsidir.  İrsiyyət,  dəyişkənlik  və  seçmə  təkamülün  əsası 

və  təkan  verici  qüvvəsidir.

 

Yer kürəsində  bioloji  müxtəlifliyin  mövcud  olması 



məhz  onların  təşəkkül  tapması  nəticəsində  olmuşdur.  İrsiyyət  və  dəyişkənliyin 

qanuna uyğunluqları yeni heyvan, bitki  və  mikroorqanizm  ştammlarının yaradıl­

ması üçün çox böyük zəmin yaradır.

Məşhur genetik  S.M.Qerşenzon genetikanın öyrəndiyi  nəzəri  problemləri  4 

əsas qrupa bölmüşdür:

-   genetik  informasiyanın  saxlanması  (genetik  informasiyanın  harada  və 

necə kodlaşdınlması);

-  genetik informasiyanın hüceyrədən hüceyrəyə və nəsildən nəslə verilməsi;

-  ontogenez prosesi zamanı genetik informasiyanın reallaşması;

-  mutasiya prosesi zamanı genetik informasiyanın dəyişilməsi.

Dəyişkənliyin  əsas  mahiyyəti  genlərin  dəyişməsindən  və  onlann  qarşılıqlı

dialektik  vəhdətindən  ibarətdir.  Müasir  dövrdə  genetika  elmi  biologiyanın  əsas 

mərkəzi  prioriteti  sayılmaqla  seleksiya,  bioloji  kimya,  fiziologiya,  təbabət, 

baytarlıq  təbabəti,  ekologiya,  ətraf mühitin  mühafizəsi,  İKT,  nanotexnologiya, 

biofızika,  kibernetika  və  s.  elmlərlə  dialektik  və  qarşılıqlı  vəhdət  təşkil  edir. 

Genetika  və  baytarlıq  təbabətinin  inteqrasiyasının  məntiqi  nəticəsi  kimi  son 

zamanlar baytarlıq təbabəti genetikası yaranmışdır. Baytarlıq təbabəti genetikası 

-

  heyvanların,  quşlann,  balıqların  və  arıların  genetikasının  tərkib  hissəsi 

olmaqla,  onlann  irsi  anomoliyalanm,  xəstəliklərini,  diaqnostika,  profilaktika, 

seleksiya üsullarını, xəstəliklərə  davamlılığını,  həssaslığını, xarici mühit amilləri 

ilə  vəhdətini,  qan  qruplan,  biokimyəvi  polimorfizm  və  immunitetin  genetik

21



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə