Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə13/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   9   10   11   12   13   14   15   16   ...   205

mərhələsində xromosomlann xromatidləri arasında homoloji hissələrin mübadilə 

olunma prosesi  gedir.  Bu üsul  ilk  dəfə  olaraq  Qreqor Mendel  tərəfindən  (1856- 

1863)  noxud  bitkisində  əlamətlərin  nəsildən  nəsilə  keçməsini  öyrənmək 

məqsədilə  tətbiq  edilməklə,  hazırda  bitki  və  heyvanların  seleksiyası  işlərində 

geniş istifadə olunan başlıca hökmran üsul sayılır.

Geneoloji üsul

 

-  əlamətlərin nəsildən nəslə ötürülməsinin və  irsi  xəstəliklə­



rin  qanunauyğunluqlarının  öyrənilməsi  üçün  qohumluğa  və  genetik  yaxınlığa 

istinad  olunmasından  ibarətdir.  Bu  üsuldan  əsasən  insanın  və  tədricən  nəsil 

verən  heyvanların  irsiyyətinin  öyrənilməsində  istifadə  olunur  və  hibridoloji 

üsulun bir variantı sayılır.



Sitogenetik  (sitoloji)  üsul

 

-   xromosomlann  quruluşunu,  replikasiyasını, 



funksiyasını,  miqdanmn dəyişilməsini  öyrənmək üçün tətbiq edilir.  Sitogenetika 

üsulla xromosomlann  quruluşunun pozulması  və  onların  sayının  dəyişilməsi  ilə 

əlaqədar  olan  müxtəlif  xəstəliklər  və  anomaliyalar  öyrənilir.  Bu  üsulda  əsas 

təcrübə  obyekti  kimi  bitki,  heyvan  hüceyrələrindən,  virus  və  mik- 

roorqanizmlərdən istifadə  olunur.  Hazırda smaq  şüşələrində  somatik hüceyrələri 

süni  qida  mühitlərində 

(in  vivo)  yetişdirməklə  onlann  çoxaldılması 

istiqamətində  elmi  axtanşlar  apanlır.  Bu  zaman  xromosomlann  və  DNT-nin 

daşıyıcılanmn-orqanoidlərin (ribosomlar, mitoxondrlər, plazmidlər və plastidlər) 

öyrənilməsinə önəm verilir.



Populyasiotı  -   statistika  üsulu-

 

çarpazlaşmanın  nəticələrinin  işlənməsi, 



əlamətlər arasındakı əlaqənin öyrənilməsi, populyasiyalann genetik quruluşunun 

təhlili,  populyasiyalarda  genetik  anomaliyalann  yayılmasının  öyrənilməsi, 

müayinə  zamanı  alman  rəqəmlərin  biometrik  təhlili  məqsədilə  işlədilir. 

Populyasiya üsulu  ilə  əsasən  ayn-ayn  əlamətləri  müəyyən  edən resessiv və  do­

minant  allellərin,  heteroziqot  və  homoziqot  orqanizmlərin  tezliyi,  populya­

siyalarda  mutagenezin,  seçmənin  və  təcrid  olunmanın  təsirindən  baş  verən 

genetik quruluşun dinamikasının dəyişilmə mexanizmi öyrənilir.

İmmunogenetik üsul

 

-  orqanizmlərin qan qrupları, rezus amili, qan zərdabı 



və  toxumaların,  zülalların,  fermentlərin  və  hormonlarının  öyrənilməsi  üçün 

seroloji,  immunoferment,  immunoelektroforez  və  s.  müayinələrin  aparılmasına 

əsaslanır.  Bu  üsulla  orqanizmin  immunoloji  uyğunsuzluğu,  immun-çatışmazlıq, 

əkizlərin mozaisizmi (genetik fərqlərin mövcudluğu) və s.  ətraflı öyrənilir.



Ontogenetik  üsul

 

-   müxtəlif mühit  şaritində  ontogenezdə  genlərin  təsirini 



təhlil  etmək  üçün tətbiq  edilir.  İrsiyyət və  dəyişkənliyi  öyrənmək  üçün  biokim- 

yəvi, fizioloji və s. üsullara da istinad olunur.



Fonogenetik  üsul

 

-   ontogenez  zamanı  xarici  mühit  amillərinin  və  genlərin 



orqanizmlərin  əlamətlərinin  dəyişilməsinə  təsir  dərəcəsini  müəyyən  etmək 

məqsədilə  tətbiq  olunur.  Qida  zəncirinin  və  mühitin  dəyişilməsi  orqanizmlərin 

dəyişilməsinə zəmin yaradır.

Biometrik  üsul

 

-   bir  qrup  riyazi  üsullardan  ibarət  olub,  bütün  üsulların 



tərkib hissəsini təşkil  edən statistik  analizlərin nəticəsi  hesab olunur.  Analizlərin 

nəticələrinin  ehtimallılıq  dərəcəsinə  əsasən  təcrübə  və  nəzarət  qruplan 

arasındakı fərqin düzgünlük dərəcəsi müəyyən edilir.

26



Mutasion  üsulla

 

-  mutagen  amillərin təsirindən  orqanizmin  hüceyrələrində 



xromosomlann,  DNT-nin,  ümumilikdə  genetik  aparatın  xassələrinin  dəyişilmə 

dinamikası müəyyənləşdirilir.  Bu üsuldan bitkilərin və ipək (barama)  qurdlarının 

seleksiyasında,  bakteriyalann  yeni  ştammlannın  alınmasında  hazırda  geniş 

istifadə olunur.



Əkizlər  üsulu

 

-   bir,  iki,  üç  və  daha  artıq  yumurta hüceyrələrinin mayalan­



ması  zamanı  əmələ  gələn  əkizlər  üzərində  xarici  mühit  amillərinin  orqanizmə 

təsirini və onların genotiplə vəhdətinin öyrənilməsində istifadə edilir.



Monosom  üsulu

 

-   genlərin  yerləşdiyi  xromosomu  və  onların xromosomda 



yerləşdiyi yeri təyin etmək məqsədilə istifadə olunur.

Modelləşdirmə üsulu

 

-   başlıca olaraq molekulyar biologiyada, gen mühən­



disliyində  və  biotexnologiyada  geniş  istifadə  edilən  müasir  üsuldur.  Bu  zaman 

populyasiyalarda  kəmiyyət  (miqdar)  əlamətlərinin  nəsildən  nəsilə  keçməsini  və 

aparılan  seleksiya  işlərində  istifadə  olunan  üsulların  səmərəliliyini  müəyyən 

etmək  məqsədilə  kompyuter  proqramlarından  və  internet  şəbəkəsindən  istifadə 

olunur.

1.3. Genetika elminin inkişaf tarixi

Başqa  elmlərə  nisbətən  genetikanın  tarixi  o  qədər  də  qədim  deyildir.  XVIII- 

əsrin  ortalarında  alman  alimi  İ.Kelreyter  54  növ  bitki  hibridləri  üzərində  təcrübə 

aparan  zaman  onlarda  müxtəlif  cinslilik  və  əlamətlərin  nəslə  keçməsinin  bəzi 

qanunauyğunluqlarını  aşkar  etmişdir.  Alman  alimi  A.Qartner,  fransız  alimləri 

O.Sajre  və  Ş.Noden,  ingilis  alimi  Q.Nayt  bitkilərdə  növlərarası  və  növdaxili 

çarpazlaşma  apardıqda  əlamət  və  xassələrin  kompleks  formada  nəslə  keçməsi 

barədə  məlumat  versələr  də,  ayn-ayn  əlamətlərin  valideynlərdən  onların  törəmə­

lərinə  keçməsini  nəzərə  almamışlar.  Lakin  Çarliz  Darvin  (1809-1882)  «Növlərin 

mənşəyi»  və  s.  əsərlərində  ilk  dəfə  olaraq  irsiyyət  və  dəyişkənliyi  öyrənən  bütün 

alimlərin  aldığı  nəticələri  ümumiləşdirərək  hər  iki  hadisənin  təbii  seçmənin  və 

təkamülün  hərəkətverici  amili  olmalarını  elmi  əsaslarla  sübut  etmişdir.  Lakin  bu 

elmin  əsas  banisi  çex  alimi  İohan  Qreqor  Mendel  olmuşdur.  Genetika  elminin 

inkişafında aşağıdakı əsas mərhələlər

 

ayırd edilir:



-  

1900-1912-ci  illəri  əhatə  edən  birinci  mərhələ

 

genetikanın  klassik 



mərhələsi  adlanmaqla,  əsasən  Q.Mendelin  noxud  bitkisi  üzərində  apardığı 

fundamental  təcrübələrlə  əlamətlərin  nəsildən  nəsilə  keçməsi  və  onların  növ- 

bələşməsinin  sübut  olunması  ilə  səciyyələnir.  Bu  dövrdə  Danimarka  alimi 

Vilhelm  Lyudviq  İohansen  (1857-1927)  «gen»,  «genotip»  və  «fenotip»

 

termin­


lərini təklif etmiş, populyasiya və təmiz xətlər təlimini yaratmışdır.

-  


ikinci  mərhələ  (1912-1925)

 

-   amerika  alimi  Tomas  Çent  Morqanın  öz 



tələbləri  A.Stertevant,  K.Bridces  və  Ç.Müllerlə  birlikdə  drozofil  milçəkləri 

(Drosophila  melanoqaster)  üzərində  apardıqları  fundamental  təcrübələrlə 

xromosomlan  kəşf etmələri  və  bu  nəzəriyyəni  yaratması  ilə  səciyyələnir.  Onlar 

müəyyən  etmişlər  ki,  orqanizmin  irsiyyət  amilləri  -   genlər  hüceyrələrin



27


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə