Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə16/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   12   13   14   15   16   17   18   19   ...   205

Lui P aster

(1822-1895)

Dünyada mikrobiologiya  elminin  əsasını  qoyan, 

dünya  şöhrətli  məşhur  fransız  alimi,  akademik  Jan 

Jozef  Lui  Paster  ilk  elmi  tədqiqatlarım  kimya  və 

kristalloqrafiya  elmlərinin  bəzi  məsələlərinin  öyrə­

nilməsinə  həsr  etməsinə  baxmayaraq, 

sonralar 

qıcqırma  prosesinin  mexanizminin  və  mıkroorqa- 

nizmlərin  dəyişkənliyinin  aşkar  olunması  və  mıkro- 

bioloji  proseslərin  öyrənilməsi  ilə  məşğul  olmuşdur.

Alim  o zamanlar Y.Libixin hökmran  olan  spirtli  qıcqırma təlimim  təkzıb  edərək 

sübut  etmişdir  ki,  bu  kimyəvi  deyil,  bioloji  proses  olub,  yalnız  maya 

göbələklərinin  inkişafı  nəticəsində  yaranır  (1857).  O,  həm  də  yağturşulu 

qıcqırmanı-anaerobioz 

prosesini 

(mıkroorqamzmlərin 

oksigensız-anaerob 

şəraitdə  inkişafını) kəşf etmişdir. Lui  Paster  1865-cı  ildə çaxırın  xarab olmasının 

qarşısını  almaq  üçün  ilk  dəfə  olaraq  pastenzasıya  üsulunu  təklif etmiş,  sonralar 

isə  mikroorqanimzlərm  spesifikliyinin  -   epızootologiya  və  epidemiologıyasının 

öyrənilməsinin  əsasım  qoymuşdur  Alim  həm  də  ipəkqurdlannm  nebrina, 

flyaseriya  epizootiyasmın  xarakterik  xüsusiyyətlərini  ətraflı  öyrənmiş,  onlann 

ləğv  edilməsi  tədbirlərini  hazırlamış  (1870),  virusların  və  mikroorqanızmlərin 

attenuasiyasım  (laboratoriya heyvanlarının orqanizmindən passaj  etdikdə onlann 

xassələrinin,  xüsusilə  virulentlik,  patogenlik  və  imunogenlıyının  dəyişilmə 

dinamikasını)  kəşf  etmiş,  qoruyucu  peyvəndlər  üçün  (qarayaraya,  quduzluğa, 

donuzlann  qızıl  yelinə,  quşlann  pasterellyozuna  qarşı)  vaksinlər  hazırlamışdır. 

O,  heyvanlann  qarayara  ilə  yoluxmasının  əsas  səbəbinin  onun  sporlannın  həzm 

traktina  düşməsi  olmasını  eksperimental  olaraq  sübut  etmişdir.  L.Pasterin 

təşəbbüsü  ilə  1888-ci  ildə  Paster  İnstitutu  yaradılmış  və  alimin  özü  onun  ilk 

direktoru  olmuş,  dövrün məşhur rus  alimlərini  də  (İ.İ.Meçnikov,  İ.F.  Qamaleya,

B.L.  Jakimov,  M.İ.Romanoviç,  D.S.  Rııjensev,  A.A.Rayevski.  L.S.  Senkovski, 

İ.İ.Sueviç  və  b.)  həmin  institutda  işləməyə  dəvət  etmiş  və  onlarla  birgə  elmi- 

tədqiqatlar  aparmış,  elmi  əməkdaşlıq  nəticəsində  çox  böyük  uğurlu  axtarışlara 

nail olmuşdur.

Dəri  emalçısının  13  yaşlı  oğlu  L.Paster  portretləri  çəkməsi  və  məktəbdə 

günəş  saatı  düzəltməsi  (həmin  saat  bu  gün  də  məktəbdə  saxlanılır)  ilə  hamını 

heyran etmiş,  27  yaşında  Strasburq  universitetinin professoru  və  32  yaşında Lui 

universitetinin  təbiətşünaslıq-tarix  fakültəsinin  dekanı  olmuşdur.  Həmin  illərdə 

qızı  Jannanm tifdən  vəfat etməsi  onu çox sarsıdır və mikrobiologiyaya marağını 

daha da artınr.  6 iyul  1885-ci ıl  dünya təbabəti tarixinə  L.Pasterin tarixi kəşfi  ilə 

daxil olur.  Quduz itin  14 diş yarasına məruz qalmış 9 yaşlı Iosef Meysterin anası 

təbiblərin  məsləhəti  ilə  Pasterə  müraciət  etmiş,  hazırladığı  vaksını  həmin 

xəstənin  üzərində  ilk  dəfə  sınaqdan  keçirmiş  və  nəticədə  uşaq  tamamilə 

sağalmışdır.  Onun  hazırladığı  həmin  vaksin  sonralar  dünya  miqyasında  tətbiq 

edilməyə  başlamışdır.  Tibbi  həkimlərin  «həkimlərin  hansısa  kimyaçının

32



məsləhətinə  ehtiyacı  yoxdur»  deməsinə  baxmayaraq,  L.Paster  öz  tədqiqatlarını 

uğurla davam etdirmişdir.  Alimin  dostları  ona kömək məqsədilə  «fəxri  hər aylıq 

təqaüd»  təsis  etmiş  və  ailəsinə  müvafiq  köməklik  göstərmişlər.  Olduqca gərgin 

iş  rejimi  1868-ci  ildə  onun  beyin  insulti  və  sol  tərəfinin  iflic  olması  ilə 

nəticələnmişdir.  Alimə  gələn  məktubların  birində  ünvan  əvəzinə  bu  sözlər 

yazılıb: 



«Möcüzələr yaradıcısın a»...

R obert Кох 

(1843-1910)

Mikrobiologiya  elminin  əsas  banilərindən  biri, 

dünya  bakteriologiya  elminin  yaradıcısı,  professor, 

Nobel  mükafatı  laureatı,  dünya  şöhrətli,  məşhur  alman 

alimi  Robert  Koxun  biologiya,  təbabət  və  baytarlıq 

təbabəti  elmlərinin  inkişafında  müstəsna  xidmətləri 

olmuşdur.  O,  1866-cı  ildə  Cettingen  Universitetini 

bitirərək,  1872-cı  ildə  Volştcyn  şəhərində  sanitar 

həkimi  vəzifəsində  işləmiş  və  primitiv  laboratoriya 

təşkil  edərək  qarayaranın  sporları  ilə  ağ  siçanları  yoluxdurmuş,  ilk  dəfə  olaraq 

mıkroorqanizmləri  yetişdirmək  üçün  bərk  qida  mühitindən  (ıclatin  və  buğanın 

qan  serumundan  ibarət)  istifadə  olunmasını  təklif  etmişdir.  Alim  1878-ci  ildə 

yara infeksiyalarının  etiologiyası haqqında ilk elmi  əsərini  dərc etdirərək  burada 

Henle-Kox  üçlüyünü  -   trıadasım  ətraflı  şərh  etmişdir.  Bu  triadanın  başlıca 

müddəaları  -   baktenoskopıya,  mikroorqanizmlərin  süm  qida  mühitlərində 

yetişdirilməsi  və  bioloji  sınağın  qoyulmasından  ibarətdir.  RKoxun  ən  böyük 

xidmətlərindən  bin  də  1882-ci  ildə  vərəmin,  sonralar  isə  vəbanın  (1884) 

törədicisini  kəşf  etməsidir.  O,  Berlində  təşkil  edilən  R Kox  adma  Infeksıon 

Xəstəliklər İnstitutunun  ilk  direktoru olmuş  (1891-1904)  və  burada fundamental 

elmi  -  tədqiqat  işlən  aparmışdır.  Alimin təşəbbüsü  ilə  bakterıolojı  texnikada  ilk 

dəfə  olaraq  anılın  boyalanndan,  immersiya  (yağ)  sistemindən  və  Abbe 

kondensatorundan  istifadə  olunmuş  və  diaqnostıkı  tuberkulın  preparatı 

hazırlanmışdır.  R.Kox  dünya  bakterioloqlar  məktəbinin  banisi  olmaqla  böyük 

bakterioloqlar  ordusu  yaratmışdır  (E.  Berinq,  F.Lefler,  R.Pfeyfer  və  b  ).  Alimin 

ən  böyük  səhvi  İ.İ.Meçnıkovun  kəşflərini,  xüsusilə  faqositoz  təlimini  tamamilə 

inkar etməsi və onunla heç bır elmi əməkdaşlığa razılıq verməməsi olmuşdur

33



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə