Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə17/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   13   14   15   16   17   18   19   20   ...   205

Meçnikov İlya  İliç

(1845-1916)

Məşhur  rus  alimi,  dünya  şöhrətli  bioloiq,  im- 

munobioloq.  bakterioloq,  patoloq,  təkamül  embrıo- 

logiyası,  immunitet,  faqosıtoz,  müqayisəli  patologiya 

təlimlərinin  banisi,  akademik  İlya  İliç  Meçnikov  hələ 

17  yaşında  ikən  ibtidailərin,  parazit  qurdlann  biologi­

yasının  öyrənilməsinə  böyük  maraq  göstərmişdir.

Sonralar  isə  alım  A.O Kovalevski  ilə  birlikdə  onur- 

ğasızlar  və  onurğalıların  fılogenetik  qohumluğunu  kəşf  etmiş(1865-1866), 

heyvanat  aləminin  fılogenetik  inkişafının  müxtəlif  dövrlərində  faqositoz 

prosesinin  təkamülünün  öyrənilməsi  ilə  məşğul  olmuşdur  Onun  faqosıtar 

nəzəriyyəsi  «İnfeksion  xəstəliklərdə  qeyri-həssaslıq»(1901)  adlı  fundamental 

əsərinin  nəşrindən  sonra  dövrün  alimləri  tərəfindən  qəbul  olunmağa  başladı  və 

daha  da  məşhurlaşdı.  Alim  öz  tələbəsi  P.Erlix  ilə  birlikdə) 1908)  faqositozun 

fılogenetik  olaraq  daha  qədim  ımmun  reaksiyası  olmasını,  antıtellərin  əmələ 

gəlməsinin  heyvanat  alənundə  müdafiə  funksiyalarının  sonrakı  mərhələlərində 

baş  verməsini  sübut  etdiklərinə  görə  Nobel  mükafatına  layıq  görülmüşlər.  İn­

sanın  qocalması  və  ölümünün  səbəblərinin  öyrənilməsi  alimin  elmi- 

tədqiqatlarının  əsas  qayəsini  təşkil  etmişdir  O,  «ortobioz»  -   «həyatın  tam  və 

təbii  ölümlə  qurtaran  mərhələsi»  nəzəriyyəsini  kəşf  etmiş  və  bu  məsələni 

«İnsanın  təbiəti  haqqında  etüdlər» 

(1903)  və 

«Optimizmin  etüdləri»  (1907) 

əsərlərində  geniş  şərh  etmişdir.  İnfeksion  xəstəliklərin  etiologiyası  və  epıde- 

miologiyasının  öyrənilməsi  həmişə  alimin  maraq  dairəsində  olmuş,  vəba,  taun, 

qarın  yatalağını  öyrənmiş  və  ilk  dəfə  olaraq  Emil  Runun  maliyyə  dəstəyi  ilə 

insanabənzər  meymunları 

eksperimental 

olaraq 


sifilisin  törədicisi 

ilə 


yoluxdurmuş,  bununla  da  venerologıya  elminin  vcnı  dövrünün  başlanğıcının 

təməlini  qoymuşdur.  İ.İ.Meçnikov  insanın  patoloji  qocalmasının  və  vaxtından 

əvvəl  ölümünün  profilaktikası  üçün  orqanizmin  öz-özünü  zəhərləməsinin 

qarşısını  almaq  məqsədilə  yeyinti  məhsullarının  sterilizasıyasını,  ətdən  az 

istifadə  edilməsini,  süd  turşulu  məhsullarla  qidalanmağa  daha  çox  önəm 

verilməsini,  bağırsağın  çürüdücü mikroflorasının  antoqonistı  kimi  laktobatsillın 

təklif  etmişdir.  İ.İ.Meçnikov  biologiya,  genetika,  təbabət  və  baytarlıq  təbabəti 

tarixində  ilk  dəfə  olaraq  immunitetdə  hüceyrə  təliminin  əsasım  qoymuşdur.  O, 

fundamental-tətbiqi xarakterli  faqositoz təlimi  ilə sübut etmişdir ki, leykositlərin 

xüsusi növü olan  faqositlər-neytrofillər orqanizmə  daxil  olaraq patoloji proseslər 

törədən  patogen  agentləri  -mikroorqanizmləri  və  s.  faqositoza  uğradaraq 

(udaraq)  onları  zərərsizləşdirir,  neytrallaşdırır,  beləliklə  də  patoloji  prosesi 

ləngidir,  onun  inkişafım  dayandırır  və  orqanizmin  xəstəliklərə  qarşı 

davamlılığını  artırır.  Bu  kəşf  immunogenetikanın  inkişafında  çox  böyük  rol 

oynamışdır.  Lakin  alimin  bu  tarixi  kəşfi  o  dövrün  məşhur  alimlərinin  hamısı 

tərəfindən  heç  də  birmənalı  qarşılanmamış  və  mübahisələrə  səbəb  olmuşdur. 

Rusiyanın çinovnikləri katoliklərin təkidi  ilə dəfələrlə onu işlədiyi  universitetdən

34



xaric  etdiyinə,  ona  qarşı  çox  güclü  təzyiqlər  və  təqiblər  göstərdiklərinə,  elmi 

yaradıcılığına  ciddi  maneçiliklər  törətdiklərinə  görə  o,  doğma  ölkəsini  tərk 

etməyi  qərara  almışdır.  Alim  hazırladığı  mikroskopık  yaxmaları  ilə  birlikdə 

Almaniyaya gedərək o  dövrün üç məşhur alimlərindən biri  olan  Robert  Коха öz 

kəşfi  barədə  məlumat  verməsinə  və  yaxmalarını  ona  nümayiş  etdirməsinə  bax­

mayaraq,  alman  alimi  onun  elmi  kəşfini  tamamilə  təkzib  və  inkar  etmişdir. 

Lakin,  bunun  əksinə  olaraq,  dövrün  ən  məşhur  alimi  Jozef  Lui  Paster 

İ.Meçnikovun  kəşfi  ilə  tanış  olmuş,  onu  ürəkdən  alqışlamış,  Parisdəki  Paster 

institutuna  dəvət  edərək  onunla  25  il  birgə  elmi-tədqiqatlar  aparılmışdır. 

İ.İ.Meçnikov  və  həyat  yoldaşı  Olqa  Meçnikova  Parisdəki  Paster  institutunun 

həyətində dəfn edilmişlər.

İvanovski Dmitri İvanoviç 

(1864-1920)

Virusların  ilk  kəşfi  dünya  şöhrətli,  məşhur  rus 

alimi D.İ.İvanovskinın adı ilə bağlıdır.  Onun bu tarixi 

kəşfindən  sonra virusologiya elminin  əsası  qoyulmuş 

və  bunun  nəticəsində  də  bir  sıra  xəstəliklərin 

törədiciləri  müəyyən  edilmişdir.  1891-1892-ci  illərdə 

Krımın  Nikitin  botanika  bağında  D.İ.İvanovski  və

V.V.Polovsev  diplom  işini  hazırlamaq  məqsədilə 

tütünün  mozaika  xəstəliyini 

öyrənərkən  sübut 

etmişlər  ki,  xəstə  tütün  bitkisinin  yarpağından  alınmış  şirə  (ekstrakt)  Zeys, 

Berkefeld  və  Şamberlanın  bakterial  süzgəclərindən  keçirildikdən  sonra  da 

sağlam  tütün  bitkisinin  yarpaqlarında  mozaika  xəstəliyini  törədir.  1892-ci  il 

fevralın  12-də  28  yaşlı  D.l.İvanovski  Rusiya  Akademiyasının  elmi  şurasında 

apardığı  tədqiqatların  nəticələri  haqqmda çıxış etməklə  virusologiyanm təməlini 

qoymuşdur.  D.l.lvanovskinin  1892-ci  ildə yazdığı  «Tütün  bitkisinin iki xəstəliyi 

haqqmda»  əsən  namizədlik  və  1902-ci ildə yazdığı  «Tütünün mozaika xəstəliyi» 

əsəri  isə  doktorluq  dissertasiyası  kimi  qiymətləndirilmişdir.  D.l.İvanovski 

sonralar  həmin  «yoluxucu  amilin»  çox  kiçik  olan,  bakterial  süzgəcdən  keçən, 

qida  mühitində  yetişməyən  və  adi  mikroskoplarla  müşahidə  olunmayan 

mikroorqanizmlər olduğunu göstərməklə  bunlan virus  adlandırmışdır.  Bəzi qərb 

alimləri  virusologiyanm  tarixini  təhrif  etməklə  səhvən  onu  Hollandiya  alimi 

M.Beyerinkinin  adı  ilə  bağlayırlar.  Halbuki,  o  özü,  virusun  ilk  dəfə

D.I.İvanovski tərəfindən kəşf edildiyini etiraf etmişdir.  Virusologiyanm müstəqil 

elm  sahəsi  kimi  çox  dinamik  sürətlə  inkişaf etməsi  bəzi  infeksion  xəstəlikləri 

törədən virusların  aynlması  və  onların xüsusiyyətlərinin öyrənilməsi üçün zəmin 

yaratmışdır. Hazırda molekulyar biologiyanın, genetikanın, gen mühəndisliyinin, 

biotexnologiyanın,  bioetikanın  və  s.  qlobal  problemlərinin  öyrənilməsi 

prosesində viruslardan geniş istifadə olunur.

35



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə