Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə25/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   21   22   23   24   25   26   27   28   ...   205

xəstəliklərinin  (qaramalın,  donuzların pastcrcllyoz,  qoyunların  infeksion  mastit, 

bradzot,  quzuların  anaerob  dizenteriya,  quşlann  kolibakterioz,  salmonellyoz) 

törədicilərinin  torpaqda,  suda,  peyində,  binalarda,  xidmət  əşyalarında  və  s. 

yaşama  müddətim,  Günəş  şüalarının,  temperaturun,  dezinfeksiya  maddələrinin, 

antibiotiklərin,  sulfanilamid  və  nitrofuran  qrupu  preparatlarının  təsirinə 

davamlılığını,  həssaslığını,  genetik  əlamət  və  xassələrinin  dəyişkənliyini  ətraflı 

öyrənmişlər.  Baytarlıq təbabəti tarixində  ilk dəfə  olaraq Y.  Səfərovun rəhbərliyi 

ilə  kənd təsərrüfatı  heyvanlarının  və  quşlann bəzi  infeksion xəstəliklərinə  qarşı 

assosiasiya olunmuş və kompleks vaksinasiya üsulu tətbiq edilmiş  və  eyni  adlı 

(rus  dilində)  monoqrafiya  hazırlanmışdır.  Alimin  rəhbərliyi  ilə  heyvan  və 

quşlann  bəzi  yoluxucu  xəstəliklərinin  törədicilərinin  əsas  genetik  əlamətləri  və 

xassələrinin (morfoloji, fizioloji, kultural, biokimyəvi,  patogenetik, antigenlik və 

s.)  dəyişilməsi  mexanizmi  və  dinamikasını  öyrənmək  üçün  təcrübə  heyvanları 

(ağ  siçan,  hind  donuzu,  göyərçin,  toyuq,  ada  dovşanı,  qoyun)  üzərində  bioloji 

sınaq  qoyulmasından,  mikroorqanızmlərin  onların  orqanizmindən  passaj 

olunmasından və attenuasiyasından geniş istifadə edilmişdi

Səfərov K əbutər M irzəbala Oğlu

(1911-1981)

Azərbaycanda  ilk  dəfə  olaraq  kənd  təsərrüfatı  heyvanlarının  (qaramal, 

camış,  qoyun,keçi)  ən  təhlükəli  zooantroponoz  sayılan  leptospiroz-infeksion 

sarılıq xəstəliyinin etioloji,  epızootoloji,  epidemioloji.  klınıkı,  patoloji-anatomıkı 

xüsusiyyətlərinin,  patogenezi,  diaqnostika  və 

profilaktikasının, 

onun 


törədicisinin

patogenlik,  virulentlik  xassələrinin,  eləcə  də 

heyvanların  həmin  törədiciyə  həssaslığının, 

davamlılığının  öyrənilməsi  ilə  məşğul  olan 

professor,  baytarlıq  təbabəti  elmləri  doktoru 

Kəbutər  Mirzəbala  oğlu  Səfərovun  ölkəmizdə 

baytarlıq 

təbabəti 

elminin 

tərəqqisində,

inkişafında  və  yüksək  ixtisaslı  heyvandarlıq 

(zootexnik,  baytarlıq  təbabəti  həkimləri  və  s.) 

kadrlarının  hazırlanmasında  olduqca  böyük 

xidmətləri  olmuşdur.  O,  1933-cü  ildə  Moskva 

Zoobaytarlıq  İnstitutunun  baytarlıq  təbabəti 

fakültəsinə  daxil  olmuş.  1937-ci  ildə  həmin  institutu  bitirmiş,  1937-1938-ci 

illərdə Azərbaycan  SSR Dövlət Sığorta İdarəsində baş  baytar həkimi  vəzifəsində 

işləmişdir.  Alim  1938-1940-cı  illərdə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin 

«Epizootologıya  və  mikrobiologiya»  kafedrasında  assistent,  1940-1963-cü 

illərdə  kafedra  müdiri, 

1954-1963-cü  illərdə  isə  «Epizootologiya  və 

zoogigiyena»  kafedrasının  müdiri  vəzifəsində  işləmiş,  1945-ci  ildə  namizədlik. 

1953-cü  ildə  isə  Moskvada  Ümumittifaq  Elmi  Tədqiqat  Baytarlıq  İnstitutunda

51



doktorluq dissertasiyasını  müdafiə  etmişdir.  O,  1947-ci  ildə  «Epizootologiya və 

zoogıgıycna»  kafedrasının  dosenti,  1954-cü  ildən  isə  «Epizootologiya»  kafed­

rasının  professoru təsdiq edilmişdir.  K. Səfərovun  50-dən  artıq  elmi  əsəri  vardır, 

cümlədən 



Azərbaycan 

dilində 


"Ümumi 

epizootologiya", 

"Xüsusi 

epizootologiya”  dərsliklərinin  və  çoxlu  sayda  dərs  vəsaitlərinin  ilk  müəlliflə- 

rindəndır.  Alim  1963-cü  ildən  1989-cu  ilə  qədər  respublika  Kənd  Təsərrüfatı 

Nazirliyində  elmi  işlər  üzrə  baş  idarənin  rəisi  vəzifəsində  işləmiş,  baytarlıq 

təbabəti  mikrobiologiyası  və  epizootologiya  üzrə  çoxlu  sayda  namizədlik  və 

doktorluq dissertasiyalarına rəhbərlik etmişdir.

Axundov C ahangir  Mehdi oğlu 

(1906-1978)

Heyvandarlıq  və  südçülük  elmləri  sahəsində  tanınmış,  nıəhşur  və 

görkəmli  alim professor  Cahangir Mehdi  oğlu  Axundov  1916-cı  ildə  birpilləli, 

1925-ci ildə  isə  ikipilləli  məktəbi bitirərək,  elə 

həmin 


ildə 

Azərbaycan 

Respublikası 

Politexnik 

İnstitutunun 

kənd 


təsərrüfatı 

fakültəsinə  qəbul  olunmuş  və  1930-cu  ildə 

institutu  müvəffəqiyyətlə  bitirmişdir.  İnstitutu 

bitirdikdən  sonra  C.Axundov  hazırlıqlı  və 

istedadlı  məzun  kimi  Moskva  şəhərində 

Ümumittıfaq 

Elmi-Tədqiqat 

Südçülük 

Sənayesi  institutunun  aspiranturasına  qəbul 

olunmuşdur. 

1933-cü 

ildə 


aspiranturanı 

bitirdikdən  sonra  yüksək  ixtisaslı  mütəxəssis 

kimi,  o,  ADAU-nun  “Südçülük”  kafedrasına 

dosent  vəzifəsinə  seçilir  və  1937-ci  ildən  isə 

həmin  kafedranın  müdin  vəzifəsinə  irəli  çəkilir.  C.Axundov  1938-cı  ildə  kənd 

təsərrüfatı  elmləri namizədi.  1939-cu ildə isə dosent elmi  adma layiq görülür.  O, 

Azərbaycanda südçülük elminin əsasım qoyan, onu inkişaf etdirən  ilk  və  yeganə 

alimlərdən  biridir.  Alim  Respublikamızda  camış  südünün  kimyəvi  tərkibini, 

fiziki,  bioloji  və  texnoloji  xüsusiyyətlərini  dərindən  öyrənmiş  və  1960-cı  ildə 

müvəffəqiyyətlə elmi işi müdafiə  edərək kənd təsərrüfatı elmləri  doktoru alimlik 

dərəcəsinə  layiq  görülmüşdür.  Ümumittifaq  Ali  Attestasiya  Komissiyası 

tərəfindən  1961-ci  ildə  ona  professor  adı  verilmişdir.  C.  Axundov  ölkəmizdə 

aqrar  elmi  kadrlannm  hazırlanmasında  fəal  iştirak  etmişdir.  Onun  rəhbərliyi 

altında  12  aspirant  və  dissertant  namizədlik  dissertasiyalarını  müdafiə  etmiş,  2 

doktorluq  dissertasiyasına  məsləhətçi  olmuşdur.  C.Axundov  120-dən  artıq  elmi 

məqalə,  tədris-metodiki,  kütləvi  kitabçaların,  o  cümlədən  7  dərslik  və  dərs 

vəsaitinin  müəllifidir.  Keçmiş  Sovetlər  Birliyinin  şəhərlənndə  ixtisası  üzrə 

keçirilmiş  müşavirə  və  konfranslarda  fəal  iştirak  etmişdir.  1959-cu  ildə 

Londonda keçirilən  XV  Beynəlxalq  Südçülük  Konqresinin  iştirakçısı  olmuş  və

52



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə