Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə26/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   22   23   24   25   26   27   28   29   ...   205

"Camış  südündən  pendırçilik  sənayesində  səmərəli  istifadə  edilməsi  yollan" 

mövzusunda  məruzə  etmişdir  Professor  C  Axundov  “Qafqaz”  camış  cinsinin 

yaradılmasında  fəal  iştirak  etmiş  müəlliflərindən  biri  kimi  SSRİ  Kənd 

Təsərrüfatı Nazirliyi tərəfindən mükafatlandırılmışdır  Tədris, tədris-metodiki və 

elmi-tədqiqat  işləri  ilə  yanaşı,  1933-cü  ildən  başlayaraq  fədakarlıqla  çalışan  və 

öz  mənalı  həyatını  belə  bir  şərəfli  sahəyə  həsr  edən  C.Axundov  1934-1935  və 

1949-1951-ci  illərdə  ADAU-nun zootexniklik  fakültəsinin  dekanı,  1938-1941-cı 

illərdə  isə  həmin universitetin aspirantura şöbəsinin  müdiri.  1944-1947-cı illərdə 

Azərbaycan  Heyvandarlıq-Təcrübə  Stansiyasında  baş  elmi  ışçı,  1942-1975-cı 

illərdə  33  il  müddətində  "Kənd  təsərrüfatı  heyvanlarının  yemləndirilməsi  və 

südçülük  işi"  kafedrasının  müdiri,  1962-1963-cü  illərdə  Tədris  İşləri  üzrə  pro­

rektor  vəzifələrində  işləmişdir.  C.Axundovun  elmi-pedaqoji  fəaliyyəti  və 

Respublikanın  aqrar  elminin  inkişaf  etdirilməsındəki  xidmətləri  Azərbaycan 

Dövləti  tərəfindən  yüksək  qiymətləndirilərək  ona  1966-cı  ildə  Azərbaycan 

Respublikasının  "Əməkdar  Elm  Xadimi"  adı  verilmişdir.  O,  orden,  medal  və 

fəxri fərmanlarla mükafatlandırılmışdır.

Verdiyev Z ülfüqar Q urban  oğlu 

(1907-1992)

Ölkəmizdə  qaramal  və  zebulann  yetişdirilməsi,  onların  genetik,  seleksiya, 

bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, yüksək  ixtisaslı zootexniya və

baytarlıq 

təbabəti 

kadrlarının 

hazırlanması 

sahəsində  150-dən çox elmi əsənn, o cümlədən bır 

neçə  dərsliyin,  monoqrafiyaların,  kitabların  və 

dərs  vəsaitlərinin  müəllifi,  ' Şərəf Nişanı"  ordeni, 

“Əməkdə  fərqlənməyə  görə”,  “İ.V.Miçurinin  100 

illiyi”  medalları  ilə  təltif  edilmiş,  professor, 

Əməkdar  Elm  Xadimi  Zülfüqar  Qurban  oğlu 

Verdiyevin xüsusi xidmətləri  olmuşdur.  O,  1955- 

1959-cu  illərdə  Azərbaycan  Elmi-Tədqiqat  Hey­

vandarlıq 

İnstitutunun 

direktoru 

vəzifəsində 

çalışmış, 

sonralar 

isə 

ADAU-nun 



«Kənd 

təsərrüfatı 

heyvanlarının 

yetişdirilməsi 

və 

genetikası» 



kafedrasının 

müdiri 


vəzifəsinə 

seçilmiş,  ömrünün sonuna qədər bu vəzifədə işləmişdir.  Z. Verdiyev  1966-cı  ildə 

«Kənd  təsərrüfatı  heyvanlarının  yetişdirilməsi  və  genetikası»  kafedrasının 

nəzdində  “Zebuçuluq elmi-tədqiqat problem laboratoriyası” yaratmış  və  1990-cı 

ilə qədər onun  rəhbəri  olmuşdur.  Alimin rəhbərliyi  ilə  genetika, heyvandarlıq  və 

zootexniya  üzrə  bir  neçə  elmlər  namizədi  və  doktoru  hazırlanmışdır  Fərəhli 

haldır ki,  Z.Verdiyevin  zubuçuluğa  və  camışçılığa dair  elmi  məqaləsi  BMT-nın 

«Azalmaqda  və  aradan  çıxmaqla  olan  heyvan  növləri»  adlı  külliyatında  nəşr 

olunmuşdur.

53



Hacıyev Hacı M əm m ədbağır oğlu 

(1919-1989)

Azərbaycanda  baytarlıq  təbabətinin  təşəkkül  tapmasında,  müstəqil  elm 

sahəsi  kimi  formalaşmasında,  dinamik  inkişafında 

və  bu  bəşəri  əhəmiyyətli  elm  sahəsində  milli 

kadrların  və  alimlər  ordusunun  hazırlanmasında 

baytarlıq  təbabəti  elmləri  doktoru,  professor  Hacı 

Məmmədbağır  oğlu  Hacıyevin  olduqca  böyük  və 

misilsiz 

xidmətləri 

olmuşdur. 

H. Hacıyevin 

tələbələri,  aspirantları  və  elmi-pedaqoji  kollektiv 

onu 


ədəbiyyatçı 

alim, 


yüksək 

erudisiyalı. 

intellektual  səviyyəli  pedaqoq,  həssas,  qayğıkeş  bır 

insan  və  pedaqoq  kimi  dəyərləndirmiş,  özləri  üçün 

örnək  hesab  etmişlər.  H.Hacıyev  1941-ci  ildə 

ADAU-nun Baytarlıq təbabəti  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmiş,  həmin 

universitetdə  ordinatorluqdan  başlayaraq  qəzet  redaktoru,  kafedra  müdiri,  elmi 

işlər üzrə prorektor vəzifələrində  çalışmışdır.  Alim çoxsaylı  dərslik,  dərs vəsaiti, 

monoqrafiya,  elmi  və  publisistik  məqalələrin  müəllifi  olmuşdur  Ölkəmizin 

əvəzsiz  təbii  sərvəti  sayılan  naftalan  neftinin  baytarlıq  təbabətində  ilk  dəfə 

olaraq  geniş  tətbiq  olunması  məhz  onun  səyi  və  təşəbbüsü nəticəsində mümkün 

olmuşdur.  O,  1947-ci  ildə  “Naftalan  neftinin  mədə  önlüklərinin  təqəllüsünə 

təsiıi”  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmiş,  1948-ci  ildə  isə 

dosent elmi  adı  almış,  1951-ci  ildə  baytarlıq təbabəti  fakültəsinin  “Yoluxmayan 

xəstəliklər və kimik diaqnostika” kafedrasına müdir təyin edilmişdir. Alim  1962- 

ci  ildə  həmin  kafedranın  nəzdində  “Naftalan  nefti  problem  laboratoriyası” 

yaratmış  və  ona  rəhbərlik  etmişdir.  O,  1967-ci  ildə  doktorluq  dissertasiyası 

müdafiə  etmiş  və  professor  alimlik  rütbəsi  almışdır.  Alim  İlk  dəfə  “Klinik 

diaqnostika”  və  "Kənd təsərrüfatı  heyvanlarının  yoluxmayan  daxili  xəstəlikləri” 

fənnindən  Azərbaycan  dilində  dərsliklərin  və  dərs  vəsaitlərinin  müəllifi 

olmuşdur. 

H.Hacıyevin 

rəhbərliyi 

ilə 


çoxlu 

sayda  elmlər  namizədi 

hazırlanmışdır

Rüstəmov Rüstəm  Bəhram  oğlu 

(1925-2007)

54



Azərbaycanda kənd təsərrüfatı  heyvanlarının  anatomiyasının  və  morfologi­

yasının öyrənilməsi  sahəsində ilk elmlər doktoru, professor Rüstəm  Bəhram oğlu 

Rüstəmovun  baytarlıq təbabəti həkimləri  və  zootexniklərin hazırlanmasında çox 

böyük  xidmətləri  olmuşdur  R.B.Rüstəmov  sabiq  SSRİ  məkanında görkəmli an- 

atom  və  morfoloq  kimi  tanınmış  və  şöhrətlənmiş  bir  alim,  elm  xadimi  idi.  O, 

1949-cu  ildə  ADAU-nm  baytarlıq  təbabəti  fakültəsini  bitirib,  Sankt-Peterburq 

Ba}tarlıq  institutunun  "Cərrahiyyə" kafedrasının aspiranturasına daxil olmuşdur. 

Alim  1953-cü  ildə  "Atların  çanaq-bud  oynağının  arterial  qan  təchizatı  və 

çanaqətrafı  oynaqlarının  toxumlarının  onurğa  beynin  novokaın  blokadası 

fonunda  keçiriciliyi"  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmiş, 

1953-1962-ci  illərdə  "Anatomiya"  kafedrasında  əvvəlcə  assistent,  soma  isə 

dosent  vəzifəsində  çalışmışdır.  R.Rüstəmov  1962-ci 

ildə 

Sankt-Peterburq 



Baytarlıq  İnstitutunun  doktoranturasına  daxil  olmuş  və  1965-ci  ildə  "Camış, 

qaramal  və  qovunların  çanaqətrafı  əzələlərin  arterial  qan  təchizatı  və  onların 

damar-sinir  zonaları”  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir. 

1968-ci  ildə  sabiq  SSRİ  Ali  Attestasiya Komissiyasınm  qərarı  ilə  ona professor 

elmi  rütbəsi  verilmişdir.  O,  1967-1972-ci  illərdə  ADAU-nin  elmi  işlər  üzrə 

prorektoru,  1997-ci  ilədək kafedra müdiri  vəzifələrində  işləmişdir.  Alim  100-don 

çox elmi əsərin müəllifidir. R. Rüstəmov  1975-ci  ildə  "İşində əla nailiyyətlərə görə" 

medalı  ilə təltif olunmuş,  2003-cü  üdə  "Vektor"  Beynəlxalq Elm Mərkəzi  Mükafat 

Komissiyasının  qəran  ilə  "Azərbaycanın tanınmış  alimləri"  Beynəlxalq  layihəsinin 

qalibi  olmuş və XXI əsnn tanınmış alımı" Beynəlxalq Diplomu ilə təltif edilmişdir. 

Onun  rəhbərliyi  ilə  hazırlanmış  və  «Ev  heyvanlarının  anatomiyası»  adlı  ilk  ali 

məktəb dərslikləri, çoxlu sayda metodiki  vəsaitlər və  s. hazırlanmışdır.  R.Rüstəmov 

həm  yüksək  intellektual  səviyyəyə  və  crudisıyaya  malik  alım,  həm  də  qayğıkeş, 

həssas,  humanist,  hamı  tərəfindən  sevilən  bir  şəxsiyyət  kımı  bütün  elmi 

ictimaiyyətin  rəğbətini  qazanmış  pedaqoq  idi. 

O,  elmi-pedaqoji  fəaliyyəti  ilə 

bərabər,  həm  də  mahir  tarzən  kimi  tanınırdı.  Onun  atası  məşhur  tarzən  Quzanlı 

Bəhrəm  milli  muğam  sənətinin  banilərindən  biri  Seyid  Şuşinskini  (Ağanı)  uzun 

müddət tarda müşayət etmişdir.

Rüstəm müəllimin ən böyük xidmətlərindən biri onun uzun müddət rəhbərlik etdiyi 

anatomiya və fiziologiya kafedrasında öz yetirməsi professor Adil  Ramazanovla birlikdə 

kənd təsərrüfatı heyvanlarının və quşlann heç bir universitetdə analoqu olmayan, olduqca 

zəngin və nadir eksponatlara malik olan anatomiya muzeyini təşkil etməsidir. Rüstəmovlar 

ailəsi həm də təbabətə və baytarlıq təbabətinə irsən sadiq qalmasr ilə səcıyyələnrr. Alımın 

oğlu Etibar tibbi həkim, Daşqın və onun həyat yoldaşı Siyala xanım və qızı Rəna xanım 

baytarlıq  təbabəti  həkimidir.  Siyala  xanım  Rüstəmova  hazırda  Respublika  Baytarlıq 

Xidməti  İdarəsinin  rəisi  vəzifəsində  işləyir,  həmin  sahənin tərəqqisi,  inkişafı  və  qlobal 

problemlərinin həlli üçün təqdirəlayiq, geniş  diapozonlu fəaliyyət növlərinə rəhbərlik edir

Qədimov Raul Abdulla oğlu 

(1939-2000)




Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə