Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə22/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   18   19   20   21   22   23   24   25   ...   205

Musayev M usa Ə bdürəhm an oğlu 

(1921-2010)

Baytarlıq təbabəti,  zoologiya  və  parazitologiya 

elmilərinin  inkişafında  tanınmış  akademik  Musa 

Əbdürəhman  oğlu  Musayevin  xidmətləri  olduqca 

təqdirəlayiqdir  O,  ADAU-nun  baytarlıq  təbabəti 

fakültəsini  bitirmişdir.  1959-cu  ildən  Azərbaycan 

MEA-nın  müxbir üzvü.  1967-cı ildə  isə həqiqi  üzvü 

seçilmişdir.  M.Musayev  350-dən  çox elmi  əsərin,  o 

cümlədən, 

onlarla  dərslik,  dərs  vəsaiti,  10 

müəlliflik  şıhadətnaməsı  və  patentin  müəllifidir. 

Alım 

1976-1001-ci 



illərdə 

SSRİ 


Elmlər 

Akademiyası  nəzdındə  Ümumıttıfaq  Protozooloqlar 

Cəmiyyətinin  vitse-prezidenti,  1967-1988-ci  illərdə  «Parazitologiya»  jurnalının 

redaksiya  heyətinin  üzvü,  Ukrayna  Parazıtoloqlar  Cəmiyyətinin  fəxri  üzvü 

seçilmiş,  1991-ci  ildə  Azərbaycan  SSR  Dövlət  mükafatına,  1996-cı  ildə  Həsən 

Əliyev adma «Ekologiya sahəsindəki  nailiyyətlərə  görə»  medala və  mükafatlara 

layiq görülmüşdür.  Baytarlıq elmləri doktoru, professor M.Musayev Azərbaycan 

Milli  Elmlər  Akademiyasının  Biologiya  elmləri  bölməsinin  akademik-katibi. 

AMEA  Zoologiya  İnstitutunun  direktoru  olmuşdur.  Onun  rəhbərliyi  ilə  çoxlu 

sayda elmlər namizədi və doktorları hazırlanmışdır.

Q arayev A bdulla İsmayıl  oğlu 

(1910-1968)

Azərbaycan  fiziologiya  elminin  banisi,  tibb 

elmləri  doktoru,  akademik,  Əməkdar  Elm  Xadimi 

Abdulla  İsmayıl  oğlu  Qarayevin  milli  elmimizin 

inkişafında  çox  böyük  xidmətləri  olmuşdur.  O, 

ölkəmizdə  eksperimental  fiziologiya  laboratoriya­

sının  ilk  təşkilatçısı  olmaqla  onun  əsas  elmi 

tədqiqatları  bioelektrik  hadisələn,  orqanizmin 

mütəhərrik  karbohidrat  deposu,  subliminal  qıcıq­

ların  dekrementli  ötürülməsi,  Naftalan  neftinin 

müalicəvi təsir mexanizmi və  interoseptik mübadilə reflekslərinin öyrənilməsinə 

həsr  edilmişdir.  Naftalan  neftində  boy  maddəsini  də  fizioloji  tədqiqatlarda  o, 

tətbiq  etmişdir.  A.Qarayev  AKP  MK-nin  üzvü  (1962-64),  BDU-nun  rektoru 

(1944-50), AMEA-nın biologiya və  kənd təsərrüfatı  bölməsinin  akademik katibi 

(1952-56),  Ali  və  Orta İxtisas  Təhsili  Komitəsinin  sədri  (1961-63),  AMEA-nın 

Fiziologiya bölməsinin  rəhbəri  və  Fiziologiya  İnstitutunun  direktoru  (1953-68), 

İ.P.Pavlov  adma  Ümumittifaq  Fizioloqlar  Cəmiyyəti  Azərbaycan  bölməsinin 

sədri  (1951-68)  vəzifələrində  çalışmışdır.  Alim  15-ci  (Sankt-Peterburq,  1935  ,

45



21-cı  (Buenos-Ayres,  1959),  22-ci  (Leyden,  1962),  23-cü  (Tokio,  1965) 

Beynəlxalq  fizioloqlar  konqresində  iştirak  etmişdir.  Onun  “Analızatorlann 

fiziologiyası” 

(1947),  “Mərkəzi  sinir  sisteminin  fiziologiyası”  (1951), 

"Faqosıfozun fiziologiyası” (1960),  “Boş beyin süfununun torabənzər törəmələri 

və  vegetativ  funksiyaları”  (1965),  “Sulukarbonlar  mübadiləsinin  hipotenniya 

şəraitində  vəziyyəti”  (1967),  “İnteroreseptorlar  və  maddələr mübadiləsi”  (1965, 

rus dilində) və  s.  əsərləri nəzəri və praktiki cəhətdən çox qiymətli əsərlər sayılır. 

A.Qarayev  Lenin  ordeni,  3  dəfə  Qırmızı  Əmək  Bayrağı  ordeni,  Qırmızı  Ulduz 

ordeni  və  medallarla  təltif edilmişdir.  Onun  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər 

namizədləri və doktorları hazırlanmışdır.

Həsənov Hüseyn H eydər oğlu 

(1932)

AMEA-nın 



akademiki, 

biologiya 

elmləri 

doktoru,  professor,  Nyu-York  Akademiyasının 

üzvü,  əməkdar  elm  xadimi,  A.  İ.  Qarayev  adma 

Fiziologiya  institutunun  sabiq  direktoru,  «Beyin  və 

davranış»  şöbəsinin  müdiri  Həsənov  Hüseyn  Hey­

dər  oğlunun  elmi,  pedaqoji  və  ictimai  fəaliyyəti 

milli  elmimizin tarixində  ən önəmli  yerlərdən birini 

tutur.  H   Həsənov  elmi-tədqiqat  fəaliyyətinə  1954- 

cü  ildə  Fiziologiya  institutunda  əvvəlcə  laborant. 

sonra aspirant,  1957-cı  ildən  isə  kiçik  elmi  ışçı  kımı 

başlamışdır.  O,  1958-ci  ildə  dissertasiya  müdafiə  edərək,  biologiya  elmləri 

namizədi  alimlik  dərəcəsi  almış,  1961-cı  ildən  baş  elmi  işçi  vəzifəsinə 

keçirilmiş,  1967-ci  ildə  isə  doktorluq  dissertasiyası  müdafiə  etmişdir  Alim 

1968-ci  ildə  elmi  işlər  üzrə  direktor  müavini  təyin  edilmiş  və  1969-cu  ildən 

etibarən  Azərbaycan  Elmlər  Akademiyasının  A.İ Qarayev  adma  Fiziologiya 

institutunun  direktoru,  eyni  zamanda  Beyin  və  davranış  şöbəsinin  davranış  və 

təlim  laboratoriyasının  rəhbəri  təyin  edilmişdir.  O,  1972-ci  ildə  AMEA-nın 

müxbir  üzvü,  1976-cı  ildə  isə  həqiqi  üzvü  seçilmişdir  Onun  elmi-tədqiqat 

fəaliyyəti  akademik  A.İ.Qarayevin  rəhbərliyi  altında  başlamış  və  bu 

tədqiqatların  böyük hissəsini mərkəzi  sinir  sisteminin  tənzimlənmə mexanizm­

lərinin  vegetativ  funksiyalarının  öyrənilməsi  və  onların  orqanizmin  daxili 

mühitinin(homeostazın)  tənzim  edilməsində  rolu  kımı  mühüm  məsələlərin 

tədqiqi  təşkil  edir.  Bu  problem  üzənndə  işləyərkən  o,  interoreseptorlann 

qlıkemik  reaksiyalara  təsiri,  baş  beyin  qabığı  strukturaları,  limbik  retikulyar 

kompleksinin 

qlikohomeostazın 

tənzim 

edilməsində 



rolu,  ontogenezdə 

qlikohomeostazın  tənzim  edilməsinin  sınır  mexanizmləri,  interoreseptiv 

siqnalların  öyrənilməsinin  neyrofızıolojı  və  neyrokimyəvı  mexanizmləri, 

inteqrasiya,  eləcə  də  qabıq  və  qabıqaltı  əlaqələr  və  funksiyaların  lokalizasiyası 

kimi  elmi  tədqiqat  istiqamətlən  yaratmışdır.  Həmin  çoxcəhətli  tədqiqatların

46



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə