Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə20/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   16   17   18   19   20   21   22   23   ...   205

yaradılmasmına  həsr  olunmuşdur.  Seleksiya  və  hibrid  materiallarının  ekoloji 

zonal  yoxlanması  üsulları  da  ilk  dəfə  İ.Mustafayev  tərəfindən  işlənib 

hazırlanmışdır.  O,  bır  sıra bol  məhsul  verən  yüksək  keyfiyyətli  buğda  sortlan  -  

"Sevinc",  "Cəfəri",  "Zoğal  buğda",  "Turanikum-186",  "Turgidum-7",  "Qızıl 

buğda",  "Bol  buğda",  "Arzu"  və  s.  yaratmışdır.  Alim  bir  sıra  elmi  əsərlərin,  o 

cümlədən 6 monoqrafiyanın müəllifidir,  SSRİ və Azərbaycan  SSR Ali  Sovetinin 

deputatı  olmuşdur.  Elmi  yaradıcılıq  fəaliyyətinə  görə  N.İ.Vavilov  adına  qızıl 

medal,  Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin  3  böyük  qızıl  medalı,  "Qırmızı 

Əmək Bayrağı",  "Şərəf nişanı"  ordenləri ilə təltif edilmişdir.

Quliyev Ələkbər Məmməd oğlu 

(1911-1983)

Məşhur  botanik,  genetik  və  seleksiyaçı  alim, 

akademik,  Əməkdar Elm Xadimi  Ələkbər Məmməd 

oğlu  Quliyevin  Azərbaycanda  botanika,  bitkilərin 

genetikası, 

fiziologiyası, 

genefondunun 

dəyişkənliyi, 

ümumilikdə 

biologiya 

və 

kənd 


təsərrüfatı elmlərinin öyrənilməsi,  inkişafı sahəsində 

elmi-praktiki  və  nəzəri  cəhətdən  olduqca  böyük 

əhəmiyyət  kəsb  edən  fundamental-tətbiqi  xarakterli 

tədqiqatların  aparılmasında  və  ölkəmizdə  aqrar 

sahənin  mütəxəssislərinin  hazırlanmasında  xüsusi  xidmətləri  olmuşdur.  Alimin 

rəhbərliyi  ilə  ölkəmizin  bitki  örtüyünün  genefondu,  bitkilərin  anatomiyası, 

fiziologiyası, 

genetikası, 

seleksiyasının 

öyrənilməsi 

sahəsində 

aparılan 

təcrübələr  çox  uğurlu  nəticələr  vermiş  və  elmi  yeniliklərə  nail  olunmuş,  çoxlu 

sayda  elmlər  namizədləri  və  doktorlan  hazırlanmışdır.  Alim,  aqronomluq, 

bitkiçilik  və  biologiya  elmləri  üzrə  çoxlu  sayda  ali  məktəb  dərslikləri,  dərs 

vəsaitləri,  kitab  və  monoqrafiyaların  müəllifi  olmuşdur.  Ə.M.Qulıyevin 

təbiətşünaslıq  elmləri  üzrə  apardığı  elmi  axtarışlar  sanki  genetik  olaraq  öz 

övladlarına  da  sirayət  edərək  onlara  biologiya  elmi  sahəsində  böyük  uğurlar 

nəsib  etmişdir.  Oğlu  biologiya  elmləri  doktoru,  professor  Akif  Quliyev  Bakı 

Dövlət  Universitetinin  «Biologiya»  fakültəsinin  dekanı,  «Biokimya  və  bitki 

fiziologiyası»  kafedrasının  müdiri,  biologiya  elmləri  doktoru,  professor  Rauf 

Quliyev BDU-nun «Genetika və darvinizm» kafedrasının müdiri.  Savad  Quliyev 

isə  ADAU-nun  «Bitkilərin  genetikası  və  seleksiyası»  kafedrasının  dosenti 

vəzifəsində  işləyir.  Ə.M.Quliyevin  ölkəmizdə  yüksək  ixtisaslı  kənd  təsərrüfatı 

kadrlarının-  aqronom,  baytarlıq  təbabəti  həkimi,  zootexnik  və  bioloqlann 

yetişdirilməsi  sahəsində çox böyük xidmətləri  olmuşdur.

41



Tutayuk Validə Xaspolad qızı 

(1914-1980)

1934-cü  ildə  Azərbaycan  Dövlət  Aqrar Univer­

sitetinin  “Bağçılıq  və  bostançı lıq"  fakültəsini  bitir­

miş,  1949-cu  ildə  doktorluq  dissertasiyası  müdafiə 

edərək  35  yaşında  biologiya  elmləri  doktoru  elmi 

dərəcəsini  alan  ilk  azərbaycanlı  qadın  akademik.

“Şərəf Nişanı”,  “Oktyabr İnqilabı” ordenli,  Əməkdar 

Elm Xadimi  Tutayuk Validə  Xaspolad qızının Azər­

baycanın  bütün  bölgələrində  təbii  bitki  örtüyünün 

genefondunun,  anatomik-morfoloji  və  genetik xüsu­

siyyətlərinin  öyrənilməsində  misilsiz  xidmətləri  olmuşdur.  O,  1934-cü  ildə 

aspiranturaya  qəbul  olunaraq,  K.A.Timiryazev  adma  Moskva  Kənd  Təsərrüfatı 

Akademiyasına  ezam  edilir,  sonralar  doğma  universitetə  qayıdaraq  1939-cu 

ildən  ADAU-nun  botanika  kafedrasına  başçılıq  edir.  Alim  1957-ci  ildə 

Azərbaycan  EA  Botanika  İnstitutuna  direktor  təyin  olunur.  O,  geniş  profilli 

botanika,  aqronomluq,  bitkiçilik  və  biologiya  elmləri  üzrə  milli  kadrların 

hazırlanması  üçün  Azərbaycan  dilində  ilk  fundamental  dərsliklərin  müəllifidir. 

1968-1972-ci  illərdə  V.Tutayukun  rəhbərliyi  ilə  Azərbaycanın  qış  və  yay 

otlaqlarının  geniş  geobotaniki  və  genetik  tədqiqi  aparılmış  və  bu  sahədə 

müfəssəl  məlumatlar  əldə  edilmişdir.  V.Tutayuk  250-dən  artıq  elmi  əsərin,  o 

cümlədən,  10  ali  məktəb  dərsliyinin,  9  monoqrafiyanın,  çoxlu  sayda  dərs 

vəsaitlərinin  müəllifidir.  Onun  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər namizədləri  və 

doktorları hazırlanmışdır.  O, Azərbaycan KP  MK-nın üzvü olmuşdur.

Ağabəyli  Ağaxan  Ələsgər oğlu

(1904-1980)

Genetika,  seleksiya,  zootexniya və  biologiya 

sahəsində 

tanınmış, 

dünya 


şöhrətli 

alim, 


akademik,  Əməkdar  Elm  Xadimi,  «Qırmızı 

Əmək  Bayrağı»  ordenli,  4  medalla  təltif  oluan,

«Qafqaz»  yeni 

yağlı-südlü  camış 

cinsinin 

yaradıcısı,  elmin  yeni  sahəsinin  -   «Camışann 

genetikası 

və 


seleksiyası»mn 

və 


dünyada 

camışçılıq  elminin  banisi  Ağaxan  Ələsgər  oğlu 

Ağabəylinin  kənd  təsərrüfatı  kadrlanmn  -  

zootexnik,  baytarlıq  təbabəti  həkimi,  aqroom  və 

bioloqların  hazırlanmasında  böyük  xidmətləri 

olmuşdur.  Alim ölkəmizdə  və onun  hüdudlarından  kənarlarda  dərc edilmiş  260- 

dan  artıq  elmi  əsərin,  14  mooqrafiya,  kitab  və  dərsliyin,  14  təlimatın  müəllifi 

olmuş,  onlann  130-dan  çoxu  məhz  camışlann  genetikası  və  seleksiyasına  həsr 

edilmişdir.  O, 36 il ADAU-nun  «Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və

42



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə