Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə18/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   14   15   16   17   18   19   20   21   ...   205

Həsən  bəy Zərdabi

(1837-1907)

Azərbaycanda  təbiətşünaslıq,  torpaqşünaslıq, 

aqrokimya  elminin,  milli  mətbuatımızın,  teatr- 

şünaslığımızın, 

ölkəmizdə  torpaq 

islahatının 

banisi.  Moskva  universitetinin  fizika-riyaziyyat 

fakültəsinin  təbiətşünaslıq  şöbəsini  bitirmiş,  ilk 

Azərbaycan  qəzeti  «Əkinçi »nin  təsisçisi  və 

redaktoru, 

dahi 


mütəfəkkir. 

ensiklopedik 

şəxsiyyət,  millət  fədaisi  Həsən  bəy  Səlim  bəy 

oğlu Zərdabinin (Məlikovun) müstəsna xidmətləri 

olmuşdur.  Bu  ensiklopedik  alimin  maarifçilik,  fəlsəfə,  biologiya,  əkinçilik, 

aqrokimya,  torpaqşünaslıq,  bitkiçilik,  meyvəçilik,  baytarlıq  təbabəti,  təbabət, 

anatomiya, 

fiziologiya, 

meşəçilik, 

coğrafiya, 

astronomiya, 

geologiya, 

paliontologiya,  heyvandarlıq,  quşçuluq,  seleksiya,  kimya,  iqtisadiyyat  və  s. 

elmləri  bilməsi  və  nailiyyətləri  onu  təkcə  Azərbaycanda  deyil,  həm  də  dünya 

miqyasında  tanıtdırmış  və  məşhurlaşdırmışdır.  «O, 

bizim  mənəvi  atamız  idi» 

(M.Ə.Sabir).

  O,  yaradıcısı  olduğu  «Əkinçi»  qəzetində  ilk  dəfə  olaraq  ölkəmizin 

heyvandarlarına  yüksək  məhsuldar  qaramal,  camış  və  qoyun  cinsləri  yaratmaq 

məqsədilə  süni  seçmə  üsulundan  geniş  istifadə  etməyi  tövsiyə  etmişdir.  Alim 

görkəmli  seleksiyaçı  kimi,  müəyyən  etmişdir  ki.  yeni  yüksək  məhsuldar heyvan 

cinslərinin  yaradılması  üçün  süni  seçmə  zamanı  əlamətlər  nəsildən  nəslə 

verilərkən  güclənir  və  yeni  cinslər  yaratmaq  mümkün  olur.  H  Zərdabi  irsiyyəti 

təbiətşünaslıq  elminin  ən  başlıca  qanunu  hesab  etməklə  onun  bəzi  qanunauy­

ğunluqlarının  -  düz  istiqamətli,  qayıtması  dolayı  (müəyyən  amilin  təsirindən 

yaranan),  dominant  (hökmran,  güclü)  və  resessiv  (zəif)  irsiyyət  növlərinin- 

mövcud  olmasını  şərh  etmişdir  Alim  hibridioloji  üsulu  (çarpazlaşdırmanı) 

heyvandarlıqda  süni  seçmə  aparılarkən  ən  səmərəli  üsul  kimi  dəyərləndirərək 

bəzi  mütərəqqi  fikirlər-damazlıq  üçün  yüksək  məhsuldar  yerli  heyvan  gene- 

fondundan  geniş  istifadə  olunması,  yerli  cır  heyvanların  yaxşılaşdırılması 

məqsədilə  xaricdən  törədicilərin  gətirilməsi-irəli  sürmüş  və  onlara  xüsusi  önəm 

verilməsim  heyvandarlara  məsləhət  bilmişdir.  O.  «Heyvanların  rəngi»  adlı 

əsərində  heyvanların  eksteryerinin  (xarici  əlamətlərinin)  seçmə  zamanı  nəzərə 

alınmasının  xüsusi  əhəmiyyətə  malik  olduğunu və  onun  nəzərə  alınmasını,  eləcə 

də  ekoloji  amillərin  roluna  fikir  verilməsini  ən  prioritet  istiqamət  kimi 

dəyərləndirmişdir.

Zəmanəsinin  elmi-təcrübi  nailiyyətlərinə  dərindən  bələd  olan  materialist 

alim  "Əkinçi".  "Kaspi",  "Həyat"  və  s.  qəzetlərdəki,  '"Dəbistan"  jumalındakı 

silsilə  məqalələrində  ailə-məişət  qayğılarının  asanlıqla,  elmi  qaydalarla  aradan 

qaldındmasından  tutmuş  təsərrüfatın  müxtəlif  sahələrini  səmərəli  üsullarla 

inkişaf etdirməyədək  çox  şey  barədə  faydalı  məsləhətlər  verirdi.  Bu  yazılar  bir 

yerə  toplanıb  çap  olunsa,  qalın  bir  kitab  alınar.  Həsən  boy  sonralar  bu 

fəaliyyətini  sistemli  şəkilə  salaraq  bir  neçə  elmi-kütləvi  əsər  də  yazmış,  onları

36



ayrıca  kitabça  şəklində  xalqa  çatdırmaq  istəmişdi.  "Torpaq,  su  və  hava", 

"Həvasi-xəmsə"  (Beş  hiss  üzvü)  adlı  əsərlər  "Həyat"  qəzetində  1905-ci  ildə 

hissə-hissə  çap  olunsa  da,  mükəmməl  gigiyena  vəsaiti  olan  "Bədəni  salam at 

saxlamaq  düsturüləm əli" müəllifin  sağlığında nə mətbuatda, nə də aynca kitab 

şəklində  çap  olunmamışdır.  Həsən  bəyin  ölümündən  sonra  bu  gərəkli  işi 

Kiyevdə  təhsil  alan  azərbaycanlı  tələbələr  həyata  keçirmişlər.  Nəşriyyat 

qrupunun rəhbəri gənc Yusif Vəzir Çəmənzəminli ilk nəşrin girişində yazmışdır: 

"Mərhum  Həsən  bəy  Məlikzadə  tərəfindən  qələmə  bir  çox  elmi  əsərlər  alınıb, 

lakin  indiyədək  onlar  camaatımızın  himməşsizliyindən  çap  olunmayıb  qalırdı. 

"Kiyev  islam  tələbələrinin  nəşriyyat  heyəti"  bu  əsəri  Həsən  bəyin  möhtərəm 

zövcəsinin  (Hənifə  xanım  Abayeva-Zərdabi)  razılığı  ilə  nəşr  etməyə  şüru  etdi. 

Əvvəl  "Torpaq,  su  və  hava"  ünvanlı  kitabça təb  olunub,  indi  isə  oxucularımıza 

"Bədəni  salamat  saxlamaq  düstürüləməli"ni  təqdim  edirik.  Bu  kitaba  "heyət" 

tərəfindən  haşiyə  olaraq  bəzi  şeylər  artırılıb,  bir  də  bir  neçə  sözün  dərci 

namünasib görüldüyündən bilmərrə  ötürülüb,  yerləri  nöqtələr ilə  nişanə  olunub, 

qalanı  isə  mərhum  Həsən  bəyin  əlyazılanndan  yazılıb  eynən  dərc  olunur. 

Student:  Y usif  Vəzirov".  Kitab  Bakıda  İ.Aşurbəyovun  "Kaspi"  mətbəəsində 

1912-ci ildə  «N 2»,  1914-cü  ildə  «N 3»  işarəsi  ilə təkrar çap olunmuş  və  böyük 

uğur  qazanmışdir.  Təəssüf  ki,  sonrakı  illərdə  bu  qiymətli  əsərin  tirajının 

kütləvilə şdirilməsi  davam  etdirilməmiş,  Sovet  hakimiyyətinin  ilk  40  ilində  isə 

kitab  bir  dəfə  də  nəşr  olunmamışdır.  İ  Stalinin  ölümündən  və  "şəxsiyyətə 

pərəstişin  pislənməsi"  prosesindən  sonra millətçi  damğası  vurulmuş  Həsən  bəy 

Zərdabinin  irsi  də  bəraət  almış,  onun  fəaliyyəti  geniş  tədqiq  olunmağa 

başlanmış,  əsərləri  çapa  hazırlanmışdır.  Bu  işdə  professorlar  Ziyəddin 

Göyüşovun,  Mirəli  Axundovun,  Abbas  Zamanovun,  İzzət  Rüstəmovun 

gördükləri  işlər  zərdabşünaslıq  üçün  möhkəm  özül  olmuşdur.  «Bədəni  salamat 

saxlamaq  düstürüləməli»  əsərinin  indiki  nəşri  mərhum  Ziyəddin  Göyüşovun 

tərtib  və  qeydləri  ilə  1960-cı  ildə  "Azəməşr"də  işıq  üzü  görmüş  "Həsən  bəy 

Zərdabı,  seçilmiş  əsərləri"  kitabından  götürülmüşdür  və  ötən  46  ildə  ilk  belə 

təşəbbüsdür.  Alimin  «Natural  gigiyena»  adlı  biliklər  sistemi  insanların  təbiət 

qanunları ilə yaşamasını əsas götürərək aşağıdakı 9 şərti əhatə edir:

1-təmiz hava,  2-saf su,  3-Günəşlə təmas,  4-təbii  qidalar,  5-fəal hərəkət,  6-az 

yemək  və  aclıq,  7-istirahət  və  yuxu,  8-düz  qamət,  9-ağıl  və  sağlam  ruh.  Şərtlər 

müxtəlif  kitablarda  fərqli  sıralansa  da  sağlam  yaşamaq  qaydalarına  verilən 

tələblər  dəyişməz  olaraq  qalır,  təbiətdən  güc  almaq,  təbiət  qanunlarına 

uyğunlaşmaq  kimi  əsas  məsələləri  əhatə  edir.  1980-ci  ildə  Hənifə  xanım  öz 

mənzilində  məktəb  açaraq  yetim  və  kasıb  uşaqların  təhsil  alması  ilə  məşğul 

olmuşdur.  1901-ci  ildə  H.Zərdabi  və  Hənifə  xanımın  səyi  və  H.Z.  Tağıyevin 

maliyyə  dəstəyi  ilə  Bakıda  ilk  rus-müsəlman  məktəbi  açılır,  Hənifə  xanım  isə 

onun direktoru təyin olunur.  H.Zərdabi  çar məmurları tərəfəindən  dəfələrlə  həbs 

olunmuş,  onların təqibləri  nəticəsində  Bakını tərk  edərək  16  il  doğma Zərdabda 

yaşamış,  hətta bəzən təndirdə  gizlənməli  olmuşdur.  Onun  oğlanları  Sifət,  Mitəd 

və  qızı  Qəribsoltan  xanım  da  repressiyaya  məruz  qalmışlar.  H.Zərdabi  dahi  rus 

yazıçısı  Lev  Tolstoyla  yaxın  dostluq  və  əməkdaşlıq  etmişdir.  H.Zərdabinin



37


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə