Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə15/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   11   12   13   14   15   16   17   18   ...   205

parçalanması,  3-cü  qanun  -   sərbəst  kombinasiya  olunma)  kəşf  etməklə 

genetikanın  inkişafında  misilsiz  xidmət  göstərmişdir.  O,  toxumları  sarı  və  yaşıl 

rəngli  olan  noxud  bitkilərini  çarpazlaşdırmış  (monohıbrid  çarpazlaşdırma)  və  Fı 

nəslində  bütün  bitkilərin  rəngi  san  olduğundan,  yəni  sarı  rəng  yaşıl  rəng 

üzərində  dominantlıq  (ağalıq)  etdiyi  üçün  bu  hadisəni  dominantlıq  (latınca 

«domine»-«ağa»),  alternativ  əlaməti  isə  resessivlik  (latınca  «recessus»- 

«uzaqlaşma»,  «kənarlaşma»)  adlandınnışdır  (1-ci  qanun).  Sonra  alim  1-ci 

nəsildə  alman  bitkiləri  öz  aralannda  çarpazlaşdırdıqda  1-cı  nəsildə  gizli  qalan 

yaşıl  rəng  2-ci  nəsildə  parçalanma  nəticəsində  üzə  çıxmış  və  üstünlük  təşkil 

etmişdir  (2-ci  qanun).  2-ci  nəsildə  (F2)  dihibrid  çarpazlaşma  nəticəsində 

əlamətlər  (genlər)  bir-birindən  asılı  olmayaraq  sərbəst  paylanır  (3-cü  qanun). 

Onun  yaratdığı  mendelızm təliminin  əsas  mahiyyəti  orqanizmlərin əlamətlərinin 

inkişafını  və onların gələcək nəsillərə verilməsini təmin edən  ırsıvvət amillərinin 

diskretliyindən  bəhs edir.  Q.Mendelin kəşf etdiyi  qanunlar  yalnız  35  ildən  sonra 

(1900)  Q.dc  Friz  (Hollandiya),  К Korrens  (Almaniya)  və  E.Çermak  (Avstnya) 

tərəfindən  bir-birindən  xəbərsiz  müxtəlif  bitkilər  (lalə,  qarğıdalı,  noxud) 

üzərində  sübut  olunmuşdur.  Məhz  bundan  sonra  mendelizm  genetika  və 

biologiya elminin aparıcı nəzəriyyəsi  kimi tanındı və məşhurlaşdı

Tomas Gent M orqan

(1861-  1945)

Müasir biologiya elminin banilərindən biri, dünya 

şöhrətli  məşhur  Amerika  bioloqu,  Nobel  Mükafatı 

Laureatı  Tomas  Gent  Morqan  1886-cı  ildə  Keııtikk.

1891-ci  ildə 

isə  Baltimoredəkı 

Cons  Xorkiııs 

universitetini  bitirmişdir.  O,  irsiyyətin  xromosom 

nəzəriyyəsinin  əsasını  qoymuş,  ayn-ayrı  əlamətlərin 

və 

onların 


kombinasiyasının 

növbələşməsinin 

öyrənilməsi  üçün 

genetika  elminin  tarixində 

ilk 

dəfə ən əlverişli  bioloji  model olaraq meyvə  (drozofil) 



milçəyindən təcrübə  obyekti kimi  istifadə  etmişdir.  Bu üsula sonralar da genetik 

tədqiqatların  aparılmasında  çox  istinad  olunmuşdur.  T.C.Morqan  drozofil 

milçəyi  üzərində  fundamental  elmi-tədqiqat  işləri  apararaq  (1910)  müəyyən 

etmişdir  ki.  irsiyyətin  maddi  əsasını  təşkil  edən  genlər  məhz  xromosomlarda 

yerləşir.  İrsi  əlamətlərin  nəsildən-nəsilə  keçməsində  xromosomlann  rolunu  ilk 

dəfə  olaraq  T.Moıqan  sübut  etmiş,  bununla  da  genetikanın  ikinci  mərhələsi 

başlanmışdır.  Alim  üç  şagirdi  (A.Stertevant,  K.  Bridces  və  Q.  Müller)  ilə 

birlikdə  sübut  etmişdir ki,  irsiyyətin  əlamətlərinin təminatçısı  olan  irsi  amillər -  

genlər hüceyrə  nüvəsinin xromosomlarında yerləşir və  cəmləşir,  irsi  əlamətlərin 

nəsildən nəsilə ötürülməsi  Q.Mendelin qanunları çərçivəsindən çıxaraq,  ona tabe 

olmayaraq,  cinsiyyət  hüceyrələrinin  yetişməsi  və 

mayalanma  zamanı 

xromosomlann  taleyi  ilə  müəyyən  olunur.  Həmin  nəticələr  bir-birindən  asılı

30



olmayan  iki  üsulla-hibridoloji  və  sitoloji-  apanlan  eksperimental  təcrübələr 

nəticəsində  aşkar  edilmişdir.  Q.Morqan  və  şagirdləri  ilk  dəfə  olaraq  genetik 

xəritənin  tərtib  edilməsi  üsulunu  müəyyən  etmiş  və  cinsiyyətin  təyin  olunma­

sında  xromosom  mexanizmini  aşkar  etmişlər.  Genetika  elminin  sonrakı 

nailiyyətlərinin  hamısı  və  bu  elmin  inkişafı  məhz  Q.Morqanm  irsıyyətin 

xromosom nəzəriyyəsi ilə əlaqədar olmuş və təşəkkül tapmışdır. Alimin bu nəzə­

riyyəsi  sıtologiya,  embriologiya,  biokimya,  təkamül  təlimi  və  biologiyanın  ən 

yem  sahələri  olan  molekulyar  biologiya,  molekulyar  genetika,  genetika 

mühəndisliyi  və biotexnologiyanın  dinamik və  sürətli  inkişafı üçün müstəsna rol 

oynamışdır.  Ümumilikdə  Q.Morqanm  xromosom  nəzəriyyəsi  bütün  biologiya 

elimlərinin  dinamik  yüksələn  düz  xətlə  inkişafı  üçün  çox  mühüm  zəmin 

yaratmışdır.

Vavilov Nikolay  İvanoviç 

(1887-1943)

Məşhur  rus  alimi,  genetik,  seleksiyaçı,  akade­

mik.  genetika elminin  ən  başlıca  qanunlarından  bin 

sayılan  irsiyyətli  dəyişkənliyin  homolojı  sıralar 

qanununun  banisi(1919)  Nikolay  ivanoviç  Vavilov 

müasir 

seleksiyanın 



elmi 

əsaslannı, 

mədəni 

bitkilərin  mənşəyi  və  onlann  coğrafi  arealının 



yayılması  haqqında  təlimin  təməlini  qoymuşdur. 

Onun  rəhbərliyi  ilə  300  mindən  çox  müxtəlif  növə  mənsub  mədəni  bitki 

nümunəsi  olan  zəngin  dünya  herbari  kolleksiyası  yaradılmışdır.  O,  həm  də 

texniki  bitkilərdə  yoluxucu  xəstəliklərə  qarşı  immunitetin  yaradılması  təliminin 

və  bitki  ımmunogenetıkasmm  banisi  sayılır.  N.İ.Vavilovun  rəhbərliyi  ilə 

bitkilərin  genetikası,  seleksiyası  və  mühafizəsinə  həsr  olunmuş  çoxlu  sayda 

monoqrafiyalar  hazırlanmış,  namizədlik  və  doktorluq  dissertasiyaları  müdafiə 

edilmişdir.  Alim ona qarşı  bır neçə dəfə  sovet imperiyası rəhbərlərinin təzyiqlər, 

təqiblər göstərməsinə, müxtəlif şantaj  xarakterli  sanksiyalar və diskriminasiyalar 

tətbiq etməsinə, hətta həbs olunmasına baxmayaraq seleksiya və genetika elmləri 

sahəsində  elmi  axtarışlarını  səylə  davam  etdirmiş,  elmi,  praktiki  və  nəzəri 

əhəmiyyətli  nəticələrə  nail  olmuşdur.  N.İ.Vavilovun  elmi  axtarışlarının  məntiqi 

nəticəsi  olaraq  hazırda  bitkilərin  seleksiyası,  genetikası  və  yeni  yüksək 

məhsuldar  taxıl,  şəkər  və  yem  çuğunduru,  yonca,  qarğıdalı  və  s.  sortların 

yetişdirilməsi  üçün  onun  təklif  etdiyi  üsullara  çox  böyük  önəm  verilir  və 

onlardan  geniş  istifadə  olunur.  Hazırda  genetika,  seleksiya,  immunogenetika, 

molekulyar  genetika  və  biologiya,  gen  mühəndisliyi  və  biotexnologiya  elmləri 

üzrə  elmi  axtarışların  aparılması  prosesində  N.İ.Vavilovun  tədqiqatlarına  çox 

önəmli yer verilir və onlara geniş istinad edilir.

31



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə