Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə21/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   17   18   19   20   21   22   23   24   ...   205

genetikası»  kafedrasının  müdiri  vəzifəsində  çalışmışdır.  Onun  1978-ci  ildə 

Dehlido  keirilən  beynəlxalq  simpoziumdakı  Hindistanın  «Murrah»  və 

Azərbaycanın  «Qafqaz»  camış cinslərinin çarpazlaşdırılmasının nəticələrinə həsr 

olunmuş  məruzəsi  böyük  bir  sensasiya  törətmişdir.  Alimin  yaradıcılığının  əsas 

qayəsini  müxtəlif növə  malik  olan genefondlann  (qaramal,  zebu,  camış,  dovşan, 

qunduz  və  s.)  seleksiya  ilə  yaxşılaşdırılması  və  yüksək  məhsullar  cinslərin 

yaradılması  təşkil  etmişdir.  O,  həm  də  yeni  yüksək  yağlı-südlü  «Azərbaycan 

camışı»  cinsini  yaratmış,  yerli  zebu,  onun  hibridləri,  cersey  qaramal  cinsinin 

müxtəlif cinslər ilə  dönmələri  üzərində tədqiqatlar aparmış,  onların məhsuldarlıq 

keyfiyyətlərinin  genetik  xüsusiyyətlərini  öyrənməklə  məhsuldarlığı  artırmaq 

üçün proqnoz-diaqnostik tədbirlər hazırlamışdır.  Onun  rəhbərliyi  ilə  50-dən  çox 

namizədlik və onlarla doktorluq dısserasiyası müdafiə  edilmişdir.  A.Ağabəylinin 

elmi-pedaqoji  irsi  sanki  genetik  olaraq  öz  övladlarına da bəxş  olunmuşdur.  Qızı 

Rəna  Ağabəylı  biologiya  elmləri  doktoru,  professordur,  atasının  biologiya 

sahəsindəki  elmi  irsinin  davamçısıdır,  onun  həyat  yoldaşı  Urxan  Ələkbərov  isə 

biologiya elmləri  doktoru, professor və akademikdir.

Qəniyev M əmmədtağı Qasım  oğlu 

(1907-1979)

Azərbaycanda 

baytarlıq 

təbabəti 

mikro­


biologiyası  elminin  banisi,  korifey  alim,  Əməkar 

Elm  Xadimi,  bir  neçə  orden  və  medallarla  təltif 

edilmiş,  akademik  Məmmədtağı  Qasım  oğlu 

Qəniyevin  milli  elmimizin  inkişafında çox  böyük 

xidmətləri  olmuşdur. 

O,  300-ə  qədər  monoq­

rafiya,  dərslik,  dərs  vəsaiti,  fundamental  məlumat 

mənbələri  hazırlayıb  çap  etdirmişdir.  Onun  bütün 

elmi tədqiqat  işlərində mikroorqanizmlərin heyvan 

və  quşların  patologiyasında  roluna, 

onlann 

genetik, 



morfoloji, 

həssaslıq, 

davamlılıq, 

dəyişkənlik  və  s.  xüsusiyyətlərinin  öyrənilməsinə  xüsusi  önəm  verilmişdir.  O, 

1932-ci  ildə  İrəvan  şəhərində  Zaqafqaziya  Zoobaytarlıq  İnstitutunu  bitirmiş, 

1936-cı  ildə  namizədlik,  1944-cü  ildə  isə  doktorluq  dissertasiyaları  müdafiə 

etmiş.  1938-1959-cu  illərdə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  baytarlıq 

təbabəti  fakültəsinin  "Mikrobiologiya”  kafedrasının  rəhbəri  olmuş,  1962-ci  ildə 

isə Azərbaycan Milli  Elmlər Akademiyasının həqiqi  üzv seçilmişdir.  M.Qəniyev 

milli  baytarlıq  təbabəti  elmimizin  inkişafına  böyük  töhfələr  verən  ilk  milli 

kadrlardan  biri  olmuşdur.  Alim  uzun  müddət  Elmi-Tədqiqat  Baytarlıq 

İnstitutunun  direktoru  vəzifəsində  çalışmaqla,  baytarlıq  təbabətinin  aktual 

problemlərinin öyrənilməsi  sahəsində fundamental elmi-tədqiqat işlərinin həyata 

keçirilməsinə  rəhbərlik  etmişdir.  Milli  baytarlıq  təbabəti  və  mikrobiologiya 

elmimizin  banisi.  ƏEX,  dünya  şöhrətli  alim,  akademik  Məmmədtağı  Qəniyev

43



əsil  zəhmətkeş,  vətənpərvər elm  fədaisi  olmuşdur.  M.Qəniyev  300-ə  qədər elmi 

əsərin,  dərslik  və  dərs  vəsaitlərinin  müəllifi,  20  nəfər  elmlər  doktoru  və  80-ə 

qədər  elmlər  namizədinin  elmi  rəhbəri  olmuş  və  ölkəmizdə  mikrobioloqlar 

ordusunun əsil yaradıcısı olmuşdur.

Cəfərov M əmmədtağı İbrahim   oğlu

(1936-2007)

Ölkəmizdə  aqrar  sahə  üzrə  yüksək  ixtisaslı 

kadrların  hazırlanmasında  qədim  tarixə  malik 

olan,milli  elmimizin  yaradıcıları  -   dünya  şöhrətli 

alimlərimizi  yetişdirən,  müqəddəs  təhsil  ocağı 

ADAU-nun  formalaşmasında,  inkişafında,  tərəqqi 

və  təşəkkülündə  böyük  işlər  görən,  məşhur  alim, 

elm  xadimi,  AMEA-nın  həqiqi  üzvü  akademiki 

Məmmədtağı  İbrahim  oğlu  Cəfərovun  olduqca 

misilsiz  xidmətləri  olmuşdur.  O,  1954-1959-cu 

illərdə  ADAU-nun aqronomluq  fakültəsində təhsil 

almış,  1964-cü ildə namizədlik dissertasiyasını  müdafiə  etmiş,  1965-cı  ildə kənd 

təsərrüfatı elmləri namizədi  alimlik dərəcəsi  almışdır. Alim  1964-1973-cü  illərdə 

ADAU-da assistent,  dosent,  professor  1973-1983-cü  illərdə  isə  «Torpaqşünaslıq 

və  kənd  təsərrüfatının  meliorasiyası»  kafedrasının  müdiri  vəzifələrində 

işləmişdir.  M.Cəfərov  1973-cü  ildə  doktorluq  dissertasiyasını  müdafiə  edərək 

kənd  təsərrüfatı  elmləri  doktoru  alimlik  dərəcəsi  almış,  1975-ci  ildə  isə  ona 

professor  elmi  adı  verilmişdir.  O,  1989-cu  ildə  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  müxbir üzvü  seçilmişdir.  Alim  150-yə  qədər elmi  əsərin,  çoxlu 

sayda  kitabın,  o  cümlədən  monoqrafiya  və  dərsliklərin,  dərs  vəsaitlərinin 

müəllifidir.  M.Cəfərov  1983-1987  və  1995-2007-ci  illərdə  Azərbaycan  Aqrar 

Universitetinin  rektoru  vəzifəsində  işləmiş,  1992-ci  ildə  Yeni  Azərbaycan  Par­

tiyası  Sivası  Şurasının  üzvü,  YAP  Gəncə  Şəhər Təşkilatının  sədn  olmuşdur.  O, 

1994-cü  ildə  Azərbaycan  Elmlər  Akademiyası  Torpaqşünaslıq  və  Aqrokımya 

İnstitutunda  doktorluq  dissertasiyasının  müdafiəsi  üzrə  ixtisaslaşmış  Elmi 

Şuranın  həmsədri  olmuşdur.  M.Cəfərov  2002-ci  ildə  Azərbaycan  MEA-nın 

həqiqi  üzvü  seçilmiş,  səmərəli  elmi  fəaliyyətinə  görə  Azərbaycan  Respublikası 

Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri  Fərmanına  layıq  görülmüş,  «Şərəf nişanı» 

ordeni  və  «Maarif  əlaçısı»  döş  nişanı  ilə  təltif  olunmuşdur.  O,  uzun  illər 

Azərbaycan  Ziyalılar  Cəmiyyətinin  sədri,  Yeni  Azərbaycan  Partiyası  Siyasi 

Şurasının  üzvü  olmuşdur.Böyük alim,  xeyirxah və tarixi  şəxsiyyət  M.Cəfərovun 

milli  kənd  təsərrüfatı  və  torpaqşünaslıq  elmlərinin  inkişafındakı  xidmətləri  elm 

və təhsilimizin tarixinə qızıl hərflərlə həkk olunub.

44



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə