Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə24/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   20   21   22   23   24   25   26   27   ...   205

işləmişdir,  1957-ci  il-də  namizədlik  və  1968-ci  ildə  doktorluq  dissertasiyalarını 

müdafiə  etmiş,  1972-ci  ildə  professor  elmi  adını  almışdır.  0 .  1972-ci  ildə 

Ümumittifaq  Kənd  Təsərrüfatı  Elmləri  Akademiyasının  müxbir  üzvü  seçilərək 

akademiyanın  heyvandarlıq  və  baytarlıq  üzrə  Zaqafqaziya  bölməsinin  sədri 

vəzifəsini  tutmuş,  1991-ci  ildə  isə  akademiyanın  həqiqi  üzvü  seçilmişdir.  Y. 

Hacıyev  2001  -cı  ildən  AMEA-nın  həqiqi  üzvü  idi.  Onun  elmi  tədqiqatlarının 

başlıca istiqaməti  baytarlıq helmintologiyası  ilə  bağlıdır.  O, təbiətdə  və  heyvan 

orqanizmində  mikroelementlərin  miqdarından  asılı  olaraq,  helmintozlann 

yayılma qanunauyğunluğunu  öyrənmiş və  ən  geniş  yayılmış  helmintozlara  qarşı 

müalicə-profilaktika  tədbirləri  hazırlamış,  onların  tətbiqini  təşkil  etmişdir. 

Y.Hacıyev helmintozlara qarşı  orqanizmin müqavimətinin artınlmasi  və terapiya 

məqsədi  ilə  mikroelementlərin  tətbiqinin  elmi  əsaslarını  işləmişdir.  Onun  bu 

istiqamətdə  aldığı  nəticələr  mütəxəssislər tərəfindən  yüksək  qiymətləndirilərək 

onların  keçmiş  Sovetlər  İttifaqının  cənub  regionlarında  istifadəsi  tövsiyə 

edilmişdir.  Alim  20-dən  artıq  dərman  bitkilərinin  xassələrini  araşdırmış,  bəzi 

bitkilərin  helmintozlara  qarşı  işlədilməsinə  dair  səmərəli  təkliflər  irəli 

sürmüşdür.  Onun  respublika  şəraitində  normativ  sənəd  kimi  istifadə  üçün  nəşr 

etdirdiyi  təlimatlar toplusundan  baytarlıq  idarələrində  və  tədris  müəssisələrində 

geniş 

istifadə 



edilməkdədir. 

Azərbaycanda 

helmmtoloqlar 

məktəbinin 

yaradıcılarından  biri  olan  Y.Hacıyevin  yüksək  ixtisaslı  kadr  hazırlığı  işində 

böyük  xidmətləri  olmuş  və  onun  rəhbərliyi  ilə  onlarca namizədlik  dissertasiyası 

müdafiə  olunmuşdur.  Alimin  tədqiqatları  180-dək  elmi  əsərdə,  o  cümlədən  10 

kitabda öz əksini  tapmışdır.  O,  "Azərbaycan  aqrar elmi" jurnalının baş redaktoru 

idi  Yaqub  Hacıyev  baytarlıq  üzrə  bır  çox  mötəbər  beynəlxalq  konfrans  və 

simpoziumlardakı  çıxışları  ilə  Azərbaycan  eımını  layiqincə  təmsil  etmişdir. 

Alimin  xidmətləri  yüksək  qiymətləndirilmiş,  o,  bir  sıra  fəxri  adlara  layiq 

görülmüş, orden və mükafatlarla təltif edilmişdir

Axundov Mirəli A bdulla oğlu 

(1902-1992)

Milli  biologiya,  xüsusilə  genetika  elmimizin 

banilərindən  bin.  tanınmış,  korıfcy  alim,  biologiya 

elmləri  doktoru,  professor,  Əməkdar  Elm  Xadimi 

Mirəli  Abdulla  oğlu  Axundov  məşhur  genetıklər 

A.S.Serobrovskı  və  N.K.Koltsovun  rəhbərliyi  ilə 

xromosomlarda 

krossmqover 

hadisəsinin 

öyrənilməsi  ilə  məşğul  olmuş  və  elmi-praktıkı 

əhəmiyyətli  nəticələrə  nail  olmuşdur.  Onun  sonrakı 

elmı-tədqıqat  işləri  ev  quşlannın  növ  və  cins 

tərkibinin  genetik  cəhətdən  öyrənilməsinə,  ontogenczdə  dififerensıasıya 

olunmasına,  bioloji  aktiv  maddələrin  təsirinin  araşdınlmasına  həsr  edilmişdir 

Alim  1937-ci ildə  BDU-da ilk  «Genetika və darvinizm» kafedrasım təşkil  etmiş,

49



1988-ci ilədək onun rəhbəri olmuş və həmin kafedranın nəzdində Zaqafqaziyada 

yeganə  olan  «Təkamül  təlimi»  muzeyini  yaratmışdır.  Onun  elmi  yaradıcılığının 

əsas  incisi  Xl-XIX-əsrlərdə  Azərbaycanda bioloji  fikrin  inkişafı tarixinin tədqiq 

edilməsidir.  Müəllif faktlara əsaslanaraq  sübut etmişdir ki, N.Gəncəvi.  M.Fizuli. 

Ə.  Xaqani,  H.Zərdabi,  M.F.Axundov  kimi  klassiklər  bir  sıra  tibbi  və  bioloji 

fikirləri  ilə  zamanı  qabaqlamışlar.  Bu  sahədə  onun  20  məqaləsi  və  2 

monoqrafiyası  çap  edilmişdir.  M.Axundov  «Genetika»,  «Təkamül  təlimi», 

«Biologiyaya  giriş»,  «Darvinizm»,  «Darvin  təliminin  əsaslan»,  «Yer  üzərində 

həyatın  mənşəyi  və  inkişafı»  kimi  dərslik və  dərs  vəsaitlərinin,  «Gənc quşçulara 

məsləhət»,  «Okeanda  bir  damla»,  «Nəğməli  və  bəzəkli  quşlar»  kitablannm, 

ümumilikdə  isə  200-dən  çox  elmi  əsər  və  məqalələrin  müəllifidir.  Alimin  elmi 

irsi  genetik  olaraq  övladlarına  da  sirayət  etmişdir.  Oğlu  Fuad  Axundov  və  qızı 

Ellada  Axundova  da  professor  elmi  adı  almış  və  atalarının  elmi  irsini  davam 

etdirmişlər.  M.  Axundovun  rəhbərliyi  ilə  ölkəmizdə  genetika  elmi  sahəsində 

çoxlu  sayda elmlər namizədi və doktoru hazırlanmışdır.

Səfərov Yunis Baxşəli  oğlu

(1926-1994)

Baytarlıq  təbabəti  elmləri  doktoru,  professor, 

tanınmış  mikrobioloq,  epizootoloq,  «Şərəf nişanı» 

ordenli  Yunis  Baxşəli  oğlu  Səfərov  ıızıın  müddət 

ADAU-nun  baytarlıq təbabəti  fakültəsinin  dekanı,

«Epizootologiya,  mikrobiologiya və  vinısologıya» 

kafedrasının  müdiri  vəzifəsində  çalışmışdır.  O,

«Epizootologiya»,  «Baytarlıq  mikrobiologiyası»,

«Baytarlıq 

virusologiyası», 

«Baytarlıq 

ışının 


təşkili  və  iqtisadiyyatı»,  «Anların  infeksion 

xəstəlikləri», 

«Balıqlann 

infeksion

xəstəlikləri»  və  s. 

ali  məktəb  dərsliklərinin və  dərs  vəsaitlərinin  müəllifi 

olmuşdur.  Alimin  elmi tədqiqatlannın  əsas  istiqamətini  heyvan və  quşlann  bəzi 

infeksion 

xəstəliklərinin 

epizootoloji, 

patogenetik-patomorfoloji 

xüsusiyyətlərinin,  diaqnostikası  və  profilaktikasının  öyrənilməsinə  həsr  olunan 

fundamental-tətbiqi xarakterli axtanşlar təşkil edir. Azərbaycanda ilk dəfə olaraq 

qoyunların 

anaerob 

infeksiyaları 

törədicilərinin 

(qoyunların 

infeksion 

entcrotokscmıya, 

bradzot, 

quzuların 

anaerob 

dizenteriyası) 

həssaslığı, 

davamlılığı,  yaşama  müddəti  və  dəyişkənliyi  məhz  onun  tərəfindən 

öyrənilmişdir.  Alimin  rəhbərliyi  ilə  mikrobiologiya,  epizootologiya  və 

virusologiyanın  ən  aktual  problemlərinə  həsr  edilmiş  12  namizədlik  və  1 

doktorluq dissertasiyası hazırlanmışdır.  Y. Səfərovun rəhbərliyi ilə onun xələfləri 

(S.Culfayev, 

RQədimov, 

Ş.Ələsgərov, 

E.Hüseynov, 

Ə.Məmmədov, 

İ.Məmmədov,  M.Qurbanova,  N.Əbdülhəlimov,  R.Əliyev,  S.Canməmmədov, 

A.Abbasov,  İ.Nağıyev  və  b.)  qaramal,  qoyun,  donuz  və  quşlann  bəzi  yoluxucu

50



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə