Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə32/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   28   29   30   31   32   33   34   35   ...   205

İ.Eyubov 

150-  yə  qədər  elmi  əsərııı.  5  kitabın,  5 

səmərələşdirici  təklifin 

müəllifidir.  Onun müəllifi  olduğu  baytarlığa  aid  qurğular ötən  əsrin  70-80-ci 

illərində  SSRİ  ‘ Xalq təsərrüfatları nailiyyətləri  sərgisi"’ nin  qızıl medalına  lajiq 

görülmüşdür.  Alimin  elmi  əsərləri  ABŞ  -m   Florida  ştatından,  Polşadan, 

Macarıstandan  istifadə  üçün  tələb  olunmuşdur.  Biotexnologiya  və  embrionun 

transplantasiyası  sahəsində  fundanental  tədqiqatlar  aparan  ilk  alimlərimizdən 

sayılır.

Xəlilov Bəhman Bəhram  oğlu 

(1930-2012)

Ölkəmizdə  yüksək  ixtisaslı  aqrar  sahə  müt­

əxəssislərinin  hazırlanmasında  və  ADAU-nun  inki­

şafında  onun  məzunu  olmuş,  biologiya  elmləri 

doktoru,  professor,  ƏEX  Bəhman  Bəhram  oğlu 

Xəlilovun  çox  böyük  və  təqdirəlayiq  xidmətləri 

olmuşdur.  Onun  elmi-tədqiqat  işlərinin  əsas 

qayəsini  entomozlann  genetik  və  bioloji  xassə­

lərinin  öyrənilməsi  və  onlarla  müvafiq  mübarizə 

tədbirlərinin  metodikasının  hazırlanması  təşkil 

edir.  O,  elmi-pedaqoji  fəaliyyəti  ilə  yanaşı  1973- 

1983-cü  illərdə  ADAU-nun  rektoru  olmuşdur.  Bitki  mühafizəsi  üzrə  tanınmış 

alim  həm  də  Rusiya  Aqrar  Elmi  Akademiyasınm  həqiqi  üzvü  olmuşdur.  Onun 

rektor işlədiyi  müddətdə  instituta tələbə  qəbulu xeyli  artırılmış,  yeni kompleksin 

inşası  üçün  Azərbaycan  KP  MK,  SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyi  və 

Azərbaycan  SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 

bir  sıra  tikinti  işləri  aparılmışdır.  Ulu  öndər  Heydər  Əliyevin  böyük  diqqət  və 

qayğısı  nəticəsində  1978-ci  ildə  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  «Azər­

baycan Kənd  Təsərrüfatı  İnstitutunda kadr hazırlığının  daha da yaxşılaşdın İması 

və  onun  tədı is-maddi  bazasının  möhkəmləndirilməsi  tədbirləri  haqqında»  birgə 

qəran  qəbul  olundu.  Bu  qərarda  tədris  prosesinin,  elmi  tədqiqatlann,  təlim- 

tərbiyə  işlərinin  keyfiyyətinin  daha  da  yaxşılaşdırılması  proqramı  nəzərdə 

tutulmuşdur.  Həmin  qərarın  tələblərinə  uyğun  olaraq  Gəncə-Göygöl  şəhərləri 

arasında 300 hektarlıq sahədə  ADAU-nun böyük kompleksinin tikilməsi  planlaş- 

dınlmışdı.  1979-cu  ildən  bu  işlərə  ciddi  şəkildə  başlanıldı,  xeyli  tikintilər  və 

kommunikasiya  işlən  həyata  keçirildi,  yataqxanalar,  qazanxanalar  tikildi,  bir 

neçə  tədris  korpusunun,  dendroloji  parkın,  ippodromun  əsaslan  qoyuldu.

B.Xəlilov  SSRİ Ali  Soveti  Rəyasət  Heyətinin  16  may  1979-cu  il  tarixli  fərmanı 

ilə  yüksək  ixtisaslı  mütəxəssislər  hazırlanmasında  və  kənd  təsərrüfatı  elminin 

inkişafında xidmətlərinə görə  «Şərəf nişanı»  ordeni  ilə təltif edilmişdir.  O, çoxlu 

sayda  dərslik  və  dərs  vəsaitləri  hazırlamışdır. 

Onun  rəhbərliyi  ilə  bir  neçə 

namizədlik və  doktorluq dissertasiyalan hazırlanmışdır.

66



Əsgərov Ələddin A bdulla oğlu

(1925-2013)

Azərbaycanda milli  kənd  təsərrüfatı  kadrlarının hazırlanmasında çox böyük 

xidmətləri  olan,  geniş  diapozonlu  elmi  elitaya  və  intellektə  malik,  korifey 

alimimiz,  təbiətin  və  ətraf mühitin  mühafizəsi  üzrə  ilk  ali  məktəb  dərsliklərinin 

müəllifi,  baytarlıq  elmləri  doktoru,  professor,  Əməkdar  Elm  Xadimi,  Prezident 

Təqaüdçüsü (2010), akademik  Həsən Əliyev adma Ekologiya Mükafatı Laureatı, 

məşhur  mikrobioloq,  sanitar-gigiyenist,  ekoloq,  zooloq  Ələddin  Abdulla  oğlu 

Əsgərovun  biologiya,  ekologiya,  təbiəti  mühafizə  və  baytaarlıq  təbabəti, 

ümumilikdə  isə kənd təsərrüfatı elmimizin inkişafında olduqca böyük  və  önəmli 

xidmətləri  vardır.  Alimin  apardığı  fundamental-tətbiqi  xarakterli  elmi-təd­

qiqatların  müəyyən  hissəsi  heyvan  və  quşların  pasterellyoz  xəstəliyi  zamanı 

ayrılan  P.  multocida  ştammlannın  genetik  xüsusiyyətlərinin,  əlamət  və  xas­

sələrinin,  dəyişkənliyi,  həssaslığı  və  davamlılığının  və  mübarizə  tədbirlərinin 

öyrənilməsinə  həsr olunmuşdur.  Onun  rəhbərliyi  ilə  20-yə  qədər elmlər  nami­

zədi və  1  elmlər doktoru hazırlanmışdır. Alim  1951-ci ildə  Azərbaycanda quşlar 

arasında tüğyan  edən  xolera (pasterellyoz) xəstəliyinə  qarşı  peyvənd  materialı  -  

yarım maye  formal  vaksin  hazırlayaraq  onun səmərəsi  mövzusunda namizədlik 

dissertasiyası  müdafiə  etmişdir.  O,  1965-ci  ildə  baytarlıq  elmləri  doktoru  elmi 

dərəcəsi  və  professor  elmi  adını  almışdır.  1965-ci  ildə  onun  təşəbbüsü  ilə 

Azərbaycan Dövlət Aqrar Universitetində  «Zoolo­

giya,  gigiyena  və  baytar-  sanitar  ekspertizası» 

kafedrası  yaradılmış  və  2009-cu  ilin  sentyabr 

ayına  kimi  ona  rəhbərlik  etmişdir.  Ə.Əsgərov 

1976-1981  və  1991-1995-cı illərdə baytarlıq təbabəti 

fakültəsinin  dekanı  vəzifəsində  işləmişdir.  O,  600- 

dən artıq müxtəlif səpkili əsərlərin,  o cümlədən 400 

elmi  xarakterli  və  200-dəıı  artıq  ıctımaı-sıyasi  mə­

qalənin  müəllifidir.  Onun  müxtəlif  sahələrə  həsr 

edilmiş 


60-dan 

artıq 


kitabı 

(dərsliklər, 

monoqrafiyalar,  dərs  vəsaıtlən,  elmi-bədii  kitablar) 

nəşr  edilmişdir.  O,  təbiəti  və  təbii  sərvətləri 

mühafizə,  ətraf mühitin  mühafizəsinə  aid,  eləcə  də  «Müasir  ekologiya»  (I  və  II- 

hissələr,  2004,  2007)  və  «Davamlı  İnsan  Tnkişafi»  (2009)  fiındamentalali  məktəb 

dərsliklənnm  ilk  müəllifidir  Ə.Əsgərovun  milli kənd təsərrüfatı,  xüsusilə  baytarlıq 

təbabəti,  zootexniya,  ətraf mühitin mühafizəsi, təbiəti  və təbii  sərvətlərin  mühafizə, 

ekologiya  və  Davamlı  İsan  İnkişafı  sahəsindəki  xidmətləri  elm  və  təhsilimizin 

tarixinə qizıl hərflərlə yazılıb

Babayev Adil Namazalı oğlu 

(19 39-2004)

67



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə