Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə28/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   24   25   26   27   28   29   30   31   ...   205

baycanda kənd  təsərrüfatı  heyvanlarının  helmint  və  helmintozlann  zonalar  üzrə 

yayılması  və  helmintozlarla  mübarizənin  gücləndirilməsi  üçün  təkliflər'’ 

(S.M.Əsədov  və  b.,  1975),  "Zoonoz  helmintozlar"  (1981).  "Baytarlıq

parazitologiyası"  (1986,  H.H.Hacıyev  və  b )   kitablanı  göstərmək  olar 

A.Məmmədovun  elmi  kadr  hazırlığında  da  fəaliyyəti  diqqətəlayiqdir.  Onun 

rəhbərliyi  ilə  5  eımlər namizədi  hazırlanıb  Elmi  kadr hazırlığı məsələsində  onu 

17  doktorluq  və  çoxlu  namizədlik  dissertasiyası  işlərində  rəsmi  opponent  kimi 

çıxış  etməsi,  Azərb.ETBİ-nin  və  Zoologiya  institutunun  müdafiə  üzrə 

ixtisaslaşdırılmış  şuralarında  fəal  iştirak  etməsi,  80-dən  çox  dissertasiya 

avtoreferatlarına  rəy  verməsi  müsbət  cəhət  kimi  qeyd  edilməlidir.  1991-cı  ildə 

A.Məmmədov  "Azərbaycanda  kənd  təsərrüfatı  heyvanları,  quş  və  balıqların 

başlıca  parazıtar  xəstəliklərini  profilaktikasının  elmi  əsaslarının  işlənılmə  və 

tətbiqi"  adlı  fundamental  işlər  silsiləsinə  görə  bir  qrup  alimlə  birlikdə 

Azərbaycan Dövlət Mükafatına layıq görülmüşdür

Səttarzadə Rəhim X eyrulla oğlu

(1910-1976)

Professor  Rəhim  Xeyrulla  oğlu  Səttarzadə  ölkəmizdə  atçılığın  tarixinin  və 

inkişafı  yollarının  öyrənilməsi  ilə  məşğul  olan  ilk  tədqiqatçı  alim  olmuşdur. 

Onun  elmı-tədqıqat  işlərinin  və  yaradıcılığının  əsas  istiqamətini  Azərbaycanda 

yetişdirilən  “Qarabağ"  və  “Diliboz”  at  populyasıyalarının  genetik  və  bioloji- 

təsərrüfat xüsusiyyətlərinin,  onların yaxşılaşdırılması yollarının, bərpa olunması­

nın  və  təkmilləşdirilməsinin  elmi  əsaslarının  araşdırılması  təşkil  edir  Alımın 

rəhbərliyi  ilə  Ağdam  atçılıq  zavodunda  “Qarabağ”  at  cinsi  təkmılləşdırılərək 

onun  yeni  zavod  tipi,  Ağstafa  atçılıq  zavodunda  isə  təmizqanlı  minik  atı 

yetişdirilmiş,  Qafqaz  Qonuru,  Simmental,  Şvis,  Qonur  Latviya,  Kastroma və  s. 

qaramal  cinslərinin  məhsuldarlıq  xüsusiyyətləri  və  onların  artırılması  yollan 

öyrənilmişdir.  O,  Qonur Latviya və  Qırmızı  Səhra 

qaramal  cinslərini  Simmental  və  Şvis  cinsləri  ilə 

mələzləşdirməklə 

yeni 


məhsuldar 

cinsin 


yardılınasına  nail  olmuşdur.  Alim  1933-cü  ildə 

ADAU-nun  zootexniklik  fakültəsini.  1937-ci  ildə 

aspiranturanı  bitirmiş,  namizədlik  dissertasiyası 

müdafiə  etmiş,  1938-1948-ci  illərdə  zootexnik  fa­

kültəsinin  dekanı,  1949-1952-ci  illərdə  direktorun 

tədris  və  elmi  işlər  üzrə  müavini  işləmişdir.  O,

Moskvada 

Timirzayev 

adma 

Akademiyada 



“Azərbaycanın  yerli  və  mələz  atlannın  təsərrüfat- 

bioloji  xüsusiyyətləri və  atçılığın keyfiyyətcə yaxşılaşdınlması  yollan" mövzusu 

üzrə  doktorluq  dissertasiyasını  1958-ci  ildə  müdafiə  etmişdir.  1959-cu  ildə  isə 

ona professor  elmi  adı  verilmişdir.  R.Səttarzadə  1960-cı  ildə  Azərbaycan  Kənd 

Təsərrüfatı  Elmləri  Akademiyasının  həqiqi  üzvü  seçilmişdir.  R.Səttarzadə  2 

dərslik və  2  monoqrafiyanın müəllifi  olmaqla yanaşı  elmə böyük  səmərə  gətirən

58



60-dan  çox  elmi  əsər  də  yazmışdır.  Onun  "Atçılıq”  adlı  dərsliyi  hələdə  öz 

əhəmiyyətim  saxlayır  və  istifadə  edilir.  O,  iki  dəfə  “Şərəf  Nişanı”  ordeni, 

həmçinin  medallarla,  Azərbaycan  SSR  Ali  Sovetinin Fəxri  fərmanı  ilə,  ÜİKTN 

sərgisinin ıkı  döş nişanı  ilə təltif olunmuşdur.

T urabov T uran  M irzə oğlu

(1934-2001)

1957-cı  ildə  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  Zootexniklik 

fakültəsini  bitirmiş, genetik,  kənd təsərrüfatı  elmləri doktoru,  professor Turabov 

Turan  Mirzə  oğlunun  bütün  nəzəri  və  praktiki  əhəmiyyətli  elmı-tədqıqat  işləri 

camışlann 

bioloji, 

genetik, 

morfoloji 

və 


təsərrüfat  xüsusiyyətlərinin

öyrənilməsinə  həsr  olunmuşdur.  O,  1964-cü  ildə  “Azərbaycan  camışlannın 

məhsuldarlıq-tıpolojı  xüsusiyyətlərinə  görə  qiymətləndirilməsi”  mövzusunda 

dissertasiya  işini  müdafiə  edərək kənd  təsərrüfatı elmləri namizədi  elmi  dərəcəsi 

almış,  1966-cı  ildən  etibarən  ADAU-nun  «Kənd  təsərrüfatı  heyvanlarının 

yetişdirilməsi  və  genetikası»  kafedrasında  dosent  və  professor  vəzifəsində 

işləmişdir.  Almı  1992-cı  ildə  "Qafqaz  camış  cinsinin  Azərbaycanda  südlük

istiqamətdə  yetişdirilməsinin  genetik  əsaslarının 

öyrənilməsi”  mövzusunda doktorluq  dissertasiyasını 

Sankt-Peterburq  Kənd  Təsərrüfatı  Heyvanlarının 

Yetişdirilməsi 

və 


Genetikası 

Elmi 


Tədqiqat

İnstitutunun 

Elmi 

şurasında 



müvəffəqiyyətlə

müdafiə  edərək  kənd  təsərrüfatı  elmləri  doktoru 

elmi  dərəcəsi,  az  sonra  ona  professor  elmi  rütbəsi 

verilmişdir.  T.Turabov  40  il  müddətində  həm 

pedaqoji  işlə,  həm  də  elmi  axtarışla  məşğul  olmuş, 

130-a  qədər  elmi  məqalə,  tədris-metodiki  vəsaitlər, 

kitabçalar,  «Biometriyamn heyvandarlıq təcrübəsində 

tətbiqi»  (1971).  «Qafqaz  camış  cinsinin  genetik  parametrləri  və  seleksiya  işində 

onlardan  istifadə»  (1971),  «Genetik  məsələlər  və  onların  həll  olunma  qay dası» 

(1980),  «Kənd təsərrüfatı heyvanlarının xüsusi genetikası»,  I və  II- hissələr (1982, 

1983),  «Qafqaz  camış  cinsində  seleksiya-damazlıq  işləri»  (1991),  «Kənd 

təsərrüfatı  heyvanlarının  genetikasından  praktikum»  (1994)  və  “Camışçılıqda da­

mazlıq  işi”  adlı  monoqrafiyasını  nəşr  etdirmişdir.  Alim  öz  konfey  müəllimləri 

Ağaxan Ağabəyli və Zülfüqar Verdiyevin elmi irsinin layiqli  davamçısı sayılır.

Əliyev Ağakərim  İmamqulu  oğlu 

(1922 -  2009)

Azərbaycanda  yüksək  ixtisaslı  kənd  təsər­

rüfatı 


kadrlannın 

hazırlanmasında 

biologiya 

elmləri  doktoru,  professor,  tanınmış  fızioloq,

59



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə