Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə33/205
tarix24.04.2018
ölçüsü4,83 Mb.
#40013
1   ...   29   30   31   32   33   34   35   36   ...   205

Yüksək intellektual  səviyyə  və  geniş  diapozonlu  elmi  elitaya malik  olan,  mükəmməl 

elmi-pedaqoji  fəaliyyəti  və  dərin  biliyi  ilə  səciyyələnən,  mahir  pedaqoq,  morfoloq, 

anatom biologiya elmləri namizədi, dosent Adil  Babayevin ölkəmizdə aqrar sahə üzrə 

yüksək  ixtisaslı  kadrların  hazırlanmasında  xüsusi  xidmətləri  olub.  O,  1957-ci  ildə 

AIMU-nun  baytarlıq  təbabəti  fakültəsinə  daxil  olmuş,  1962-ci  ildə  isə  həmin 

universiteti qırmızı diplomla bitirdikdən sonra ilk əmək fəaliyyətinə Gədəbəy rayonunda 

baş  baytar  həkim  kimi  başlamış,  1969  -   1979-cu  illətdə  Şuşa  Kənd  Təsərrüfatı 

Texnikumunda  müəllim  işləmişdir.  Texnikumda  yerli  komitənin  sədri  vəzifəsində 

çalışmış, mütəmadi olaraq şerləri çap olunmuşdur. 0 , 1967 -  1968-d illərdə ADAU-nun 

“Anatomiya fiziologiya və histologiya” kafedrasında aspiranturaya daxil olub, məşhur 

professor  R B.Rüstəmovun  rəhbərliyi  ilə  “Camışlann  barmaq  və  diz  əzələ  qollan 

hissəsində  maqistral  arteriyaların  yaş  xüsusiyyətləri”  mövzusunda  elmi  tədqiqatlar 

apararaq,  1973-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

A.Babayev  1972-ci  ildən  ADAU-nun  “Anatomiya,  fiziologiya  və  histologiya” 

kafedrasında assistent, sonra isə dosent vəzifəsində çalışmışdır. Alimin 30-dan çox elmi 

əsərləri,  elmi  metodik göstərişləri,  dərslikləri  və  dərs vəsaitləri  (“Heyvan  anatomiyası 

terminləri  lüğəti”,  rusca-azərbaycanca-labnca,  1991;  “Camışçılığm  əhəmiyyəti”,  1986; 

“Heyvan” anatomiyasının sümük bəhsi”, 2001  və s.) vardır. Onun elmi əsərləri Rusiya 

Federasiyasının  nüfuzlu  mərkəzi  jurnallarında,  elmi  külliyadannda  nəşr  olunmaqla 

dünya anatomlannın diqqətini cəlb etmişdir.

A.Babayev  sabiq  SSRİ-nin  bir  çox  Respublikalarında,  mərkəzi  şəhərlərdə 

(Moskva,  Kiyev,  Sankt-Peterburq,  Səmərqənd,  Alma-Ata və  s.)  keçirilən  elmi- 

praktiki  konfranslarda,  konqreslərdə,  simpoziumlarda  və  seminarlarda  kənd 

təsərrüfatı  heyvanlarının,  xüsusilə  iri  buynuzlu  heyvanların  anatomiyasına  dair 

çox zəngin və  maraqlı  elmi  məruzələrlə  çıxış  etmiş,  dünya alimlərinin  rəğbətini 

qazanmışdır.  O,  2003-cü  ildə  Gəncədə  keçirilən  Gəncə-Qars  baytarlıq 

simpoziumda çox maraqlı mövzuda çıxış  etmişdir.  Zəngin biliyi  ilə  seçilən alim 

həm  tələbələrin,  həm  də  bütün  universitet  kollektivin  böyük  rəğbətini 

qazanmışdır.  Alimin  elmi  pedaqoji  irsi  sanki  genetik  olaraq  qızı  tərəfindən 

davam  etdirilib.  Pürhani  Tamara  Adil  qızı  2011-ci  ildə  “Camışlarda  baş 

skeletinin  ekoloji  və  yaş  xüsusiyyətləri”  mövzusunda  dissertasiya  müdafiə 

edərək  biologiya  elmləri  üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almışdır.  Tamara 

xanımın  həyat  yoldaşı  professor  Pürhani  Səfər  Həsən  oğlu  iqtisad  elmləri 

doktoru  və  professorudur.  Respublikamızda  informatika  və  avtomatlaşdırma 

üzrə  məşhur  alimdir,  hazırda  Milli  Aviasiya  Akademiyasında  kafedra  müdiri 

vəzifəsində  çalışır.  O,  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali 

Attestasiya  Komissiyasında  Ekspert  Şurasının  üzvü,  Beynəlxalq  Ekologiya  və 

Həyat  fəaliyyətinin  təhlükəsizliyi  Akademiyasının  həqiqi  üzvüdür,  Azərbaycan 

Müəllimlərinin  I  qurultayının  və  YAP-ın  I  qurultayının  nümayəndəsi  olub. 

Dəfələrlə  Təhsil  Nazirliyinin  Azərbaycan  həmkarlar  təşkilatlan  Konfedera­

siyasının fəxri fərmanları ilə təltif edilib.

68



Əliyev Cəlal  Əlirza oğlu

(1928)


Dünya  şöhrətli  görkəmli  alim,  Respub­

likanın  Əməkdar Elm Xadimi,  Azərbaycan  Milli 

Elmlər Akademiyasının  akademiki,  Rusiya Kənd 

Təsərrüfatı  Elmlər  Akadcmiyasınm  həqiqi  üzvü.

Azərbaycan 

Milli 


Elmlər 

Akademiyasının 

Botanika 

İnstitutu 

və 

Kənd 


Təsərrüfatı 

Nazirliyinin  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutu 

şöbələrinin  rəhbəri,  biologiya  elmləri  doktoru 

Cəlal  Əlirza  oğlu  Əliyevin  milli  və  dünya 

biologiya 

elminin 


inkişafında, 

tərəqqisində 

misilsiz  xidmətləri  olmuşdur.  O,  «Mikroelementlərin  buğdanın  inkişafına  və 

məhsuldarlığına  təsiri» 

mövzusunda  namizədlik, 

«Bitkilərin 

fotosintez 

fəaliyyəti,  mineral  elementlərlə  qidalanması  və  məhsuldarlığı»  mövzusunda  isə 

doktorluq  dissertasiyası  müdafiə  etmişdir,  500-dən  artıq  elmi  əsərin,  20 

monoqrafiya və  kitabın  müəllifi  olmaqla,  onun rəhbərliyi  və köməkliyi  ilə  250- 

yə  qədər  alim,  o  cümlədən  70-dən  artıq  elmlər namizədi  və  10-dan  çox  elmlər 

doktoru  hazırlanmışdır.  Həyatın  yaranması,  üzvi  aləmin  əmələ  gəlməsi,  təbiətin 

əvəzolunmaz  inkişafı  prosesi  fotosintez  hadisəsi  ilə  bağlıdır.  Fotosintez 

prosesinin  öyrənilməsi  uzun  müddət  dünya  alimlərinin  diqqət  mərkəzində 

olmuşdur.  Təsadüfi  deyil  ki,  bəşəri  əhəmiyyətli  bu problemin tədqiqi  sahəsində 

kəşflərə  görə  indiyə  kimi  5  Nobel  mükafatı  laureatı  olmuşdur.  Azərbaycan  elmi 

tarixində  mühüm  yer tutan  böyük  alim,  ictimai  xadim,  C.  Əliyev təbiət elminin 

bu  sahəsinə  maraq  göstərmiş  və  bu  sahə  onun  elmi  yaradıcılığının  fundamental 

tədqiqat  obyektinə  çevrilmişdir.  Aparılan  fundamental  tədqiqatların  nəticəsində 

7-8  t/h  məhsuldarlığa  və  yüksək  dən  keyfiyyətinə  malik,  Azərbaycanın  taxıl 

əkıııı  sahələrinin  böyük  hissəsini  təşkil  edən,  Türkmənistan,  Özbəkistan  və 

Gürcüstanda  yaxşı  nəticələr  verən  «Qaraqılçıq-2»,  «Mırbəşır-50»,  eləcə  də 

«Vüqar»,  «Şıraslan-23»,  «Bərəkətli-95»,  «Qobustan»,  «Əlincə-84»,  «Əzəmətli- 

95»,  «Qiymətli-2/17»,  «Əkinçi-84»,  «Nurlu-99»,  «Ruzi-84»,  «Tale-38», 

«Tərtər» və s.  kimi  bir sıra bərk və yumşaq buğda sortlannm yaradılması alimin 

ən  böyük  elmi  nailiyyətidir.  Hal-hazırda  Alimin  rəhbərlik  etdiyi  kollektiv 

dünyanın  ən  öncül  laboratoriyaları  səviyyəsində  elmi-tədqiqat  işlərini  davam 

etdirir.  Onun  elmı-təşkilatçılıq  fəaliyyəti  sayəsində  XX  əsrdə  biologiyanın  ayrı- 

ayrı  sahələrinin  yüksək  səviyyədə  inkişafı  XXI  əsrdə  Azərbaycan  biologiya 

elminin  dünya  elminə  inteqrasiyası  üçün  zəmin  yaratmışdır.  Nəticə  etibarilə 

hazırda  ölkəmizin  alimləri  dünyanın  öncül  elmi  laboratoriyaları  ilə  əməkdaşlıq 

şəraitində öz tədqiqatlarını davam etdirir və yeni elmi nailiyyətlər əldə edirlər.  C. 

Əliyevin görkəmli  bioloq  kimi elmi  irsinin ən yeni və mühüm sahələrindən birini 

də bioetika, elm və texnologiyaların etikası  problemləri təşkil edir.  Onun ümumi 

biologiya,  biotexnologiya, biokimya, bitki  seleksiyası və s.  sahələr üzrə apardığı 

çoxsaylı  və  sanballı  elmi  tədqiqat  işləri  dünya  mətbuatında  geniş  əksini

69



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə