Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə14/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   130

 

42 


yatın tələbinə cavab verən dərslik və proqramlar hazırlamaq. 

Ġkinci məsələ - Azərbaycan məktəblərində əlifba təlimini 

sövti  üsulla  (səsli  üsul)  öyrədilməsini  müzakirə  etmək,  bu 

məsələni ən yaxın zamanda həyata keçirmək.  

Azərbaycan  məktəblərində  əlifba  təliminin  səsli  üsulla 

öyrədilməsinə 1881-ci ildən baĢlanmıĢdır. Həmin ildən də təd-

ris  planı  proqram  və  dərsliklərin  yazılması  hökumət  tərə-

findən təsdiq olunmuĢdur.  

Yeni  tədris  planında  hərfləri  öyrədilməsinə  6-7  ay  vaxt 

verildi.  Məktəblərdə  sövti  üsulla  iĢləyən  müəllimlər  üçün 

metodik iĢləmələr hazırlanmağa baĢlandı. 

RəĢid  bəy  Əfəndiyevlə,  A.O.Çernyayevskinin  birlikdə 

hazırladıqları  ―Vətən  dili‖  dərsliyi  sövti  üsulda  yazılmıĢdı. 

Dərslik  1882-cü  ildə  daĢ  basmasında  çap  olundu  və  ana  dili 

dərslərini tədris edən müəllimlərin istifadəsinə verildi. 

―Vətən  dili‖  dərsliyinin  birinci  nəĢri  48  səhifədən  iba-

rətdir.  Bu  kitab  Azərbaycan  dilində  ilk  əlifba  dərsliyidir. 

Dərslikdə ərəb əlifbasının 32 hərf xətti və hərflərin 128 Ģəkil 

forması  göstərilmiĢ  və  bu  hərflərin  tədrisi  yolları  haqqında 

iĢləmələr verilmiĢdir. 

“Vətən  dili”  kitabının  ikinci  nəĢrini  Aleksey  Osipoviç 

Çernyayevski  Səfərəli  bəy  Vəlibəyovla  birlikdə  ha-

zırlamıĢdır. Dərslik 1888-ci ildə Tiflis Ģəhərində çap olun-

muĢdur.  Kitabın  150-ci  səhifəsinə  qədər  hərflərin  öyrə-

dilməsi  nəzərdə  tııtulmuĢ,  150  səhifədən  sonra  isə  oxuya 

aid  mətnlər  verilmiĢdi.  Mövzular  hekayə  və  Ģeirlərdən, 

atalar sözləri, tapmacalar və tərbiyəvi mətnlərdən ibarətdir.  

Onu  da  qeyd  edək  ki,  dərslikdə  ilk  dəfə  olaraq  durğu 

iĢarələrindən  nöqtə,  qoĢa  nöqtə,  sual  iĢarəsi,  nida  istifadə 

edilməsi yolları haqqında   məlumat verilirdi. “Vətən dili” 

dərsliyi  Azərbaycan  məktəblərində  1910-cu  ilə  kimi 

istifadə  olunmuĢdur.  “Vətən  dili”  dərsliyinin  ikinci 

nəĢrinə Həsənli Qaradaği yaxından kömək etmiĢdir. Dərslik 

Azərbaycanın ilk əlifba kitabı kimi çapa hazırlanmıĢdır. 

XIX  əsrin  tanınmıĢ  ziyalılarından  biri  də  RəĢid  bəy 



 

43 


Əfəndiyev  olmuĢdur.  O,  ―Vətən  dili‖  dərsliyinin  tərtibatçısı, 

yazıçı,  metodist-müəllim  kimi  xalq  arasında  hörmət  qazan-

mıĢdır. 

RəĢid bəy Əfəndiyev 1879-cu ildə Qori müəllimlər semi-

nariyasına  daxil  olmuĢ,  1882-ci  ildə  isə  seminariyanı  bitirib, 

Qəbələ  rayonunda  müəllim  və  məktəb  direktoru  vəzifəsində 

iĢləmiĢdir. 

O,  öz  bacarığına  və  pedaqoji  təcrübəsinə  əsaslanaraq 

1889- cu ildə ―UĢaq bağçası‖ adlı dərslik tərtib etmiĢ və onu 

həmin  ildə  çap  etdirmiĢdir.  Dərslik  72  səhifədən  ibarət  idi. 

Kitabda  hərflərin  tələffüz  və  oxunuĢu  haqqında  metodik 

iĢləmələr verilmiĢdir. Müəllif kitaba əlifba təlimindən sonrakı 

dövr  üçün  bədii  əsərlərdən  parçalar,  hekayələr,  heyvanların 

həyat tərzinə aid mətnlər daxil etmiĢdir. 

R.Əfəndiyev  ―UĢaq  bağçası”  kitabında  Azərbaycan 

dilinə  yaramayan  səkkiz  ərəb  hərfini  çıxarmıĢdır.  Müəllifin 

fikrincə,  bu  hərflərin  ifadə  tərzi  boğazda  və  dilin  ucunda 

olduğuna  görə  danıĢıq  üzvlərinin  tələffüz  qaydalarını 

çətinləĢdirir. 

Müəllif  32  hərfdən  24-nü  saxlamıĢdı,  hər  bir  hərfə  aid 

bir  dərs nümunəsi vermiĢdi. Dərslikdə  ədəbiyyat nəzəriyyəsi 

haqqında  da  məlumat  verilmiĢdir.  Kitabda  əməli  yazı 

nümunələri də öz əksini tapmıĢdır.  

1896-cı  ildə  Məmmədtağı  Sidqi  ―Qiraət  kitabı”  adında 

bir  dərslik  hazırlamıĢdır.  Bu  dərslikdə  təlim-tərbiyənin  qar-

Ģıya qoyduğu vəzifələr 20 maddəyə ayrılmıĢ və hər bir mad-

dənin  qarĢıya  qoyduğu  vəzifələr  ayrı-ayrılıqda  izah  edil-

miĢdir. Kitabda 80-dən artıq nəsihətamiz söz iĢlənmiĢdir.  

Məmmədtağı  Sidqi  (1854-1904)  Ordubad  Ģəhərində 

anadan  olmuĢ,  təhsilini  mollaxanada  almıĢdır.  O,  1892-ci 

ildə  Ordubad  Ģəhərində  Azərbaycan  dilində  ―Əxtər‖  adlı 

məktəb  açmıĢdır(    ―Əxtər‖  sözü  fars  dilində  -  ulduz  demək-

dir). 

―Əxtər‖ adlı məktəbdə Azərbaycan dili, rus dili, ərəb və 



fars  dillərindən  baĢqa  tarix,  coğrafiya,  hesab  fənləri  öyrə-


 

44 


dilirdi. Bu məktəbdə uĢaqlar ilk dəfə parta arxasında oturub 

təhsil  alırdılar.  ―Əxtər‖  tez  bir  zamanda  xalqın  rəğbətini 

qazandı.  Sonra  məktəb  dövlətin  ixtiyarına  keçdi,  rus-tatar 

məktəbi  oldu.  Məmmədtağı  Sidqi  ―Əxtər‖  məktəbi  üçün 

əlyazma  Ģəklində  yeni  üsulla  ana  dili,  coğrafiya  dərslikləri 

tərtib etmiĢdir. O, əlyazma Ģəklində tərtib etdiyi dərsliklərdə 

dilimizdə iĢlənən hərflərin öyrədilməsi yollarını göstərmiĢdir. 

Dünya  əlifba  xətlərinə  öz  münasibətini  bildirmiĢ,  latin 

əlifbasının tərəfdarı olmuĢdur.  

Məmmədtağı  Sidqi  əlyazma  Ģəklində  olan  ikinci  kita-

bında elmin əhəmiyyəti, böyüklərə hörmət, təvazökar olmaq 

kimi insani keyfiyyətlərdən söhbət açmıĢdır.  

Mirzə Əbdülsəlamın ―SərməĢq hüsnxət‖(1894) adlı dərs 

vəsaitində  müəllimlərin  iĢ  təcrübəsindən,  Ģagirdlərin  təhsi-

lindən söhbət açılır. 

Görkəmli  maarif  xadimləri  gənc  nəslin  hərtərəfli 

dünyagörüĢünün  formalaĢmasında  dərslikdəki  mətnlərin 

əhəmiyyətini  dəyərləndirirdilər.  Onlar  Ģagirdlərin  hərtərəfli 

inkiĢafı  üçün  pedaqoji  jurnal  və  uĢaq  ədəbiyyatının  vacib-

liyini  düĢünürdülər.  S.M.Qənizadənin  rəhbərliyi  altında 

―Sovqat‖  (1896),  ―Çıraq‖(1897)    Həbib  bəy  Mahmudbə-

yovla  birlikdə  ―Nübar‖  (1896)  adlı  jurnal  çap  olunmuşdur. 

UĢaq  ədəbiyyatı  (təmsil,  nağıl,  atalar  sözü,  tapmacalar)  nü-

munələri jurnalların səhifələrində seriya Ģəklində verilmiĢdir. 

Mirzə  Ələsgər  Növrəsin  ―UĢaqlara  nəsihət  kitabı‖ 

(Kitabi-pəngi-ətfal)  (1899)    adlı  oxu  dərsliyində  Ģagirdlərin 

dil üslubıı və oxu vərdiĢlərinin inkiĢafı nəzərdə tutulmuĢdur.  

 

 

 

 

 

 

 

 



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə