Dərslik (I hissə)



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə9/130
tarix24.12.2017
ölçüsü3,05 Mb.
#17603
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   130

 

27 


Bu  məktəbdə  uĢaqlara  məktəbə  gəldiyi  gündən  savad 

təlimi öyrədilirdi. Savad təlimi ―Çərəkə” əsasında öyrədilir və 

iki mərhələdə həyata keçirilirdi. 

Birinci  mərhələdə  -  uĢaqlara  hərfin  Ģəkil  forması 

öyrədilirdi.  Bu  zaman  hərfin,  sözün  əvvəlində,  ortasında  və 

axırında gəldiyi zaman üç cür yazıldığı öyrədilirdi. 

Ġkinci mərhələdə - hərflərin sədası (tələffüzü) qaydaları 

öyrədilirdi.  Savad  təlimindən  sonra  “Quran”ın  oxusuna  baĢ-

lanılırdı.  Oxu  fərdi  Ģəkildə  aparılırdı.    ġagirdin  oxu  surətinə, 

oxuduğunu  nağıletmə  və  s.  bacarıqlara  yiyələnməsi  əsas 

götürülürdü,  6-7  ay,  bəzən  də  bir  ildən  sonra  uĢaqlar  ―Gülüs-

tan‖,  ―Büstan‖  əsərlərini,  eləcə  də  qəhrəmanlığa  dair  bədii 

əsərlər, əxlaq tərbiyəsinə aid materiallar da oxuyurdular.  

Mirzə  ġəfi  Vazeh  təhsilini  mədrəsədə  almıĢdır.  O, 

Gəncədə  müəllimlik  fəaliyyətinə  məktəblərdə  Ģəriət  dərsləri 

aparmaqla baĢlamıĢdır.  

Çar  hökuməti  Zaqafqaziyada  qəza  və  gimnaziya 

məktəblərinin  açılmasına  icazə  verdikdən  sonra  M.ġ.Vazeh 

Tiflis  Ģəhərinə  (1840)  köçmüĢ,  orada  gimnaziya  məktəbində 

Azərbaycan dili müəllimi iĢləmiĢdir. 

M.ġ.Vazeh  gimnaziya  məktəbləri  üçün  ―Kitabi-türk‖ 

(1852) adlı bir dərslik də  yazmıĢdır. 

Bu dərslik 230 səhifədən ibarət olmaqla, sadə, oxunaqlı 

dildə  yazılmıĢ,  Ģagirdlərin  bilik  və  yaĢ  səviyyəsi  nəzərə 

alınmıĢdı. Kitab üç fəsildən ibarət olmuĢdur: 

Birinci  fəslin  əvvəlində  nəsihət  və  hikmətamiz  sözlər, 

fəslin sonunda isə məzhəkə və hekayələr verilmiĢdir. 



Ġkinci fəsil Ģagirdlərin lüğət ehtiyatını zənginləĢdirən söz 

və cümlələrə, dilin üslubunun öyrədilməsinə  xidmət etmiĢdir. 



Üçüncü fəsildə “Qarabağnarnə‖, ―Dərbəndnamə‖ əsər-

lərindən parçalar verilmiĢ, Füzulinin qəzəllərinin öyrədilməsi 

nəzərdə tutulmııĢdur. Dərslik pedaqoji baxımdan keyfiyyətli 

iĢlənmiĢdi. Dərslik 1856-cı ildə “Tatarskiy bukvar” adı ilə 2-ci 

dəfə çap olunmuĢdur. 

Mirzə  ġəfi  Vazeh  pedaqoji  fəaliyyət  dövrlərində  Azər-




 

28 


baycan dilində metodik vəsaitlərin hazırlanmasının ilk təĢəb-

büskarlarından  biri  olmuĢdıır.  O,  ―Azərbaycan-rus  lüğəti” 

adlı   dərslik  yazmıĢdır. Görkəmli  maarifçi  kitablarında  “Qa-

rabağnamə‖, ―Dərbəndnamə‖, ―Leyli və Məcnun‖ əsərlərin-

dən təlim-tərbiyə əhəmiyyətli  parçalara geniĢ yer vermiĢdir. 

Ümumiyyətlə, Azərbaycanda yeni tipli məktəblərin sayı 

çoxaldıqca təhsil ocaqları kənd əhalisinə də xidmət edirdi. Bu 

baxımdan məktəblərdə təhsil iki istiqamətdə aparılırdı. 



Birinci istiqamətdə - olan məktəblərdə təlim-tərbiyə ərəb 

və fars dilində aparılırdı. Bu məktəblərə dövlət nəzarət etmir-

di.  Məktəblər  ruhani,  «mirzə»  hazırlayırdı.  Belə  məktəblər 

Azərbaycanın Bakı, ġamaxı, ġəki, Quba və s. Ģəhərlərində və 

bəzi kəndlərində fəaliyyət göstərirdi. 

Ġkinci istiqamətdə - fəaliyyət göstərən məktəblərə dövlət 

nəzarət  edirdi.  Bu  tədris  ocaqları  dövlət  idarələrində  müəy-

yən  vəzifələrdə  iĢləmək  üçün  tərcüməçi  və  pedaqoji  kadrlar 

hazırlayırdı.  Məktəblərdə  təlim-tərbiyə  iĢləri  özünəməxsus 

tədris  planı,  proqramlar,  dərslik  və  dərs  vəsaitləri  əsasında 

təĢkil olunurdu. 

Bu  məktəblərin  tədris  proqramlarında,  əsasən,  vətənə, 

xalqa  sevgi,  qəhrəmanlıq  və  eləcə  də  xalq  ədəbiyyatının  nü-

munələri  (bayatı,  atalar  sözü,  tapmaca,  laylalar  və  s)  öz  ək-

sini tapmıĢdır.  XIX əsr məktəb sənədlərindən məlumdur ki, 

Azərbaycanın  bir  sıra  Ģəhərlərində(Təbriz,  Bakı,  Gəncə, 

Naxçıvan,  ġuĢa,  Quba)  fəaliyyət  göstərən  məktəblərdə  ba-

carıqlı  və  istedadlı  müəllimlər  ııĢaqların  təlim-tərbiyəsi  ilə 

məĢğul  olurdular.  Bu  zaman  Ģairlik  və  yazıçılıq  qabiliyyəti 

olan müəllimlər öz Ģagirdləri üçün dərs vəsaiti hazırlayıb, tədris 

prosesində istifadə edirdilər. Bu kitabçalar dərsliyi əvəz edirdi.  

Görkəmli maarifçi F.Köçərli yazrdı: ―Molla Yusif Mis-

gəri    Seyid  Yəhya  Badkubəyin  açdığı  yeni  tipli  məktəbində 

(bu  məktəb  Bakının  köhnə  «Kömürxanalar»  deyilən  sahə-

sində fəaliyyət göstərmiĢdir) təhsil almıĢ, yüksək istedada ma-

lik olduğuna görə müdərris adını almıĢ, Qubaya qayıdıb orada 



 

29 


məktəb açmıĢ və müəllimliyə baĢlamıĢdır. Molla Yusif Misgəri  

―Bəyanül-əsrar‖ adlı kitabın müəllifidir”. Bıı məktəbdə uĢaqlar 

ilk dəfə Azərbaycan dilində təhsil alırdılar. 

Azərbaycanda  maarifin  inkiĢafında  yeni  bir  dövr  baĢ-

layırdı. Maarifçilər, elm xadimləri, Ģair və yazıçılar xalqın sa-

vadlanması  qayğısına  qalır,  yeni  tipli  məktəblər  “darül-təh-

sil‖-elm evi, ―məktəbi sibyan‖-yeniyetmələr məktəbi, “üləma 

məktəbi”-elmlər  məktəbi  və  s.  açılmasını  təklif  edirdilər.  Bu 

məktəblərdə dünya mədəniyyətinin nailiyyətlərindən istifadə 

edib, xalqın adət-ənənəsini inkiĢaf etdirmək istəyi var idi.  

Məlumdur  ki,  XIX  əsrdə  Azərbaycan  xanlıqlarında 

(Təbriz,  Gəncə,  Qarabağ,  ġəki,  TalıĢ,  Dərbənd,  Quba  və  s.) 

feodal pərakəndəliyi dərinləĢir, iqtisadi vəziyyətdə durğunluq 

yaranır, xalqın maddi vəziyyəti gündən-günə ağırlaĢır, bazar 

və  ticarət  tənəzzülə  uğrayırdı.  Artıq  xanlıqların  müstəqil 

yaĢamaq  imkanları  azalırdı.  Xanlıqların  belə  ağır  Ģəraitə 

düĢmələrindən,  çəkiĢmələrindən  xalq  əziyyət  çəkirdi,  xalqın 

olan-qalan var-dövləti talan olurdu, məktəblər bağlanırdı. 

Azərbaycanın  qabaqcıl  dövlət  xadimləri  (Fətəli  xan, 

Molla  Pənah  Vaqif  və  b.)  xalqı  müdafiə  etmək  üçün  Rusi-

yanın tərkibinə daxil olmağı yeganə yol saydılar. 1801-ci ildə 

Bakı, Quba, TalıĢ, 1804-cü ildə Gəncə, Qarabağ, 1805-ci ildə 

ġamaxı,  1806-cı  ildə  Dərbənd  və  s.  xanlıqların  səfirləri 

Rusiya hökumətilə birləĢmək haqqında danıĢıqlar apardılar. 

Xanlıqların  Rusiya  hökumətinin  əlinə  keçməsindən  narahat 

olan  Ġran  Ģahlığı,  Rusiyaya  hərb  elan  etdi  və  Qarabağın 

Gülüstan  kəndində  Rusiya  və  Ġran  hökumətləri  arasında 

“Gülüstan”  (1813-cü  ildə)  müqaviləsi  bağlandı.  Bakı,  Gəncə, 

Qarabağ, ġəki, ġirvan, TalıĢ, Quba, Dağıstan xanlıqlarından 

Ġran  hökuməti  əl  çəkdi.  “Türkmənçay”  (1828-ci  ildə)  sülh 

müqaviləsində  Naxçıvan  və  Ġrəvan  xanlıqlarının  Rıısiya 

hökumətinin  təsiri  altında  qalmağı  təsdiq  olundu.  Türk-

mənçay sülh müqaviləsindən sonra Araz  çayının axarı boyu 

Azərbaycanın torpağı iki yerə bölündü. Arazın cənub hissəsi 




Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə