Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə203/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   199   200   201   202   203   204   205   206   ...   216

çayı üzərində Xaleye Bar bəndinin salınması nəticəsində baş vermişdir. 

Su  anbarı  zonasında  malyariya  vəziyyətini  təyin  edən  əsas  faktorlar 

dayazlıqların  olması  və  xarakteri,  suyun  səviyyəsinin  dəyişməsi,  dalğa 

fəaliyyəti və bitki örtüyünün xarakteri hesab olunur. 

Vaxtilə  malyariyanın  kütləvi  yayıldığı  ölkələrdə,  o  cümlədən 

respublikamızda planlı və aktiv kütləvi səhiyyə-profılaktik tədbirlər aparılması 

malyariya ərazilərini sağlamlaşdırmağın mümkün olmasını təsdiq edir. 

Su  anbarı  yaratdıqda  ərazinin  su  ilə  basılması  ilə  əlaqədar  bir  çox 

biotoplarm  şuradan  çıxması  burada  vaxtilə  məskunlaşan  siçanabənzər 

gəmiricilərin sayma və həyat tərzinə təsir göstərmişdir. Bozqır, quraqlıq sevən 

növlər (sünbülqıran, ərəbdovşanı, qum siçanı) su anbarı  yaradıldıqdan sonra 

çox vaxt əlverişsiz ekoloji şəraitə düşür. Onların zəbt etdiyi ərazilər azalır və 

populyasiyalarınm  sayı  aşağı  düşür.  Yarpaqlı  və  qarışıq  meşələr  zonasında 

tipik növlər məhv olur və ya kəskin azalaraq yerini yeni rütubətsevən növlərə 

verir. 

Su  anbarının  sahilyanı  zolağında  yeni  rütubətsevən  cəngəlliyin 



yaranması,  quruyan  dayazlıqlar  tədricən  gəmiricilərlə  mənimsənilir,  lakin 

onların qalması sü anbarında suyun səviyyəsinin dəyişməsindən asılıdır. 

Su  anbarının  sahilyanı  ərazisində  gəmiricilərin  zəbt  etməsinin  qarşısını 

almaq üçün orada meliorativ və aqrokultur tədbirlər həyata keçirməli,. ərazi 

intensiv  kənd  təsərrüfatında  və  bağçıhqda  istifadə  edilməli  və  yaşıllıqlar 

salınmalıdır. 

Tropik zonada su anbarlarının yaradılması da əlavə ekoloji dəyişikliklər 

və problemlər yaradır. Burada hər yeni su anbarı yaradıldıqda xəstəlik və ölüm 

hadisələrinin  səviyyəsi  kəskin  yüksəlir:,  su  mübadiləsinin  zəif  olması,  su 

biokütləsinin  çoxalması  ilə  əlaqədar  su  anbarlarının  suyunun  keyfiyyəti  çay 

sularına  nisbətən  adətən  pis  olur.  Bu  isə  xəstəliklərin  artmasına  səbəb  olur. 

Malyariya,  şistosomoz  kimi  xəstəliklərin  yayıcıları  əvvəlkinə  nisbətən  su 

anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu isə xəstəliklərin 

kəskin  çoxalmasına  səbəb  olur.  Tədqiqatçılar  qeyd  edirlər  ki,  şistosomoz 

Afrikada malyariyadan sonra yayılmasına görə ikinci parazitar xəstəlik sayılır, 

kontinentin bəzi rayonlarında əhalinin 90%-ə qədəri bu xəstəliyə tutulur. 

Şistosomoz  schistosoma  sorucu-helmint  cinsi  tərəfindən  əmələ  gələn 

xəstəlik  qrupudur.  Helmintin  yumurtasının  hansı  orqanın  divarcığmda 

parazitlik  etməsindən  asılı  olaraq  şistosomoz  üç  cür  olur:  sidik-tənəsül, 

bağırsaq  və  yapon  şistosomozun  invaziya  mənbəyi  sidik  və  nəcis  vasitəsilə 

helmintin  yumurtasını  xaricə  ayıran  xəstə  insan  hesab  olunur.  Şistosomoz 

xəstəliyi Qana çayının üzərindəki Akosombo su anbarının sahilində, Zambeza 

çayında yaradılan Karib SES-nin bəndi rayonunda (Zambiya və Zimbabedə), 

Bandama çayında (Baule rayonu) tikilən 



513 


bəndin  yaratdığı  Kosu  su  anbarı  (Fil  Sümüyünün  sahili)  rayonunda  qeydə 

alınmışdır. 

Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə 

yuxarıda  göstərilənlərlə  yanaşı,  əlavə  yeni  problemlər  yaradır. Burada daim 

yüksək dərəcə istiliyin olması şəraitində su bitki örtüyü olduqca yaxşı inkişaf 

etdiyi  üçün  su  anbarında  suyun  səthi  praktiki  olaraq  görünmür.  Ölü  su 

biokütləsinin sonrakı çürüməsi həll olmuş oksigeni sudan tam udaraq nəhayət 

qalan  biokütlənin  anaerob  çürüməsinə  və  olduqca  zəhərli  hidrogen-sulfıdin 

ayrılmasına  gətirib  çıxarır.  Burada  ölümlə  nəticələnən  ensofalit  xəstəliyinin 

bir növü də daha çox müşahidə olunmağa başladı. Belə vəziyyət Surinamda 

(Cənubi Amerikanın şimal- şərqində dövlət) da mövcuddur, burada o qədər də 

böyük olmayan Bro- kopondo su anbarında hidrogen-sulfıdin iyi o dərəcədə 

kəskindir ki, SES-də operatorlar işlədiyi zaman əleyhiqazdan istifadə edirlər. 

Su  hövzələrində  ekoloji  vəziyyətin  dəyişməsi  opistorxoz  kimi  hel- 

mintozlarm yayılmasına səbəb olur. Taylandda bu invaziya 1960-70-ci illərdə 

Ponq  çayı  üzərindəki  Ubolratana  və  Non-Vay  bəndinin  sahil  kəndlərindəki 

yerli  əhali  arasında  yayılmışdır.  Yoluxmaya  uğrayan  balıqdan  istifadə  edən 

adamlar da opistorxoza yoluxmuşlar. 

Beləliklə, su anbarları həm  özündə formalaşan biosenozlar ilə, həm də 

onların  hidroloji,  iqlim  rejimlərinə  və  ətraf  ərazilərdəki  biosenozlara  təsiri 

vasitəsilə yoluxucu və parazitar xəstəliklərin təbii mənbələrinə kökündən təsir 

edə bilər. Lakin bu təsirin insanın sağlamlığına təsiri baxımından müsbət və ya 

mənfi  olması  su  anbarının  yaradılması  faktından  asılı  olmayıb  onun 

layihələşdirilmiş  texniki  və  gigiyena  qaydalarına  və  iş  rejiminə  riayət 

edilməsindən  asılıdır.  Bu  qaydalara  riayət  edildikdə  və  epidemiyaya  qarşı 

maraqlar  nəzərə  alındıqda  su  anbarının  yaradıması  xəstəliklərin  təbii 

mənbələrinə məhvedici təsir göstərir və onları hətta ləğv edə bilər. 

25.4.

 

QURAQLIQ ƏRAZİLƏRİN SUVARILMASI 

VƏ İNSAN SAĞLAMLIĞI 

Suvarma əkinçiliyinin hüdudu yağıntıların cəmi ildə 250-500 mm düşən 

ərazilərə  uyğun  gəlir.  Bu  həm  təbii  (yağıntının  rejimi,  buxarlan-  manm 

intensivliyi  və  b.),  həm  də  sosial-iqtisadi  faktorlarla  təyin  edilir.  İnkişaf 

etməkdə  olan  ölkələrdə  suvarma  əsasən  yağıntıların  cəmi  çox  az  olan 

rayonlarda  aparılır.  Məsələn,  yaxın  Şərqdə  suvarma  yağıntılar  250  mm  və 

daha  az  düşən  ərazilərdə  aparılır.  ABŞ-da  yağıntıların  illik  cəmi  350-400 

mm-dən  artıq  olduqda  suvarmanın  aparılması  məqsədəuyğun  hesab  edilmir. 

ABŞ-da suvarma həm quraqlıq qərb, az miqyasda cənu 

514 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə