Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə200/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   196   197   198   199   200   201   202   203   ...   216

mok üçün kifayət qədər paxlalılardan istifadəyə, bioloji və aqrotexniki bitki 

mühafizəsinə  əsaslanan  əkinçiliyin  bioloji  üsulla  aparılması  variantı 

(məhsuldarlığın üçüncü variantı); 

— mütləq nəzarətə uyğun müəyyən zonanın əkin sahələrinin müasir təbii 

münbitliyini  əks  etdirən  əkinçiliyin  ekstensiv  üsulla  aparılması  variantı 

(məhsuldarlığın dördüncü səviyyəsi). 

Konkret  şəraitdən  asılı  olaraq  suvarma,  kimyəvi  meliorantlar  və  digər 

variantları  da  aparmaq  olar.  Kompleks  poliqon  təcrübələri  bu  və  ya  başqa 

əkinçilik  sisteminin  və  bitkilərin  becərilməsinin  texnologiyasının 

ekologiyasını qiymətləndirməyə imkan verir. 

Uzunmüddətli çoxfaktorlu təcrübələr daha çox məlumatlı hesab olunur. 

Belə  təcrübələrdə  bir  neçə  faktoru  öyrənərək  onların  tədqiq  olunan 

göstəricilərə  (və  proseslərə)  ayrı-ayrılıqda  və  birgə  təsirini  kifayət  qədər 

obyektiv  qiymətləndirmək  olar.  Faktorların  geniş  diapazonu  op-  timallığın 

aqronomik  və  ekoloji  meyarlarını  nəzərə  almaqla  onun  optimal  qiymətini 

seçmək üçün əsas sayılır. 

Lokal aqroekoloji monitorinq hər hansı bir ölkənin regionunda yerləşən 

nümunəvi-təcrübə və baza təsərrüfatlarında istehsalat şəraitində aparılır. Onun 

vəzifələrinə aşağıdakılar daxildir: kimyəvi vasitələrin tətbiqinin təsiri altında 

aqroekosistemlərin  (torpaq-su-bitki)  əsas  komponentlərinin  vəziyyətinə 

sistemli  müşahidələrin  aparılması;  texnogen  yükdən  asılı  olaraq  göstərilən 

komponentlərin  vəziyyətinin  dəyişməsinin  qiymətləndirilməsi  və  proqnozu; 

əkinçilikdə yüksək effektli ekoloji təhlükəsiz texnoloji üsulların öyrənilməsi 

və  qiymətləndirilməsi  və  onların  istehsalat  şəraitində  tətbiq  olunması  üzrə 

tədbirlərin hazırlanması. 

Respublikamızda başdan-başa aqroekoloji monitorinq Dövlət Torpaq və 

Xəritəçəkmə  Komitəsinin  müvafiq  müəssisələri  tərəfindən  aparılır.  Onlar 

dövri olaraq (5... 15 ildən bir) respublikanın torpaq örtüyünü tədqiq edir (pH, 

humus,  yuyulma  dərəcəsi,  duzluluq,  N,  P,  K-nın  formasının  miqdarı). 

Tədqiqatın məlumatlaina əsasən torpaq və aqrokimyəvi izahatlar tərtib olunur, 

burada  təsərrüfatın  torpaqdan  istifadənin  hərtərəfli  səciyyəsi  və  onun 

yaxşılaşdırılması  üzrə  tövsiyələr  verilir.  Belə  tədqiqatlar  zamanı  torpağın 

xassələrinin antropogen, texnogen, eroziya və digər dəyişmələrinin və torpaq 

örtüyünün  vəziyyəti  müəyyənləşdirilir  (sonra  kartoqrafik  materiallarda  əks 

olunur). 

Torpaq  üzərində  ekoloji  nəzarətin,  monitorinqin  təşkili  insan 

fəaliyyətinin  torpağa  mənfi  təsirini  vaxtında  aşkar  edilməsinə  və 

qiymətləndirilməsinə, münbitliyin qorunmasına və artırılmasına xidmət edir. 

Bu  istiqamətdə  S.Z.Məmmədov,  S.Ə.Şabanov  və  M.V.Quliyev  (2005) 

tərəfindən  Lənkərançay  hövzəsində  torpaq  münbitliyinin  monitorinqi  üzrə 

tədqiqat işi yerinə yetirilərək, münbitliyin göstəricilərinin müxtəlif 

370 



l'ayoi qədər obyektiv informasiya (məlumat) sistemini hazırlamaq olar. 

Poliqon  aqroekoloji  monitorinqin  əsas  prinsipləri.  Aqroekoloji 

monitorinq  üçün  poliqon  kimi  coğrafi  şəbəkənin  uzunmüddətli 

təcrübələrindən 

istifadə 

edilir. 

Belə 


poliqonlardan 

istifadənin 

məqsədəuyğunluğu  ondan  irəli  gəlir  ki,  onlar  əkinçiliyin  zonal  sisteminin 

tövsiyələri  ilə,  yüksək aqrotexnika fonunda hazırlanmış  vahid  metodikasına 

ciddi  riayət  edərək,  daha  geniş  yayılmış  texnogen  faktorların  -  gübrə  və 

pestisidlərin torpağa və ekosistemin digər komponentlərinə təsirini əks etdirir. 

Kimyəvi  yükün geniş variantlarının toplusu, konkret torpaq-iqlim şəraitində 

gübrələrin və mühafizə vasitələrinin ekoloji optimal sistemini təyin etməyə, 

əsaslı  normativ  yükün  hazırlanmasına,  yolverilən  konsentrasiya  həddini 

(YKH) dəqiqləşdirməyə imkan yaradır. 

Aqroekoloji  monitorinqin  poliqonlarının  uzunmüddətli  təcrübələrinin 

dayaq baza variantları aşağıdakıların qiymətləndirilməsinə yönəldilmişdir: 

 

torpağın mineral gübrələrlə (xüsusilə azotla) müxtəlf dərəcədə təmin 



edilməsi; 

 



bitki  mühafizəsində  boy  artımını  nizamlamaqda  və  s.-də  kimyəvi 

vasitələrin tətbiqi; 

 

meliorantlardan (əhəng, gips və s.) istifadə; 



 

üzvi gübrələrdən, sideratlardan, bitki qalıqlarından istifadə; 



- əkinçiliyin bioloji sistemindən (kimyəvi vasitələrdən imtina etmək və 

ya minimum istifadə etməklə) istifadə etmək. 

Yeni  əkinçilik  sisteminə  yiyələnmək  üçün  yaxşı  təcrübə  bazası  olan 

müəssisələrdə aqroekoloji problemləri daha geniş miqyasda həll etmək olar. 

Müxtəlif əkinçilik sistemi, gübrələrlə və bitki mühafizəsi vasitələri ilə aparılan 

belə  poliqon  üç-dörd  variantdan  ibarətdir.  Aqroekoloji  monitorinqi  yerinə 

yetirən  variantların  toplusu  məhsuldarlıq  səviyyəsinin  bütün  tədqiqat 

spektrlərini  (həm  optimal,  həm  də  ekstremal),  o  cümlədən  aşağıdakı 

variantları mütləq əhatə etməlidir: 

 



kənd 

təsərrüfatı 

bitkilərinin 

becərilməsinin 

qabaqcıl 

texnologiyasından  istifadə  etmək  əsasında  məlum  zonal  şərait  üçün  əkin 

dövriyyəsinin  maksimum  məhsuldarlığını  təmin  edən  kənd  təsərrüfatı 

bitkilərinin intensiv becərilməsi variantı(məhsuldarhğm birinci səviyyəsi). 

 

gübrələrin  aşağı  və  orta  dozaları  və  bitki  mühafizəsinin  kimyəvi 



vasitələrinin «zəif» üsullarından istifadə etmək əsasında kifayət qədər yüksək 

məhsuldarlığı  təmin  edən  gübrələmə  və  bitki  mühafizəsində  kimyəvi 

vasitələrdən istifadə sistemi variantı (məhsuldarlığın ikinci səviyyəsi); 

 



yalınz  üzvi  gübrələrdən  istifadəyə,  aralıq  əkinlərə,  samanın 

şumlanmasına, əkin dövriyyəsinin bütün bitkilərini bioloji azotla təmin et- 



369 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə