Monitorinqin üçüncü forması qabaqcadan seçilən sahələr və ya marşrut
tədqiqatları prosesində qısaldılmış proqramla həyata keçirilir.
Öz mahiyyətinə və məzmununa görə monitorinqin marşrut sistemi
torpağın və torpaq örtüyünün vəziyyətinə, meliorativ sistemə, aqroeko-
sistemə və torpağın məhsuldarlığına operativ nəzarət formasıdır. Marşrutların
dövriliyi (tezliyi) vegetasiya dövründə 1...3 dəfədir. Neqativ proseslər
(sahələrin hədsiz quruması və subasması, drenlərdən su sızma, şoranlaşma,
turşulaşma, şorakətləşmə, eroziya və s.) aşkar edildikdə münasib xəritələr,
xəritə-sxemlər, xüsusi aktlar tərtib olunur. Torpağın xassələrində və torpaq
örtüyünün strukturunda böyük dəyişikliklər aşkar edildikdə, belə sahələrdə
(ərazilərdə) müşahidələrin davam etdirilməsi məqsədəuyğun sayılır.
Monitorinqin dördüncü forması ərazidə başdan-başa tədqiqat
aparmaqdan ibarətdir. Bu monitorinq formasına buraxılış məlumat
materialları ilk növbədə inventarizasiya-kartoqrafık səciyyə, həmçinin
aqrokimyəvi tədqiqat kartoqramları və bunun əsasında torpaqdan istifadənin
səmərəliləşdirilməsi üzrə tövsiyələr daxildir.
Torpağın vəziyyəti (humusun miqdarı, eroziyaya uğrama dərəcəsi, pH,
duzluluq, şorakətlilik və b.) və aqrokimyəvi xassələri (azotun, fosforun və
kaliumun mütəhərrik forması və s.) haqqında əldə edilən məlumatlar, torpağın
aqroistehsalat qruplaşdırılması və torpaqdan istifadənin bütün spektr üzrə
səciyyələndirən «torpaq oçerkləri» sonrakı mərhələdə nəzəri nəticələr
çıxarmaq və praktiki tövsiyələr hazırlamaq üçün baza zəmini hesab olunur.
Praktiki tövsiyələrdə kənd təsərrüfatı sahələrinin transformasiyası; torpağın su
və külək eroziyasından mühafizəsi; qurutma, suvarma və mədəni texniki işlər;
torpağın kimyəvi meliorasiyası (əhəngləmə, gipsləmə və s.); kənd təsərrüfatı
bitkilərinin səmərəli yerləşdirilməsi və toplusu; torpaq şəraitini nəzərə alaraq
aqrotexniki üsulların xüsusiyyətləri və gübrələrin tətbiqi sistemi; biçənək və
otlaqların yaxşılaşdırılması əks olunmalıdır.
Göstərilən monitorinq formasının həyata keçirilməsində mütləq
sərt-kartoqrafiya metodundan istifadə etməkdir. Bu zaman toplanan ilkin
məlumatlar (vizualdan kosmik məlumatlara qədər) maksimum tam (dolğun)
olmalıdır.
Çəkiliş işləri aparmaq üçün torpaq örtüyünün mürəkkəbliyi, təsərrüfatın
ixtisaslaşdırılmasının
qiymətləndirilməsi
və
torpaqdan
istifadə
intensivliyindən asılı olaraq torpaq tədqiqatları müxtəlif miqyasda aparılır
(meşə-bozqır - 1:10000... 1:15000, yarımsəhrada otlaq sahələri - 1:50000,
suvarılan və qurudulan torpaqlar - 1:2000... 1:5000 və s.).
Uzunmüddətli şumlama, gübrələrdən və kimyəvi meliorantlardan
istifadə, suvarma, qurutma və digər aqrotexniki və meliorativ tədbirlərin
375
—
su eroziyası və deflyasiya prosesinin inkişafı ilə əlaqədar torpağın
itirilməsinin (o cümlədən itirilmə sürəti)
müəyyən edilməsi;
—
torpağın turşuluğunun və qələviliyinin dəyişməsinə nəzarət (hər
şeydən əvvəl torpağın qurudulması və suvarılması zamanı yüksək dozada
mineral gübrələrdən istifadə edilən rayonlarda, həmçinin atmosfer
yağıntılarının yüksək turşuluğu ilə xarakterizə olunan meliorantlardan və iri
sənaye mərkəzləri ətrafında sənaye tullantılarından istifadə edildikdə);
—
meliorasiya olunan, gübrələnən və ya hər hansı bir üsulla dəyişilən
torpaqlarda su-duz rejiminin və su-duzlaşma balansının dəyişilməsinə nəzarət;
—
bitkilərin əsas qida elementlərinin balansı pozulan regionların aşkar
edilməsi; torpağın humusu, mübadiləli azotu və fosforu itirmə sürətinin
müəyyən edilməsi və qiymətləndirilməsi;
—
atmosfer yağıntıları ilə düşən ağır metallarla, həmçinin sənaye
müəssisələri və nəqliyyat magistralları təsir göstərən zonada torpağın ağır
metallarla çirklənməsinə nəzarət;
—
torpağın detergentlərlə və məişət tullantıları ilə (xüsusilə əhalinin çox
sıx yerləşdiyi ərazilərdə)
çirklənməsinə nəzarət;
—
torpağın bitki mühafizəsinin kimyəvi vasitələrlə (ondan daima istifadə
olunan rayonlarda) çirklənməsinə nəzarət;
—
torpağın strukturu və bitkinin qidalanması üçün torpaqda olan qida
maddələrinə, torpağın su-fıziki xassələrinə və qrunt suyunun səviyyəsinə
mövsümi və uzunmüddətli nəzarət;
—
hidromeliorasiya sistemi, əkinçiliyin və texnologiyanın yeni
sisteminin tətbiqi, iri sənaye müəssisələri və digər obyektlərin tikilməsi ilə
əlaqədar ekspert ehtimal qiymətləndirmə.
Təbii şəraitin və torpağa antropogen faktorların təsirinin müxtəlifliyi,
torpaq strukturunun müxtəlifliyi torpaq-ekoloji monitorinqin di- ferensial
(kompleks) proqramının hazırlanmasının vacibliyini göstərir. Monitorinqin
başlanğıc mərhələsi (birinci forma) torpağın və torpaq örtüyünün vəziyyətini,
antropogen faktorların təzyiqinin miqyasını və neqativ proseslərin istiqamətini
və inkişaf intensivliyini qiymətləndirməyə və sonrakı tədqiqatlar üçün
obyektin seçilməsinə (monitorinqin baza prinsiplərinə uyğun) imkan yaradır.
Torpaq-ekoloji monitorinqin stasionar forması (ikinci forma) torpağın
xassə və parametrlərini, rejimini və torpaqda gedən prosesləri kompleks
tədqiqat proqramı üzrə həyata keçirir.
Uzunmüddətli və kompleks tədqiqatların aparılması üçün stasionar sahəsi
bu və ya digər proseslərin müxtəlifliyi ilə seçilən bütün torpaq növlərini əhatə
edən sahə qruplarına malik olmalıdır.
374