miqdarının, torpaqda olan miqdarına nisbəti ilə (CküiiCior) hesablanır. Bioloji
udma əmsalının əsasında inqibator bitkilər ayrılır (bu və ya digər elementi
çoxlu miqdarda toplamaq qabiliyyətinə malik olan bitkilər).
Hər element üçün praktiki olaraq konsentrasiyanm dörd səviyyəsini
ayırmaq məqsədəuyğundur; elementin defısitliyi (orqanizm elementin
çatışmazlığından «əziyyət» çəkir); optimal miqdar (orqanizmin yaxşı
vəziyyəti qeydə alınır); yol verilən konsentrasiya (orqanimzdə depressiya
hadisəsi müşahidə olunur); orqanizm üçün öldürücü konsentrasiya.
Nəzarət sisteminin və əsaslandırılmış normaların həyata keçirilməsi -
mürəkkəb kompleks məsələ olub müxtəlif tədqiqatların aparılmasını və
müxtəlif profilli mütəxəssislərin iştirakını tələb edir. Bu zaman aqroe- koloji
monitorinq aşağıdakı kimi yerinə yetirilməlidir:
—
müəyyən dövrdə biogeokimyəvi rayonların sərhədini dəqiqləşdirmək
və vəziyyətini qiymətləndirmək məqsədilə zona üzrə torpağın biogeokimyəvi
tədqiqatlarının aparılması;
—
bankın və məlumatların bazasını formalaşdırmaq üçün həm
elementlərin ümumi miqdarını, həm də onların mütəhərrik formalarını müasir
metodların cihazlarının köməyi ilə təyin edilməsi;
—
zonal aqrosistemlər bitkilərin cins və növlərində biogeokimyəvi
xüsusiyyətləri aşkar etmək üçün regionlar üzrə əsas kənd təsərrüfatı
bitkilərinin kimyəvi element tərkibinin təyin edilməsi;
—
müxtəlif torpaq tiplərində «fon» səciyyəsi kimi elementlərin
miqdarının orta statistik göstəricilərinin təyini;
—
torpaq nümunələrində makroelementlərin mütəhərrik formalarının və
ağır metalların təyini;
—
torpaqda metalların mütəhərliyinə təsir göstərən anionlarm
dinamikasına nəzarətin aparılması.
20.5.AĞIR METALLARLA ÇİRKLƏNMƏNİN
EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ
Qiymətləndirmənin əsas vəzifələrini aşağıdakı kimi cəmləşdirmək olar:
—
ətraf mühitin çirklənmə mənbələrinin aşkar edilməsi və kompleks
səciyyəsi;
—
Bütün mümkün olan kanallarla çirkləndiricilərin miqrasiyasının
izlənməsi, onların canlı orqanizmlərə ehtimal olunan təsir zonasının sərhədini
müəyyənləşdirmək; çirklən,diricilərin depozitə qoyulan sahələrinin aşkar
edilməsi;
—
mühitin çirklənmə dinamikasının, onların daxil olma sürətinin və
həcminin, öyrənilən birləşmələrin yayılması və kənarlaşdırılmasınm təy-
383
əsas parametrləri üzrə məlumatın toplanması;
2.
Torpağın normativ tələbatlara uyğun
qiymətləndirilməsi;
3.
Bu və ya digər aqrotexiïiki tədbirlərin təsiri altında torpağın təkamülü
yolunun (istiqamətinin) mümkün proqnozu;
4.
Torpağın münbitliyinin bərpası və aqroekosistemin yüksək
məhsuldarlığını təmin edən aqrotexniki üsulların təshih edilməsi (düzəliş
aparılması) üçün normativ məlumatların verilməsi.
Beləliklə, mikrobioloji monitorinq torpaq mühitinin keyfiyyətinə nəzarət
funksiyasını yerinə yetirir və ekoloji təhlükəsiz aqrotexnologiya- nm
hazırlanması üçün lazım olan normativ informasiyanı təqdim edir.
20.4.
AQROEKOLOJİ MONİTORİNQİN APARILMASINA
BİOGEOKİMYƏVİ YANAŞMA
Aqroekosistemin müxtəlif komponentləri (torpaq, su, bitki və s.) və
bütövlükdə biosfer arasında əlaqə biogeokimyəvi dövran vasitəsilə həyata
keçirilir. Buna görə də, aqroekoloji monitorinqin məqsədinə çatmaq və
sonradan konkret elementlərin (maddələrin) tədqiqat metodunu hazırlamaq
üçün ərazinin biogeokimyəvi rayonlaşdırılması aktual məsələ hesab olunur.
Aqroekosistemə insan fəaliyyəti nəticəsində atmosfer, hidrosfer və torpaq
vasitəsilə daxil olan toksik maddələr biogeokimyəvi dövrana qoşulur və
«bitki-yem-qida maddələri-insan orqanizmi» zənciri vasitəsilə nəql olunur.
İstehsalatda ekoloji təmiz kənd təsərrüfatı məhsulu əldə etmək üçün
aqroekoloji monitorinq maddələrin biogeokimyəvi dövranı prosesləri biliyinə
əsaslanmalıdır, insan orqanizminə və heyvanlara bilavasitə və dolayı yolla
təsir göstərən elementlər (bérillium, nikel, selen, ftor, xrom və b.) nəzarətə aid
göstəricilər siyahısına mütləq salınmalıdır. Suvarma və içməli suda, bitki və
heyvan məhsulunda biogen elementlər, ağır metallar və digər komponentlərə
də nəzarət olunmalıdır; hazırlanma prosesində məhsulun keyfiyyətinə də
mütləq nəzarət edilməlidir.
Monitorinq aparıldıqda ərazinin biogeokimyəvi xüsusiyyətlərinin
obyektiv uçotunu aparmaq üçün çoxillik məlumatlara, o cümlədən, tarixi
məlumatlara (50 il və daha artıq dövrdə əkinçliyin xarakteri, torpaq fondundan
istifadənin başlanğıcı, kimyalaşdırmanm səviyyə dinamikası); aqrokimyəvi
(əvvəllər götürülən torpaq monolitləri ilə hazırkı torpağın analizlərinin
(xüsusilə mikroelementlər, ağır metallar)) müqayisəsi; havanın və su
mənbələrinin kimyəvi çirklənməsi proseslərinin inkişafı iqlim şəraitinə
əsaslanmalıdır.
Mikroelementlərin bitki tərəfindən bioloji udulması bioloji udma
əmsalının köməyi ilə qiymətləndirilir. Bu əmsal biöcklə mikroelementlərin
382