Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə194/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   190   191   192   193   194   195   196   197   ...   216

miqdarının, torpaqda olan miqdarına nisbəti ilə (CküiiCior) hesablanır. Bioloji 

udma  əmsalının  əsasında  inqibator  bitkilər  ayrılır  (bu  və  ya  digər  elementi 

çoxlu miqdarda toplamaq qabiliyyətinə malik olan bitkilər). 

Hər  element  üçün  praktiki  olaraq  konsentrasiyanm  dörd  səviyyəsini 

ayırmaq  məqsədəuyğundur;  elementin  defısitliyi  (orqanizm  elementin 

çatışmazlığından  «əziyyət»  çəkir);  optimal  miqdar  (orqanizmin  yaxşı 

vəziyyəti  qeydə  alınır);  yol  verilən  konsentrasiya  (orqanimzdə  depressiya 

hadisəsi müşahidə olunur); orqanizm üçün öldürücü konsentrasiya. 

Nəzarət  sisteminin  və  əsaslandırılmış  normaların  həyata  keçirilməsi  - 

mürəkkəb  kompleks  məsələ  olub  müxtəlif  tədqiqatların  aparılmasını  və 

müxtəlif profilli mütəxəssislərin iştirakını tələb edir. Bu zaman aqroe- koloji 

monitorinq aşağıdakı kimi yerinə yetirilməlidir: 

 

müəyyən dövrdə biogeokimyəvi rayonların sərhədini dəqiqləşdirmək 



və vəziyyətini qiymətləndirmək məqsədilə zona üzrə torpağın biogeokimyəvi 

tədqiqatlarının aparılması; 

 

bankın  və  məlumatların  bazasını  formalaşdırmaq  üçün  həm 



elementlərin ümumi miqdarını, həm də onların mütəhərrik formalarını müasir 

metodların cihazlarının köməyi ilə təyin edilməsi

 

zonal  aqrosistemlər  bitkilərin  cins  və  növlərində  biogeokimyəvi 



xüsusiyyətləri  aşkar  etmək  üçün  regionlar  üzrə  əsas  kənd  təsərrüfatı 

bitkilərinin kimyəvi element tərkibinin təyin edilməsi

 

müxtəlif  torpaq  tiplərində  «fon»  səciyyəsi  kimi  elementlərin 



miqdarının orta statistik göstəricilərinin təyini; 

 



torpaq nümunələrində makroelementlərin mütəhərrik formalarının və 

ağır metalların təyini; 

 

torpaqda  metalların  mütəhərliyinə  təsir  göstərən  anionlarm 



dinamikasına nəzarətin aparılması. 

20.5.AĞIR METALLARLA ÇİRKLƏNMƏNİN 

EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ 

Qiymətləndirmənin əsas vəzifələrini aşağıdakı kimi cəmləşdirmək olar: 

 

ətraf mühitin çirklənmə mənbələrinin aşkar edilməsi və kompleks 



səciyyəsi; 

 



Bütün  mümkün  olan  kanallarla  çirkləndiricilərin  miqrasiyasının 

izlənməsi, onların canlı orqanizmlərə ehtimal olunan təsir zonasının sərhədini 

müəyyənləşdirmək;  çirklən,diricilərin  depozitə  qoyulan  sahələrinin  aşkar 

edilməsi; 

 

mühitin  çirklənmə  dinamikasının,  onların  daxil  olma  sürətinin  və 



həcminin, öyrənilən birləşmələrin yayılması və kənarlaşdırılmasınm təy- 

383 


əsas parametrləri üzrə məlumatın toplanması; 

2.

 



Torpağın normativ tələbatlara uyğun qiymətləndirilməsi

3.

 



Bu və ya digər aqrotexiïiki tədbirlərin təsiri altında torpağın təkamülü 

yolunun (istiqamətinin) mümkün proqnozu

4.

 

Torpağın  münbitliyinin  bərpası  və  aqroekosistemin  yüksək 



məhsuldarlığını  təmin  edən  aqrotexniki  üsulların  təshih  edilməsi  (düzəliş 

aparılması) üçün normativ məlumatların verilməsi. 

Beləliklə, mikrobioloji monitorinq torpaq mühitinin keyfiyyətinə nəzarət 

funksiyasını  yerinə  yetirir  və  ekoloji  təhlükəsiz  aqrotexnologiya-  nm 

hazırlanması üçün lazım olan normativ informasiyanı təqdim edir. 

20.4.


 

AQROEKOLOJİ MONİTORİNQİN APARILMASINA 

BİOGEOKİMYƏVİ YANAŞMA 

Aqroekosistemin  müxtəlif  komponentləri  (torpaq,  su,  bitki  və  s.)  və 

bütövlükdə  biosfer  arasında  əlaqə  biogeokimyəvi  dövran  vasitəsilə  həyata 

keçirilir.  Buna  görə  də,  aqroekoloji  monitorinqin  məqsədinə  çatmaq  və 

sonradan  konkret  elementlərin  (maddələrin)  tədqiqat  metodunu  hazırlamaq 

üçün ərazinin biogeokimyəvi rayonlaşdırılması aktual məsələ hesab olunur. 

Aqroekosistemə insan fəaliyyəti nəticəsində atmosfer, hidrosfer və torpaq 

vasitəsilə  daxil  olan  toksik  maddələr  biogeokimyəvi  dövrana  qoşulur  və 

«bitki-yem-qida  maddələri-insan  orqanizmi»  zənciri  vasitəsilə  nəql  olunur. 

İstehsalatda  ekoloji  təmiz  kənd  təsərrüfatı  məhsulu  əldə  etmək  üçün 

aqroekoloji monitorinq maddələrin biogeokimyəvi dövranı prosesləri biliyinə 

əsaslanmalıdır,  insan  orqanizminə  və  heyvanlara  bilavasitə  və  dolayı  yolla 

təsir göstərən elementlər (bérillium, nikel, selen, ftor, xrom və b.) nəzarətə aid 

göstəricilər siyahısına mütləq salınmalıdır. Suvarma və içməli suda, bitki və 

heyvan məhsulunda biogen elementlər, ağır metallar və digər komponentlərə 

də  nəzarət  olunmalıdır;  hazırlanma  prosesində  məhsulun  keyfiyyətinə  də 

mütləq nəzarət edilməlidir. 

Monitorinq  aparıldıqda  ərazinin  biogeokimyəvi  xüsusiyyətlərinin 

obyektiv  uçotunu  aparmaq  üçün  çoxillik  məlumatlara,  o  cümlədən,  tarixi 

məlumatlara (50 il və daha artıq dövrdə əkinçliyin xarakteri, torpaq fondundan 

istifadənin  başlanğıcı,  kimyalaşdırmanm  səviyyə  dinamikası);  aqrokimyəvi 

(əvvəllər  götürülən  torpaq  monolitləri  ilə  hazırkı  torpağın  analizlərinin 

(xüsusilə  mikroelementlər,  ağır  metallar))  müqayisəsi;  havanın  və  su 

mənbələrinin  kimyəvi  çirklənməsi  proseslərinin  inkişafı  iqlim  şəraitinə 

əsaslanmalıdır. 

Mikroelementlərin  bitki  tərəfindən  bioloji  udulması  bioloji  udma 

əmsalının köməyi ilə qiymətləndirilir. Bu əmsal biöcklə mikroelementlərin 

382 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə