Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə2/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   2   3   4   5   6   7   8   9   ...   216

«l-kologiyalaşdırma»  seleksiya  işbrində  ilkin  (osas)  material  sayılan 

tobiolin  yabanı  genolbndunun  saxlanmasına  şərait  yaradır,  kənddə 

sosial-məişət şəraitinin yaxşılaşmasına kömək edir. 

Məqsədyönlü  dövlət  ekoloji  siyasətinin  hazırlanması  və  həyata 

keçirilməsində  təbii  ki,  ekologiyanın  tətbiqi  istiqaməti  böyük  rol  oynayır. 

«Aqroekologiya»  elmi  də  ekologiyanın  bu  istiqamətinə  aid  olub,  kənd 

təsərrüfatı  prosesində  in.san  və  təbiətin  qarşılıqlı  təsirinin  optimallaşdı- 

nlmasının  imkanlarını,  həmçinin  iqtisadiyyatın  aqrar  sektoru  sahəsində 

istehsalat 

fəaliyyətinin 

«ekologiyalaşdırılması» 

xüsusiyyətlərinin 

mümkünlüyünü aşkar edir. 

Aqroekologiyanın  (kənd  təsərrüfatı  ekologiyasının)  vəzifəsi  yuxanda 

göstərilən  problemləri  öyrənmək  və  həll  elməkdir.  Qeyd  edək  ki.  bu  elmin 

ümumi  qəbul  edilmiş  təyini  (adı)  hələlik  yoxdur.  Bəzi  ədəbiyyatlarda  onun 

adına  həm  də  aqrosenologiya,  aqrar  ekologiya,  kullurfıtose-  nologiya, 

aqrofıtosenologiya (aqrosenozlar haqqında elm) kimi rast gəlinir. «Ekologyia 

və ətraf mühitin mühafizəsi» izahlı terminlər lüğətində (1998) aqroekologiya 

(kənd  təsərrüfatı  ekologiyası)  tətbiqi  ekologiya  bölməsinə  aid  edilmişdir. 

Orada  qeyd  edilir  ki,  aqroekologiya  mühit  faktorlarının  (biotik  və  abiotik) 

mədəni  bitkilərin  məhsuldarlığına  təsirini,  həmçinin  kənd  təsərrüfatı 

sahələrində  məskunlaşan  orqanizm  qruplaşmalarının  strukturunu  və 

dinamikasını,  aqrofitosenozların  becərilən  bitkilərin  həyat  tərzinə  təsirini 

öyrənir. 

Müzakirə  olunan  problemlərin  əsaslı  və  daha  uyğun  təyinini  aşağıdakı 

kimi  göstərmək  olar;  aqroekologiya  kompleks  elmi  fənn  olub,  kənd 

təsərrüfatı  istehsalı  prosesində  insanın  ətraf  mühitlə  qarşılıqlı  təsirini, 

kənd  tə.sərrüfatının  təbii  komplekslərə  və  onların  komponentlərinə 

təsirini,  texnogen  yük  şəraitində  aqroekosistemin  komponentləri 

arasındakı  qarşılıqlı  təsiri  və  onlara  xas  olan  maddələrin  dövranının 

spesifik  xü.susiyyətlə-  rini,  enerjinin  aparılmasını,  aqroekosistemin 

fəaliyyət xarakterini öyrənir. 

Aqroekologiya elminin məqsədi keyfiyyətli bioloji məhsulun davamlı 

istehsalını,  aqroekosistemin  təbii  bioenerji  potensialından  maksimum 

istifadəni,  aqrar  sektorun  (bölmənin)  təbii  resurs  bazasının 

saxlanılmasını  və  bərpasını,  ətraf  təbii  mühitə  neqativ  təsirin 

kənarlaşdırılmasını və ya minimuma endirilməsini təmin etməkdir. 

Təqdim olunan dərslikdə aqroekologiyanın təbii-elmi aspektlərinə geniş 

yer verilmişdir. Lakin bu, kənd təsərrüfatının ekologiyalaşdırılma- 




sı ilo bağlı olan aktual problemlərin hamısını əhatə etmir. 

Aqroekologiya  kitabının  tərtibində  rus  dilində  olan  aqrockologiya 

(Aqroekologiya,  M.,  2000)  kitabından,  müəlliflərin  ekologiyaya  aid 

əsərlərindən və şəxsi tədqiqatlarının materiallarından, həmçinin mövzuya aid 

ədəbiyyatlardan istifadə edilmişdir. 

Hazırda  respublikamızda  ekoloji  mühitin  pozulması,  meşələrin, 

otlaqların,  kənd  təsərrüfatına  yararlı  torpaqların  azalması,  bəzi  yerlərdə 

tamamilə  sıradan  çıxarılması.  Kür,  Araz  və  digər  çayların,  torpağın 

çirklənməsi,  bir  sıra  bitki  və  heyvan  növlərinin  bioloji  müxtəlifliyinin 

pozulması və ya azalması «Aqroekologiya» kitabına ehtiyac olduğunu sübut 

edir. 

«Aqroekologiya»  dərsliyi  kənd  təsərrüfatı  fənləri,  torpaqşünaslıq  və 



ekologiya ixtisasları tədris olunan ali məktəb müəllim və tələbələri, həmçinin 

kənd  təsərrüfatı  və  təbii  ehtiyatlardan  istifadə  problemləri  məsələləri  ilə 

məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 

Oxucu  kütləsinin  «Aqroekologiya»  kitabına  verəcəkləri  rəy  və  iradlara 

görə müəlliflər qabaqcadan öz təşəkkürünü bildirir. 



I FƏSİL 

EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ 

Ekologiyanın  tarixi  kökləri  çox  qədim  dövrlərə  gedib  çıxır.  Canlı 

orqanizmlərin həyatı, onların xarici mühitdən - onu əhatə edən üzvi və qey- 

ri-üzvi  mühitdən  asılı  olması,  heyvan  və  bitkilərin  yayılması  xarakteri 

haqqında  məlumatlara  hələ  eramızdan  əvvəlki  dövrlərdə  rast  gəlinir.  I  lələ 

Aristotel (e.ə. 384-322), Böyük Pliney (23-79 e.ə), R.Boykonun (1627- 1691) 

əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəmiyyəti və onların 

müəyyən  yaşayış  yerində  məskunlaşması  məsələlərinə  toxunulur.  Antik 

filosof Aristotel (384-322 e.ə) 500-dən artıq ona məlum olan heyvan növünü 

təsvir etmiş, onların davranışları haqqında (məs. balıqların miqrasiyası və qış 

yuxusu,  quşların  köçməsi,  heyvanların  qurucu  fəaliyyətindən,  qu  quşunun 

parazitizmindən, mürəkkəbböcəyinin özünü mühafizə üsulundan) yazmışdır. 

Aristotelin  şagirdi,  «botanikanın atası» sayılan  'feolVast  Ereziyski  (371-280 

e.ə)  müxtəlif  şəraitlərdə  bitkilərin  xüsusiyyətləri,  onların  forma  və 

xüsusiyyətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumatlar vermişdir. 

İntibah  epoxasında,  yeni  ölkələrin  müstəmləkəçiliyi  dövründə  böyük 

coğrafi kəşfiər və sistematikanın inkişafı başladı. Bitki və heyvanların təsviri, 

onların xarici və daxili quruluşu, forma müxtəlifliyi ilk inkişaf mərhələsində 

bioloji  elmin  başlıca  məzmunu  idi.  İlk  sistematiklərdən  A.Sezalpin 

(1519-1603),  D.Rey  (1623-1705),  J.Turnefor  (1656-1708)  və  başqaları 

bitkilərin bitmə və ya becərmə şəraitindən asılı olmasını göstərmişlər. 

Ümumiyyətlə,  ekologiyanın  inkişaf  tarixini  üç  əsas  mərhələyə  bölmək 

olar. 


Birinci mərhələ - ekologiyanın bir elm kimi yaranma və təşəkkülü (XIX 

.əsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı 

yerin  mühiti  ilə  qarşılıqlı  əlaqəsi  haqqında  məlumatlar  toplanmış,  ilk  elmi 

yekunlar  hazırlanmışdır.  XVII-XVIII  əsrlərdə  ekoloji  məlumatlar  ayrı-ayrı 

canlı orqanizmlərə həsr olunur, onların bioloji təsvirləri yerinə yetirilir. Məs. 

A.Reomyurun əsərləri həşəratlara (1734), L.Tramblenin əsərləri isə hidra və 

mşankalara  (1744)  həsr  olunur.  l:ko-  loji  yanaşmanın  elementlərinə  rus 

alimlərinin  -  İ.İ.Lcpexinin,  A.F.Middendorfun,  S.P.Kraşennikovun,  fransız 

alimi L.Byuffonun, İsveç təbiətşünası K.Linneyin, alman alimi Q.Yeqer və b. 

əsərlərində  rast  gəlinir.  XVII  əsrdə  Rusiyanın  bir  sıra  ölkələrinə  səyahətlər 

edildi.  S.P.Kraşennikov,  İ.İ.Lepexin,  P.S.Pallas  və  başqa  rus  cooğrafları  və 

təbiətşünasları iqlim, bitki örtüyü və heyvanat aləminin Rusiyanın geniş 




Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə