Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə8/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   4   5   6   7   8   9   10   11   ...   216

torpaqların  müxtəlifliyini  müəyyənləşdirmişlər.  Torpaqların  şorlaşmasını 

öyrənmək və onların meliorasiyası məqsədilə 1915-ci ildə Muğanda Cəfərxan 

təcrübə stansiyası təşkil olunmuşdur. 

1920-ci  ildən  sonra  Azərbaycanda  geniş  torpaq  tədqiqatlarına 

başlanmışdır. Bu dövrdə S.A.Zaxarovun rəhbərliyi ilə V.V.Akimtsev, 

S.İ.Tyuremnov, Z.İ.İmşenetski, N.A.Dimo, L.N.Nojin və başqaları tərəfindən 

aparılmış  torpaq  tədqiqatlarının  nəticələri  əsasında  respublika  ərazisi  torpaq 

təşkili cəhətdən rayonlaşdırılmış, torpaq xəritələri tərtib edilmiş və ayrı-ayrı 

ərazilərin torpaqları haqqında oçerklər tərtib edilmişdir. 

1930-1931-ci illərdən başlayaraq Azərbaycan Elmi-Tədqiqat pambıqçılıq 

İnstitutunun (V.V.Akimtsev, M.T. Əsgərbəyli, N.E.Bekareviç, 

M.Y.Ağamirov,  L.N.Qorodetski  və  b.)  Azərbaycan  Kimyalaşdırma 

Stansiyasının  (K.Ə.  Ələkbərov,  M.E.Salayev,  A.N.İzyumov,  L.İ.Alek- 

sandrovski, Ə.Q.Zeynalov, M.A.Şəfiyev, K.H.Teymurov və b.) və SSRİ EA 

Azərbaycan  filialının  torpaqşünaslıq  bölməsinin  (V.P.  Smirnov  -  Loginov, 

B.A.Klopotovski,  B.İ.Filosofov,  A.S.  Preobrajenski,  V.R.Vo-  lobuyev, 

II.Ə.Əliyev,  B.M.Ağayev,  E.F.Şərifov,  R.V.Kovalyev  və  b.)  əməkdaşları 

respublikanın  düzən  və  dağlıq  rayonlarında  böyük  ərazilərdə  torpaqların 

mənşəyini,  coğrafi  yayılmasını, münbitliyini, şorlaşma səbəblərini öyrənmiş 

və  onları  keyfiyyətcə  yaxşılaşdıraraq  kənd  təsərrüfatında  səmərəli  istifadə 

olunması ilə əlaqədar tədqiqat işləri aparmışlar (H.Aslanov, 2004). 

1945-ci  ildən  sonrakı  illərdə  Azərbaycan  EA  Torpaqşünaslıq  və  Aq- 

rokimya  İnstitutunda  respublikanın  bütün  rayonlarında  torpaqların  coğrafi 

yayılması, mənşəyi, şoran və şorakət torpaqların əmələ gəlməsi, meliorasiyası, 

torpaq  kimyası  və  mikrobiologiyası,  torpağın  fiziki  xassələri  və  digər 

məslələrlə  əlaqədar  geniş  tədqiqatlar  aparılmışdır.  1953-cü  ildə  ilk  dəfə 

«Azərbaycan SSR torpaqları» haqqında monoqrafik əsər və 

1958-


 

ci ildə respublikanın torpaq xəritəsi nəşr edilmişdir. 

Sonrakı  illərdə  respublika  torpaqlarının  münbitliyinin  artırılması,  yeni 

gübrə  növlərinin  tətbiqi,  torpaqların  xəritələşdirilməsi,  onların  ekoloji  və 

energetika baxımından öyrənilməsi və bonitetləşdirilməsi işində H.Ə.Əliyev, 

M.E.Salayev, 

V.R.Volobuyev, 

C.M.Hüseynov, 

K.Ə.Ələk- 

bərov, 


R.Q.Hüseynov,  İ.S.İskəndərov,  Q.Ş.Məmmədov,  M.İ.Cəfərov,  R.M. 

Məmmədov,  M.P.Babayev,  Z.R.Mövsümov,  P.B.Zamanov,  Ş.G.  Həsənov, 

B.Q.Şəkuri,  A.P.Gərayzadə,  F.H.Axundov,  Ə.R.Əhmədov,  4'.Ə.Əliyev, 

N.M.İsmayılov,  Q.Z.Əzizov,  V.H.  Həsənov,  Q.Ş.Yaqubov  və  başqalarının 

xidmətləri olmuşdur. 

Azərbaycanda  torpaqların  bonitirovkasınm  inkişafını  üç  mərhələyə 

bölmək mümkündür: 

18 



I

 

morholo  1965-ci  ib  qodərki  dövr  olub,  akademik  V.R.Volobuyevin 

(1961. 1963) tək-tak işbri nozora alınmasa, torpaqların bonilirovkasına dair iri 

həcmli tədqiqat işbri demək olar ki, aparılmamışdır (R.Q.Məmmədov, 1962; 

V.R.Volobiıyev, M.H.Salayev. Y.İ.Kostyuçenko, 1967 vəs.). 

II

 

mərhələ  (1966-1975)  bu  dövrdə  bir  sıra  tədqiqat  işləri 

(Y.İ.Kostyuçenko,  1966;  M.P.Babayev,  1967;  R.Ə.Əliyeva,  1971; 

Ş.G.Həsənov, 1972; Q.F.Əliyev, 1973; Q.Ş.Yaqubov, 1975) aparılmış və ilk 

nəticələr  əldə  edilmişdir.  Bu  dövrdə  torpaqların  bonitirovkası  sahəsində  ilk 

dissertasiya  işi  Yj.Kostyuçenkoya  (1966)  məxsus  olmuşdur.  Müəllif 

tərəfindən  ilk  dəfə  olaraq  Arazboyu  ərazinin  dağ-şabalıdı  və  boz-qəhvəyi 

torpaqlarında münbitlik amillərinin taxıl bitkilərinin məhsuldarlığına təsiri və 

onların korrelyativ əlaqəsi tədqiq edilmişdir. 

Özünün  dissertasiya  işində  M.P.Babayev  (1967)  Qarabağ  düzü 

torpaqlarının  genetik xüsusiyyətləri ilə  yanaşı,  onların  keyfiyyət  səciyyəsini 

vermişdir, fədqiqatçı Ağdam rayonu torpaqlarının aqrbistehsal qruplaşmasını 

aparmış, onların bonitet şkalasını və torpaqlarının bonitet kartoqramını tərtib 

etmişdir. 

İlk dəfə R.H.Məmmədov (1969, 1981) tərəfindən torpaqların aqrofı- ziki 

xassələrinə  görə  qiymətləndirilməsinin  vahid  metodikası  təklif  olunmuşdur. 

O, çoxsaylı riyazi hesablamalar nəticəsində torpağın kimyəvi, fiziki xassələri 

ib  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığı  arasında  qarşılıqlı  əlaqənin 

olduğunu müəyyən etmişdir. 

Azərbaycanın  cənub-qərb  bölgəsi  torpaqlarının  bonitirovkasmm  əsas 

prinsipləri Ş.G.Həsənov (1972) tərəfindən işlənmişdir. 

Yem  sahələrinin  qiymətləndirilməsi  ilk  dəfə  Q.Ş.Yaqubov  (1975) 

tərəfindən  şimal-qərbi  Qobustanın  qış  otlaqlarında  aparılmışdır;  nəticədə 

rayonun  bütövlükdə  və  Şamaxı  rayonunun  kolxozlarının  otlaq  sahələrinin 

torpaqları qiymətləndirilmişdir. 

III

 

mərhələ torpaqların bonitirovkasında müasir mərhələ olub, təd 

qiqatlarda  yeni  istiqamətləri  özündə  birləşdirir.  Bu  mərhələdə  dissertasiya 

işləri  (Q.Ş.Məmmədov,  1978,  A.H.Vəliyev,  1981;  F.L.Piriyeva,  1984; 

S.M.Hüseynov,  1985;  Ə.Ə.Mikayılov,  1986;  S.Z.Məmmədova,  1989; 

F.D.Ayvazov,  1989;  H.M.Hacıyev,  1990;  M.M.Əsgərova,  1990; 

K.Ş.Allahverdiyev,  1990;  S.R.Tağıyev,  1991)  yazılmış,  bir  sıra  tədqiqatlar 

aparılmış  və  elmi  əsərlər  nəşr  etdirilmişdir  (Q.Ş.Məmmədov,  1976-  1984; 

Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 1978; Q.Ş.Məmmədov, S.D.Yaqubova, 1979; 

N.K.Mikayılov, Q.Ş.Məmmədov, 1978; A.H.Vəliyev, 1979, 

1981; 

N.K.Mikaylov, Q.Ş.Məmmədov, A.H. Vəliyev, 1979; 



S.M.Hüseynov, 1984 və b.). 

İlk  dəfə  Q.Ş.Məmmədov  (1976)  tərəfindən  torpaqların  bonitirovkası 

zamanı bioiqlim potensialının (BİP) zəruriliyi və əhəmiyyəti göstərilmiş 

19 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə