Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə4/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   2   3   4   5   6   7   8   9   ...   216

ilə, yəni mühitlə qarşılıqlı əlaqəsi kimi izah etmək olar. 

1859-cu  ildə  Ç.Darvinin  «Təbii  seçmə  yolu  ilə  növün  mənşəyi  və  ya 

həyat uğrunda mübarizədə yararlı cinslərin saxlanması» kitabı çıxır. Ç.Darvin 

göstərirdi  ki,  təbiətdə  «yaşayış  (həyat)  uğrunda  mübarizə»  təbii  seçməyə 

gətirib çıxarır, yəni bu mübarizə təkamülün hərəkətdə olan faktorudur. 

Ekologiya termini birdə-birə yaranmayıb və o, yalnız XIX əsrin sonunda 

ümumi təsdiqini aldı. XIX əsrin ikinci yarısında ekologiyanın əsas məzmunu 

əsasən heyvan və bitkilərin həyat tərzinin, onların iqlim şəraitinə (temperatur, 

işıq rejimi, rütubətlilik və s.) adaptasiyanın öyrənilməsi idi. Bu sahədə bir sıra 

mühüm  ümumi  nəticələr  çıxarıldı.  A.Qumboltun  «fızionomik»  istiqamətini 

davam  etdirərək  Danimarka  botaniki  A.N.Beketov  (1825-1902)  bitkilərin 

coğrafi  yayılması  ilə,  onların  anatomik  və  morfoloji  quruluşlarının 

xüsusiyyətləri  arasındakı  əlaqəni  aşkar  etdi  və  ekologiyada  fizioloji 

tədqiqatların  əhəmiyyətini  göstərdi.  A.F.Middendorf  Arktika  heyvanlarının 

quruluşunun  ümumi  xüsusiyyətlərini  və  həyatını  öyrənərək  Qumboltun 

təlimini  zooloji  obyektdə  öyrənilməsinin  əsasını  qoydu.  D.Allen  (1877) 

Şimali  Amerika  məməli  heyvanlarının  və  quşların  iqlimin  coğrafi 

dəyişilməsilə əlaqədar bədənlərinin və hissələrinin proporsiyasmı (nisbətini) 

və rənginin dəyişməsi üzrə bir sıra ümumi qanunauyğunluqları aşkar etdi. 

Alman  bioloqu-təkamülçü  Ernst  Hekkel  (1834-1919)  ilk  dəfə  olaraq 

ekologiya elmini biologiyanın müstəqil və mühüm sahəsi kimi ayıraraq ona 

ekologiya adını verdi (1866). Özünün «Orqanizmlərin ümumi morfologiyası» 

kapital əsərində o yazırdı; Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid 

olan biliklərin cəmi kimi başa düşürük: ekologiya heyvanların onu əhatə edən 

mühitlə  (həm  üzvi,  həm  də  qeyri-üzvi)  qarşılıqlı  əlaqələrinin  bütün 

məcmusunu, hər şeydən əvvəl təmasda olduğu heyvan və bitkilərlə bilavasitə 

və ya dostluq və ya düşmənçilik əlaqələrini öyrənir. Bir sözlə, ekologiya bütün 

mürəkkəb qarşılıqlı əlaqələri öyrənir, bu əlaqələri Darvin «yaşamaq uğrunda 

mübarizə»ni törədən şərait adlandırmışdı. 

Dokuçayevin  tədqiqatları  Q.F.Morozov  tərəfindən  davam  etdirilərək 

«Meşə  haqqında  təlim»  əsərində  meşənin  ekologiyasının  əsasını  qoydu. 

Sonralar Q.N.Vısotskinin işləri meşənin ekologiyası elmini zənginləşdirdi. 

XX  əsrin  əvvəllərində  hidrobioloqlar,  fıtosenoloqlar,  botaniklər  və 

zooloqların  ekoloji  məktəbləri  formalaşır,  onların  hər  birində  ekoloji  elmin 

müəyyən tərəfləri inkişaf etməyə başladı. Brüsseldə III Botanika konfransında 

(1910) bitki ekologiyası rəsmi olaraq fərdlərin ekologiyasına (autekologiya) 

və qruplaşmaların ekologiyasına (sinekologiya) parçalandı. 

10 



Ik'b bölgü heyvan ekologiyası və ümumi ekologiyaya da aid edildi. 

Müstoqil  bir  elm  kimi  ekologiya  1920-ci  illərin  əvvəlində  qəti  İbrma- 

laşdı.  Bu  dövrdə  Amerika  alimi  Ç.Adams  (1913)  ilk  ekoloji  məlumatı  ~ 

heyvanların  ekologiyasının  öyrənilməsinə  dair  dərslik,  V.Şelvordıın  yerüstü 

heyvanların qruplaşmaları (1913), S.A./ernovun hidrobiologiya (1913) üzrə və 

digər  alimlərin  (Ç.Elton,  1927;  R.Qessa,  1924;  K.Raunkor,  1929)  ekoloji 

məlumatları  meydana  gəldi.  1913-1920-ci  illərdə  ekoloji  elmi  cəmiyyətlər 

təşkil  olundu,  ekologiyaya  dair  məcmuələrin  əsası  qoyuldu,  universitetlərdə 

ekologiya  fənni  tədris  olunmağa  başladı.  Görkəmli  rus  alimi  V.İ,Vernadski 

biosfer haqqında fundamental təlim yaratdı. 1926-cı ildə onun «Biosfer» adlı 

kitabı  çap  olunur,  orada  ilk  olaraq  canlı  orqanizmlərin  bütün  növlərinin 

məcmusunun - «canlı maddələrin» planetar rolu göstərilir. 

Rusiyada 

populyasiya 

ekologiyasının  inkişafına  S.A.Sevcrsov, 

S.S.Şvars, N.P.Naumov, Q.A.Viktorov böyük yenilik gətirdi. Onların əsərləri 

bu elm sahəsinin müasir vəziyyətini müəyyənləşdirir. 

Bitkilərdə  populyasiyanın  tədqiqinin  başlanğıcını  L.N.Sinski  (1948) 

qoydu,  o,  növlərin  ekoloji  və  coğrafi  polimorfizminə  aydınlıq  gətirdi. 

Bitkilərin populyasiya ekologiyası haqqında bir sıra məsələlər r.A.Rabotnov 

A.A.Uranov və onların davamçıları tərəfindən işlənib hazırlanmışdır. 

Populyasiya  qanunauyğunluğunun  öyrənilməsi  növün  biosenozda 

rolunun, qruplaşmanın struktur təşkilinin dərk edilməsinə kömək etdi. Ekoloji 

və  təkamül  məsələlərini  sıx  əlaqələndirən  səmərəli  «ekoloji  sığınacaq» 

(«ekoloji nişa») konsepsiyası yarandı. Onun hazırlanmasında qərb alimlərinin 

(C.Qrinnel, Ç.T.Elton, R.Makartur, D.Xalçinson və 

Q.F.Qauzenin) mühüm xidmətləri az olmamışdır. 

Heyvanların  morfoloji  və  təkamül  ekologiyasının  inkişafında 

M.S.Qilyarovun  (1949)  böyük  xidməti  olmuşdur,  onun  fikrincə,  buğu- 

müyaqlıların qurunu zəbt etməsində torpaq keçid mühit olmuşdur. 

İ.S.Serebryakov  tərəfindən  çiçəkli  bitkilərin  həyati  formalarının  yeni 

dərin  təsnifatı  yaradılmışdır.  Paleoekologiya  elmi  meydana  gəldi,  onun 

vəzifəsi  məhv  olmuş  formaların  həyat  tərzi  əksinin  (şəklinin)  bərpa 

edilməsidir. 

1930-40-cı illərdə ekologiyada təbii ekosistemlərin tədqiqində prinsipcə 

yeni  yanaşma  əmələ  gəldi.  1935-ci  ildə  ingilis  alimi  A.Tensli  ekosistem 

anlayışını  irəli  sürdü,  1942-ci  ildə  V.N.Sukaçov  biogeosenoz  anlayışını 

əsaslandırdı. 

1930-cu  illərdə  çoxşaxəli  tədqiqatlar  və  müzakirələrdən  sonra  biose- 

nologiya sahəsində əsas nəzəri məlumatlar (biosenozların sərhədi və strukturu, 

sabitlik dərəcəsi, bu sistemin özünütənzimləməsi mümkün- 

11 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə