Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə14/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   10   11   12   13   14   15   16   17   ...   216

turun  sutkalıq  forqi  25-38^,  mövsümi  fərqi  isə  60‘^C-dən  yuxarı  ola  bilər. 

Avropa  kontinentinin  şimali-şərqində  aşağı  orta  illik  temperatur  fonunda 

temperaturun  mövsümi  dəyişmə  amplitudu  100‘>-yə  qədər  təşkil  edir. 

Dağlarda  temperaturun  şaquli  qradiyenti,  temperatur  rejiminin  yamacların 

cəhətindən, parçalanma dərəcəsindən asılılığı yaxşı təzahür olunur. 

Torpaqda temperatur şəraiti daha çox «hamar» (zəiQ gedir. Əgər torpağın 

səthində  temperaturun  dəyişməsi  hava  temperaturunun  dinamikasını  əks 

etdirirsə, dərinliyə getdikcə mövsümi və digər temperatur tərəddüdü azalır və 

temperatur rejimi canlı orqanizmlər üçün stabil əlverişli olur. 

Qeyd edildiyi kimi istənilən növ üçün tolerantlıq hüdudu maksimum və 

minimum letal (öldürücü, məhvedici) temperatur hesab olunur, bu hüduddan 

kənarda növ istidən və  ya soyuqdan ölümcül zədə alır. Bəzi nadir istisnalar 

nəzərə  alınmasa,  bütün  canlılar  0  və  50^C  temperaturu  arasında  yaşamağa 

qadirdir, bu hal hüceyrə protoplazmasmm xassələri ilə bağlıdır. 

«Optimal interval»da orqanizmlər özlərini rahat hiss edir, fəal çoxalır və 

populyasiyanm  sayı  artır.  Həyatın  temperatur  hüdudlarının  «aşağı  həyat 

fəaliyyəti»  kənar  sahələrində  orqanizmlər  özünü  sıxılmış  hiss  edir.  Sonrakı 

soyumada -  «dözümlülüyün aşağı sərhədi» hüdudunda və ya istilyin «yuxan 

dözümlülük sərhədi» hüdudunda orqanizmlər «ölüm zo- nası»na daxil olaraq 

məhv  olur.  Bu  misalla  bioloji  davamlılığın  ümumi  qanunu  izah  olunur 

(M.Lammottuya  görə).  Bunu  istənilən  mühüm  li-  mitləşdirici  faktora  aid 

etmək olar. «Optimal interval»m ölçüsü orqanizmin dözümlülük (davamlılıq) 

«ölçüsü»nü,  yəni  onun  faktora  qarşı  tolerantlıq  ölçüsünü  və  ya  «ekoloji 

valentliyi» səciyyələndirir. 

Heyvanların  temperatura  görə  adaptasiya  olunma  prosesləri  «Poy- 

kiloterm»  və  «qomoyoterm»  heyvanların  təşəkkül  tapmasına  səbəb 

olmuşdur.  Heyvanların  əksəriyyəti  poykiloterm,  yəni  onların  bədənlərinin 

temperaturu  ətraf  mühitin  temperaturunun  dəyişməsi  ilə  dəyişilir.  Bura 

suda-qurada yaşayanlar, sürünənlər, həşəratlar və s. daxildir. Heyvanların az 

hissəsi  qomoyoterm  və  ya  bədənin  temperaturu  xarici  mühitin 

temperaturundan  asılı  olmayaraq  dəyişmir.  Bura  məməlilər  (o  cümlədən 

insan)  və  quşlar  aiddir.  Məməlilərin  bədəninin  temperaturu  36-37^,  quş- 

larmkı isə 4(FC olur. 

Sıfır dərəcədən aşağı  temperaturda  yalnız qomoyoterm  heyvanlar  aktiv 

həyat sürə bilir. Poykilotermlər sıfır dərəcədən aşağı temperatura dözsə də bu 

zaman onlar hərəkətini dayandırır. 

Bitkilərin həyatında da temperatur mühüm rol oynayır. Temperatur KFC 

yüksəldikdə fotosintez prosesinin intensivliyi iki dəfə artır, bu +30- 

31 



35‘C-yə  qədər  müşahidə  olunur,  lakin  temperaturun  sonrakı  yüksəlməsi 

nəticəsində fotosintezin  intensivliyi  aşağı  düşür, +40-45^C-də isə bu proses 

dayanır. 

Ayrı-ayrı  coğrafi  zonaların  bitkiləri  temperatura  müxtəlif  cür  tələbat 

göstərir.  Məlum  olduğu  kimi  tropik  meşələrin  bitkiləri  +5,  +8®C 

temperaturda zədələnir. Uzaq Şərq və Sibir meşələrində bitən qaraşam cinsi 

isə -70‘^ şaxtalara davam gətirir. 

Bitkiləri istiliyin kənar defısitliyi şəraitinə adaptasiya olunmasına görə üç 

qrupa bölmək olar: 

1.

 

Soyuğadavamlı olmayan bitkilər - suyun donma temperaturu şəraitində 

güclü  zədələnir  və  məhv  olur.  Bura  «yağışlı»  meşələrin  bitkiləri  və  isti 

dənizlərin yosunları daxildir. 



2.

 

Şaxtaya  davamsız  bitkilər  -  aşağı  temperatura  dözür,  lakin 

toxumalarında  buz  əmələ  gəldiyi  vaxt  məhv  olur.  İlin  soyuq  dövrü 

başlandıqda  onlarda  toxuma  şirələrində  və  sitoplazmada  osmotik  aktiv 

maddələrin  qatılığı  artır,  bu  isə  donma  nəticəsini  -5-7^’C  aşağı  salır. 

Hüceyrələrdə  su  donma  nöqtəsindən  aşağıda  soyuya  bilər,  hədsiz  soyuma 

vəziyyəti  bir  neçə  saat  davam  edə  bilir.  Bura  bəzi  həmişəyaşıl  subtropik 

bitkilər  aiddir.  Vegetasiya  dövründə  bitkinin  yarpaqlı  budaqları  şaxtaya 

davam gətirmir. 

3.

 

Buzadavamlı və ya şaxtaya davamlı bitkilər qışı soyuq keçən mövsümi 

iqlimli  vilayətlərdə  bitir.  Güclü  şaxtalar  zamanı  ağac  və  kolların  yerüstü 

orqanları donur, bununla belə həyat fəaliyyətini saxlaya bilir. 

Yüksək  temperatura  adaptasiya  olunma  dərəcəsinə  görə  orqanizmləri 

aşağıdakı qruplara bölmək olar: 



1.

 

İstiyə davamsız növlər - +30...+40Mə zədələnir: eukariotik yosunlar, 

su çiçəkli bitkiləri, yerüstü mezofıtlər. 

2.

 

İstiyə  dözümlü  eukariotlar  -  güclü  insolyasiya  olan  quru  yerlərin 

(bozqır, səhra, savanna, quru subtropika və s.) bitkləri. +50...+60^C qızmaya 

yarım saat dözə bilir. 



3.

 

İstiyə  dözümlü  prokariotlar  -  termofil  bakteriyalar  və  göy-yaşıl 

yosunların bəzi növləri bura aiddir, onlar isti su mənbələrində +85, +90‘C-yə 

dözür. 


Bəzi  bitkilər  müntəzəm  olaraq  yanğınların  təsirini  sınaqdan  keçirərək 

qısa müddət ərzində temperatur lOO^C-yə çatsa da, məhv olmurlar. Yanğınlar 

xüsusilə savanna, quru, sərtyarpaq meşələrdə və kolluqlarda baş verir. Orada 

yanğına  davam  gətirən  bitkilər  qrupu  -  pirofitlər  bitir.  Savannalarm 

ağaclarının gövdələrində odadözümlü maddələrlə hopmuş qalın qabıq daxili 

toxumaları  yanğının  təsirindən  etibarlı  qoruyur.  Piro-  fitlərin  meyvə  və 

toxumları  qalın,  çox  vaxt  ağaclaşmış  örtüyə  malik  olur,  odun  (alovun) 

təsirindən çatlayır. Uzaq Şərq və Sibir meşələrində 



32 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə