Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə9/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   5   6   7   8   9   10   11   12   ...   216

dir. Torpaq bonitelinln bioloji məhsuldarlığı və otlaq sahələrinin müqayisəli 

dəyərlilik  əmsalı  müəyyən  olunmuşdur.  'Forpağm  yuyulma,  şorlaşma, 

mədəniləşmə, hidromorfızm və qranulomelrik tərkibinə görə təs- hih əmsalları 

sistemi  təklif  olunmuşdur.  İlk  dəfə  hər  fitosenozun  potensial  imkanını 

müəyyən edən  yem vahidi və təbii otlaq sahələrinin balla qiymətləndirilmiş 

torpaq istifadəçilərinin xəritələri tərtib edilmişdir (Məmmədov, 1998). 

1945-ci ildən başlayaraq torpaq eroziyaSı üzrə tədqiqat işləri Azərbaycan 

SSR  EA  Torpaqşünaslıq  və  Aqrokimya  İnstitutunda  müntəzəm  olaraq 

aparılmışdır. 

1950-ci 


ildə 

Torpaq-Eroziya 

Stansiyası 

yaradılır. 

K.Ə.Ələkbərovun, sonralar isə X.M.Mustafayevin başçılığı ilə respublikanın 

regionlarında,  ayrı-ayrı  çay  hövzələrində  torpaq  eroziyasının  coğrafi 

yayılması, 

müxtəlif 

dərəcədə 

eroziyaya 

uğramış 

sahələrin 

müəyyənləşdirilməsi  həyata  keçirilir.  Bu  istiqamətdə  marşrut,  stasionar  və 

yarımstasionar  şəraitdə  aparılan  tədqiqatların  nəticəsində  ayrı-ayrı  rayonlar 

üzrə  torpaq-eroziya  xəritələri  tərtib  edilir,  eroziyaya  uğramış  torpaqların 

münbitliyini artırmaq və eroziyaya qarşı mübarizə tədbirlərinin elmi əsasları 

hazırlanır. Bu iş böyük erozionist ordusu tərəfindən yerinə yetirilir. Onlardan 

X.M.Mustafayev, A.l.İzyumov, Q.Q. Həsənov, Q.S.Rəhimov, X.Q.Seyidova, 

Ə.A.İbrahimov, M.Y.Xəlilov, 

N.Ə.Əsədov,  B.K.Şakuri,  Ş.Q.Hüseynov,  S.M.  Nurullayev,  Ş.A.Ağayev, 

Q.A.Qiyasi və bir sıra başqalarını göstərmək olar. 

Eroziya ilə bağlı sel hadisələri erozionistlərlə (Mustafayev X., Ələkbərov 

K.)  yanaşı,  respublikamızda  əsasən  Coğrafiya  İnstitutunun  tədqiqatçıları 

(S.H.Rüstəmov, B.Ə.Budaqov, İ.E.Mərdanov, B.T.Nəzirova, Əyyubov A.C., 

Quluzadə V.A., Babaxanov N.A., Nəbiyev X.L., Məmmədov D.X. və b.) və 

digər təşkilatlar (İbadzadə Y., Leontyev L.N., Roşin N.İ., Sitkovski N.İ. və b.) 

tərəfindən  öyrənilmişdir.  Bu  tədqiqatçılar  öz  əsərlərində  respublikamızın 

ayrı-ayrı  regionlarında  və  çay  hövzələrində  sel  hadisələrinin  yaranma 

səbəbləri, onun iqtisadi nəticələri və sellərə qarşı mübarizə tədbirləri haqqında 

geniş məlumatlar verir. 

Respublikamızda  təbii  fəlakətlərin,  o  cümlədən,  sellərin  və  daşqınların 

tədqiqi  tarixi,  iqtisadi  və  sosial-coğrafi  öyrənilməsi  N.A.Babaxanov  və 

N.Ə.Paşayevin  «Təbii  fəlakətlərin  iqtisadi  və  sosial-coğarfi  öyrənilməsi» 

əsərində (2004) ətraflı şərh olunmuşdur. 



Flora və bitki örtüyü sahəsi 

Azərbaycanda  flora  və  bitki  örtüyünün  öyrənilməsi  o  qədər  də  qədim 

tarixə malik deyildir. 

İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. 

Ayrı-ayrı  təbiətşünaslar  Qafqazın  çətin  relyef  şəraitində  yerləşən  və  hələ 

öyrənilməyən zəngin təbiətinə səyahət etmişlər. XVIII əsrdə 



20 


VD  XIX  osrin  Dvvollorindo  lobiotşünaslar  bitki  örtüyü  ilə  yanaşı,  təbiət 

elminin  digər  sahələrini-geologiyanı,  mineralogiyanı,  xüsusilə  zoologiyam 

öyrənməyə başlamışlar. 

XVIII


 

əsrin sonunda Küldcnştatd və Pallas Qafqaz regionu üzrə zəngin 

lloristik material toplamışlar. X.X.Steven Qafqazın, o cümlədən Azərbaycanın 

bir  sıra  meşəli  regionlarında  olmuşdur.Qafqaz  bitkiləri,  o  cümlədən  meşə 

florası nüsxələrinin zəngin kolleksiyası imperator Botanika bağının direktoru 

K.A.Meyer (1829-1830), Talış florası  üzrə isə b'.Qoqenager (1834-1835)  və 

E.K.Eyxvald (1820) tərəfindən toplanmışdır. 

XIX


 

əsrin ortalarında o dövrün məşhur dendroloqu Kari Kox Qafqazda 

böyük  botaniki  tədqiqatlar  aparmışdır.  1880-ci  ildə  o,  Qafqazın  bitki 

örtüyünün xəritəsini tərtib etmişdir. 

xıx əsrin sonlarında lloristik tədqiqatlar və bitki növlərinin siste- matikası 

və  coğrafiyasının  öyrənilməsilə  yanaşı,  Qafqaz  rayonlarının  bitki  örtüyünü 

səciyyələndirən dəqiq bitki təsvirləri yerinə yetirilmişdir. Bu baxımdan olan 

işlərdən  görkəmli  alimlərdən  Q.İ.Radde,  Y.S.Med-  vedyev,  M.N.Smirnov, 

Y.A.Voronov,  F.P.  Keppen,  V.N.Lipski,  N.İ.  Kuznetsov,  A.Voronin, 

D.İ.Sosnovski və A.A.Qrossheymin işlərini qeyd etmək olar. 

Azərbaycanın  bitki  örtüyünün  öyrənilməsi  və  botanika  elminin 

inkişafında  akademik  A.A.Qrossheymin  xüsusi  rolu  olmuşdur  (1888-1946). 

1924-1947-ci  illərdə  Azərbaycanda  bütün  botanika  tədqiqatları  əslində 

A.A.Qrossheymin adı ilə bağlıdır. Bu dövr ərzində botanika tədqiqatları onun 

rəhbərliyi altında, bilavasitə onun və ya onun şagirdlərinin iştirakı ilə yerinə 

yetirilmişdir. 

Azərbaycanda  bitki  örtüyünün  və  floranın  öyrənilməsində  xalq  torpaq 

komissarlığının  təşkil  etdiyi  qış  və  yay  otlaqlarının  geobotaniki  tədqiqatları 

böyük  rol  oynamışdır.  Bu  tədqiqatlara  A.A.Qrossheym  başçılıq  etmişdir. 

Tədqiqatların  əsas  məqsədi  respublikada  otlaq  təsərrüfatının  nizamlanması 

olmuşdur.  Qış  otlaqlarını  öyrənərkən  A.A.Ko-  lakovski  (1933),  L.İ.Prilipko 

(1939, 1948, 1950), M.İ.Saxokia (1931), həm də Kürqırağı və Arazətrafı tuqay 

meşələrini, düzən palıd meşələrini və seyrək saqqız meşələrini tədqiq etmişlər. 

Qış otlaqları ilə məşğul olan tədqiqat dəstəsi (Axverdov, Yaroşenko) subalp 

çəmənlərinə bitişik meşənin yuxarı sərhədini də öyrənmişlər. 

Qış və yay otlaqlarının tədqiqatlarının nəticələri Azərbaycan xalq torpaq 

komissarlığı tərəfindən buraxılmış 32 əsərlər silsiləsində çap edilmişdir. 

1936-cı  ildə  A.A.Qrossheymin  «Qafqaz  florasının  təhlili»  adlı  kapital 

monoqrafiyası nəşr olunur. 

21 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə