Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə197/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   193   194   195   196   197   198   199   200   ...   216

Eroziya prosesinin inkişafı zamanı səth suları torpağın yuyulmasına, qida 

elementlərinin  itirilməsi  və  ətraf  mühitin  çirklənməsinə  səbəb  olur. 

Yamaclarda  səth  və  torpaqdaxili  sular,  həmçinin  səthdən  torpağın 

yuyulmasının  öyrənilməsinin  əsas  metodu,  ərinti  və  yağış  sularının 

toplanmasım  təmin  edən  xüsusi  təchiz  olunmuş  axım  meydançalarında 

kompleks çöl müşahidələri hesab olunur. 

20.3.

 

AQROEKOSİSTEMİN EKOLOJİ-TOKSİKOLOJİ 



QİYMƏTLƏNDİRİLMƏSİ 

Aqroekoloji  monitorinq  sistemində  tədqiqat  aparılan  obyektlərin 

kompleks  ekoloji-toksikoloji  qiymətləndirilməsi  mühüm  baza  elementi 

sayılır.  Əkinçiliyin  kimyalaşdırılması  və  iqtisadi  məqsəd  ekoloji 

təhlükəsizliyin  tələbləri  ilə  həmişə  uyğun  gəlmir.  Əkinçiliyin  inkişafının 

hazırkı  mərhələsində  ekoloji  təhlükəsizliyə  yalnız  lazımi  ekoloji 

məhdudlaşdırma nəzərə alınaraq, kimyəvi vasitələrin optimal dozasını tətbiq 

te- məklə nail olmaq mümkündür. 

Aqroekosistemin  ekoloji-toksikoloji  qiymətləndirilməsi  üçün  göstərici 

toplusunun  təyin  edilməsi  müstəqil  metodiki  vəzifələrdən  ibarət  olub  onun 

həlli üçün aşağıdakıların nəzərə alınması məqəsəuyğundur: 

 



regionun torpaq-iqlim səciyyəsi

 



daha ehtimal olunan (çoxillik məlumatlar əsasında) meteoroloji şərait; 

 



yaxınlıqda yerləşən sənaye tullantıları ilə aqroekosistemin çirklənməsi 

ehtimalı; toksiki tullantıların tərkibi və həcmi (külək gülü (külək tacı) mütləq 

nəzərə alınmaqla); 

 



torpağın becərilməsi və kimyəvi vasitələrin istifadəsində tətbiq edilən 

texnologiya (gübrələr, bitki mühafizəsi vasitələri, kimyəvi melio- rantlar); 

 

aşağıdakı göstəricilərin ilkin kimyəvi analizləri əsas şərt hesab olunur: 



su, torpaq, bitki, o cümlədən biogen elementlər: Cl, F, Se, B, Br, As, NO'

3

, NO 


2

;  ağır  metallar:  Be,  Mn,  Zn,  Pb,  Cd,  Cr,  Co,  Mo,  Ni,  Hg,  V,  Sn;  bitki 

mühafizə  vasitələrinin  qalıqları;  mütləq  -  DDT  (DDE),  benz(a)piren, 

dioksinlər.  Bu  zaman  texnoloji  xəritələr  və  arxiv  materiallarından  istifadə 

edilməsi məqəsədəuyğundıır. 

Bir  sıra  regionlarda  ekoloji-toksikoloji  qiymətləndirmə  aparmaq  üçün 

göstəricilər  təyin  edildikdə  torpaq,  su  (o  cümlədən  qrunt  suları)  və  bitki 

nümunələrinin  qamma-spektrometriya  və  radiometriyası  mütləq  tələbat 

sayılır.  Göstəricilər  instrumental  təhlillər  alman  nəticələrin  müqayisəsi  və 

soraq  məlumatları  əsasında  araşdırılıb  seçilir  və  aşağıda  göstərilən  qruplara 

ayrılır: 

377 



aparılması  nəticəsində  kompleks  torpaq  konturlarının  komponent  tərkibi 

dəyişir. Monitorinq prosesində bu hala ciddi diqqət yetirmək lazımdır. 

Torpağın  vəziyyətinin  və  onun  aqrokimyəvi  xassələrinin  dəyişməsinə 

obyektiv qiymət vermək üçün torpaq tədqiqatları dövri olaraq hər 

10..

 

.  15  ildə  bir  dəfə,  aqrokimyəvi  tədqiqatlar  isə  hər  5  ildən  bir 



aparılmalıdır.  Belə  təkrar  işləri  yerinə  yetirilməklə  torpaqda  və  torpaq 

örtüyündə təbii və antropogen dəyişiklikləri müəyyən etmək olar. 

Təkrar  torpaq-kartoqrafık  tədqiqat  işləri  aerokosmik  məlumatların 

qiymətini  artırır,  bu  zaman  aeroşəkillərin  deşifrləşdirilməsi  çöl  işlərindən 

əvvəl aparılmalıdır. 

Monitorinq  obyektinin  seçilməsi  torpağın  istifadə  xüsusiyyətlərini  və 

torpaq  örtüyünün  müxtəlif  texnogen  yüklərə  qarşı  davamlılıq  dərəcəsini 

nəzərə almaqla torpaq-coğrafi, geokimyəvi və təbii-təsərrüfat rayonlaşdırma 

əsasında yerinə yetirilməlidir. 

Monitorinq  obyektləri  bütün  əkinçilik  zonalarında  salınır.  Onlar  tipik 

təbii  və  kənd  təsərrüfatı  landşaftlarını  əks  etdirməli  və  intensiv  antropogen 

təzyiqə məruz qalan yerlərdə yerləşməlidir. 

Paralel  olaraq  təbii  landşaftları  təmsil  edən  «fon»  ərazilər  (sahələr) 

seçilir.  Son  40...50  il  ərzində  antropogen  yükə  məruz  qalmayan  və  ya  zəif 

məruz qalan sahələr və qoruqlar da fon ərazisi vəzifəsini görə bilər. 

Meliorasiya  olunmuş  torpaqlarda  suvarma  üsuluna,  drenaj  tipinə, 

suvarma  və  qurutma  sisteminin  fəaliyyət  müddətinə,  suvarma  və  drenaj 

sularının tərkibinə diqqət yetirmək lazımdır. 

Yamacın relyefi və cəhəti su resurslarının və maddələrin biogeo- kimyəvi 

axınına  böyük  təsir  göstərir.  Monitorinq  obyekti  seçildikdə  bu  da  nəzərə 

alınmalıdır. 

Əkinçiliyin intensivləşdirilməsi şəraitində, xüsusən torpağın becərilməsi 

(hazırlanması)  və  kənd  təsərrüfatı  bitkilərinin  səpin  qaydaları  pozulduqda 

aqroekosistemdən  biogen  elementlər  və  ətraf  mühiti  çirkləndi-  rən  kimyəvi 

vasitələrin qalıqlarının aparılması müşahidə olunur. 

Çirkləndirici  maddələrə,  həmçinin  kənd  təsərrüfatında  istifadə  olunan 

gübrələr,  tullantılar,  sənaye  tullantıları  və  çirkab  suların  çöküntülərinin 

tərkibindəki ağır metallar daxildir. Torpağın ağır metallarla çirklənməsi torpaq 

örtüyü üçün təhlükəli olub onun deqradasiyasına səbəb olur və münbitliyini 

azaldır. 

Çirkləndirici  maddələr  torpaq  səthindən  süzülüb  axan  su  ilə  aerasiya 

zonasından  qrunt  sularına  keçir.  Onlar  aerasiya  zonasında  toplanaraq  qrunt 

sularının təkrar çirklənməsi  üçün mənbə sayılır.  Çirklənmiş qrunt  suları,  öz 

növbəsində  yeraltı  suları  (içməli  suyun  mühüm  mənbəyi),  çayları  və  su 

hövzələrini çirkləndirir. 

376 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə