Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a


Şəkil 20.1. Torpağın (sahənin) monitorinqi və onun aparılma qaydası



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə199/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   195   196   197   198   199   200   201   202   ...   216

 

Şəkil 20.1. Torpağın (sahənin) monitorinqi və onun aparılma qaydası 

373 


onların  müvoqqəti  mokan  dəyişiklikləri;  torpağın  və  torpaq  örtüyünün 

vəziyyətinin ehtimal olunan dəyişikliklərinin proqnozu; torpağın münbitliyini 

və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını bilavasitə təyin edən onun əsas 

vasitələri və rejimlərinin nizamlanmasına yönəldilən elmə əsaslanan tədbirlər 

hazırlamaq. 

'forpağın və torpaq örtüyünün zaman və məkana görə vəziyyəti dedikdə, 

konkret zaman ərzində torpağın elementar arealı hüdudunda onun ölçülə bilən 

kompleks göstəricilərinin xassələri, tərkibi və münbitliyi başa düşülür. 

Monitorinq  ənənəvi  torpaq  və  aqrokimyəvi  tədqiqatlardan  ilk  növbədə 

kompleksliyi  və  fasiləsizliyi,  məqsəd  və  vəzifələrin  vəhdətliyi,  onu  yerinə 

yetirən mütəxəssislərin çoxprofilli olması, proqram və metodiki yanaşmanın 

uyğunluğu ilə fərqlənir. 

Monitorinq  bazasında  torpağın,  torpaq  rejiminin,  proseslərin  təbii 

torpaqəmələgətirən  faktorların  və  antropogen  yükün  təsiri  ilə  dəyişməsi 

haqqındakı məlumat torpaq münbitliyinin modelləşdirilməsi üçün əsas sayılır. 

Aqroekoloji monitorinqə proqnoz təşkili daxil olduğu üçün kcuııpleks landşaft 

müşahidələrini də nəzərə almaq lazımdır. 

Torpaq örtüyünün münbitliyi və vəziyyəti parametrləri ilə yanaşı, həm də 

torpaqəmələgətirən  faktorlar  və  torpaq  örtüyünün  dəyişilməsi  də  nəzərə 

alınmalıdır.  Belə  yanaşmaya  əsaslanmaq  onunla  izah  edilir  ki,  antropogen 

təzyiq  yalnız  biotaya  deyil,  həmçinin  qrunt  suyunun  səviyyəsinə  (QSS), 

su-duz rejiminə və balansına, elementlərin geokimyəvi miqrasiyasına, süxurun 

susızdırma  qabiliyyətinə,  hətta  relyefə  təsir  göstərir.  Torpaqekoloji 

monitorinqin  təşkili  və  aparılması  metodikası  həm  də,  torpaq  sahələrinin 

təsərrüfat istifadəsinin xüsusiyyətlərindən asılı olaraq müəyyənləşdirilir. 

Torpaq örtüyünün vəziyyəti monitorinqi - torpaqdan istifadəyə müntəzəm 

olaraq nəzarətin (torpağın təbii potensialının onun istehsalat təyinatına uyğun 

gəlməsi) aparılması; sahədə (tarlada) torpaq örtüyünün eyniliyi (kontur və ya 

«ləkə»  şəklində  mikrorelyefm  əmələ  gəlməsinə  və  s.);  eroziya  prosesi 

(yarğanların  sayının  artması,  səthin  deflyasiyası  və  s.);  sürüşmə  və  sel 

gətirmələri;  bataqlaşma,  duzlaşma,  səhralaşma  və  digər  neqativ  proseslərə 

nəzarət edilməsi. 

Torpaq örtüyünün vəziyyətinin idarə olunması aşağıdakı tədbirlərə cavab 

verməlidir:  ərazinin  səmərəli  təşkili;  torpaqdan  istifadənin  onun  təbii 

potensialına  uyğun  gəlməsi;  torpaq-meliorasiya,  aqrotexnika  və  eroziyaya 

qarşı mübarizə. 

Torpağın  pozulmasına  və  münbitliyinin  aşağı  düşməsinə  səbəb  olan 

neqativ  antropogen  təsirlərin  güclənməsi  torpaq-ekoloji  monitorinqin 

proqramına aşağıdakı vəzifələrin daxil edilməsini tələb edir: 

372 



dövrlərdəki  (1950-1953),  P.  M.  Novikov;  1953-1956,  R.  V.  Kovalyov)  və 

müasir  (1994-2004)  vəziyyət  öyrənilərək  təhlil  edilmişdir.  Lənkərançay 

hövzəsinin  təbii  şəraitinin  və  torpaq  örtüyünün  xüsusiyyətlərinin  təhlili 

əsasında hövzə daxilində üç ekoloji rayon ayrılmışdır. 

1.

 

Suayırıcı ekoloji rayon



2.

 

Tranzit ekoloji rayon; 



3.

 

Akkumiyativ ekoloji rayon. 



Hövzədə  bitkilərin  inkişafına  təsir  göstərən  əsas  münbitlik 

göstəricilərinin dəyişkənliyi ekoloji rayonlar üzrə aşağıdakı bloklar daxilində 

verilmişdir: 

1.

 



Aqroekoloji bloku 

2.

 



Aqrofızika bloku 

3.

 



Torpağın tərkibi xassələri bloku 

4.

 



Aqrokimyəvi xassələr bloku. 

Müxtəlif  dövrlərdə  torpaqların  əsas  münbitlik  göstəricilərinin 

müqayisəsi (təhlili) göstərdi ki, son 40-50 il ərzində hər üç ekoloji rayonda, 

bütün  ekoloji  bloklarda  torpağın  münbitlik  göstəriciləri  -  suya  davamlı 

aqreqatların (> 0,25 mm), fiziki gilin və humusun miqdarı azalmışdır. 

Lənkərançay  hövzəsində  hər  üç  ekoloji  rayonun  torpaqlarının  bonitet 

şkalası  tərtib  edilmiş  və  onların  ortaçəkili  bonitet  balı  müəyyən  edilmişdir. 

Lənkərançay hövzəsi torpaqlarının 1:100000  miqyasında bonitet kartoqramı 

tərtib olunmuşdur. 

Müxtəlif intensivli kimyəvi yükə məruz qalan tipik torpaq şəraitinə malik 

olan sahələrdə (tarlalarda) daimi sahələr (reper sahələr) ayrılır, orada sonralar 

ekoloji qiymətləndirmə aparmaq üçün əsas hesab edilən göstəricilərin geniş 

dəstinin dinamikası öyrənilir. 

Müşahidə  sahələri  (fon  sahələri)  həmçinin  antropogen  təzyiqə  məruz 

qalmayan  yaxınlıqda  yerləşən  torpaq  analoqlarında  (xam,  dincə  qoyulmuş, 

təbii  sahələr) təşkil olunur. Başdan-başa istehsalat  aqroekoloji  monitorinqin 

aparılmasının  ən  perspektiv  istiqaməti  -  məsafədən  aqrokosmik  çəkiliş 

(şəkilçəkmə) hesab olunur. 



20.2.

 

AQROEKOLOJİ MONİTORİNQİN 

KOMPONENTLƏRİ 

Aqroekosistemin əsas blok-komponentləri su, torpaq, bitki hesab olunur. 

Bu  obyektlərin  hər  birinin  monitorinqinin  aparılmasının  müəyyən 

xüsusiyyətləri vardır (şəkil 20.1). 

Torpaq-ekoloji monitorinq üç ardıcıl qarşılıqlı əlaqəli hissədən ibarətdir: 

torpağın və torpaq örtüyünün vəziyyətinə kontrol (nəzarət) və 



371 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə