Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə201/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   197   198   199   200   201   202   203   204   ...   216

baş verir. Xam torpağın şumlanması zamanı təbii biosenozlardakı si- çanşəkilli 

gəmiricilər  kütləvi  surətdə  məhv  edilir.  Dərin  şumlama  onların  yuvalarını 

dağıdır, yem bazasını yox edir. Gəmiricilərin çoxu bilavasitə kotanın altında 

məhv olur, sağ qalanları isə yuvalarından və yemdən məhrum olub əlverişsiz 

temperatur  şəraitində  acından  ölürlər.  Az  sayda  sağ  qalan  gəmiricilərin  bir 

hissəsi  şumun  kənarına,  yol  qırağına  və  ya  otlaq  sahəsinə  çataraq  orada 

məskunlaşır. 

Torpağın'  dövri  olaraq  şumlanmasının  yoluxucu  xəstəliklərin  təbii 

mənbələrinə  təsiri  həmçinin  torpaqda  istənilən  mərhələdə  və  inkişafda  olan 

gənələrin  də  məhv  edilməsi  ilə  əlaqədardır.  Bu,  yalnız  tamamilə  mexaniki 

səbəblərlə  deyil,  həm  də  şum  aparılan  sahələrdə  mikroiqlimin  kəskin 

dəyişməsi -temperaturun aşağı düşməsi, rütubətliyin artması, yaz şaxtaları və 

ayazlarla aydınlaşdırılır. Şum sahələrində gənələrə çox nadir hallarda təsadüf 

etmək olar. 

Şumlama  dayandırıldıqda  (əkin  dövriyyəsindən  çıxarılan  sahələr,  dincə 

qoyulan və ya çoxillik otlar səpini aparılan) gəmiricilərin məskunlaşması və 

sayı  bərpa  olunur.  Belə  yerlərdə  ətraf  şum  aparılmayan  sahələrdən 

gəmiricilərin təkrar məskunlaşması böyük rol oynayır. 

Beləliklə,  yalnız  geniş  massivlərdə  şumlama  apararaq  torpağın  üst 

horizontlarmı  sistematik  olaraq  dağıtmaqla  gəmiriciləri  stabil  olaraq  məhv 

etmək  və  ərazini  sağlamlaşdırmaq  mümkündür.  Gəmiricilərin  məhv 

edilməsində  əkinçilik  mədəniyyətinin  yüksək  səviyyədə  aparılması  da 

həlledici rol oynayır. 

25.2.

 

MEŞƏDƏN İSTİFADƏ VƏ İNSAN SAĞLAMLIĞI 

Əkinçiliyin  keçmiş  inkişaf  tarixi  meşələrin  məhv  edilməsi  tarixi  ilə 

bağlıdır.  Paleocooğrafların  məlumatına  görə  900-cu  ildə  Qərbi  Avropanın 

70%-i meşə ilə örtülü olmuşdur, hazırda isə bu rəqəm 25%-dir. Yer kürəsində 

qarışıq  və  sırf  yarpaqlı  meşələrin  sahəsi  50-60%-dən  də  artıq.  Aralıq  dənizi 

kserofil tipli meşələr 80%, musson meşələri isə 90%-dən də çox azalmışdır. 

Meşəsizləşdirmə  nəticəsində  suyun  təbii  dövranı  pozulur,  daşqınların, 

sellərin, su eroziyasının, tozlu tufanların, quraqlıq və quru küləklərin dağıdıcı 

gücü artır, səhralaşma prosesi sürətlənir, bununla da biosferin davamhğı aşağı 

düşür, ərazi isə insanın həyatı üçün az yararlı olur. 

Qırma  və  daşıma  qaydalarına  riayət  etmədən  meşələrin  istismarı  ar- 

zuedilməz nəticələrlə qurtarır. İlkin meşə biotipi müvəqqəti və  ya birdəfəlik 

sıradan  çıxır.  Qırıntıdan  sonra  meşə  on  illərdən  sonra  bərpa  olunur,  adətən 

başqa  tərkibli,  əvvəlkindən  az  qiymətli  ağaclıqlarla  əvəz  olunur.  Düzgün 

aparılmayan qırıntı və oduncağın daşınması zamanı çox 



507 


vaxj; meşə torpağı dağıdılır, ağac, qabıq və s. ilə çaylar zibillənir. Mikroiqlim, 

yem və qoruyucu funksiya şəraiti kəskin dəyişdiyindən bu meşələrdə heyvan 

qruplaşmaları  transformasiyaya  uğrayır.  Heyvanların  növ  tərkibi  və  say 

nisbəti  dəyişir,  meşə  heyvan  növlərinin  fon  stabilliyi  itirilir.  Meşə  qırıntısı, 

ağaclığın seyrəkləşməsi zamanı bozqır (step), meşə- bozqır və kolluq heyvan 

növləri (sünbülqıran, dağ siçanı, boz dovşan, çöl piçanmm bir neçə növü) üçün 

yaşayış  şəraiti  yaxşılaşır,  bu  isə  meşə  zonasında  onların  sayını  və  arealını 

genişləndirir. 

Meşə  biosenozlarının  kökündən  dəyişməsi  əlbət  ki,  yoluxucu 

xəstəliklərin təbii mənbələrinin taleyinə də təsir göstərməyə bilməzdi. 

^Meşə massivlərinin məhv edilərək ərazinin şumlanması, orada ba- taqjıq 

tipli  tulyaremiyanın  mənbələrinin  sağlamlaşması  halları  məlumdur.  Buna 

Barabin ovalığının mərkəzi və cənub hissəsi misal ola bilər. 

Bununla  belə,  meşədən  düzgün  istifadə  olunmaması  bir  sıra  yoluxucu 

xəstəliklərin  təbii  mənbələrinin  transformasiyasına,  hətta  onların 

aktivləşməsinə  səbəb  olur.  Məsələn,  Malakka  (Malayziya)  yarımadasında 

meşənin  qırılması  nəticəsində  törəmə  tipli  kol  bitkiliyində  ilkin  meşə 

biosenozundakı  50  gəmirici  növündən  15  növü  qalmışdır.  Lakin  «Rat-  tus» 

siçovulunun  və  bununla  əlaqədar  qırmızıbədən  gənələrin  (L.dellens  və 

L.akamushi)  sayı  kəskin  artmışdır,  bu  isə  susuqamus-qızdırma  xəstəliyinin 

törədicilərinin dövr etməsinə olduqca əlverişli şərait yaratmışdır. 

 

Şəkil 25.1. Son minillikdə Avropada meşə sahəsinin dəyişməsi 



Meşənin qırılması ilə su rejimi dəyişir, səthi axım artır, bu isə çox vaxt 

ərazinin  bataqlaşmasına,  ot  örtüyünün  dəyişməsinə  səbəb  olur.  Bununla 

əlaqədar  faunanın  tərkibinin  dəyişməsi  leptospiroz  xəstəliyinin  epizootoloji 

vəziyyətini  də  dəyişdirir.  Meşədə  dominantlıq  edən  sarı  çöl  siçanı  nadir 

hallarda  leptospirozun  daşıyıcısı  olur,  onu  əvəz  edən  boz  çöl  siçanı  isə 

leptospiroza  qarşı  yüksək  yoluxdurucu  hissiyyata  malik  olduğundan  bu 

infeksiyanm təbii mənbələrini kəskin aktivləşdirir. Meşə 

508 



landşaftlarının kənd təsərrüfatı sahələrinə çevrilməsi və faunasının dəyişməsi 

prosesində  qızdırma  xəstəliyinin  ilkin  meşə  mənbələri  çəmən-boz-  qır 

mənbəyinə  transformasiya  oluna  bilər,  burada  çöl  siçanları  mühüm  rol 

oynayır. 

Ensefalit  xəstəlikləri  qrupuna  tündiynəli  və  yarpaqlı  meşələr  yayılan 



demək olar ki, bütün ölkələrdə rast gəlinir və onun törədiciləri qohum viruslar 

hesab  olunur.  Təbiətdə  bütün  hallarda  ensefalit  xəstəliklərinin  törədiciləri 

məməlilər, əsasən gəmiricilər və quşların müxtəlif növləri, daşıyıcısı isə iksod 

gənələridir. 

Meşə landşaftlarının dəyişilməsi gənə ensofaliti mənbələrinin təkamülünə 

ciddi  təsir  göstərdi.  Meşələrin  yox  edilməsi  ilə  əkinçiliyin  inkişafı,  ağac 

kötüklərinin  çıxarılması  və  taxıl  səpini  üçün  ərazinin  şumlanması  təkamül 

prosesində  yaranan  gəmirici  biosenozları  -  meşə  gənələri  dağıdıldı,  belə  ki, 

əkinçilik  rayonlarında  iksod  gənələri  əlverişli  şərait  tapmadığından  məhv 

oldular.  Nəticədə  gənə  ensefalitinin  başdan-başa  arealı  saxlanılan  meşə 

qalıqları hüdudunda ayrı-ayrı adacıqlara çevrildi. 

3-7  yaşlı  qırıntı  sahəsində  yeniyetmələr,  kollar  və  ot  bitkiləri  inkişaf 

etdiyindən, günəş şüaları nisbətən azalır, gənələrin sığınacağı və yemlənməsi 

üçün şərait yaranır. Bura meşə heyvanları, o cümlədən özü ilə gənələr daşıyan 

gəmiricilər miqrasiya edir. 

Ağac və kollarla örtülən 7-15 yaşlı qırıntı sahəsində şərait optimu- ma, 

gənələr  və  onları  yemləyən  gəmiricilərin  sayı  isə  maksimuma  çatır.  Lakin 

meşə qırıntı sahəsində cavan ağaclıq sıxlaşdıqca gəmiricilər üçün ekoloji şərait 

pisləşir.  15-35  yaşlı  yarpaqlı  ağac  cinslərindən  ibarət  meşəlikdə  çətirlər 

birləşdikdə  kollar  və  ot  örtüyü  sıradan  çıxır.  Nəticədə  yem  bazası  azalır, 

çürümüş  qırıntı  qalıqları  heyvanlar  (gəmiricilər)  üçün  sığınacaq  vəzifəsini 

görmədiyindən onlar miqrasiya edir, yemləyicilərindən məhrum olan gənələr 

də azalır. 

Meşə  massivlərinin  antropogen  dəyişilməsinin  yoluxucu  xəstəliklərin 

yayılmasına  təsirinə  1960-cı  illərdən  sonra  Avropa  ölkələrini  bürüyən 

quduzluq epizootiyasını misal göstərmək olar. 

Böyük meşə massivlərinin azalmasının uzunmüddətli prosesi və bir sıra 

kiçik «adacıqlar» şəklində saxlanılan meşə qalıqları tülkülərin sayının kəskin 

çoxalmasına  səbəb  oldu,  meşənin  dərinliklərində  isə  tülküyə  rast  gəlinmir. 

Qırıntı sahələrində çoxlu sayda gəmiricilər məskunlaşdığından tülkülər üçün 

yaxşı  yem  bazası  yaranır.  Tülkünün  ekoloji  plastik-  liyi  onun  yaşayış 

məntəqələri yaxınlığında məskunlaşmasına şərait yaratmışdır. 

Tülkülərin  sıxlığı  10  km^  sahədə  1-2  fərddən  artıq  olduqda  onların 

arasında quduzluq epizootiyası baş verir. Tülkülər bu yoluxmaya həm həssas, 

həm də aqressiv olurlar. Tülkülər arasında quduzluğun epizootik 



509 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə