Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə202/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   198   199   200   201   202   203   204   205   ...   216

dalğası  adətən  hər  3-4  ildən  bir  təkrarlanır.  Hazırda  tülkü  təbiətdə  qu- 

duzluğun əsas mənbəyi sayılır. 

Avropada  tülkülərdə  quduzluq  epizootiyası  1960-cı  illərdən  Qərbi 

Polşadan  başlamış  və  oradan  Almaniya,  Danimarka,  Belçika,  Lüksemburq, 

Avstriya, İsveçrə, Fransa, Çexoslovakiyaya yayılmışdır. 

Tülkülərdə quduzluq  hadisəsi  Şimali Qafqaz, Qazaxıstan və Sibirdə də 

qeydə alınmışdır. 

İnsanın  təsərrüfat  fəaliyyətinin  xəstəliklərin  bir  təbii  mənbəyinin 

inkişafına, digərininkinin isə deqradasiyasına süni salınan meşə zolaqları da 

səbəb olur. 

Süni salman meşə zolaqları ətraf əraziyə nisbətən ekoloji şəraiti dəyişərək 

heyvanlar  üçün  yeni  məskunlaşma  yeri  yaradır  və  yerli  faunanın 

yerdəyişməsinə  səbəb  olur,  tərkibinə  yeni  növlər  cəlb  edir.  Bu  zaman 

heyvanların bir qisim növləri (kserbfıl-çöl heyvanları) sıxışdınlır və ya oradan 

uzaqlaşır, digərləri isə əksinə burada çoxalmaq üçün əlverişli şərait tapır. 

Növ  tərkibinin  kasallaşması  və  ümumi  sayının  azalmasına  səbəb  olan 

digər təsərrüfat fəaliyyətindən fərqli olaraq tarlaqoruyucu meşə zolaqlarının 

təsiri altında faunanın keyfiyyət və kəmiyyət tərkibi dəyişsə də, meşəsiz çöl 

ərazilərinə nisbətən onurğalı heyvanların növ tərkibi və sıxlığı artır. Burada 

(zolaqda)  həm  meşə  və  kolluq  stasiyalarına  uyğun  xırda  məməli  növlərinə, 

həm də açıq sahədəki növlərə rast gəlinir. 

Meşə  zolaqlarında  heyvanların  konsentrasiyasınm  əsas  səbəbi  açıq  və 

meşə  sahələrinin  birləşməsidir,  burada  müxtəlif  ekoloji  tələbatı  olan  növlər 

əksər  hallarda  meşə  həyatı  keçirərək,  burada  düşmənlərindən  və  iqlim 

faktorlarının  əlverişsiz  təsirindən  qorunur,  açıq  sahələr  isə  (tarlalar) 

heyvanlara zəngin yem verir. 

Meşə  zolağının  mikroiqlimi  ətraf  ərazinin  iqlimindən  xeyli  fərqlənir, 

meşə  zolağında  temperatur  tərəddüdü  amplitudası  tarlaya  (çölə)  nisbətən 

aşağıdır,  odur  ki,  heyvanlar  burada  gecənin  soyuğundan  və  gündüzün 

istisindən qorunur. 

Müxtəlif  məməli  heyvan  növlərinin  çöl  və  meşə  zolaqları  arasında 

mövsümi miqrasiyasını dəqiq izləmək olar. Yazda çölün (tarlanın) ətrafında 

gəmiricilərə az təsadüf edilir, lakin meşə zolağında onların sayı çox olur. Taxıl 

bitkisi  böyüdükcə  açıq  sahələrdə  gəmiricilər  və  onların  təzə  yuvaları  peyda 

olur,  meşə  zolağında  isə  onların  sayı  azalır.  Taxılın  yetişdiyi  dövrdə  açıq 

tarlada  ev  siçanları  və  adi  çöl  siçanının  sayı  maksimuma  çatır.  Məhsul 

yığıldıqdan sonra çöldə gəmiricilərin sayı azalır, meşə zolağında isə yenidən 

çoxalır. 

Siçanabənzər 

gəmiricilərin 

müntəzəm 

mövsümi 


miqrasiyası 

tarlaqoruyucu meşə zolaqları ilə zolaqlararası çöldə (tarlada) bir ekoloji vahid 



510 


yaradır və burada meşə zolağı ilə zolaqlar arasında vahid biosenoz əmələ gəlir. 

Azərbaycanın  yarımsəhra  zonasındakı  meşə  zolaqlarında  yarımsəhrada 

olmayan meşə və ev siçanlarına rast  gəlinir. Onlarda L.agilis və L.aigericus 

gənələri parazitlik edir. Meşə zolaqlarında çoxlu sayda olduqca müxtəlif quş 

növləri məskən salır, onların çoxu burada yuva qurur. Meşə zolağmdakı bəzi 

sərçə yuvalarında külli miqdarda Ornithonis- sus sylvarum, Steatonissis və b. 

gənələr aşkar edilmişdir, onlar çöl şəraitində rast gəlinməyən parazit gənələrə 

aiddir. 


Gəmiricilərlə mübarizədə meşə zolaqlarına məməlilərin və quşların cəlb 

olunması yaxşı effekt verir. Bu işdə faydalı heyvanların məskən salması üçün 

əlverişli şərait yaradan ağac və kol cinslərinin seçilməsi də mühüm əhəmiyyət 

daşıyır. 

Meşələrdə  və  tarlalarda  gəmiricilərin  məhv  edilməsi  üzrə  müntəzəm 

mübarizə  tədbirləri  aparılmalıdır.  Meşə  zolaqlarında  gənəlrin  artmasının 

qarşısını  almaq  istiqamətində  aşağıdakı  əsas  aqrotexniki  tədbirlər  həyata 

keçirilməlidir: 

•iri  formalı  iksod  gənələrinin  parazitlik  dövründə  (aprel  və  sentyabr- 

oktyabr) meşə zolağında və onun 100 m yaxınlığında mal-qara otarıl- masına 

yol verilməməlidir; 

•meşə zolağı boyu yolların sayını azaltmalı; 

•meşə zolağı kənarı xam sahələr şumlanmalı. 

Göstərilən  tədbirlər  sağlamlaşdırıcı  effektlə  yanaşı,  həm  də  səpin 

sahələrini çoxaldar. 

25.3.

 

SÜNİ SU ANBARLARI VƏ İNSAN SAĞLAMLIĞI 

Su anbarlarının yaradılması energetika, kənd təsərrüfatı, su nəqliyyatı, su 

təchizatı,  balıq  təsərrüfatı,  rekreasiya  və  bir  sıra  digər  problemlərin  həllinə 

kömək göstərir. 

Su  anbarlarının  yaradılmasında  əsas  məqsəd  su  elektrik  stansiyalarını 

tikmək yolu ilə çayların enerjisindən istifadə etmək hesab olunur. 

Bənd  və  su  anbarı  yaratmaqla  əlaqədar  hidrotexniki  qurğular  çayların 

rejimini və hidrogeoloji vəziyyəti kəskin dəyişir. Su anbarı ətrafında yeni tipli 

torpaq-qrunt  su  rejimi  formalaşır:  yeni  sulu  horizontlar  əmələ  gəlir,  yeraltı 

suların  temperatur  rejimi  dəyişir,  təzyiqli  sızma  inkişaf  edir.  Su  anbarı 

rayonunda ərazini su basır və bataqlaşır, sahillər yenidən formalaşır. Flora və 

faunanın  növ  tərkibi  və  ekoloji  formaları,  yerli  növlərin  sayı  və  yayılma 

xarakteri  dəyişir,  yeni  miqrasiya  yollan  əmələ  gəlir,  əvvəlki  biosenotik 

əlaqələr, bitki və heyvanların bəzi bioloji əlamətləri dəyişir. 



511 


Su anbarları istilik və radiasiya balansını transformasiya edir, bu isə öz 

növbəsində  su  hövzəsi  üzərində  və  onunla  sərhədlənən  ərazilərin  iqlim 

xarakteristikasını dəyişir. 

Su səthinin təsirilə meteoroloji rejim adətən bilavasitə sahilyanı zonada 

və  oradan  bir  neçə  yüz  metr  kənarda  daha  çox  dəyişir,  sonra  bu  təsirin 

intensivliyi  kəskin  azalır.  Lakin  hakim  küləklər  istiqamətində  su  anbarının 

təsiri 10 km və daha uzaqlarda müşahidə olunur. 

Su  anbarına  bilavasitə  hidroloji  təsir  zonası  birləşir,  burada  qrunt 

sularının səviyyəsi və rejimi aydın müşahidə edilir. 

Qrunt sularının səviyyəsinin qalxması bir tərəfdən su anbarı yaxınlığında 

ərazini  bataqlaşdırır,  digər  tərəfdən  isə  torpaqda  qleyləşmə  prosesinin 

inkişafına səbəb olur. 

Su  anbarlarına  yüksək  konsentrasiyada  fosfor  və  azot  birləşmələrinin 

daxil olması çox vaxt evtrofikasiya prosesinə səbəb olur, su hövzəsinin bioloji 

məhsuldarlığı yüksəlir (fıto və zooplankton, mikroorqanizm- lər). 

Su anbarında və ətraf təbii mühitdə gedən bir çox proseslər xəstəliklərin 

təbii mənbələrinin taleyinə bilavasitə təsir göstərir. Bu təsirin əsas aspektlərini 

aşağıdakı kimi göstərmək olar: 

1.

 

Su hövzələri səthində ekoloji vəziyyətin dəyişməsi müxtəlif yoluxucu 



xəstəliklərin  (malyariya,  ontoserkoz  və  b.)  -  hidrofil  qansoran  buğumayaqh 

törədicilərin yayılmasına şərait yaranır. 

2.

 

Su  anbarlarının  sahil  zonasında  ekoloji  vəziyyətin  dəyişməsi  burada 



məskunlaşan  xırda  onurğalı  heyvanların  və  onların  ekzoparazitlə-  rinin 

müxtəlif təbii mənbə infeksiyasının (tulyaremiya, leptospiroz və b.) - sahib və 

törədici daşıyıcılarının həyat tərzinə təsir göstərir. 

3.

 



Su  hövzəsi  daxilində  ekoloji  vəziyyətin  dəyişməsi  molyusk,  xərço- 

ngkimilər  və  balıqların  yaşama  şəraitini  dəyişdirir,  nəticədə  belə  su 

hövzələrində  müxtəlif  helmintozların  (şistosomoz,  epistorxoz,  difillobotrioz 

və b.) enedemik mənbələri formalaşır. 

Su  anbarlarının  yaradılması  zamanı  biosenozlarda  gedən  köklü 

dəyişkənliklər  xəstəliklərin  birinin  təbii  mənbələrinin  məhv  edilməsi  bu 

xəstəliklərin  yoxa  çıxmasına  və  ya  əksinə  digər  xəstəliklərin  təbii 

mənbələrinin  əmələ  gəlməsinə  və  yaxud  aktivləşməsinə  əlverişli  şərait 

yaradır. Su anbarlarının yaradılması hər şeydən əvvəl invaziya və infeksiyann 

yayılmasını  əks  etdirir,  belə  ki,  qansoran  törədicilərin  daşıyıcılarının  həyat 

fəaliyyəti bilavasitə su hövzəsi ilə bağlıdır (malyariya, onxoserko/ və b.). 

Hidrotexniki  qurğuların  yaradılması  çox  vaxt  malyariya  xəstəliyinin 

artması və ondan ölüm hadisələrinin çoxalaması ilə nəticələnmişdir. Məsələn, 

belə hal Panama kanalının, Hindistanda Sarda kanalı, Tennesi 



512 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə